Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2713/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə ilk, iddiaçı Cavabdeh İddiaçı (3-cü şəxs X6) qarşı “müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli 2(103)-13017/2019 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 204.000 (iki yüz dörd min) avro məbləğində əsas borcun, borcun qaytarılmasının gecikdirilmiş müddəti üçün 100.000 (bir yüz min) manat pulun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı (3-cü şəxs X6) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış 28.01.2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 23 iyul 2019-cu il tarixli 2(009)-1775/2019 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Aida Hüseyn-sədrlik edən və məruzəçi, Etibar Nəbiyev və Raqib Qurbanov) 2(103)-13017/2019 saylı 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1775/2019 saylı 23 iyul 2019-cu il tarixli qətnaməsi ilkin iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, ilkin iddia tələbi qismən təmin edilmiş, ilkin iddia üzrə Cavabdeh 50.000 (əlli min) avro tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəm əsi Mülki Kollegiyasının 20 noyabr 2019-cu il tarixli qətnaməsinin Cavabdeh ilkin iddia üzrə İddiaçı xeyrinə 50.000 avro ödənilməsi hissəsində ləğv edilərək ilkin iddia tələbi təmin edilməməsini barədə yeni qərar qəbul edilməsini xahiş etmişdirlər. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işin faktiki halları tam, obyektiv, ətraflı araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. tərəflər arasında ilk növbədə 2010-cu il tarixdə 320.000 avro məbləğində faizlə borc pul verilmişdir. Həmin pulun verilməsini İddiaçı əvəzinə onun yaxın qohumu (dayı-bacıoğludurlar) olan X6 vermişdir. Cavabdeh isə öz növbəsində müəyyən olunmuş anlaşmaya uyğun olaraq göstərilmiş və iş materiallarına əlavə edilmiş həmin anlaşmada gös tərilən tarixlərə uyğun olaraq ödənişləri həyata keçirmişdir. İddiaçı Bakı şəhərinə gəldikdən sonra tərəflər arasında verilmiş ilkin borcun qaytarılması məsələlərində müəyyən qarşılıqlı inamsızlıq və anlaşmazlıq halları yaranmışdır. Buna görə də tərəflər həmin ilkin müqavilə üzrə verilən 320.000 avro pulun Əlişan oğlu tərəfindən Cavabdeh heç bir maddi vəsait pul verilməmişdir. Tərəflər arasında bağlanan 28.01.2016-cı il tarixli kredit müqaviləsi mahiyyət etibarı ilə əvvəl alınan borcun etirafı olmuşdur. Cavabdeh tərəfindən anlaşmada da qeyd olunan cədvələ uyğun olaraq borc ödənilmişdir. Belə ki 28.01.2016-cı tarixli kredit müqaviləsi bağlandıqdan sonra da, uyğun olaraq 26.12.2016-cı il tarixdə həmin məbləğdən 104 000 avro, 02.11.2017-ci il tarixdə 50 000 avro, 08.11.2018-ci il tarixdə 50 000 avro X4 ödənilmişdir və Manafov Hüseyn həmin pulu almasını öz imzası ilə təsdiq etmişdir. Cavabdeh ümumilikdə ona verilən 320.000 avro məbləğində borcun əvəzində 395.000 avro pul geri qaytarmışdır və öz öhdəliyini artıqlaması ilə (75.000 avro əlavə olmaqla) yerinə yetirmişdir. X11 birinci instansiya məhkəməsində verdiyi ilk ifadə də Cavabdeh ilə İddiaçı arasında bağlanan 28.01.2016-cı il tarixli kredit müqaviləsinin 2010-cu il tarixdə verilmiş 320.000 avro məbləğində borc pul vəsaitinin faizlərə dair olan hissəsinin rəsmiləşdirilməsi olduğunu yəni borcun etirafı xarakteri daşıdığını və Cavabdeh tərəfindən həmin borcun tamamilə ödəndiyini bildirmişdir. Eyni zamanda Cavabdeh tərəfindən ona verilmiş 320.000 avro borc məbləğinin qarşılığında 395.000 avro pul geri qaytarılmışdır. mülki işi n materiallarında bu fakt öz təsdiqini tapır. Həmçinin o, öz ifadəsində bildirmişdir ki, geri ödənilən pulları müvafiq qaydada cavabdehdən o qəbul etmiş və müqavilənin arxasına qeyd etməklə öz imzası ilə təsdiq etmişdir. X1 birinci instansiya məhkəməsində ilk ifadəsində bildirmişdir ki, cavabdehə borc olaraq verilmiş 320.000 avro pulun bir hissəsi olaraq 204.000 avropulun verilməsi rəsmiləşdirilərək, ümumilikdə cavabdehə 395.000 avro pul verilmişdir. Lakin daha sonra verdiyi ifadə də ilkin ifadısi ilə ziddiyyət daşıyan fikirlər səsləndirmişdir. X3 nümayəndəsi və vəkili X5 belə bir sual verilmişdir ki, hal-hazırda iddia edirlərki cavabdeh tərəfindən ödənilməmiş 50.000 avro borc pul qalır, lakin birinci instansiya məhkəməsində öz ifadəsində onun müvəkkili X6 tərəfindən bütün pulların geri öd ənildiyi deyilmişdir. Cavab olaraq isə X3 vəkili və nümayəndəsi X7 tərəfindən bildirilmişdir ki, Manafov Hüseyn tərəfindən həmin vaxt tam səmimi ifadə vermişdir. X6 öz ifadəsində etiraf edir ki, tərəflər arasındakı anlaşmada qeyd olunan tarixlərə uyğun olaraq pullar onun tərəfindən alınarkən müqavilənin arxasına imza etmişdir. 08.11.2018-ci il tarixdə üstünə əlavə 50.000 avro yazılsa da onun 154.000 avrodan əlavə 50.000 avro almamışdır. X6 tərəfindən almadığı pulu almış olduğunu qeyd etməsi halı tamamilə absurddur. Həmin şəxs əgər bu pulu alması idi öz imzası ilə təsdiq edərək əlavə olaraq 50.000 avronu da aldığını qeyd etməzdi, nəzərə alınsa ki, tərəflər arasında indiyə kimi də alınmış pullara dair belə bir anlaşılmazlıq və ya hər hansı texniki səhv olmamışdır. Məhz Cavabdeh tərəfindən 08.11.2018-ci il tarixdə 50.000 avro pul vəsaitində geri ödəyərək o, tamamilə borcunu geri qaytarmışdır. Belə ki, şəxsin ifadəsindən tamamilə müəyyən etmək mümkündür ki, onun dedikləri həqiqəti əks etdirmir. İddiaçı cavabdehə vermədiyi halda ondan qanunsuz olaraq 204.000 manat məbləğində pul vəsaiti tələb edərək, qazanc əldə etmək niyyətindədir. Bu zaman apellyasiya instansiyası məhkəməsi tərəfindən X3 ilkin verdiyi ifadə mötəbər hesab olunmalı olduğu halda, məhkəmə tərəfindən bu halla bağlı düzgün hüquqi qiymət verilməmişdir. Bu halda tərəflər arasında heç bir borc məbləğindən söhbət gedə bilməz iddiaçı tərəfindən cavabdehə ödənilmiş borc pul məbləği tərəflər arasında ki anlaşma cədvəlinə uyğun olaraq ödənilmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyası iclasında Cavabdeh vəkili Vəkil kas sasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddia üzrə nəticəsini mübahisələndirməmiş, ilkin iddiaçı apellyasiya şikayəti vermiş, ilkin iddia üzrə cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin ona münasibətdə gəldiyi nəticəsini kassasiya qaydasında mübahisələndrmişdir. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 442 və 739.1-ci maddələr inə istinadən gəldiyi nəticələrin əsaslandırmasından görünür ki, nə qədər ki, tərəflər arasında bağlanan 28.01.2016-cı il tarixli kredit müqaviləsi qüvvədədir və həmin müqavilənin etibarlılığını şübhə altına alan hər hansı əsas mövcud deyil, eləcə də, ilkin iddia üzrə tələb olunan 204.000 avro da həmin kredit müqaviəsi üzrədir, həmin müqavilə üzrə ödənilməyən 50.000 avro ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissdə (ilkin iddianın təmin edilmiş hissəsində) əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğ un olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq müna sibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Həmçinin, Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülkihüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış e də bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsi ndə təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, nə qədər tərəflər arasında 2010-cu il tarixdə borc münasibəti yaranmış olsa da hazırda ilkin iddia üzrə tələb olunan borc məbləği 28.01.2016-cı il tarixdə notarial qaydada bağlanmış kredit müqaviləsi üzrədir. Apellyasiya instansiyası məhkəməsi həmçinin müəyyən etmişdir ki, tərəflər arasında mövcud borc münasibəti ilə əlaqədar ödənişlərə dair “anlaşma” adlı cədvəl tərtib olunmuşdur. Həmin cədvəl üz rə 01.04.2010-cu ildən 02.11.2017-ci ilə qədər olan ödənişlər öz əksini tapır. Həmin anlaşmadan görünür ki, tərəflər arasında bağlanmış 28.01.2016-cı il tarixli kredit müqaviləsindən sonra yalnız iki dəfə ödəniş olmuşdur. 26.12.2016-cı il tarixdə olan 104.000 avro və 02.11.2017-ci il tarixdə olan 50.000 avro. Həmin məbləğlər 28.01.2016-cı il tarixli müqavilənin arxa tərəfində də qeyd olunmuş və iş üzrə 3-cü şəxs olan X6 tərəfindən qəbul edildiyi göstərilmişdir. Birinci instansiya məhkəməsində iştirak edən 3-cü şəxs verdiyi izahatında həmin məbləğləri Cavabdeh aldığını və 28.01.2016-cı il tarixli müqavilənin surətinə imza etdiyini təsdiq etmişdir. Lakin cavabdeh tərəfindən son 50.000 Avro məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, nə qədər ki, tərəflər arasında bağlanan 28.01.2016-cı il tarixli kredit müqaviləsi qüvvədədir və həmin müqavilənin etibarlılığını şübhə altına alan hər hansı əsas mövcud deyil və ilkin iddia üzrə tələb olunan 204.000 avro da həmin kredit müqaviləsi üzrədir, həmin müqavilə üzrə ödənilməyən 50.000 avro ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Beləliklə də, kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, 50.000 avro ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli barədə qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və ob yektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.11.2019-cu il tarixli 2(103)13017/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2713/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2713/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver