Məhkəmə qərarları › İş №2(102)-2716/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2716/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2716/2020 13.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı X4 Cavabdeh: Cavabdeh Firuddin oğlu İddia tələbi: Kredit müqaviləsi üzrə borcun tutulması Açar sözlər: tərəfin məhkəmə aktını alması barədə sübutun olmaması, apelyasiya şikayəti müddətinin ötürülməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2558/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-7850/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim A.Həsənova) mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 261.0.7-ci maddəsinə əsasən xitam verilmişdir. İddiaçı qərardaddan şikayət vermiş, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin şikayət dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyinə görə geri qaytarılmışdır. Bundan sonra iddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə etməklə yenidən şikayət vermişdir. Birinci instansiya mə hkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamış, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(103)-2558/20 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov) birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilmiş, mülki işin birinci instansiya məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ilk qərardadın tərəflərə çatması barədə məlumat olmasa da, iddiaçının nümayəndəsinin i ştirakı ilə qəbul edilmiş qərardaddan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi məhkəmə tərəfindən dəyərləndirilməmişdir. Eyni hal ikinci dəfə şikayət veriləndə də baş vermişdir. Halbuki şikayətin geri qaytarılması barədə qərardad xəbərnaməli poçt vasitəsi ilə göndərilmişdir. Hər bir halda ilk olaraq qərardadın təqdim edildiyi zamanla son şikayətin verildiyi zaman arasında kifayət qədər prosessual müddət keçmişdir. Ona görə də, birinci instansiya məhkəməsi prosessual müddətin ötürülməsi məsələsini araşdırmalı və müvafiq qiymət verməlidir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı (vəkil X3) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və apelyasiya şikayətinə baxılması üçün işin həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətində qeyd olunmuşdur ki, apelyasiya instansiyası məhkəməsi apelyasiyanın qeyri-mümkünlüyü nəticəsinə gələrkən MPM-in 268.2-ci maddəsini rəhbər tutmuşdur. Halbuki, MPM-in 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kassator “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına istinad edərək apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiyanın mümkünlüyünün yoxlanılması məqsədi ilə işin MPMin 268.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinə qaytarılmasını əsassız hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydad a məlumatlandırılmış tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq MPM Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir (maddə 268.1). “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli Qərarı...qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnam ənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadının iş üzrə tərəflərə, o cümlədən iddiaçıya göndərilməsi barədə iş materiallarında poçt la göndərilən məktubların reyestri mövcud olsa da (i.v. 46), həmin qərardadın iddiaçı tərəfindən rəsmi qaydada alınması barədə sübut iş materiallarında yoxdur. Bundan başqa, birinci instansiya məhkəməsi həmin qərardaddan iddiaçı tərəfindən ilk dəfə, xx.xx.2019-cu il tarixdə verilmiş şikayəti dövlət rüsumu ödənilməməsi əsası ilə xx.xx.2019-cu il tarixli qərardadla geri qaytarmışdır. Sonuncu qərardadın da iddiaçı tərəfindən rəsmi qaydada alınması iş materiallarından görünmür. Belə ki, həmin qərardadın iş üzrə tərəflərə xx.xx.2019-cu il tarixdə göndərilməsinə dair poçtun reyestri olsa da, qərardadın iş üzrə iddiaçı tərəfindən rəsmi qaydada alınması barədə qəbz iş materiallarına əlavə olunmamışdır. Bu baxımdan, iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli qərardaddan xx.xx.2010-ci il tarixdə ve rilmiş şikayət üzrə apelyasiyanın prosessual müddətin ötürülməsi əsası ilə qeyrimümkün hesab edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun deyil. Qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü məsələsinin müzakirəsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417.1.3 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2558/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş apelyasiya şikayətinin mümk ünlüyünün müzakirəsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar