Məhkəmə qərarları › İş №2(102)-2711/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2711/2022

12.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2711/2022 12.04.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “fərdi evdən istifadə hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına dair evdən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək, İddiaçı ünvan 2 ünvanda zəbt etdiyi mənzildən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-262/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7997/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi – A.İsgəndərov, hakimlər İ.Kərimli və E.Kazımov) İddiaçı apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-262/2021 nömrəli, 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7997/2021 nömrəli, 02 fevral 2022-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi – A.İsgəndərov, hakimlər İ.Kərimli və E.Kazımov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7997/21 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin vəkil tərəfindən tərtib edilmədiyinə, vəkilin orderi əlavə olunmadığına, həmçinin elektron kabinet vasitəsilə verilmədiyinə görə geri qaytarılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya kollegiyası belə hesab edir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VİQD nömrəli Qanunu ilə MPM-ə dəyişiklər edilmişdir. Həmi n Qanunun keçid müddəalarının 2.1-ci bəndinə əsasən Məcəlləyə dəyişiklər edilməsi barədə qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmişdir. Keçid müddəlarının 2.2-ci bəndinə əsasən Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Kassasiya şikayətindən görünür ki, kassator Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilərək yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, kassasiya şikayətinin məzmununda həmin qərardadın deyil, yalnız apellyasiya məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin əsassızlığı barədə dəlillər qeyd etmişdir. Odur ki, kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadında maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdir. 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş MPM-in 407.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. MPM-in 408.1.5-ci maddəsinə əsasən, kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, hazırki kassasiya şikayəti MPM-in yeni qüvvəyə minmiş normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiya məhkəməsi isə, mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şikayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 407.1 və 408.1.5-ci maddələrini rəhbər tutar aq QƏRARA ALDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7997/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar