Məhkəmə qərarları › İş №2(102)-2714/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2714/2020

24.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2714/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə 001KK**********01 saylı kredit müqaviləsi üzrə 3996,02 manat məbləğində kredit borcu, 0 manat məbləğində faiz borcu və 13723,87 manat məblə ğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 17720 manat 07 qəpik məbləğində borcun və ödənilmiş 30 manat dəvlət rüsumunun tutulması, tutmanın cavabdehin xx.xx.2016-cı il tarixdə bağladığı 001D**********02 saylı girov müqaviləsi əsasında iddiaçının depozit hesabında saxladığı 30.000 manat pul məbləğinə yönəldilməsi, həmin pul vəsait hesabına İddiaçı QSC-nə olan borcun ödənilməsi, girov qoyulmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən alınıb iddiaçının xeyrinə ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı QSC-nə qarşı qarşılıqlı iddia qaldıraraq, 20.971 manatın ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx.xx.2019-cu il tarixli, x nömrəli q ərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və işin icraatı dayandırılmışdır. Cavabdeh ərizə ilə Binəqədi rayon məhkəməsinə müraciət edərək, həmin qərardadı ləğv edib iddia ərizəsini mövcud xx.xx.2016-cı il tarixli, x saylı qərardada əsasən əsassız sayıb, vəsatətində göstərdiyi sualların mahiyyətinə varmaqla qüvvədə olan xx.xx.2016-cı il tarixli x saylı qərardada istinadən vəsatətin suallarının məhkəmə ekspertizası qarşısında qoyulmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsi (hakim S.Səlimova) həmin ərizəni qərardaddan verilən şikayət kimi qəbul edərək ona MPM-nin 269-cu maddəsinə uyğun olaraq baxmış və xx.xx.2019-cu il tarixli qərardadla şikayəti rədd edərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sərlik edən və məruzəçi), V.Baxışova və R.Qubrnaov) xx.xx.2019-ci il tarixli, xnömrəli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi, şikayətin geri qaytarılması üçün iş materiallarının həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin hakiminin (V.İbayev) xx.xx.2020-ci il tarixli qərardadı ilə həmin şikayət icraata qəbul edilməklə ona baxılması ilə əlaqədar tərəflərə bildiriş göndərilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qə rardad ləğv edilməli və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Cavabdeh mülki iş üzrə ekspertizanın təyin edilməsi haqqında məhkəmə qərardadını mübahisələndirərək onun ləğv olunmasını xahiş etmişdir. Məhkəmə qərardadlarından şikayət vermək qaydası qanunvericilikdə aşağıdakı kimi tənzimlənmişdir. Belə ki, Mülki-Prosessual Məcəllənin 267.1-ci maddəsinə görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 395-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda şikayət verə bilərlər. Bi rinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Göründüyü kimi, müstəqil akt şəklində qəbul edilmiş qərardadlardan iki halda - mülki prosessual qanunvericilikdə nəzərdə tutulduğu və ya işin sonrakı hərəkətinə mane olduğu hallarda şikayət verilə bilər. Qanunverici, digər hallarda məhkəmə qərardadından şikayət vermək imkanını nəzərdə tutmayaraq, tərəflərin qərardada olan etirazını apelyasiya şikayətlərinə daxil edə biləcəyinə dair qayda müəyyən etmişdir. Bu qayda, hüquqi müəyyənlik prinsipinin vacib ünsürü olan məhkəmə işlərinə “ağlabatan müddət”də baxılması şərtinin təmininə yönəlməklə konstitusion əhəmiyyət kəsb edir. Mülki Prosessua l Məcəllədə isə ekspertizanın təyin edilməsi haqqında qərardaddan şikayət vermək hüququ nəzərdə tutulmamışdır. Eyni zamanda bu qərardad işə baxılmasının qarşısını almır. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsi xx.xx.2019-ci il tarixli qərardadında məhz bu səbəbdən Cavabdeh birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayəti qeyri-mümkün saydığı halda, sonuncunun apelyasiya instansiyası məhkəməsinin qərardadından verdiyi şikayət baxılması üçün Ali Məhkəməyə göndərilmiş və icraata qəbul edilmişdir. Halbuki, Bakı Apellyasiya Məhkəməsi apelyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında deyil, şikayətin qeyri-mümkün olması haqqında qərardad çıxarmışdır. Başqa sözlə, ekspertizanın təyin edilməsinə dair qərardaddan verilmiş şikayətə ümumiyyətlə baxılmalı olmadığı halda, eyni məsələ ilə bağlı kassasiya şikayəti icraata qəbul edilə və ona baxıla bilməz. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə görə, apellyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 417.1.7-ci maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması...müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-ci il tarixli, xnömrəli qərardadından Cavabdeh kassasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilsin və iş kassasiya baxışından çıxarılmaqla apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar