Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2952/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 qarşı iş üzrə QƏRARİ Açar sözlər: (mülkiyyətin özgənin qanunsuz sahibliyindən müdafiəsi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 qarşı (Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlakın boşaldılması” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-397/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə 14 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən 0,4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 1050,1 m2 olan əmlak kompleksi (bundan sonra – mübahisə predmeti olan əmlak ) xüsusi mülkiyyət hüququ ilə İddiaçı MTK-ya (bundan sonra - iddiaçı) məxsusdur.
2. Cavabdehlər məcburi köçkün olmaqla ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 518 ünvanında yerləşən əmlak kompleksində məskunlaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus mübahisəli əmlakın cavabdehlər tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi və orada yerləşən əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehlər isə məcburi köçkün kimi dövlət tərəfindən yeni mənzillərlə təmin olunmalarına baxmayaraq, həmin əmlakdan çıxmamış və əmlakın boşaldılması barədə iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymamışlar.
5. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən iddiaçıya ünvanlanmış 12 aprel 2021-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 518 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (köhnə Satatistika İdarəsinin inzibati binası) ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin (Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh9) ağır mənzil-məişət şəraiti nəzərə alınaraq, onlar Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş “Qobu Park 3” yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşdur. Həmin məcburi köçkün ailələrinə yeni mənzillər verilməsinə baxmayaraq, əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər.
6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-4081/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia təmin olunmuşdur.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı cavabdehlərin iddiaçıya məxsus əmlak kompleksinə onun iradəsi əleyhinə qanunsuz daxil olmaları, bununla da iddiaçının mülkiyyət hüquqlarının pozulması tam sübuta yetirilmişdir. Ona görə də, iddia tələbi əsaslı olduğundan təmin edilməli, mülkiyyət hüququ ilə iddiaçıya məxsus torpaq sahəsi və həmin sahədə olan əmlak kompleksi cavabdehlər tərəfindən boşaldılmalıdır.
8. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 157.2, 157.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Apellyasiya şikayətləri eyni məzmunda belə əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan əmlak cavabdehlərin məskunlaşdığı əmlakla eyni olamadığınd an iddiaçının hazırkı iddia ilə müraciət etmək üçün subyektiv hüququ olmamış, bu xüsusatın araşdırılması məqsədilə əraziyə yerli baxış keçirilməsi və ekspertiza təyin olunması barədə vəsatətlərinə isə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. O da nəzər alınmalıdır ki, cavabdehlərin məskunlaşdıqları ərazi iddiaçının mülkiyyətində olmuş olsa belə, Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 298 saylı Sərəncamının qüvvədə olduğu müddətdə cavabdehlərin ailələri ilə birlikdə həmin əmlakda yaşaması məhdudlaşdırıla bilməz. Belə olan halda isə, cavabdehlərin həmin sahəyə sahiblikləri qanuni olduğundan məhkəmənin Mülki Məcə llənin 157.2-ci maddəsinə istinadı əsaslı olmamışdır.
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(105)-397/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
12. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə bildirmişdir ki, şikayətlər formal mülahizələrə əsaslanmaqla, işdə olan sübutlarla təsdiq olunmur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh5 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
14. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, əlavə olaraq məhkəmə tərəfindən Mülki Məcəllənin 152.5 və 157.2-ci maddələrinin hazırkı mübahisəyə tətbiq olunmasının yanlış olduğu və MPM-in 77.1-ci maddəsinə əsasən tərəflərin sübutetmə yükünün düzgün qiymətləndirilmədiyi göstərilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkə məsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kasasiya şikayətinin dəlilləri isə apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə qeyd olunan hüquqi məsələlərə apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilmişdir.
28. Belə ki, cavabdehin şikayətinin hüquqi əsası kimi istinad etdiyi Az ərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında xx.xx.2004-cü il tarixli, 298 saylı Sərəncamında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər.
29. Göründüyü kimi, dövlət tərəfindən bu istiqamətdə görülən tədbirlərin əsas məqsədi qaçqınların və məcburi köçkünlərin mənzil-məişət vəziyy ətinin yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsindən ibarət olmaqla, onların öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni yaşayış sahələrinə köçürülənə kimi qüvvədə olması nəzərdə tutulmuşdur.
30. Baxılan işdən isə görünür ki, cavabdehlər uzun müddət mübahisə predmeti olan iddiaçıya məxsus əmlakda məskunlaşmaqla, sözügedən Sərəncamın icrası çərçivəsində aidiyyəti orqan tərəfindən mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş “Qobu Park 3” yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşlar.
31. Belə olan halda cavabdehlərin mübahisəli əmlakdan istifadə hüquqlarının yaranmasına əsas olmuş hal aradan qalxdığından işə mahiyyəti üzrə baxan məhkəmələr Mülki Məcəllənin 152.5 və 157.2-ci ma ddələrinə əsasən onların həmin əmlakdan çıxarılması barədə hazırkı vindikasiya tələbini təmin etməkdə haqlı olmuşlar.
32. Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
33. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, kasasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-397/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.