Məhkəmə qərarları › İş №2(102)-2709/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2709/2024

23.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2709/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:öhdəliyin icra edilməməsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2813/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayon, Sumqayıt yolu 6 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binası 2 blokdan 26 mənzildən ibarətdir. 1-ci blokda 10 mənzil var və hər biri 5 otaqdan ibarətdir. 10 ailə daimi orderlə yaşayır. 2-ci blokda 16 mənzil var. 3 mənzil 5 otaqdan, 5 mənzil 4 otaqdan, 2 mənzil 3 otaqdan, 3 mənzil 2 otaqdan, 3 mənzil 1 otaqdan ibarətdir. 16 ailə daimi orderlə yaşayır. Həmin binanın 2-ci mərtəbəsində 2 otaqda Zəngilan rayonundan 1 ailə məcburi köçkün kimi 1993-cü ildən müvəqqəti məskunlaşmışdır. 2. 31 avqust 2007-ci il tarixli Barışıq Sazişinə əsasən tərəflər aşağıdakı şərtlər barədə razılığa gəlmişlər: cavabdeh Xi ünvan 2 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı biri boşal arsa, İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirilməsini öz öhdəsinə götürür. Həmin şərtlərin müqabilində İddiaçı öz iddia tələbini geri götürür.

3. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 saylı qərardadı ilə X ünvan 2 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı biri boşalarsa, İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata-keçirilməsini öz öhdəsinə götürməklə, iddiaçı isə bunun müqabilində öz iddia tələbini geri götürməklə tərəflərin barışıq sazişinin təsdiq edilməsi, işin icraatına xitam verilməsi qərara alınmışdır.

4. Bakı Şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 nömrəli, 03 avqust 2012-ci il ta rixli qərardadı ilə, Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli 2-1219/2007 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qərardadı üzrə icra vərəqəsi verilməklə qərardadın məcburi icraya yönəldilməsi qərara alınmışdır.

5. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-532/2019 nömrəli, xx.xx.2019cu il tarixli qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1219/2007 nömrəli, xx.xx.2007-ci il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında 07 06.2019-cu il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır.

6. Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin 18 fevral 2014-cü il tarixli “icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 nömrəli, xx.xx.2012-ci il tarixli icra sənədi icraata xx.xx.2012-ci il tarixdə daxil olmuş və iş üzrə icraat başlanmışdır. Tələbkar şəxs ərizə ilə şöbəyə müraciət edərək, icra sənədinin icrasız məhkəməyə qaytarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 nömrəli, xx.xx.2007-ci il tarixli icra vərəqəsi icrasının qeyri-mümkün olmasına görə Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

8. Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinin 31 yanvar 2018-ci il tarixli “icra edilməyən və qismən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ilə, tələbkarın ərizəsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)1219/2007 nömrəl i, xx.xx.2007-ci il tarixli icra sənədinin Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır.

9. Nərimanov rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli aktda əsasən, ünvan 2 ünvanda yerləşən binaya baxış keçirilən zaman həmin binada məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşamadıqları müəyyən olunmuşdur.

10. X tərəfindən X ünvanlanan 02/3252 nömrəli, xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, Komitənin balansında məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinə daxil olan boş mənzil olmadığından, ünvan 2 ünvanda məskunlaşmış məcburi köçkün ailələrinin Komitə tərəfindən yaşayış sahəsi ilə təmin edilməsi imkan xaricindədir.

11. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2007 nömrəli, 27 mart 2014-cü il tarixli qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2-1219/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qərardadının icra üsulunun dəyişdirilməsi barədə tələbkar İddiaçı ərizəsi təmin edilməmişdir.

12. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-232/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadının “qərara aldı” hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilmişdir: Milli Hidrometeorologiya Departamenti Sumqayıt yolu 6 ünvanında yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərindən hər hansı birini boşaltdığı andan sonra İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini h əyata keçirilməsini öz öhdəsinə götürsün.

13. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 8(005)-76/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə, ərizəçi İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21219/2007 nömrəli, xx.xx.2007-ci il tarixli qərardadının icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi təmin edilməmişdir.

14. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 3(005)-3271/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, X rəisi X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməsi qərara alınmışdır

15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3(103)-2896/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin X rəisi X4 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 3(005)-3271/2022 nömrəli qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. X tərəfindən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə ünvanlanan xx.xx.2017-ci il tarixli 20/85 №-li məktubuna əsasən, Binəqədi rayon Sumqayıt yolu 6 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasının mənzilləri 1996-1997-ci illərdə X və Binəqədi rayon İcra Hakimiy yəti tərəfindən qeydiyyatda olan və Komitədə işləyən işçilərə daimi order verməklə paylanmışdır. Sonradan sakinlər tərəfindən mənzillər şəxsi mülkiyyətə çevrilmişdir. Həmin binada halhazırda boş mənzil olmadığı qeyd olunub.

17. AX xx.xx.1997-ci il tarixli 09/K nömrəli əmrinə əsasən, mühəndis vəzifəsində çalışan İddiaçı tutduğu vəzifədən azad edilmişdir.

18. X xx.xx.2011-ci il tarixli, 249/K nömrəli əmrinə əsasən, İddiaçı xx.xx.2011-ci il tarixdən X2 X3 X1 aparıcı mühəndis vəzifəsinə qəbul edilmişdir.

19. X 27 iyul 2022-ci il tarixli, 1249/K nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 27 iyul 2022-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabde h X (Departamentindən) mənzilin dəyəri olaraq 60.000 manat, bu günədək ödədiyi mənzil kirayə haqlarının əvəzi kimi 48.000 manat və 20.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2-1219/2007 saylı, xx.xx.2007-ci il tarixli qərardadına əsasən cavabdeh X qarşı “mənzilə köçürülmə” tələbi üzrə cavabdehlə aralarında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyindən işin icraatına xitam verilmiş, sazişinə əsasən cavabdeh (tələbkar) Departament order əsasında iddiaçıya verilmiş ünvan 2 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı biri boşalars a iddiaçını 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini öhdəsinə götürmüşdür. Sazişin təsdiqindən sonra həmin ünvanda dəfələrlə mənzillər boşaldılsa da, mənzillər tələbkar tərəfindən başqa şəxslərə verilərək, sazişin icrası qəsdən cavabdeh tərəfindən təmin olunmamışdır. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə barışıq sazişinin təsdiq edilməsi haqqında qərardad üzrə verilmiş icra vərəqəsi məcburi icraya yönəldilmişdir. İcra vərəqəsinin icrası cavabdehdən tələb olunmuş, lakin cavabdeh tərəfindən icrası təmin edilməmiş, buna səbəb kimi binadakı məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış şəxslərin mənzilləri boşaltmadıqlarına, yəni icranın təmininin onlardan asılı olmayan hallarla əlaqələndirmişlər. İş üzrə 3-cü şəxs tərəfindən icra işi nin icrası ilə bağlı tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçının təmin olunmalı olduğu evin mənzillərində məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşamadıqları müəyyən olunmuşdur. Ötən 16 il ərzində boşalmış mənzillərin olmasına, iddiaçının mənzillə təmin olunmağına cavabdehin imkanlarının olmasına baxmayaraq sonuncu tərəfindən mənzillə təmin edilməmişdir və bunun nəticəsində də cavabdeh tərəfindən iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Cavabdeh departament barışıq sazişi üzrə üzrərinə götürdüyü öhdəliklərini bilərəkdən uzun müddət yerinə yetirmədiyinə görə iddiaçı mənzili bu vaxtadək əldə edə bilməmiş, bu günədək kirayələrdə yaşamağa məcbur qalmış, barışıq sazişinin və məcburi icra tədbirlərinin dəfələrlə təmin olunmam ası səbəbindən əsəb sarsıntıları və istirablar keçirərək cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənəvi və maddi ziyanlara da məruz qalmışdır. İddiaçı qeyd edir ki, barışıq sazişinin və həmin saziş üzrə verilmiş məhkəmə qərarının icrası bu günədək cavabdeh tərəfindən qəsdən təmin elmədiyinə görə verilməli olan mənzilin dəyəri, 16 il mənzil kirayə haqları üzrə maddi və mənəvi ziyan məbləğlərinin əvəzi məhkəmə qaydasında cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilməli olan (zona mənzilin sahəsi üzrə) oxşar mənzilin dəyəri 60 min manat təşkil edir.

22. Cavabdeh X etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı X qarşı tələbində göstərdiyi mənzil xidməti mənzil olduğu üçün həmin mənzillər işçilərə işlədiyi müddət ərzində müvəqqəti ya şamaları üçün verildiyinə görə “maddi və mənəvi zərərin ödənilməsinə dair" iddia tələbinin əsassız olduğunu nəzərə alaraq rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1988/2023 nömrəli iş üzrə İddiaçı cavabdeh X qarşı "Maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsi tərəfindən 06 may 2021-ci il tarixdə 8(005)-232/2021 nömrəli qərarı ilə məhkəmənin 2(005)-1219/2007 nömrəli 31 avqust 2007-ci il tarixli qərardadının “qərara aldı” hissəsinə aşağıdakı məzmunda izah verilmişdir: X Sumqayıt yolu 6 ünvanda yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı birini boşaltdığı andan sonra İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürüləcəyini həyata keçirilməsini öz öhdəsinə götürsün” qeydi aparılmışdır. Bildirilir ki, Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli 2(005)-1219/2007 nömrəli qərardadının izah edilməsi barədə Nərimanov Rayon Məhkəməsinin 8(005)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən X Sumqayıt yolu 6 ünvanında yerləşən binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı birini boşaltdığı andan sonra İddiaçı 15 ay müddətindən gec olmayaraq həmin mənzillərdən birinə köçürəcəyini həyata keçirilməsini öz öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bildirilir ki, həmin ərazidə olan məcburi köçkünlər Xidmətin balansında olan inzibati binalarda məskunlaşmış və indiyə kimi həmin binada yaşayırlar. Həmin ünvanda yerləşən digər mənzillər isə Barışıq sazişi təsdiq edilənə qədər 1996-1997-ci illər X və Binəqədi rayon icra Hakimiyyəti tərəfindən qeydiyyatda olan və Komitədə çalışan işçilərə daimi order verməklə paylanılmış, sakinlər tərəfindən artıq özəlləşdirilmişdir. Həmin ərazidə yerləşən yaşayış binasında qaçqın və məcburi köçkünlər yaşamırlar. Qeyd edilir ki, bu günə qədər Sumqayıt yolu 6 ünvanında sakinlərin yaşadıqları mənzillərdən hər hansı biri boşaldılmamışdır. X Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 31 avqust 2007-ci il tarixli 2(005)-1219/2007 nömrəli qərardad ı ilə bağlı xx.xx.2009-cu il tarixli 545 nömrəli məktub ünvanlamışdır. Məktubda qeyd olunur ki, bu barışıq sazişi bağlanarkən qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınması sürətlə gedirdi. Bunun nəticəsi kimi cavabdehin balansında olan hal-hazırda qaçqın və məcburi köçkünlər tərəfindən istifadə edilən inzibati binadan onların yaxın zamanda köçürülməsi düşünülürdü. Hətta Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə bu barədə dəfələrlə müraciət olunmuşdur. (Lakin indiyədək Sumqayıt yolu 6 ünvanında yerləşən həmin inzibati binadan hələlik heç bir qaçqın və məcburi köçkün ailəsi köçürülməyib). Qeyd olunur ki, İddiaçı yuxarıda adı çəkilən barışıq sazişi bağlandıqdan sonra Departamentin balansında olan, Maştağa qəsəbəsində yerləşən yataqxanada yer təklif olunsa da, o həmin ye rin şəhərdən uzaq olmasını səbəb göstərərək bu təklifdən imtina etmişdir və həmin yer Departamentin başqa işçisi üçün müvəqqəti yaşamaq üçün verilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-232/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından da göründüyü kimi Milli Hidrometeorologiya Xidmətinin barışıq sazişində üzərinə götürdüyü öhdəliyin məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadıqları mənzillərdən hər hansı birini boşaltdıqları andan sonra icra edilməsi nəzərdə tutulmuşdur. Bildirilir ki, İddiaçı tələbində göstərdiyi mənzil xidməti mənzil olduğu üçün həmin mənzillər işçilərə işlədiyi müddət ərzində müvəqqəti yaşamaları üçün verilirdi. Bu səbəbdən də İddiaçı maddi və mənəvi zərər tələb edə bilməz, hətta X qarşı mənəvi zərərin tələb edilməsi absurtdur. B elə ki, X dövlət qurumudur. Dövlət büdcəsindən maliyyələşdirilir, balans saxlayan təşkilat olduğu üçün Xidmətin balansında olan əmlaklar dövlət əmlakıdır. Bu səbəbdən də, barışıq sazişində nəzərdə tutulan “mənzillərdən birinə köçürülmə öhdəliyini" pul vəsaiti ilə ödəyə bilməz. Dövlət büdcəsindən maliyyələşən büdcə təşkilatları onların tərəfindən tədbirlərin keçirilməsinəayrılan vəsaitin məbləği qanunla təsdiq olunur və dövlət büdcəsindən ayrılan pul vəsaitinin başlıca məqsədi iqtisadiyyatı inkişaf etdirmək üçündür. Həmçinin İddiaçı daha öncə X qarşı Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2007-ci il tarixli, 2(005)1219/2007 saylı qərardadının icra üsulu və qaydasının dəyişdirilməsi barədə müraciət etmiş, lakin Nərimanov rayon Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarla tələbkarın ərizəsi təm in edilməmişdir. 2023-cü ildə İddiaçı tərəfindən qərardadın icra üsulu və qaydasının yenidən dəyişdirilməsi üçün Nərimanov Rayon Məhkəməsinə ərizə ünvanlamış, məhkəmənin əsaslı və haqlı olaraq 8(005)-76/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. Bildirilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri üçün İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair 03 noyabr 2022-cİ il tarixli 3(005)-3271/2022 saylı qərarı Bakı Apellyasıya Məhkəməsinin 3(103)-2896/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)1219/2007 saylı, xx.xx.2007-ci il tarixli icra sənədi icrası mümkün olmadığın dan məhkəməyə qaytarılmışdır.

23. Əmlak Ekspert Mərkəzinin 24 iyul 2023-cü il tarixli, ƏEM/İ 81-557/23 nömrəli ekspert rəyinin nəticəsinə əsasən, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, mənzilin ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyələri nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən ünvan 2 ünvanda yerləşən binada 2 otaqlı 32 kv.metrdən ibarət mənzilin 24 iyul 2023-cü il tarixinə bazar dəyəri 45000 manat, 2007-ci il tarixinə bazar dəyəri 20000 manat təşkil edir.

24. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1988/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia qismən təmin edilərək, cavabdehdən 45.000 manat maddi ziyana görə pulun iddiaçının xeyrinə ödənilməsi, iddianın alan hissədə təmin edilməməsi qə t edilmişdir.

25. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh barışıq sazişi üzrə öz öhdəliklərini yerinə yetirməmişdir. Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini yerinə yetirməməsinin səbəbi olaraq sözügedən binada boş mənzillərin olmamasını, binadakı məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış şəxslərin mənzilləri boşaltmadıqları göstərilsə də, Nərimanov rayon İcra şöbəsinin əməkdaşları tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli akta əsasən, ünvan 2 ünvanda yerləşən binaya baxış keçirilən zaman həmin binada məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşamadıqları müəyyən olunmuşdur.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, icrası mümkün olmayan icra sənədinin mövcudluğu onu deməyə əsas verir ki, hazırda iddiaçı belə iddia qaldırmaqda haqlı dır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya verilməli olan mənzilin təhvil verilməsi barədə öhdəlik icra olunmadığından iddiaçının həmin mənzilin dəyəri həcmində maddi ziyan tələb etməsi qanunamüvafiqdir.

27. Birinci instansiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, iş üzrə keçirilən qiymətləndirmə ekspertizasının nəticəsindən görünür ki, həmin mənzilin hazırki bazar dəyəri 45000 min manat müəyyən olunmuşdur. Mülki işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən icra icraatı çərçivəsində bir-neçə dəfə müraciətlər edilsə də, həmin müraciətlər təmin edilməmişdir. Odur ki, hazırda mübahisəli məsələyə iddia icraatı qaydasında baxılaraq, məhkəmə müdafiəsi hüququndan imtina edilməsi ədalətlilik prinsipi baxımından yolverilməzdir. Göründüyü kimi, sonuncu dəfə icra üsulunun və qaydasının dəyişdirilməsi üçün iddiaçının (tələbkarın) ərizəsi öz nəticəsini verməmiş, bu baxımdan tərəflər arasında barışıq sazişi olduğundan Bakı Şəhəri Nərimanov Rayon məhkəməsinin 2(005)-1219/2007 saylı, 03 avqust 2012-ci il qərardadın icra üsulunun və qaydasının icra icraatı çərçivəsində dəyişdirilməsi qanunun tələblərinə zidd olardı. Nəticə etibarilə iddiaçı bütün vasitələrin tükənməsi səbəbindən hazırda maddi zərərin əvəzi kimi mənzilin dəyərinin ona verilməsini xahiş edir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi 60000 manat pulun tələb edilməsi hissəsində qismən əsaslıdır, cavabdehdən 45000 manat həcmində pul iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə belə qənaətə gələrkən onu da nəzərə almışdır ki, cavabdehin nümayəndəsinin məhkəmə iclaslarındakıizahatlar ından habelə, icra icraatı çərçivəsində aparılmış icra hərəkətləri, o cümlədən məhkəmə qərarlarından müəyyən olunmuşdur ki, hazırda cavabdehin iddiaçını mənzillə təmin etməsi barədə öhdəliyini icra etməsi qeyrimümkündür. Hətta cavabdehin nümayəndəsinin qeyd etdiyinə görə məcburi köçkünlər getdikdən sonra belə, mübahisəli binadakı mənzillərin özəlləşdirilməsi səbəbindən iddiaçıya mənzilin təhvil verilməsi mümkün olmayacaqdır.

29. Məhkəmə, iddianın və iddiaya olan etirazının əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin id dia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

30. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, hazırki mübahisədə 48000 manat həcmində kirayə xərcinin çəkilməsinin sübut edilməsi vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir.

31. Məhkəmə iddia tələbinin mənzil kirayə haqlarının əvəzi olaraq 48.000 manat tələb etməsi ilə bağlı hissəsində iddia tələbini əsassız hesab etmişdir.

32. Birinci instansiya məhkəməsi mənəvi zərərin tutulması ilə bağlı qeyd etmişdir ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasınımüəyyənləşdirməmişdir.

33. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.2, 1096, 1097.1, 1097.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

34. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülki işin aidiyyəti üzrə bir inci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində kobud pozuntulara yol vermişdir.Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1096.1-ci maddəsinə istinad etməklə cavabdehin mülki hüquq pozuntusu (delikt) törətdiyi qənaətinə gəlmişdir. Mübahisədə barışıq sazişi üzrə cavabdehin üzərinə götürdüyü öhdəlik, mənzillərdən birinin boşaldılması halından asılı olduğundan və həmin hal baş vermədiyindən (mənzillərdən birinin boşaldılması cavabdehin öhdəliyi deyil, sakinlərin sərbəst iradəsi əsasında bas verməli idi) bu vəziyyətin öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, barışıq sazişi bağlanarkən müəyyən edilən öhdəl ik məhz həmin halın (mənzilin boşaldılması) baş verməsindən asılı edilmişdir.Barışıq sazişinin icrası müvafiq faktiki vəziyyətin (mənzillərdən birinin boşaldılması) yaranmasından asılı olduğundan, həmin hal yaranmadığı müddətdə, barışıq sazişinin icrasının tələb edilməsi absurd və əsassızdır.

36. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2813/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Namiq Cəfərov (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1988/2023 saylı, 06 oktyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni 45.000 manat pulun tutulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, cavabdehdən 45.000 man at pulun tutularaq iddiaçıya verilməsi qət edilmişdir.

37. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, barışıq sazişi şərtlə bağlanmış əqd sayılır. Sazişin məzmununda qeyd olunan “binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadığı mənzillərindən hər hansı biri boşalarsa” ifadəsi şərti bildirir. Bu şərt baş verdiyi təqdirdə cavabdehin iddiaçını boşalmış mənzillərdən birinə köçürmək vəzifəsi əmələ gəlir, həmin vəzifənin yerinə yetirilmə müddəti isə vəzifənin əmələ gəldiyi andan 15 aydır. Şərtin baş vermədiyini cavabdeh sübut etməlidir, bunu şərtin xüsusiyyəti tələb edir. Şərtin baş vermədiyini sübut etmək üçün cavabdeh göstərilən sübutları məhkəməyə təqdim etməlidir: 1) sazişin bağlandığı xx.xx.2007-ci ildə həmin binada məcburi köçkünlərin və müvəqqəti əsaslarla məskunlaşmış digər şəxslərin yaşadığı mənzillərin sayı və nömrələri barədə sübut; 2) həmin mənzillərdə yaşayan şəxslərin və ya onların ailə üzvlərinin ötən 17 il ərzində eyni mənzildə yaşamağa davam etdiyini və ya mənzili sahibliyində saxladığını təsdiq edən sübut. Lakin cavabdeh bu sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya icraatı zamanı həmin sübutların təqdim edilməməsinin səbəbi araşdırılmış, cavabdehin nümayəndəsi bildirmişdir ki, belə sübutları təqdim etmək imkanına malik deyillər. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, şərt baş vermişdir. Şərt baş verdiyinə görə cavabdehin iddiaçını mənzillə təmin etmək öhdəliyi yaranmış, lakin öhdəlik icra edilməmişdir.

38. Birinci instansiya məhkəməsi mənzilin dəyərinin müəyyən edilməsi üçün qiymətləndir mə keçirilməsi barədə qərardad qəbul etmişdir. Qiymətləndirici "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli rəyinə görə, Binəqədi rayonu, Sumqayıt şossesi 6 saylı ünvanda yerləşən, sahəsi 32 kv.m təşkil edən iki otaqdan ibarət mənzilin xx.xx.2023-cü il tarixinə bazar dəyəri 45.000 manat təşkil edir. Cavabdeh göstərilən qiymətin həqiqiliyini mübahisələndirməmişdir, ona görə də apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, zərərin əvəzi kimi həmin məbləği ödəməlidir.

39. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisə inzibati mübahisə deyil. Tərəflərin arasında mülki-hüquqi əqd bağlanmış, mübahisə əqdin icra edilməməsi ilə bağlıdır. Həminəqdinzibatimüqaviləhesabolunmur.

40. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi 45.000 manatın t utulması qət etsə də işin faktiki hallarını düzgün müəyyən etməmiş və maddi hüquq normasını səhv tətbiq etmişdir.

41. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 328.1, 443.1, 443.2-ci maddələrinə, AR Konstitusiya Məhkəməsinin “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması hissəsində ləğv edilərək, iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişd ir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış əqddə göstərilən hadisə faktiki baş verməmişdir və cavabdehin qeyd olunan şərtləri icra etməsi vaxtı bəlli omadığından hal-hazırda icrası mümkünsüzdür və bu hal cavabdehin üzərinə düşən öhdəliyin icrasından yayınması kimi dəyərləndirilə bilməz. Apellyasiya instansiya məhkəməsi mübahisəni mülki mübahisə kimi qəbul etsə də sübutetmə vəzifəsi üzrə bütün öhdəliyi əsassız olaraq yalnız cavabdeh üzərində müəyyən etmişdir. Mübahisənin ədalətli həlli üçün lazımi məlumatlara çıxış imkanı yalnız məhkəməyə mənsub olsa da, məhkəmə bu imkandan istifadə etməmiş və işə heç bir sübut olmadan, yalnız şəxsi mülahizəsinə əsasən baxmışdır. Apellyasiya instansiya məhkəməsi cavabdeh tərəfindən sübutların təqdim olunmamasına ist inad edərək, barışıq sazişinin cavabdehin üzərinə düşən hissəsinin üzürlü səbəbdən və ya cavabdehdən asılı olmayan səbəblərə görə icra olunmamasını sübut edə bilmədiklərini qeyd etmişdir. Lakin sübutların əldə olunması istiqamətində heç bir təşəbbüs göstərməmişdir. Belə ki, məhkəmə aktında göstərilən tələb olunan sübutların yalnız məhkəmə sorğusu ilə əldə olunması mümkündür. Həmçinin məhkəmə hesab etmişdir ki, barışıq sazişinin predmeti olan əmlak barışıq sazişindən sonra dəfələrlə özgəninkiləşdirilmişdir. Əslində isə barışıq sazişi ilə iddiaçıya veriləcək əmlak - cavabdehin balansında olan inzibati binada məcburi köçkünlər müvvəqəti məskunlaşmış və həmin əmlaklara hüquqlar dövlət reyestrində qeydə alınmamış və özgəninkiləşdirilməmişdir.

44. Kassasiya şikayəti Mülki Məcəllənin 328.1, 328.6, Mülki Prosessual Məcəllənin 77,88-ci maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın.

47. Maddə 21.2. Zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

48. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

49. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

50. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. AR Konstitusiya Məhkəməsinin “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarı 51. “İnzibati müqavilə icra funksiyasının həyata k eçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir. Bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur. Qeyd etmək lazımdır ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarındanfərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçirilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

55. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

56. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsas landırılmalıdır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanıl malıdır.

61. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymət ləndirilməməlidir.

63. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

64. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

65. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddia nın təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi cavabdehin bu dəlilləri ilə razılaşmır.

66. Belə ki, apellyasiya instansiya məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, tərəflər arasında imzalanmış barışıq sazişi şərtlə bağlanmış əqd sayılır. Sazişin məzmununda qeyd olunan “binanın məcburi köçkünlərin və müvəqqəti məskunlaşmış sakinlərin yaşadığı mənzillərindən hər hansı biri boşalarsa” ifadəsi şərti bildirir. Bu şərt baş verdiyi təqdirdə cavabdehin iddiaçını boşalmış mənzillərdən birinə köçürmək vəzifəsi əmələ gəlir, həmin vəzifənin yerinə yetirilmə müddəti isə vəzifənin əmələ gəldiyi andan 15 aydır. Şərtin baş vermədiyini cavabdeh sübut etməlidir, bunu şə rtin xüsusiyyəti tələb edir. Şərtin baş vermədiyini sübut etmək üçün cavabdeh göstərilən sübutları məhkəməyə təqdim etməlidir: 1) sazişin bağlandığı xx.xx.2007-ci ildə həmin binada məcburi köçkünlərin və müvəqqəti əsaslarla məskunlaşmış digər şəxslərin yaşadığı mənzillərin sayı və nömrələri barədə sübut; 2) həmin mənzillərdə yaşayan şəxslərin və ya onların ailə üzvlərinin ötən 17 il ərzində eyni mənzildə yaşamağa davam etdiyini və ya mənzili sahibliyində saxladığını təsdiq edən sübut. Lakin cavabdeh bu sübutları məhkəməyə təqdim etməmişdir.

67. Apellyasiya icraatı zamanı sözügedən sübutların təqdim edilməməsinin səbəbi araşdırılmış, cavabdehin nümayəndəsi bildirmişdir ki, belə sübutları təqdim etmək imkanına malik deyillər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, şərt baş vermiş dir. Şərt baş verdiyinə görə cavabdehin iddiaçını mənzillə təmin etmək öhdəliyi yaranmış, lakin öhdəlik icra edilməmişdir.

68. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qiymətləndirici "xxxx" MMCnin xx.xx.2023-cü il tarixli rəyinə görə, ünvan 5 ünvanda yerləşən, sahəsi 32 kv.m təşkil edən iki otaqdan ibarət mənzilin xx.xx.2023-cü il tarixə bazar dəyəri 45.000 manat təşkil edir. Cavabdeh göstərilən qiymətin həqiqiliyini mübahisələndirməmişdir, ona görə də apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, zərərin əvəzi kimi həmin məbləği ödəməlidir.

69. Həmçinin apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə inzibati mübahisə deyil. Tərəflərin arasında mülki-hüquqi əqd bağlanmış, mübahisə əqdin icra edilməməsi ilə bağlıdır. Həmin əqd inzibati müqavilə hesab olunmur.

70. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 45.000 manatın tutulması qət etsə də işin faktiki hallarını düzgün müəyyən etməmiş və maddi hüquq normasını səhv tətbiq etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia mübahisələndirilən hissədə təmin edilməlidir.

71. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

72. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi q ə r a r a aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 26 aprel 2024-cü il tarixli, 2(103)-2813/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar