Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1070/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdehlər Cavabdeh9, Cavabdeh12, Cavabdeh10 və Cavabdeh8 iştirakları ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 qarşı torpaq sahəsi və həmin torpaq sahəsində olan əmlak kompleksinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4081/2021 nömrəli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus mübahisəli əmlakın cavabdehlər tərəfindən boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, sözügedən torpaq sahəsi və orada yerləşən əmlak kompleksi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehlər isə məcburi köçkün kimi dövlət tərəfindən yeni mənzillərlə təmin olunmalarına baxmayaraq, həmin əmlakdan çıxmamış və əmlakın boşaldılması barədə iddiaçı tərəfindən edilmiş xəbərdarlıqlara məhəl qoymamışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)-4081/2021 nömrəli iş üzrə 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddia təmin olunmuşdur. Cavabdeh15 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh9, Cavabdeh12, Cavabdeh10 və Cavabdeh8 apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4081/2021 nömrəli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayıb, hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 04 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilmişdir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının apellyasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş apellyasiya şikayəti (və ya şikayətləri) apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməlidir. İşdən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)- 4081/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-397/2022 nömrəli iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh5 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2952/2022 nömrəli, 14 iyun 2022-ci il tarixli qərarı ilə Cavabdeh5 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-397/2022 nömrəli mülki iş üzrə 18 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4081/2021 nömrəli qətnaməsindən Cavabdeh7 (vəkil Nümayəndə2) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya baxışı zamanı məhkəmə iclasında digər cavabdehlər Cavabdeh9 və Cavabdeh8 də iştirak etmişlər və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2006/2022 nömrəli iş üzrə 10 noyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh7 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh7 apellyasiya şikayətindən (İİ cild səh. 43) görünür ki, apellyasiya şikayətinin dəlilləri hazırda Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-4081/2021 nömrəli qətnaməsi Cavabdeh7 apellyasiya şikayəti əsasında yoxlanılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4081/2021 nömrəli qətnaməsi digər cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmışdır. Mülki Prosessual Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya qaydasında yoxlanılması yolverilməz olduğundan apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 qarşı torpaq sahəsi və həmin torpaq sahəsində olan əmlak kompleksinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-4081/2021 nömrəli qətnaməsindən Cavabdeh15 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1070/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1070/2023
25.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver