Məhkəmə qərarları › İş №2(102)-2710/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2710/2020

30.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2710/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)****/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) xx.xx.2017-ci il tarixli, 2(004)-*/2017 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” KB ASC-nin cava bdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın qiymətləndirilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddiasının qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 09B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 09B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28793.80 ABŞ dolları, faiz borcu üzrə 1719.37 ABŞ dolları, cərimə borcu üzrə 10 ABŞ dolları olmaqla, cəmi 30523.17 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun) “xxxx” KB ASC-nin xeyrinə tutulması, Cavabdeh1 09BK8/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu kimi 2492.61 manat, faiz borcu kimi 476.95 manat, cərimə borcu kimi 50 manat olmaqla, cəmi 3019.56 manat məbləğində pulun “xxxx” KB ASC-nin xeyrinə tutulması, Cavabdeh2 əsas kredit borcu üzrə 3814.33 manat və faiz borcu üzrə 18.44 manat, cərimə borcu üzrə 40 manat olmaqla, cəmi 3872.77 manatın “xxxx” KB ASC-nin xeyrinə tutulması, “xxxx” KB ASC-nin tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsində qeydə alınması üçün tələb olunan dövlət rüsumu və xidmət haqqı qismində ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh4 tam mülkiy yət hüququ ilə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində 4 nömrəli binada yerləşən 32 saylı mənzilinə, girov predmeti olan Cavabdeh2 məxsus dövriyyədəki mallara (dəyəri 10000 manat olan kiçik buynuzlu heyvanlar) və Cavabdeh1 məxsus dövriyyədəki mallara (dəyəri 10000 manat olan kiçik buynuzlu heyvanlar) yönəldilməsi və açıq hərracda satılması, əldə olunan vəsait hesabına “xxxx” KB ASC-nə olan borcun ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində 4 nömrəli binada yerləşən 32 saylı mənzilin ilkin satış qiymətinin 69000 manat dəyərində müəyyən edilməsi, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 mənzildən çıxarılmaları və mənzilin boşaldılması qət edilmişdir. Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər V.Baxışova, H.Həmidov, E.Nağıyeva) xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-*/2017 nömrəli qətnaməsinin Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanması, 150 manat ekspertiza xərcinin Cavabdeh1 Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakı n qiymətləndirilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “xxxx” KB ASC-nin xeyrinə Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 22B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 22B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 8009.65 manat, faiz borcu üzrə 266.72 manat, cərimə borcu üzrə 3404.01 manat olmaqla, cəmi 11680.38 manatın, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 09B8/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli, 09B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 28793.80 ABŞ dolları, faiz borcu üzrə 1719.37 ABŞ dolları, cərimə borcu üzrə 2191.38 ABŞ dolları olmaqla, cəmi 32704.55 ABŞ dol larının, xx.xx.2015-ci il tarixli, 09BK8/14 saylı əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2492.61 manat, faiz borcu üzrə 476.95 manat, cərimə borcu kimi 4942.52 manat olmaqla, cəmi 7912.08 manatın və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində 4 nömrəli binada yerləşən 32 saylı mənzilinə, girov predmeti olan Cavabdeh2 məxsus dövriyyədəki mallara (dəyəri 10000 manat olan kiçik buynuzlu heyvanlar) və Cavabdeh1 məxsus dövriyyədəki mallara (dəyəri 10000 manat olan kiçik buynuzlu heyvanlar) yönəldilməsi, bu əmlakların hərracda sa tılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 09BK8/14 saylı əlavə kredit müqaviləsi üzrə 11680.38 manatın, cavabdehin Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 09B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 32704.55 ABŞ dollarının, xx.xx.2015-ci il tarixli, 09BK8/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 7912.08 manat borcun, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində 4 nömrəli binada yerləşən 32 saylı mənzilin ilkin satış qiymətinin 65000 manat məbləğində müəyyən ed ilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində 4 nömrəli binada yerləşən 32 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 vəvəkili X4 oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh1 heç bir ərizə yazmadan və aldadılaraq əlavə kredit müqaviləsinə imza etdirilməklə manatla tələb etdiyi halda ona dollara kredit verilmişdir. Məhkəmə bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozmuşdur. Bundan əlavə, ipoteka predme tinin ilkin satış qiyməti mübahisələndirilsə də, məhkəmə bu hala heç bir hüquqi qiymət verməmişdir. Halbuki Bakı şəhərində qeyd olunan ünvanda yerləşən mənzilin bazar dəyəri minimum 110000-120000 manat təşkil edir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin “xxxx” KB ASC-nin səlahiyyətli nümayəndəsi, Cavabdeh1, vəkili X2, digər cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubİikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, işə apelyasiya qaydasında baxılarkən tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 iş üzrə qətnamə qəbul edildikdən sonra yalnız xx xxxxxx 2014-cü il tarixli müqavilə üzrə banka bor cu qalmış, digər kredit müqavilələri üzrə borc tam ödənilmiş və mübahisə aradan qalxmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehlərin vəkilinin vəsatətinə əsasən “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 09B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borc məbləğinin hesablanması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 31722 nömrəli, xx.xx.2019-cu il tarixli ekspert rəyi ilə xx.xx.2016-cı il tarixə Cavabdeh1 əsas kredit borcu üzrə 30.151,79 ABŞ dolları, faiz borcu üzrə isə 3.141.21 ABŞ dolları borcunun olması, cavabdeh tərəfindən müqavilə üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 588,24 ABŞ dolları məbləğində ödəniş edildiyi müəyyən edilmişdir. Məhkəmə qətnaməsi ilə Cavabdeh1 xx xxxxxx 2014-cü il tarixli 09B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən tutulmuş əsas kredit borcu 28.793,80 ABŞ dolları, faiz borcu 1.719,37 manat təşkil etdiyindən qətnamənin bu hissədə ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdeh1 tərəfindən xx xxxxxx 2014-cü il tarixli 09B8/14-1 saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə 588,24 ABŞ dolları məbləğində ödəniş edilməsi həmin məbləğin iş üzrə qətnamə qəbul edildikdən sonra ödənildiyi nəzərə alınaraq qətnamənin əsas borc hissəsində dəyişdirilməsi üçün əsas ola bilməz. Qeyd edilən ödəniş qətnamənin icra mərhələsində nəzərə alınaraq məhkəmə tərəfindən tutulmuş əsas borcdan çıxılmalıdır. Cavabdehin apelyasiya şikayətində tərəflər arasında ABŞ dolları valyutası ilə bağlanmış müqavilələrin etibarsız lığı və ləğv edilməsi əsasları kimi göstərilmiş əsaslarla bağlı apelyasiya kollegiyası qeyd etmişdir ki, kredit müqavilələrinin etibarsız hesab edilməsi və ya ləğv edilməsi barədə qarşılıqlı iddia irəli sürülmədiyindən hazırkı icraat çərçivəsində araşdırma predmeti ola və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil etmişdir. Cavabdeh kasasiya şikayətində aldadılaraq müqavilə imzalaması ilə bağlı məhkəmənin maddi hüquq normasını pozmasına istinad etsə də, apelyasiya kollegiyası düzgün olaraq vurğulamışdır ki, kredit müqavilələrinin etibarsız hesa b edilməsi və ya ləğv edilməsi barədə qarşılıqlı iddia irəli sürülmədiyindən hazırkı icraat çərçivəsində araşdırma predmeti ola və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Kasasiya şikayətinin digər dəlili olan ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin göstərdiyi məbləğ təşkil etməsi və ya məhkəmə tərəfindən düzgün müəyyən edilməməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, əksinə işə mahiyyəti üzrə baxan məhkəmə bununla bağlı ekspertiza təyin edərək, əldə etdiyi rəy üzrə məbləğlə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etmişdir. Həmçinin ipoteka predmetinin ilkin satış qiyməti apelyasiya şikayətində də mübahisələndirilməmişdir. Halbuki işə mahiyyəti üz rə baxan məhkəmələr birinci instansiya (rayon, şəhər məhkəmələri) və apelyasiya məhkəməsidir. Beləliklə, kasasiya yoxlaması zamanı apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1 və 739.2-ci madələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtında icra olunmaması anı, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəf ə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasına səbəb olur. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-****/2019 nömrəli qətn aməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar