Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2719/2020 19.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh3 vəkili x3 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh3 və x1 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh3 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh3 Bakı Apelyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh3 və x1 qarşı kreditin, ona hesablanmış faizlərin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova, iş № 2(010)-1832/2018) İddiaçı x4 Cavabdeh3 və x1 qarşı iddiası təmin edilmiş, 6897,47 ABŞ dolları əsas, 1627,09 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8524,56 ABŞ dolları borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının 16 may 2019-cu il tarixli qərardadı ilə (hakimlər V.Baxışova (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov, iş № 2(103)1117/2019) Cavabdeh3 apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 29 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 07 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadiyev, iş № 2(102)-5409/2019) İddiaçı-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 may 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov, iş № 2(103)12511/2019) Cavabdeh3 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1832/2018 saylı iş üzrə 29 mart 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh3 aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmə sini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh3 vəkili x5 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mül ki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki ha lların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bank ilə Cavabdeh3 arasında bağlanmış 19.03.2015-ci il tarixli, CD/37936/50/14 saylı kredit sazişinə əsasən Bank cavabdehə 27 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 9772 manat kredit vermiş, cavabdeh istifadə etdiyi məbləği sazişdə müəyyən olunmuş vaxtda və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit sazişi üzrə öhdəliklərin təminatı olaraq Cavabdeh2 ilə zamin qismində məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehin 20.02.2017-ci il tarixə tələb olunan məbləğdə borcu yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448, 472, 739-cu maddələrinin tətbiqi ilə razılaşmışdır. Cavabdeh3 kassasiya şikayətində faktiki halların sadalanması ilə kifayətlənmiş, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş hüquq pozuntusunun konkret olaraq nədən ibarət olmasını göstərməmişdir. Belə olan halda, yalnız faktiki halların sadalanması və kassatorun mülahizələri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apelyasiya şikayəti ilə yalnız qətnamənin 7800 manat məbləğində pulun ondan tutulması hissəsini mübahisələndirmiş və qətnamənin digər hissələri apelyasiya baxışının predmeti olmamışdır. Məhkəmədə haqlı olaraq mübahisələndirilən hisssədə işə baxmışdır. Hazırda isə apelyasiya icratında predmet olmayan hissələr üzrə dəlillər irəli sürülmüşdür ki, belə dəlillərin hazırda isə yoxlanması mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şi kayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh3 kassasiya şikayəti təmin edi lməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh3 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2719/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2719/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver