Məhkəmə qərarları › İş №2(102)-2716/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2716/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2716/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2716/21 (Açar sözlər: borc tələbi, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin qiyməti, ekspert rəyləri) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən oğlundan tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2444/2019 nömrəli, 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KBnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 kassasiya şikayətlərinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə bağlanmış 31 iyul 2014-cü il ta rixli 160/00/175/14 saylı kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh1 illik 18 faizlə 36 ay müddətinə 65000 manat məbləğində və 18 fevral 2015-ci il tarixində 160/00/349/15 saylı kredit müqaviləsinə əsasən illik 19 faizlə 36 ay müddətinə 31500 (otuz bir min beş yüz) ABŞ dolları məbləğində kreditlər verilmişdir.

2. Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Buxtinski-3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilini 04 avqust 2014-cü il tarixli 160/00/175/14 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişlər.

3. Cavabdeh5 31 iyul 2014-cü il tarixli 160/00/175/14 saylı və 18 fevral 2015-ci il tarixli 160/00/349/15 saylı zaminlik müqavilələrinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasına zamin durmu şdur. ı təmin etmək məqsədilə ləri əsasında Cavabdeh1 Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, 31 iyul 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 45425.71 manat məbləğində əsas, 7319.88 manat məbləğində faiz, 6232.92 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə isə 58978.51 manat məbləğində borcun müştərək qaydada Cavabdeh1 və Cavabdeh5 tutulması; 18 fevral 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə 27361.13 ABŞ dolları məbləğində əsas, 4616.69 ABŞ dolları m əbləğində faiz, 2950.60 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 34928.42 ABŞ dolları məbləğində borcun, 30 manat məhkəmə üçün və 62 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 92 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh5 tutulması; ipoteka predmetinin ilkin satış qiymətinin 131000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Buxtinski-3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsinə və mənzilin açıq hərracdan satılmasına; mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanlar – Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mənzili ən geci bir ay ərzində tərk etmədikdə və mənzildən çıxmadıqda həmin şəxslərin mənzildən məcb uri qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir. 6. 31 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə borc 01.02.2017-ci, 18 fevral 2015ci il tarixli kredit müqaviləsi üzrə isə borc 06 fevral 2017-ci il tarixinə hesablanıb. İpoteka müqaviləsində ipoteka predmeti olan mənzilin dəyəri 131000 manat müəyyən edilib.

7. İddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 269.7, 319.1, 385.1, 442, 445.2.1,448.1, 448.2, 465.2, 739, “İpoteka haqqında” Qanunun 39.3.3, 59.3, 59.4-ci maddələrinə istinad etmişdir.

8. İş üzrə Cavabdeh1 nümayəndəsi yazılı vəsatət verərək, məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmişdir.

9. Səbail Rayon Məhkəməsinin 31 m ay 2017-ci il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdeh (borclu) Cavabdeh1 160/00/175/14 saylı 31 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilənin bağlandığı vaxtdan məhkəməyə müraciət olunan vaxtadək qaytarılmayan borcunun nə qədər olması barədə sual qoyulmuşdur.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2018-ci il tarixli 16029 saylı ekspert rəyinə əsasən 31 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 13.04.2017-ci il tarixə banka 48151,43 manat məbləğində borcu var: o cümlədən 38.545,76 manat əsas; 8.628,07 manat faiz; 977.60 manat cərimə borcu.

11. Birinci instansiya məhkəməsi ipoteka predmetinin bazar qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə ekspertizası təyi n etmişdir. 12.Əmlak Ekspert Mərkəzinin 28 iyun 2019-cu il tarixli rəyinə əsasən ipoteka predmti olan mənzilin bazar dəyəri 162000 manatdır.

13. Cavabdeh1 18 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə bankın tələb etdiyi 34928,42 ABŞ dolları borc məbləği ilə razı olmadığını həmin müqavilə üzrə etdiyi ödənişlərin nəzərə alınmamasını bildirmişdir.

14. Səbail Rayon Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərardadı ilə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdeh (borclu) Cavabdeh1 160/00/349/15 saylı 18 fervral 2015-ci il tarixli kredit müqaviləsi üzrə də müqavilənin bağlandığı vaxtdan məhkəməyə müraciət olunan vaxtadək qaytarılmayan borcunun nə qədər olması barədə sual qoyulmuşdur.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzini n 14 oktyabr 2019-cu il tarixli 20466 saylı ekspert rəyinə əsasən, 06.02.2017-ci il tarixə cavabdehin banka 26.822,10 ABŞ dolları əsas, 6055,93 ABŞ dolları faiz borcu vardır.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2019 nömrəli, 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, QSC «Bank Standart» KB ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 38.545,76 manat məbləğində əsas borcun, 7319.88 manat faiz borcunun, 7 manat məbləğində cərimə borcunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh5 tutulması, 18 fevral 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə 26.822,10 ABŞ dolları məbləğində əsas borcun, 4616.69 ABŞ dolları məbləğində faiz borcunun, 5 ABŞ dolları məbləğində cərimə borc unun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 162.000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Buxtinski 3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzilinə yönəldilməsi və mənzilin açıq harracdan satılması, mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra ipoteka qoyanlar – Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 mənzildən ən geci bir ay ərzində çıxarılmaları, ekspertiza tədqiqatının dəyəri olan 120 manatın və 150 manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və C avabdeh5 müştərək qaydada tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. (hakim Anar Tanrıverdiyev)

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, kredit, ipoteka və zaminlik müqavilələrinə əsasən hesab etmişdir ki, iddia yuxarıda göstərilən qaydada təmin edilməlidir.

18. Məhkəmə borcun məbləğini və ipoteka predmetinin ilkin satış qiymətini ekspert rəylərinə əsasən müəyyən etmişdir.

19. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 317.1, 319.1, 385.1, 739.1, 741.-ci, “İpoteka haqqında” Qanunun 47.4, 59.3 və 59.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

20. Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayəti v erib, iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. İddiaçının apelyasiya şikayətinin dəlilləri: - məhkəmə iddianı qismən təmin edərkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14.10.2019-cu il tarixli, 20466 saylı rəyinə əsaslanmışdır. Lakin ekspertiza rəyi tədqiqatın obyektiv, hərtərəfli və tam həcmdə aparılmaması səbəbindən, kifayət qədər aydın deyil, onda boşluqlar var, ekspert qarşısında qoyulmuş məsələlər tam həll edilməmişdir, onun əsaslandığı sübutlar qeyri mötəbərdir, rəy düzgün nəticəyə gəlməyə imkan vermir və iş üzrə sübut kimi qəbul edilə bilməz; - iddia ərizəsində cərimə borcu 2950.60 ABŞ dolları məbləğində müəyyən edildiyi halda məhkəmə qətnamədə cərimə borcunu 5 ABŞ dolları m üəyyən etmiş, məbləğin əhəmiyyətli dərəcədə aşağı salınması zəruriliyini lazımi qaydada əsaslandırmamışdır. Həmçinin, Bank tərəfindən 18 fevral 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə borc məbləğinin müştərək qaydada tutulması qeyd edilsə də, qət etdi hissəsində həmin tələb təmin olunmamışdır; - məhkəmə 31 iyul 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 38545.76 manat əsas borc, 7319.88 manat faiz borcu, 7 manat cərimə borcu məbləğində pulun tutulmasını nəyə əsaslandığını qeyd etməmişdir; - bundan başqa 17 iyul 2014-cü il tarixli MBA MMC-nin rəyinə əsasən ipoteka predmeti 131.000 manat məbləğində qiymətləndirilmişdir. Lakin məhkəmə 28 iyun 2019-cu il tarixli ƏEMİ/50-684/19 nömrəli Əmlak Ekspert Mərkəzinin rəyinə əsasən ipoteka predmetinin ilkin satı ş qiymətini 162.000 manat müəyyən etmişdir; - məhkəmə ipoteka müqaviləsi bağlanarkən aparılmış qiymətləndirməni qəbul etməməklə, Əmlak Ekspert Mərkəzinin tərəfindən verilmiş rəyi qəbul etməsini qətnamədə lazımi qaydada əsaslandırmamışdır. 22.Cavabdeh X3 da apelyasiya şikayəti verib, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmə qiymətləndirmə və mühasibatlıq ekspertizası təyin edilməlidir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 fevral 2020-ci il tarixli qərardadları ilə mühasibatlıq və ipoteka predmetinin qiymətləndirilməsi ekspertizaları təyin edilmişdir, ekspertlər qarşısında 31 iyul 2014-cü il tarixdə bağlanmış 160/00/175/14 nömrəli kredit müqaviləsi üzrə 01 fevral 2 017-ci il tarixinə borcun məbləği və ipoteka predmetinin qiyməti barədə suallar qoyulmuşdur..

25. Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyun 2020-ci il tarixli 9/988 nömrəli rəyinə əsasən 31 iyul 2014-cü il tarixdə bağlanmış 160/00/175/14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 01 fevral 2017-ci il tarixinə banka 36051,64 manat əsas, 6726,64 manat borcu vardır.

26. Qiymtələndirmə Xidməti Mərkəzinin 10 avqust 2020-ci il tarixli rəyinə əsasən ipoteka predmetinin bazar dəyəri 145 min manat, likvid dəyəri 130 min manatdır.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2444/2019 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apelıyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-50/2019 saylı, 21 noya br 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilərək, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2014-cü il tarixli 160/00/175/14 saylı kredit müqaviləsi üzrə 36.051,64 (otuz altı min əlli bir manat 64 qəpik) manat məbləğində əsas borc, 6726,64 (altı min yeddi yüz iyirmi altı manat 64 qəpik) manat faiz borcu, 3600 (üç min altı yüz) manat məbləğində cərimə borcunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh5 tutulması, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standart» Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış 18 fevral 2015-ci il tarixli 160/00/349/15 saylı kredit müqaviləsi üzrə 26.822,10 (iyirmi altı min səkkiz yüz iyirmi iki ABŞ dolları on sent) ABŞ dolları məbləğində əsas b orc, 4616.69 (dörd min altı yüz on altı ABŞ dolları altmış doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 2600 ABŞ (iki min altı yüz) ABŞ dolları məbləğində cərimə borcunun (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və iddia ərizəsinin, həmçinin iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 45 (qırx beş) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh5 tutulması, ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin 130.000 (yüz otuz min) manat məbləğində müəyyən edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Buxtinski 3 döngəsi, 12 saylı evin 1 nömrəli mənzil inə yönəldilməsi və mənzilin açıq harracdan satılması, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ən geci bir ay ərzində mənzildən çıxarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1 verilməsi, iddia tələblərinin qalan hissələrdə təmin olunmaması qət edilmiş, ekspertiza xərcləri cavabdehlər Cavabdeh1 və Cavabdeh5 tutulmuşdur. (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov)

28. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, qətna mənin nəticə hissəsində 18 fevral 2015-ci il tarixli, 160/00/349/15 saylı kredit xətti müqaviləsi üzrə borcun kimdən tutulması qeyd edilməməklə məbləğin kimdən tutulmalı olması başa düşülən olmamaqla və əsaslandırılmamaqla qeyrimüəyyənliyə yol verilmişdir.

29. Apellyasiya instansiyası hesab etmişdir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

30. Apellyasiya instansiyası mülki qanunvericiliyin öhdəliklə bağlı normaları və müqavilə şərtləri baxımından müəyyən etmişdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqavilələrindən irəli gələn öhdəlik mün asibətləri yaranmış, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.

31. Apellyasiya məhkəməsi kredit müqavilələri üzrə borcun məbləğini və ipoteka predmetinin hərracda satışının likvid qiymətini birinci və apellyasiya instansiyalarında təyin edilmiş rəylərə uyğun müəyyən etmiş və vurğulamışdır ki, əmlakın ilkin satış qiyməti olaraq məhz likvid qiyməti olaraq 130 min manatın əsas götürülməsi məqsədəmüvafiqdir, çünki ipoteka müqaviləsində də tərəflər mənzilin satış qiymətinin 131 000 manat olması barədə razılığa gəlmişlər.

32. Apellyasiya məhkəməsi cavabdehlərdən 31 iyul 2014-cü il tarixli kredit müqaviləsi üzrə tutulmalı dəbbə pulunun məbləğinin 3600 manat, 18 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 2600 ABŞ dolları həddində müəyyən etmiş, bu məbləği daha ağlabata n və ədalətli hesab edərək, gəldiyi nəticəni Mülki Məcəllənin 467-ci maddəsi ilə əsaslandırmışdır.

33. Həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka qoyanların mənzili boşatmaları barədə iddianı təmin edən apellyasiya məhkəməsi bunu işin halları, ipoteka müqaviləsinin şərtləri və qanunvericiliyin tələbləri baxımından əsaslandırmışdır.

34. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 317, 319.1, 319.6, 385.1, 425, 442, 448.1, 467, 472-ci, “İpoteka haqqında” Qanunun 33, 34.1.1, 39.3.3, 59.1 və 59.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB kassasiya şikayəti verərək apellyasiya instansiyası mə hkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın əsas və faiz borcu hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, şikayətdə faiz məbləğinin ekspert rəyi ilə müəyyən edilməsinin düzgün olmamasına, ekspert rəyinin təqdim etdikləri digər sübutlarla yanaşı qiymətləndirilməməsinə istinad edilmişdir.

37. Cavabdeh1 da kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın əsas və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ipote ka predmetinin qiymətini 130 min manat müəyyən edərkən, ipoteka müqaviləsinə istinad edib. Halbuki ipoteka müqaviləsi 04.08.2014-cü ildə bağlanıb, ötən müddət ərzində daşınmaz əmlak bazarında qiymətlər kəskin dəyişib. Eyni parametrlərə məxsus daşınmaqz əmlakın qiyməti 200000 manatdan aşağı deyil. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri b)Kassasiya şikayətlərinə yazılı etirazın dəlilləri 39.Kassasiya şikayətinə tərəflərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini edi lməsini xahiş etdi.

41. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə cavabdeh kassator və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbələri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdə liklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Qanun Maddə 1.0.9. İpoteka predmetinin ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Mülki Prosessual Məcəllə Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyi n edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiya sı məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və y a düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

43. İddiaçı kassasiya şikayətində qətnaməni cavabdehdən tutulan əsas və faiz borcunun məbləği hissəsində mübahisələndirir. Cavabdeh isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etsə də, şikayətin dəlillərindən görünür ki, cavabdeh qətnaməni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində mübahisələndirir. Bu baxımdan, kollegiya apellyasiya məhkəməsinin aktını hər bir şikayət üzrə mübahisələndirilən hissələrdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissələrdə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxım dan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. İşdən görünür ki, iddiaçı bank birinci instansiya məhkəməsi tərəfindən borcun məbləğinin ekspertiza rəyləri ilə düzgün müəyyən edilməməsindən və cərimə borcunun azaldılmasından apellyasiya şikayəti vermiş, apellyasiya məhkəməsi iddiaçının bu dəlillərini üzrə təkrar mühasibatlıq ekseprtizası təyin edib, kredit müqavilələri üzrə əsas və faiz borcunu da ekspert rəyi ilə müəyyən etmişdir.

46. Ekspert rəyi apellyasiya məhkəməsi tərəfindən MPM-in 88 və 103.1-ci maddəsinə uyğun qiymətləndirilmişdir.

47. İddiaçı ekspert rəyinin əsassızlığını göstərsə də, apellyasiya məhkəməsi bunu müəyyən etməmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik əla və və ya təkrar ekspertiza keçirilməsini şərtlətini müəyyən etmişdir. Mübahisə tərəfinin ekspert rəyi ilə razı olmaması özü-özlüyündə əlavə və təkrar ekspertiza keçirilməsi üçün əsas sayıla bilməz. Bütün hallarda mübahisə tərəfi ekspert rəyi ilə razı olmamasını əsaslandırmalı və bunun üçün Mülki Prosessual Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan şərtlər mövcud olmalıdır.

49. Buna görə də iddiaçının əsas və faiz borcunun düzgün olmayaraq ekspert rəyi azaldılması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

50. Cavabdehin kassasiya şikayəti üzrə ipoteka predmetinin dəyərinin düzgün müəyyən edilməməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinin hərracda satış qiymətini birinci instansiya məhkəməsi 162000 (bir yüz altmış iki min) manat müəyyən edərk ən məhz bazar qiymətini əsas götürmüşdir. Halbuki “İpoteka haqqında” Qanunun yuxarıda qeyd edilən maddəsində ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi göstərilmişdir.

51. Əmlakın qiymətinin likvid dəyərinə gəldikdə isə, qeyd edilməlidir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 2 0 iyul 2020-ci il tarixli 01 №-li Qərardadında da bununla bağlı hüququn tətbiqinə dair məhkəmə təcrübəsinin vahidliyinin təmin edilmək məqsədi ilə qərara alınmışdır ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

52. Qeyd edilənlərə əsasən, ipoteka predmetinin ilkin satış qiymətinin likvid qiyməti ilə müəyyən edilməli olması barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgündür.

53. İşdən görünür ki, apellyasiya məhkəməsi ipoteka predmetinin likvid dəyərini də, qanunvericiliyə uyğun olaraq müstəqil qiymətləndiricinin rəyini almaqla müəyyən etmişdir.

54. Bu baxımdan, məhkəmə kollegiyası hər iki kassasiya şikayəti üzrə dəlilləri əsassız sayır.

55. Məhkəmə kol legiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv prosesində olan QSC «Bank Standart» KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2444/2020 nömrəli, 07 oktyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar