Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-397/2022 18.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndə və vəkilləri X1, Vəkil1, Cavabdeh5 nümayəndə və vəkili Nümayəndə2, cavabdehlər Cavabdeh4 Cavabdeh2, Cavabdeh9, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin torpaq sahəsi və həmin torpaq sahəsində olan Əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi) qarşı torpaq sahəsi və Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlərə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 2 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlər və onların ailə üzvlərinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Mənzil Tikinti Kooperativi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia ərizəsi məhkəməyə təqdim olunandan bir müddət sonra cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 (Məryəm Şəfiyeva) və Cavabdeh3 öz ailə üzvləri ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı Mənzil Tikinti Kooperativinə məxsus Əmlak kompleksini könüllü olaraq boşaltdıqlarından, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 2 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksinin cavabdehlər Cavabdeh4, Cavabdeh12 tərəfindən azyaşlı övladları X2 və X3 ilə birlikdə, Cavabdeh5, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh9 və Cavabdeh11 tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Ermənisian Respublikasının işğalçı siyasəti nəticəsində 1992-ci ildə daimi yaşadıqları yerdən işğal olduğuna görə ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 518 ynvanında məcburi köçkün kimi məskunlaşmışlar. İndi ikinci dəfə öz evindən didərgin olmaq istəmir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasinın iclasında Cavabdeh5 nümayəndə və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdehlər məcburi köçkündür. Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1 iyul 2004-cü il tarixli 298 saylı sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Birinci instansiya məhkəməsi verilmiş vəsatətlərə ciddi yanaşmamış, yerli baxış keçirilməsi və ekspertiza təyin olunması barədə xahişləri nəzərə alınmamışdır. Əslində isə iddiaçının mülkiyyətində olan yerlə cavabdehlərin faktiki məskunlaşdığı yer eynilik təşkil etmir. İddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, mülki işin materiallarında olan iddiaçıya məxsus DƏDRX çıxarışı cavabdehlərin məskunlaşdığı ərazini əhatə etmir. Bu səbəbdən də iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndə və vəkili X1 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 izahatında göstərdi ki, apellyasiya şikayəti verməsə də şikayəti müdafiə edir, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh9 izahatında göstərdi ki, apellyasiya şikayəti verməsə də şikayəti müdafiə edir, apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, bina sakinlərinə dövlət ev təklif edib. Bu barədə təkliflər rəsmi müqavilə formasında olub. Həmin müqavilədə Cavabdeh5 imzası yoxdur. Müqavilələrin hamısı məhkəməyə təqdim olunub və iş materiallarına əlavə olunub. Məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh12, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, Cavabdeh6, Cavabdeh10, Cavabdeh7, Cavabdeh13, Cavabdeh8, Cavabdeh15, Cavabdeh14, Cavabdeh11 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iş üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh4 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın təmin olunmamasını xahiş etmişlər. Ona görə də məhkəmə kollegiyası qətnaməni qeyd edilən şəxslərə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlərin apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi mülkiyyət hüququ ilə İddiaçı MTK-ya məxsusdur. Əmlak kompleksi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 17.02.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq çıxarış verilmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, cavabdehlər və onların ailə üzvləri Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmalarına baxmayaraq MTK-ya məxsus Əmlak kompleksindən çıxmırlar. Ona görə də iddiaçı mülkiyyət hüququ ilə ona məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksinin boşaldılması vəzifəsinin cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların ailə üzvlərinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndlərinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi Repatriasiya Departamenti tərəfindən İddiaçı MTK-ya ünvanlanmış 12.04.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 518 ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisənin (Köhnə Satatistika İdarəsinin İnzibati binası) ərazisində hal-hazırda məskunlaşan 9 məcburi köçkün ailəsinin ağır mənzil-məişət şəraiti nəzərə alınaraq Komitə tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində inşa olunmuş "xxxx" yaşayış kompleksində yeni mənzillərlə təmin olunmuşdur. Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və onların ailə üzvlərinə yeni mənzillər verilməsinə baxmayaraq həmin məcburi köçkün ailələri əsassız iddialar irəli sürərək yeni mənzillərə köçməkdən imtina etmişlər. Bununla da mülkiyyətçinin iradəsi əleyhinə olaraq mübahisəli Əmlak kompleksində yaşamağa davam etmişlər. Bu isə Əmlak kompleksinin mülkiyyətçisinin Əmlak kompleksinə dair istifadə, sahiblik və mülkiyyət hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlər iddiaçıya məxsus Əmlak kompleksinə onun iradəsi əleyhinə qanunsuz olaraq daxil olmuş və beləliklə, iddiaçının Əmlak kompleksinə dair mülkiyyət hüquqlarını pozmuşlar. Ona görə də iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, mülkiyyət hüququ ilə İddiaçınə məxsus ünvan 1 ünvanda yerləşən 0.4288 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan 1050.1 kv.m Əmlak kompleksi cavabdehlər tərəfindən boşaldılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 35/120 saydlı köçürülmə vərəqəsindən görünür ki, Cavabdeh5 5 nəfər ailə üzvü ilə birlikdə Bakı-X9 3, bina 35-də 4 otaqlı 120 saylı mənzil, Cavabdeh4 4 nəfər ailə üzvü ilə birlikdə bina 26-da 2 otaqlı 106 saylı mənzil verilmişdir. Yəni iş materiallarından görünür ki, cavabdehlər ailə üzvləri ilə birdlikdə dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılırlar. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdehlər apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməlidir. Bundan sonra cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 1 iyul 2004-cü il tarixli 298 saylı sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunduqdan sonra mübahisəli sahədən çıxarılırlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(012)-4081/2021 saylı qətnaməsi cavabdehlər Cavabdeh5 və Cavabdeh4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh5 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-397/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-397/2022
18.01.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Mənzildən çıxarılma - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver