Məhkəmə qərarları › İş №2(102)-2713/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2713/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2713/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2713/22 Açar sözlər: prosessual müddətin bərpası, dispozitivlik prinsipi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu və ipotekaya yönəltmə tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2480/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə 05.05.2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank və ya iddiaçı) məhkəməyə müraciət edərək müştərək qaydada Cavabdeh2 və Cavabdeh1 02 iyul 2014cü il tarixə 26536,57 ABŞ dolları əsas borcun, 1914,09 ABŞ dolları faizin və 219,80 ABŞ dolları cərimənin, cəmi 28670,46 ABŞ dolları pul məbləğinin alınaraq Banka ödənilməsi, tələbin Cavabdeh2 (bundan sonra – cavabdeh) məxsus olan və ipoteka qoyulmuş “Kia Sorento” minik markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin Ba nka ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)2760/2014 nömrəli iş üzrə 08 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə (hakim S.Mayılov) iddia təmin edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərə göndərilmiş qətnamənin surəti ünvan tam olmadığı üçün rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Cavabdeh 29.10.2021-ci il tarixdə qətnamə barədə məlumatsız olduğu barədə məhkəməyə ərizə ünvanlamış və qətnamənin surətinin ona rəsmi qaydada verilməsini xahiş etmişdir. 18.11.2021-ci il tarixdə qətnamənin surəti qəbzə imza edilməklə cavabdehin vəkilinə təqdim edilmişdir. 4. 17.12.2021-ci il tarixdə məhkəməyə cavabdehlərin qətnamədən verdikləri apellyasiya şikayəti və burax ılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul edilməsi barədə məlumatsız olublar, qətnamə onlara rəsmi qaydada verilməyib.

5. Birinci instansiya məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, cavabdehlərin qətnamədən verdikləri apellyasiya şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi 2(103)-2480/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir.

7. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, şikayət elektron kabinet vasitəsilə ver ilməmişdir.

8. Eyni zamanda birinci instansiya məhkəməsi apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəyə baxılmasını 28 dekabr 2021-ci il tarixə saat 11:40 təyin etmiş, lakin həmin bildirişin iddiaçıya həqiqətən göndərildiyi iş materiallarından təsdiq olunmur. Məhkəmə ərizəyə iddiaçının xəbəri olmadan və nümayəndəsinin iştirakı olmadan baxmışdır.

9. Bundan başqa qətnamə çıxarılmasından 7 ildən artıq müddət keçib, bu müddət ərzində cavabdehlərin işdən həqiqətən məlumatsız olmaları aydınlaşdırılmayıb. Halbuki bu halın dəqiqləşdirilməsi vacib idi və bunun üçün məhkəmə tərəfindən qətnamənin icra vəziyyəti yoxlanılmalı, yəni cavabdehlərin barəsində icra sənədinin icrası ilə əlaqədar məcburi icra tədbirlərinin keçirilib-keçirilməməsi, bu tədbirlərlə əlaqəda r onların məhkəmə qətnaməsindən nə vaxt məlumatlı olub-olmamaları dəqiq müəyyənləşdirilməli idi. Çünki 7 ildən artıq müddətdə qanuni qüvvəsini almış məhkəmə aktının yenidən əsassız, hüquqdan sui-istifadə edilməklə mübahisələndirilməsi yolverilməzdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 10-1.3, 361, 363.1.1-1, 363.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

11. Cavabdeh kassasiya şikayəti verərək, qərardadın ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-in 4.1-ci maddəsinə əsa sən, o qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Apellyasiya məhkəməsi işi hallarını aydınlaşdırmadan onun prosessual hüququnu pozmuş və qanunsuz olaraq məhkəmə müdafiəsi hüququnu məhdudlaşdırmışdır.

13. Məhkəmə qətnaməsi cavabdehə rəsmi qaydada 17 noyabr 2021-ci il tarixdə verilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermiş və elektron qaydada sistemə daxil edilməsi üçün şikayət və müvafiq sənədlər ona təqdim edilmişdir. Həmin sənədlərin şəxsi kabineti vasitəsilə elektron məhkəmə sisteminə daxil edilməsi üçün bir neçə dəfə cəhdlər olunsa da mümkün olmamışdır. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin səlahiyyətli şəxsləri ilə telefon danışıqları zamanı ona bildirilmişdir ki, köhnədən verilmiş (2018-ci ildən öncəki) qətnamələr elektron məhkə mə sisteminə işlənmədiyindən bunlarla bağlı yuxarı məhkəmə instansiyalarına verilməli olan şikayətləri elektron sistem tanımır və qəbul etmir. Bununla əlaqədar olaraq apelyasiya şikayətini və qoşma sənədləri kağız şəklində göndərmək məcburiyyətində qalmışlar.

14. Şikayəti qeyri-mümkün hesab etmək üçün məhkəmənin istinad etdiyi digər dəlillər də əsassızdır və onun məhkəmə müdafiəsi hüququnu, həmçinin MPM-in 360-cı maddəsinin tələblərini pozur. Kassasiya şikayətinə qarşı etiraz

15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

17. Maddə

147. Azərbaycan Respublikasını n Konstitusiyasının hüquqi qüvvəsi İ. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. İİ. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. İİİ. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır. Mülki Prosessual Məcəllə

18. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.

19. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

20. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli Qərarı

21. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Barışıq sazişinin bağlanması, çıxarılmış məhkəmə aktı ilə razılaşılması və ya ondan şikayət verilməsi hər iki tərəfin iradəsi əsasında müəyyən olunur. İddianın etiraf edilməsi (qəbul edilib-edilməməsi), habelə iddia müddətinin tətbiq olunub-olunmaması isə cavabdehin mövqeyindən asılıdır. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlə r, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Kassasiya baxışının hədləri

22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Hazırkı kassasiya şikayətində qərardad cavabdeh tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi 08.10.2014-cü il tarixdə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin elektron qaydada verilmədiyinə istinad edərkən ümumiyyətlə 2014-cü ildə qəbul edilmiş məhkəmə aktlarından elektron qaydada şikayət verilməsinin mümkünlüyü barədə məsələyə münasibət bildirməmişdir. Halbuki apellyasiya şikayətinin elektron qaydada verilməsi tərəfdən asılı olmayan səbəblərdən mümkün deyildlirsə MPM-də müəyyən edilmiş bu tələb Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit edilmiş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin həyata keçirilməs indən imtina üçün əsas ola bilməz.

25. Bununla yanaşı, baxılan iş üzrə birinci instansiya məhkəməsi cavabdehlərin ərizəsi əsasında qəbul etdiyi qərardadla buraxılmış prosessual müddəti bərpa etmişdir. Apellyasiya instansiyası məhkəməsinin də düzgün olaraq qeyd etdiyi kimi ərizəyə baxılmasına dair məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsə də, qəbul edilmiş qərardad iddiaçıya rəsmi qaydada verilmiş və qanunda müəyyən edilmiş müddət ərzində Bank həmin qərardaddan şikayət verməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin öz təşəbbüsü ilə tərəflərin mübahisələndirmədikləri qərardadla bərpa edilmiş prosessual müddətin ötürülməsi barədə məsələni yenidən müzakirə etməsi və məhz bu əsasla apelyasiyanı qeyri-mümkün hesab etməsi dispozitivlik prinsipinə ziddi r.

26. Bu prinsipə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir.

27. Qey d edilənlərə əsasən Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirəsi üçün iş apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.3 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2480/2022 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş apelyasiya şikayətinin mümkünlüyünün yenidən müzakirə edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar