Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2710/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin və həmin torpaq sahəsində olan əmlak kompleksinin boşaldılması, apellyasiyanın hədləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu, X1 ibarət tərkibdə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 qarşı “torpaq sahəsinin və həmin torpaq sahəsində olan əmlak kompleksinin boşaldılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1070/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh15 kassasiya şikayətinə 05 iyul 2023-cü tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0,4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 1050,1 m2 olan əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MTK-ya məxsusdur.
2. Cavabdeh4, Cavabdeh12, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh 18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 məcburi köçkün olmaqla ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 518 ünvanında yerləşən əmlak kompleksində məskunlaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MTK cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus mübahisəli əmlakın cavabdehlər tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi və orada yerləşən əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydi yyata alınmışdır. Cavabdehlər isə məcburi köçkün kimi dövlət tərəfindən yeni mənzillərlə təmin olunmalarına baxmayaraq, həmin əmlakdan çıxmamış və əmlakın boşaldılması barədə iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymamışlar.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim Məlahət Abbasova) b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-397/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya m əhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Telman Quliyev, Gülnarə Tağızadə) c) Kassasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh5 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2952/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılışdır. ç) Apellyasiya instansiyası məhkəməsində təkrar icraat
10. Cavabdeh5 kassasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından sonra, iş üzrə digər Cavabdeh7 da Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 nömrəli, 10 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2006/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi Cavabdeh7 şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2006/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməmişdir.
12. Daha sonra iş üzrə digər Cavabdeh15 Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1070/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakimlər Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov)
14. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadına əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya k assasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir.
15. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4081/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-397/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh5 (vəkil Nümayəndə2) kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2952/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-397/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh7 (vəkil Nümayəndə2) apellyasiya şikayəti vermiş, həmin şikayət üzrə apellyasiya baxışı zamanı məhkəmə iclasında digər cavabdehlər Cavabdeh9 və Cavabdeh8 də iştirak etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. S umqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2006/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh7 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə Cavabdeh7 apellyasiya şikayətinin (İİ cild səh. 43) dəlilləri hazırda Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli nömrəli qətnaməsi Cavabdeh7 apellyasiya şikayəti əsasında yoxlanılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4081/2021 nömrəli qətnaməsi digər cavabdeh tərəfindən verilmiş apellya siya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmışdır
17. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prosessual Məcəllənin 366.2-ci madədəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh15 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılıb ki, mübahisəli əmlak torpaq sahəsidir və onun üzərində iş üzrə ayrı-ayrı cavabdehlərin inşa etdikləri fərdi yaşayış evləri vardır. Apellyasiya və kassasiya şikayətləri hər cavabdehə münasibətdə ayrıca verilir və dəlillər də ayrıca hər birinə münasibətdə fərdi qaydada yoxlanmalıdır. Buna görə də apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Ali Məhkəməsinin “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadına istinad etməsi düz deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifad ə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiy a və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 04 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadı: məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Kassasiya baxışının hədləri
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
22. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
25. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətini qeyri-mümkün sayarkən Abşeron R ayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin digər cavabdehlər, o cümlədən Cavabdeh7 şikayəti əsasında yoxlanmasına, Cavabdeh7 apellyasiya şikayətinin dəlilləri ilə hazırda şikayət verən Cavabdeh15 apellyasiya şikayətinin dəlillərinin eyni olmasına istinad etmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən əsasla apellyasiya şikayətini qeyri-mümkün sayarkən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin məhz digər cavabdehlərin şikayətinə münasibətdə yoxlanmasına əhəmiyyət verməmişdir.
27. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi əvvəlcə iki cavabdeh – Cavabdeh5 və Cavabdeh4 tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş və həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyatorlara münasibətdə dəyişdirilmədən saxlanmışdır.
28. Daha sonra Cavabdeh7 Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti də Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh7 münasibətdə yoxlanmışdır.
29. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi ilk dəfə Cavabdeh5 və Cavabdeh4 tərəfindən mübahisələndiriləndən sonra, Cavabdeh7 da ondan apellyasiya şikayəti vermiş və sonuncunun apellyasiya şikayətinə baxılaraq ona münasibətdə qətnamə dəyişdirilmədən saxlanmışdır. Belə olan təqdirdə, eyni vəziyyətdə olan hazırki cavabdehin apellyasiya şikayətinin qeyri-mümkün sayılması ziddiyyətli nətic ə yaratmışdır. Buna görə də Cavabdeh7 apellyasiya şikayətinin dəlilləri ilə hazırda şikayət verən Cavabdeh15 apellyasiya şikayətinin dəlillərinin eyni olmasına istinad etməklə şikayətin qeyri-mümkün sayılması əsaslı hesab edilə bilməz.
30. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qərardad ləğv edilməli, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün yeni apellyasiya baxışına qaytarılmalıdır.
31. İşə yenidən baxılarkən apellyasiya şikayəti verən şəxsin qətnamədən məlumatlı olub-olmamasına, şikayətin qanunla müəyyən edilmiş müddətdə verilib-verilməməsinə qiymət verilməli və bundan çıxış edərək hazırki işin kontekstində göstərilən halların cavabdehlərin prosessual hüquqlarından sui-istifadə edib-etməməsinə də diqqət yetirilməlidir.
32. Yuxarıda göstərilənləri və MPM-in 416, 417, 418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh15 kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1070/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.