Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2711/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun gecikdirilməsinə görə faiz Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1207/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti əsasında mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi ilə İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 24% dərəcəsi ilə 35000 manat məbləğində kredit verilmişdir.
2. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi məqsədi ilə Cavabdeh1 borc alanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında zamin olaraq cavabdehlik daşımağı öhdəsinə götürmüş, eyni zamanda mülkiyyətində olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən 4 otaqlı, 23 saylı mənzili ipoteka ilə yüklü etmişdir.
3. Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı ASCnin iddiası qismən təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 s aylı kommersiya kredit müqaviləsinə əsasən yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcunun, 500 manat cərimənin, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, ödəmənin 26 noyabr 2013-cü il tarixli, 119607-NEDVİJ2005 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101,5 kv.metr, yaşayış sahəsi 77,0 kv.metr, yardımçı sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi və ilkin satış qiymətinin 61000 manat müəyyən edilməklə, əmlakın açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələ blərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin isə Cavabdeh1 verilməsi qət edilmişdir
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 11 fevral 2015-ci il tarixli qətnaməsi – “Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 61000 manat müəyyən edilsin” hissəsində dəyişdirilmiş; Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 92000 manat məblə ğində müəyyən edilmiş; qətnamə – İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 noyabr 2013-cü il tarixli, 119557-1-9915 saylı kommersiya kredit müqaviləsinə əsasən - yaranmış 28772,02 manat əsas, 1036,99 manat faiz borcu, 500 manat cərimə, cəmi 30309,01 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ASC-nin hesabına köçürülməsi, ödəmə 26 noyabr 2013-cü il tarixli, 119607NEDVİJ-2005 saylı, ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 18 V ünvanında yerləşən ümumi sahəsi 11,5 kv.metr, yaşayış sahəsi 24,5 kv.metr olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi, əmlak açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi məbləğində İddiaçı ASC-yə ödənilməsi və satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsi isə Cavabdeh1 verilsin” hissələrində dəyişdirilmədən saxlanılmışdır
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 04 mart 2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 məxsus Xırdalan şəhəri, məhəllə 27, ev 18V ünvanında yerləşən ümumi sahəsi 101,5 kv.m, yaşayış sahəsi 77,0 kv.m, yardımçı sahəsi 24,5 kv.m olan 4 otaqlı 23 nömrəli mənzilin ilkin satış qiyməti 85000 manat müəyyən edilmiş, İddiaçı ASCnin kassasiya şikayəti qalan hissədən təmin edilməm iş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 oktyabr 2015-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmişdir.
6. Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı ASCnin iddiası təmin edilərək, Cavabdeh2, Cavabdeh1, X2, X3, X4 və X5 ünvan 2 ünvanında yerləşən 23 saylı mənzildən məcburi qaydada çıxarılmaları və həmin evin boşaldılaraq İddiaçı ASCyə təhvil verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı ASC (bundan sonra – Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank ilə Cavabdeh2 arasında bağlanmış 119 -557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-408/2015 saylı qətnaməsi ilə müəyyən edilən pul öhdəliklərinin vaxtında icra edilməməsi səbəbindən həmin müqavilənin şərtlərinə əsasən hesablanmış 14.462,77 manat məbləğində faiz borcu və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ondan kredit borcunun tutulmasına dair məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməklə qətnamənin icrasını qəsdən gecikdirmiş, onun məqsədli hərəkətləri nəticəsində pul öhdəlikləri vaxtında icra olunmamı ş və bunun nəticəsində kredit müqaviləsi üzrə faizlər yığılmışdır. Kredit müqaviləsindən irəli gələn və Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14462,77 manat borc məbləğində faiz borcu cavabdehlərdən tutularaq Banka qaytarılmalıdır.
9. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması tələbinə dair iddiası təmin edilməmişdir.
10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 tərəfindən iddiaçıya məxsus borc pul məbləğindən hər hansı şəkildə faydalanması və ya həmin məbləği əsassız əldə etməsi sübuta yetirilmədiyindən, digər cavabdeh isə ipotekaqoyan olduğundan və onun məsuliyyəti ipo teka predmeti ilə məhdudlaşdırıldığından iddia tələbi əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 445.7, 449.1, 448.2-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.
13. Sumqayıt A pellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2789/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyevin sədrliyi və məruzəsi ilə, Gülnarə Tağızadə və Lətifə Məmmədovadan ibarət tərkibdə) iddiaçının şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi hallarını sübuta yetirə bilməmişdir.
15. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrası borclu tərəfindən gecikdirildiyindən yaranmış borc məbləği həmin öhdəliy in təminatı olan ipoteka predmetlərinin açıq hərrac vasitəsilə satılması yolu ilə ödənilmişdir. İpoteka predmetlərinin satışından əldə olunan vəsaitin borc məbləğinin ödənilməsinə kifayət etməməsi barədə iddiaçı məhkəməyə heç bir sübut təqdim etmədiyi kimi bu barədə tələb də irəli sürməmişdir. İpoteka predmeti iddiaçı bankın mülkiyyətinə verildiyindən bu müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Hazırki halda cavabdehlərin hərəkətləri özgənin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi kimi qiymətləndirilə bilməz.
16. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.3, 385.1, 445.2.1, 445.2.2, 445.7, 448.2, 449.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, id diaçının tələb etdiyi faiz borcu müqavilənin qüvvədə olduğu müddətdə hesablanmış faizdir və Cavabdeh2 kredit müqaviləsi üzrə həmin faizlər ödəmək öhdəliyini üzərinə götürmüşdür. Digər cavabdeh isə ipoteka qoyan olmaqla yanaşı zamin olmuş kredit müqaviləsi üzrə faiz borcunun və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyəti üzrə götürmüşdür.
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1347/2022 nömrəli iş üzrə 14 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev - məruzəçi, Elşanə Vəliyeva və Aqil Abbasov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
20. Kassasiya instansiya məhkəməsinin mövqeyinə görə apellyasiya məhkəməsi tərəfindən idd iaçının dəlillərinə tam hüquqi qiymət verilməmiş, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, hazırki iddia tələbinin əsasını ipoteka predmetinin satışından əldə olunan pul vəsaitinin borcun ödənilməsi üçün kifayət etməməsi və ya cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir.
21. Belə ki, Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin, həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilmə məsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanı) ödənilməsini borcludan tələb edə bilər.
22. Bu zaman məhkəmə iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı, yaxud zərər olduğu barədə məsələləri araşdırmalıdır
23. Belə ki, Konstitusiya Məhkəməsinin həmin mövqeyi hazırki iddiaya tətbiq edilməklə qeyd olunmalıdır ki, iddiaçının kredit vəsaitindən istifadə haqqı olaraq kredit müqaviləsinin müddəti bitdiyi tarixədək, qətnamə ilə müəyyən olunan məbləğ həmin tarixdən əvvəl ödənildiyi halda isə - qətnamənin tam icra tarixədək - müqavilə üzrə müəyyən olunmuş faizləri, müqavilə müddəti bitdiyi tarixdən sonrakı dövr üçün - faiz formasında zərəri tə ləb etmək hüququ vardır.
24. Həmçinin məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad edir.
25. Hazırkı işdə isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 447.5-ci maddəsini düzgün tətbiq etməmiş, həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə almamış, apellyasiya instansiyası məhkəməsi isə iddiaçı nın apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyərək Mülki Prosessual Məcəllənin 220.4, 392ci maddələrinin tələblərini pozmuşdur. d) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
26. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1207/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafarinin sədrliyi və məruzəsi ilə, Şəmsəddin Abasov və Telman Məmmədovdan ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh2 119-557-1-9915/1 saylı, xx.xx.2013-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 manat 77 qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin Cavabdeh1 aid hissədə rədd edilməsi qət edilmişdir.
27. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, müqavilə xx.xx.2016-cı il tarixədək qüvvədə olmasına baxmayaraq, borc xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan 24 dekabr 2014cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyini hazırkı iddiaya tətbiq edilməklə qeyd edir ki, iddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 445.7. maddəsinin tələbi baxımından müqavilə üzrə m üəyyən edilmiş 14.462,77 manat faiz borcu Cavabdeh2 tutulmalı və alınaraq iddiaçıya verilməlidir.
28. İddiaçı zaminə qarşı iddia tələbi ilə müraciət edərkən qanunvericilik ilə nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Belə ki, tərəflər arasında bağlanmış müqavilə 3 il müddətinə, yəni xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək bağlanmış, bununla zaminə qarşı tələbi xx.xx.2017-ci il tarixdə bitdiyi halda, xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmiş, bununla da 1 illik kəsici müddəti ötürmüşdür.
29. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci, 445.7-ci, 470.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 2 4 dekabr 2014-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. e) kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli 2(105)- 1207/2022 nömrəli qətnaməsinin iddia tələbinin Cavabdeh1 aid hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilərək 14.462,77 AZN məbləğində faizin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 tutulması və ona ödənilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsindən irəli gələn və məhkəmə qərarı ilə müəyyən edilən pul öhdəlikləri vaxtında icra olunmadığı üçün yaranmış 14.462,77 AZN məbləğində faiz borcu Ca vabdeh2 tutulmaqla yanaşı Cavabdeh1 da tutulmalı və Banka ödənilməlidir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-5775/2022 nömrəli iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər İlqar Xələfovun məruzəsi ilə, İsmayıl Xəlilov və Ələsgər Əliyevdən ibarət tərkibdə) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmışdır. f) kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat
34. Cavabdeh2 da Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)1207/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən – ondan 119-557-1-9915/1 saylı, xx.xx.20 13-cü il tarixli kommersiya krediti müqaviləsi üzrə hesablanmış 14462 manat 77 qəpik məbləğində faiz borcu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
35. Kassator şikayətini onunla əsaslandırmışdır ki, borclunun icranı gecikdirməsi bağlı məsuliyyət müəyyən edən qanunvericiliyin norması düzgün tətbiq edilməmişdir. (MM 445.7) Həmin maddədə göstərilir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırki iş üzrə iddia tələbi ilə bağlı bankın məhkəmə qaydasında tələb etdiyi əsas borc, faiz borcu və dəbbə pulu ipoteka predmetinin hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına müqavilə müddəti başa çatana qədər ödənildiyindən həmin maddi hüquq normasının tətbiq edilməsi düzgün olmamışdır.
36. Kassasiya şikayətinin digər dəlilinə görə pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət müəyən edən norma da düzgün tətbiq edilməmişdir (MM 449.1). Belə ki, həmin maddənin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi g ün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə, öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman məhkəmə iddiaçının faiz qismində tələb etdiyi məbləğin kredit vəsaitindən kredit müqaviləsi üzrə müəyyən edilmiş istifadə haqqı və yaxud zərər olduğu barədə məsələləri araşdırmalıdır. Hazırki mübahisədə yuxarıda qeyd edildiyi kimi borc məbləği məhkəmə qaydasında və ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına tam həcmdə ödənildiyindən, hətta borc ödənildikdən sonra satış pulunun artıq qalmış hissəsi bankın sərəncamında saxlanıldığından bankın iddiası əsassız hesab edilməli idi. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(012)-571/2021 saylı qətnaməsi ilə iddia tələbi haqlı olaraq təmin edilməmişdir. Sonradan həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2789/2021 saylı qətnaməsi ilə dəyişdirilmədə n saxlanılmışdır.
37. Kassasiya şikayətinin digər dəlilinə görə isə, apellyasiya instansiyası məhkəməsi cavabdehə göndərilmiş bildirişlərin geri qayıtmasını nəzərə almamış, beləliklə də məhkəmə iclasında cavabdehin iştirakını təmin etmədən işə baxmışdır.
38. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1-ci, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. a) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xid mətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
41. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
42. Maddə 390.1. Fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
43. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
44. Maddə 421.2. Tərəflərdən b irinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
45. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
46. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqd a bu qayda qüvvədə olmur.
47. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
48. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
49. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
50. Ma ddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsasla ndırılmalıdır.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
57. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
58. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
59. İşin müəyyən edilmiş hallarından görünür ki, 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəlik Cavabdeh2 tərəfindən pozulduğuna görə bank daha əvvəl, iddia qaldırmış, müqavilə üzrə bütün borcun (əsas, faiz və cərimə) tutulmasını tələb etmişdir. Məhkəmə qərarları ilə bu tələb qismən təmin olunmuş və cavabdehlərdən 28772,02 manat əsas, 1036,99 manat faiz, 500 man at cərimə olmaqla, ümumilikdə 30309,01 manat kredit borcu tutulmuşdur. Bu iş üzrə sonuncu məhkəmə aktı - Ali Məhkəmənin Mülki kollegiyasının qərarı 04 mart 2016-cı il tarixdə qəbul edilməklə qüvvəyə minmiş və icrası 29 iyul 2016-cı ildə təmin edilərək qeyd olunan borc ödənilmişdir (§ 1-5).
60. Hazırkı iş üzrə iddiaçı 26 noyabr 2013-cü il tarixli kredit müqaviləsindən yaranan borca Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin qəbul edildiyi vaxtdan beş ilə yaxın müddət keçdiyini, borcun yönəldiyi ipoteka predmetinin boşaldılması haqqında Abşeron Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixdə çıxardığı qətnamənin də vaxtında icra olunmadığını vurğulayaraq, pul öhdəliyinin vaxtında yerinə yetirilməməsinə görə 14.462,77 manat faiz borcunun tutulmasını tələb edir (§ 7-8).
61. İddianı təmin edən apellyasiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlanmış, müqavilə xx.xx.2016-cı il tarixədək qüvvədə olmasına baxmayaraq, borc xx.xx.2016-cı il tarixdə tam ödənilmişdir. İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqı qismində faizlərin tutulmasını tələb etməkdə haqlı olmuşdur. Mülki Məcəllənin 445.7. maddəsinin tələbi baxımından müqavilə üzrə müəyyən edilmiş 14.462,77 manat faiz borcu Cavabdeh2 alınaraq iddiaçıya verilməlidir (§ 27).
62. Məhkəmə kollegiyası bu mövqeyi və nəticəni əsaslı hesab etmir. İlk növbədə qeyd olunmalıdır ki, faiz bir qayda olaraq kreditorun pul vəsaitindən istifadə edilməsinin qarşılığı kimi h esablanan məbləğdir. Bununla yanaşı kredit borcuna hesablanması mümkün olan faizlər maiyyət etibarilə bir-birindən fərqlənir. Məsələn, tərəflər arasında bağlanmış kredit müqaviləsi qüvvədə olduğu dövrdə həmin əqdlə razılaşdırılmış müqavilə faizi (əsas kapitaldan istifadə faizi) və müqavilə ləğv edildikdən sonra tələb edilən gecikdirmə faizi (MM-in 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz) ayrı-ayrı faizlərdir.
63. Baxılan işdə apellyasiya məhkəməsi iddianı təmin edərkən tutulmasını qət etdiyi faizi “pul vəsaitindən istifadə haqqı” adlandırsa da iddiaçının tələb etdiyi 14.462,77 manatın müqavilə faizi kimi, yoxsa gecikdirmə faizi kimi hesabladığını açıqca göstərməmişdir. Bununla belə, məhkəmə həmin fikrin ardınca hüquqi əsas kimi (illik 5 faizi nəzərdə tutan) MM-in 445.7-ci maddəsi nə istinad etmişdir.
64. Beləliklə, 14.462,77 manatın müqavilə faizi, yoxsa illik 5 faiz kimi tutulması, başqa bir ifadə ilə bu məbləğin əmələ gəlmə meyarları işin müəyyən edilmiş halları baxımından lazımi şəkildə əsaslandırılmamışdır.
65. Kollegiya əvvəəlcə müqavilə faizinə dair hüquqi vəziyyətlə bağlı qeyd edir ki, həmin faiz ancaq tərəflər arasındakı müqavilənin qüvvədə olduğu dövr üçün tələb edilə bilər. Müqavilə ləğv olunduqda isə bu faizin hesablanması və tələb olunması yolverilməz sayılır. Ləğvdən sonrakı dövr üçün kreditor faiz formasında zərərin - real zərərin əvəzini və əldən çıxmış faydanı istəməyə haqlıdır.
66. MM-in 445.7-ci maddəsində göstərilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bi lmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur (§ 48).
67. Məhkəmələr müəyyən etmişlər ki, iddiaçı bank kredit müqaviləsi üzrə bütün borcu geri tələb etdiyi üçün bu barədə Abşeron Rayon Məhkəməsi xx.xx.2015-ci il tarixli qətnamə çıxarmışdır.
68. Bu hal göstərilən tarixdən də əvvəl, yəni əgər bank bütün borcun qaytarılmasına dair borcluya pretenziya məktubu göndərmişsə həmin tarixdən, bunu etməyibsə ən azı iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixdən sözügedən kredit müqaviləsinin ləğv olunduğuna dəlalət edir.
69. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqaviləni ləğv etmənin məhkəmədən k ənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir.
70. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yön əldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd etmişdir ki, “müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir....Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış təl əb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.
71. Belə olan halda, iddiaçı bankın kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair ən azı məhkəmədə (bundan əvvəlki mülki iş üzrə) iddia qaldırdığı tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün Cavabdeh2 müqavilə faizi tələb etməsi yolverilməzdir.
72. Odur ki, bank həmin tarixdən etibarən borcun tam qaytarıldığı xx.xx.2016-cı ilədək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (ən azı illik beş faizin) ödənilməsini tələb edə bilər.
73. Cavabdeh2 tutulmuş 14.462,77 manatın isə məhz bu qaydada hesablanmış məbləğ olduğu qətnamədə əsaslandırılmamış, qeyd olunan maddi hüquq normaları müzakirə edilməmiş və məsələyə göstərilən konteksdə hüquqi qiymət verilməmişdir.
74. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və p rosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
75. Məhkəmə kollegiyası hesab edir ki mübahisənin mahiyyətinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən iddianın həllinə dair qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin lazımi qaydada qəbul edilmiş qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.
76. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üz rə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
77. Kollegiya onu da vurğulamağı vacib bilir ki, məhkəmə aktı ilə qət edilən kredit borcunun ipoteka predmetinə yönəldildiyi andan etibarən (predmetin mülkiyyəti kreditora keçdiyi halda) orada yaşayan şəxslərin çıxmaqdan imtina etməsi kreditorun borc müqaviləsindən irəli gələn hüquqlarının deyil, daşınmaz əşyaya mülkiyyət hüquqlarının pozulmasına və qarşı tərəfin əsassız varlanmasına dəlalət edir. Bu pozuntuların aradan qaldırılması tələbi ayrı hüquqi əsaslara söykənir (MM, m.157, 1092). Odur ki, borc ipoteka predmeti hesabına ödənildikdən sonra borclunun həmin predmetdən çıxmas ının gecikdirildiyi dövrə kreditorun faiz hesablaması qanunvericiliyə uyğun deyil.
78. Qeyd olunanları nəzərə alaraq məhkəmə tərkibi bu qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir.
79. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1207/2022 nömrəli iş üzrə 14 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.