Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2717/2020 21.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏ YYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Səmədov) xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh1 29 880 ABŞ dolları əsas, 7 502,37 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 37 382,37 ABŞ dolları məbləğində pulun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə), habelə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq “xxxx” ASC-yə ödənilməsi, Cavabdeh2 məxsus olan x ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyriyaşayış sahəsinə tutma yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 127 000 manat müəyyən ediməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 “xxxx” ASC-yə olan kredit borcunun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə pul vəsaitinin Cavabdeh2 qaytarılması, x ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsi satıldıqdan sonra bir ay ərzində boşaldılması qət olunmuşdur Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən E.Həsənov, hakimlər X.Mərdanova və F.Babayev) qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamənin çıxarılması, “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qi smən təmin olunması, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 23 069,33 (iyirmi üç min altmış doqquz dollar 33 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) əsas kredit borcunun, habelə iddia ərizəsinin verilməsi və bildirişin qeydiyyata alınması üçün ödənilmiş rüsumlarının əvəzi olaraq 60 (altmış) manat pulun “xxxx” ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan x ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, həmin əmlakın hərracda satılması, onun satışından əldə edilmiş pul vəsaitinin hesabına cəmi 23 069,33 (iyirmi üç min altmış doqquz dollar 33 sent) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkə zi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə) əsas kredit borcunun, habelə iddia ərizəsinin verilməsi və bildirişin qeydiyyata alınması üçün ödənilmiş rüsumlarının əvəzi olaraq 60 (altmış) manat pulun “xxxx” ASC-yə ödənilməsi, həmin məbləğlər ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 qaytarılması, x ünvanda yerləşən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddia tələblərinin qalan hissələrdə təmin olunmaması, ipoteka predmeti olanx ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 131 000 (yüz otuz bir min) manat məbləğində müəyyən edilməsi, iş üzrə keçirilmiş mühasibatşünaslıq ekspertizasının xərci qismində 150 (y üz əlli) manatın 30 (otuz) manatının Cavabdeh1, 120 (yüz iyirmi) manatının isə “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə “X5” MMC tərəfindən aparılmış tədqiqatın dəyəri olan 150 (yüz əlli) manatın isə Cavabdeh1 alınaraq “X5” MMC-nin hesabına köçürülməsi, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericil iyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cavabdeh2 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin x ünvandayerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin 131 000 (yüz otuz bir min) manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, x ünvanda yerləşən qeyriyaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan sonra 1 ay ərzində boşaldılması” hissəsində ləğv edilməsini və iddia ərizəsinin həmin hissədə təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: “xxxx” ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 bankın xeyrinə xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 29 880 ABŞ dolları əsas, 12 427,06 ABŞ dolları faiz, 4 925,22 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 47 232,28 ABŞ dolları borcun, ipoteka bildirişinin dövlət qeydiyyatının aparılması üçün ödənilmiş 30 manat xidmət haqqının və iddia ərizəsinin göndərilməsi üçün 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, Cavabdeh2 məxsus olan x ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin hərracdan satılması və borcun həmin qeyri-yaşayış sahəsinin həraccdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, x ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən sonra və o satıldıqdan 1 ay sonra həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətlərinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayətləri təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə, illik 23% ödəməsi şərtilə 31 800 ABŞ dolları kredit verilmiş, kredit öhdəliklərinin icrasının təmini olaraq Cavabdeh2 məxsus x ünvanda yerləşən qeyriyaşayış sahəsi eyni tarixli ipoteka müqaviləsi əsasında bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka predmetinin qiyməti 127 000 manat müəyyənləşdirilmiş, xx.xx.2016-cı il tarixinə Cavabdeh1 29 880 ABŞ dolları əsas, 7 502,37 ABŞ dolları faiz borcunun olduğu hesablanmışdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kre ditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməs i, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, müqavilə müddətinin başa çatdığı xx.xx.2016-cı il tarixinə Cavabdeh1 banka 29 880 ABŞ dolları əsas, 4316,55 ABŞ dolları faiz borcu mövcud olmuş, həmin tarixdən sonra isə onun tərəfindən 11 127,22 ABŞ dolları ödəniş həyata keçirilmişdir. İddiaçı bankın birinci instansiya məhkəməsinə təqdim etdiyi maliyyə arayışında Cavabdeh1 cərimə borcunun hesablanmadığının göstərild iyini nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə hesablanmış 4316,55 ABŞ dolları faiz borcu banka sonradan ödənilmiş məbləğin müvafiq hissəsində əvəzləşdirilməli (yəni müqavilə müddətinin bitməsindən sonra ödənilən 11 127,22 ABŞ dollarının 4316,55 ABŞ dolları hissəsi faizin ödənilməsinə hesablanaraq faiz borcu sıfırlanmalı), 11 127,22 ABŞ dollarının qalan hissəsi isə müqavilə müddətinin bitdiyi dövrdə mövcud olan əsas borcdan çıxılmalıdır (29 880 – 6810,67 = 23 069,33 ABŞ dolları). Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində x itam verilir. Beləliklə müqavilə müddətinin bitdiyi müddətə yaranmış borc məbləğləri və sonradan həyata keçirilən ödənişlər əsas götürülməklə, Cavabdeh1 hazırda iddiaçı banka yalnız 23 069,33 ABŞ dolları məbləğində əsas borcunun mövcud olması nəticəsinə gəlmək mümkündür. Məhkəmə kollegiyası iddianın, “tutmanın Cavabdeh2 məxsus olan x ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinə yönəldilməsi və borcun həmin qeyri-yaşayış sahəsinin həraccdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyriyaşayış sahəsinin boşaldılması” hissəsini əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, həmin daşınmaz əmlak Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və i potekanın dövlət qeydiyyatı həyata keçirilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayan ipoteka qoyana “İpoteka haqqında” Qanunun 36.2-ci bəndində uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, həmin bildiriş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsa sən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmal ıdır. Bununla belə məhkəmə kollegiyası “əmlakın banka təhvil verilməsi” tələbini əsassız sayır. Belə ki, müvafiq tələb əmlakı hərracdan alacaq şəxs tərəfindən irəli sürülə bilər. İddianın “satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi” hissəsinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin tələbin müstəqil iddia formasında irəli sürülməsinə zərurət yoxdur; çünkü bu məsələ bilavasitə “İcra haqqında” Qanunla tənzimlənir. Eyni zamanda kollegiya qeyd edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsində, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər arasında razılaşma olmadığından apelyasiya baxışı zamanı qiymətləndirmə təyin edilmiş, qiymətləndirici rəyi ilə x ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin bazar qiymətinin 131 000 manat olması müəyyənləşdirilmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və A zərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin və Cavabdeh2 kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2717/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2717/2020
21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver