Məhkəmə qərarları › İş №2(102)-272/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-272/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-272/2024 16.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6(müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X7, X1, X8, X4 və X5) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 BOKT ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6, X7, X1, X8, X4 və X5) “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)39/2023 saylı, 2023-cü il 17 may tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə 16 yanvar 2024-cü il tarixində Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1 BOKT ASC ilə Cavabdeh1 arasında 01 oktyabr 2012-ci il tarixli, 1184/12/PB saylı və 17 dekabr 2015-ci il tarixli, 123/15/PBŞ saylı kredit müqavilələri imzalanmışdır. 01 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 36 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 30000 manat, 17 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 36 ay müddətinə illik 6 faiz ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Hər iki kredit müqaviləsinin təminatı kimi 01 oktyabr 2012-ci il tarixli, 1184/12/PB saylı ipoteka müqaviləsi və 17 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsinə 2 nömrəli əlavə imzalanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Hacıqabul rayonunun Qarasu kəndində yerləşən Cavabdeh1 məxsus 0,72 ha torpaq sahəsindəki 386,2 kvadrat metr ümumi, 142,2 kvadrat metr yaşayış, 244 kvadrat metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evi (bunda sonra – ipoteka predmeti və ya fərdi yaşayış evi) ipoteka ilə yüklü edilmişdir. (MA seriyalı ******* nömrəli, **********05110301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən) İpoteka müqaviləsi və onlara edilən əlavələr nota riusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 öhdəlikləri icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Hüseynova (Dəmirova) Yeganə Hüseyn qızı, Cavabdeh4 və Hüseynova (Ağayeva) Fərqanə Hüseyn qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 01 oktyabr 2012-ci il tarixli, 1184/12/PB saylı kredit müqaviləsinə əsasən 7387,72 manat əsas borc, 4255,11 manat hesablanmış faiz borcu, 11852,73 manat dəbbə borcu olmaqla, cəmi 23495,56 manat, 17 dekabr 2015-ci il tarixli, 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat h esablanmış faiz borcu, 16270,14 manat dəbbə borcu olmaqla, cəmi 34634,10 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, kredit müqavilələri üzrə tələbin fərdi yaşayış evinə yönəldilməsi, evdə yaşayan Cavabdeh1, Cavabdeh3, Hüseynova (Dəmirova) Yeganə Hüseyn qızının, Cavabdeh4 və Hüseynova (Ağayeva) Fərqanə Hüseyn qızının fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları və fərdi yaşayış evinin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqavilələri üzrə öhdəliklərin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Dəfələrlə xəbərdarlıq olunmasına baxm ayaraq borcunu ödəməmişdir.

4. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən cavabdehin 01 oktyabr 2012-ci il tarixli, 1184/12/PB saylı kredit müqaviləsinə əsasən 7387,72 manat əsas, 4255,11 manat hesablanmış faiz borcu, 11852,73 manat dəbbə borcu olmaqla, cəmi 23495,56 manat, 17 dekabr 2015-ci il tarixli, 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat hesablanmış faiz borcu, 16270,14 manat dəbbə borcu olmaqla, cəmi 34634,10 manat borcu vardır.

5. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin ediməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak etmiş cavabdeh və digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etmiş və qeyd etmişdir ki, Hacıqabul rayonunun Qarasu kəndində yer ləşən 0,72 ha torpaq sahəsindəki 386,2 kvadrat metr ümumi, 142,2 kvadrat metr yaşayış, 244 kvadrat metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 6 otaqlı fərdi yaşayış evinin göstərilən bazar qiymətindən az göstərildiyini və iddia tələbində göstərilən rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirmişdir.

7. Hacıqabul Rayon Məhkəməsinin müvafiq qərardadı ilə iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və 03 iyul 2020-ci il tarixli, ƏEM/M 17-226/20 nömrəli Əmlak Ekspert Mərkəzi MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən fərdi yaşayış evinin 03 iyul 2020-ci il tarixə bazar dəyəri 91.000 manat təşkil etdiyi müəyyən edilmişdir.

8. Hacıqabul Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(071)-44/2020 saylı, 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Həmid Əzizo v) iddia qismən təmin edilmiş, Cavabdeh1 01 oktyabr 2012-ci il tarixli, 1184/12/PB saylı kredit müqaviləsinə əsasən 7387,72 manat əsas borc, 4255,11 manat hesablanmış faiz borcu, 52,73 manat dəbbə borcu olmaqla, cəmi 11695,56 manat, 17 dekabr 2015-ci il tarixli, 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat hesablanmış faiz borcu, 270,14 manat dəbbə borcu olmaqla, cəmi 18574,10 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun və ipoteka predmetinə tutma yönəldilməsinə görə ödənilmiş 31 manat dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi, kredit müqavilələri üzrə tələbin fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin dəyərinin 91000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evində yaşayanlar – cavabdehlərin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları və fərdi yaşayış evinin məcburi boşaldılması qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməmişdir. Ona görə də, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır.

10. Məhkəmə hər iki kredit müqaviləsi üzrə əsas və faiz borcunun tələb edilən həcmdə tutulmasını qət etmiş, Mülki Məcəllənin 467-ci maddəsinə istinad edərək tələb edilən dəbbə pulunu azaltmışdır. 11. 01 oktyabr 2012-ci il tarixli,1184/12/PB saylı kredıt müqaviləsi üzrə 11852,73 manat məbləğində olan dəbbə borcunun azaldılması və 52,73 manat həddində, 17 dekabr 2015-cı İİ tarixli, 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 16270,14 manat məbləğində olan dəbbə borcunun azaldılması və 270,14 manat həddində müəyyən olunmasını ağlabatan və ədalətli hesab etmişdir.

12. Məhkəmə həmçinin tələbin ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin həmin evdən istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları və evin boşaldılması hissədə də tələbi əsaslı hesab edərək təmin etmiş, ipoteka predmetinin ilkin satış qiymətini məhkəməyə təqdim edilmiş rəyə əsasən 91000 manat olması qə naətinə gəlmişdir. a) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və digər hallara hüquqi qiymət verməklə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti məhkəmə tərəfindən borcun düzgün hesablanmaması, borcun hesablanması üçün ekspertiza keçirilməsi barədə verilmiş vəsatətin əsassız olaraq rədd edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə əsaslandırılmışdır. 15. 18 iyul 2021-ci il tarixli, ƏEM/M17-226/20 nömrəli Əmlak Ekspert Mərkəzi MMC tərəfindən Şirvan Apelyasiya Məhkəməsinə ünvanlanmış rəyə əlavəyə əsasən fərdi yaşayış evinin 03 iyul 2020-ci il tarixə likvid dəyəri 86000 manat təşkil etdiyi qeyd edilmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-1281/2023 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov - sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiyməti - likvid dəyəri 86.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış q iymətinin müəyyən edilməsi məsələsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01 saylı, 20 iyul 2020-ci il tarixli qərardadına istinad edərək göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ipoteka predmetinə tutma yönəldilərkən ipoteka predmetinin ilkin satış qiymətinin əmlakın bazar dəyəri deyil, likvid dəyərinin götürülməli olmasını nəzərə almamışdır.

18. Məhkəmə təqdim edilmiş rəyə əlavəni nəzərə alaraq fərdi yaşayış evinin açıq hərracdan ilkin satış qiyməti - likvid dəyəri 86000 manat müəyyən etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhk əməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən şifahi vəsatət verərək hər iki kredit müqaviləsi üzrə hesablanmış faiz borcları üzrə müvafiq mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmiş, vəsatətinə məhkəmə heç bir münasibət bildirmədən iddianı qismən təmin etmişdir. Əsas məbləğlər üzrə faiz borcları düzgün hesablanmamış və həddindən artıq süni şəkildə şişirdilmişdir. Faiz borcunun müqavilə müddəti ərzində və ya müqavilə müddəti bitə ndən sonraya hesablanıb hesablanmaması aydın deyildir. Məhkəmə bu halı müəyyən etmək üçün ekspertiza keçirilməsi barədə vəsatətinin əsassız olaraq rədd etmişdir. Qeyd edilən hallar birinci instansiya məhkəməsi nəzərə alınmadığından apellyasiya şikayətində ekspertizanın keçirilməsini xahiş etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilinə hüç bir qiymət verməmişdir.Bundan başqa qətnamənin fərdi yaşayış evindən onların istifadə hüquqlarına xitam verilməklə evin məcburi boşaldılması hissəsi də qanunsuz və əsasızdır. Məhkəmə evin ilkin satış qiymətini də düzgün müəyyən etməmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)6466/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qərarı ilə(sədrlik edən hakim Ə.Nurməmmədov, hakimlər-İ.Xələfov, A.Hüseynov) kassas iya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1281/2021 saylı, 22 iyun 2021ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

22. Ali Məhkəmənin Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini və hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verən cavabdehlər qətnaməni həm borcun tutulması hissəsini, həm də tələbin ipoteka predmetin yönəldilməsi hissəsini mübahisələndirmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qətnaməni yoxlayarkən apellyasiyanın hədlərinə yanlış qiymət vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinin mübahisələndirilməsini göstərmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin “xahiş etdim” hissəsindən görünür ki, cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən edilməsi və digər hallara hüquqi qiymət verməklə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Göründüyü kimi, verilmiş şikayətdə həm ilkin satış qiyməti, həm də digər hallara hüquqi qiymət verilməklə yeni qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan başqa, “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadının 61-ci bəndində qeyd edilmişdir ki, “...məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüqu qlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Təsadüfi deyil ki, MPM-in 372.6-cı maddəsi birinci instansiya məhkəməsinin qətnaməsini əsaslılığını onun həm düzünə, həm də məhz dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur”. Apellyasiya şikayətinin məzmunundan cavabdehlərin həm tələbin borcla bağlı hissəsini, həm də tələbin ipoteka predmetinə yönəltmə ilə bağlı hissəsini mübahisələndirməsi müəyyən edilir. Lakin apellyasiya instansiyası məhkəməsi məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi barədə istinad olunan qərardadın tələblərini pozaraq birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissədə yoxlanılması qənaətinə gəlmişdir. Halbuki, şikayətin nəticə hissəsinə görə də, cavabdehlər təkcə ilkin satış qiy məti ilə bağlı hissəni deyil, digər hallara da hüquqi qiymət verilməsini göstərmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının hədlərini müəyyən edərkən şikayətin məzmununa nəzər yetirməli idi. Bundan başqa, apellyasiya instansiyası qətnamənin təsviri-əsaslandırıcı hissəsində apellyasiya baxışının hədlərini müəyyən edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ipoteka predmetinin ilkin satış qiymətnin müəyyən edilməsi hissədə yoxlanılmasını göstərmiş, lakin məhkəmə özünün mövqeyinə zidd olaraq qətnamənin nəticə hissəsində qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını göstərmişdir ki, bu qalan hissənin hansı hissə olması qətnamənin təsviri-əsaslandırıcı hissəsindən də müəyyən edilmir. İstinad edilən qərardadın 62-ci bəndində qeyd edi lmişdir ki, “...apelyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 5-ci bəndinə əsasən məhkəmə qətnaməsi savadlı, hüquqi cəhətdən düzgün tərtib edilməli, onda anlaşılmayan ifadələr yazılmamalı, hüquqi ifadələr yerində və dəqiq işlədilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən qərarın tələblərinə əməl etməyərək, hüququn tətbiqi ilə bağlı məhkəmə təcrübəsinin vahidliyini pozmuşdur. MPM-in 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən, maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.6-cı maddəsinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü maddəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin məzmununa əsasən birinci in stansiya məhkəməsinin qətnaməsinin hansı hissədə mübahisləndirdiyini, hesablanmış faiz və cərimə borclarının müqavilə müddətində, yaxud iddia qaldırılan tarixə kimi hesablanmasını müəyyən etməli və apellyasiya şikayətinin dəlilərinə qiymət verərək mübahisələndirilən hissədə qətnaməni apellyasiya qaydasında yoxlamalıdır. d). Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

23. Cavabdeh1 26 aprel 202-ci il tarixdə vəfat etmişdir.

24. İşə yenidən apellyasiya baxışında baxılan zaman müvafiq qərardadla iş üzrə məhkəmə-muhasibatlıq ekspertizası təyin edilmişdir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli rəyinə əsasən 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə müqavilənin son tarixinə - 17 dekabr 201 8-ci il tarixli Cavabdeh1 əsas və faiz borcu 14610 manat 62 qəpik məbləğ təşkil edir. Yəni, 13361,34 manat əsas borc, 1249,29 manat hesablanmış faiz borcu vardır.

26. Daha sonra əlavə məhkəmə-muhasibatlıq ekspertizası təyin edilmişdir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2023-cü il tarixli rəyinə əsasən adıçəkilən müqavilə üzrə maliyyə arayışının verildiyi tarixə əsas borc üzrə 3827 manat 23 qəpik, faiz borcu üzrə 0.00 manat məbləğdə borc mövcuddur.

27. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-39/2023 saylı, 2023-cü il 17 may tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov - sədrlik edən və məruzəçi, Cahid İmanov və Samir Mayılov) cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)44/2020 saylı qətnaməsi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissədə dəyişdirilərək, əsas borcun məbləği 3827 (üç min səkkiz yüz iyirmi yeddi) manat 23 (iyirmi üç) qəpik və faiz borcunun məbləği isə 0.00 (sıfır) manat məbləğ müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. 13 oktyabr 2022-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyərini təşkil edən 200 (iki yüz) manat, 08 fevral 2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqinin dəyərini təşkil edən 200 (iki yüz) manat, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin 200 (iki yüz) manat hissəsi cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh6, 200 (iki yüz) manat hissəsi i sə İddiaçı1 BOKT ASCdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmuşdur.

28. Məhkəmə kollegiyası cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə araşdırma üzrə qeyd etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələrində qanunun tələblərinə uyğun olaraq təqdim və əldə olunaraq məhkəmə iclasında tədqiq edilmiş iş üzrə sübutlara əsasən müəyyən olunmuşdur ki, Hacıqabul Rayon Məhkəməsinin 06 oktyabr 2020-ci il tarixli 2(071)-44/2020 saylı qətnaməsi 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsinə əsasən hesablanmış əsas və faiz borcu hissələrdə dəyişdirilməlidir.

29. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 fevral 2023-cü il tarixli rəyinə əsasən adıçəkilən müqavilə üzrə maliyyə arayış ının verildiyi tarixə əsas borc üzrə 3827 manat 23 qəpik, faiz borcu üzrə 0.00 manat məbləğdə borc mövcuddur.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 oktyabr 2022-ci il tarixli rəyinə əsasən 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə müqavilənin son tarixinə - 17 dekabr 2018-ci il tarixli Cavabdeh1 əsas və faiz borcu 14610 manat 62 qəpik məbləğ təşkil edir. Yəni, 13361,34 manat əsas borc, 1249,29 manat hesablanmış faiz borcu vardır.

31. Habelə, həmin rəyə əsasən 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin son tarixinə - 01 oktyabr 2015-ci il tarixli Cavabdeh1 əsas və faiz borcu 14973 manat 73 qəpik məbləğ təşkil edir. Hesabdan çıxarış məlumatlarına əsasən 01 oktyabr 2015-ci ild ən sonra ödənilmiş 11146 manat 50 qəpik məbləğdə kredit ödənişi hesablamada nəzərə alınmamışdır.

32. Bu baxımdan, iş üzrə yenidən ekspertiza təyin edilmiş, 08 fevral 2023-cü il tarixli ekspert rəyinə görə 01 oktyabr 2012-ci il tarixli 1184/12/PB saylı kredit müqaviləsi üzrə maliyyə arayışının verildiyi tarixə - 08 noyabr 2019-cu il tarixə Cavabdeh1 əsas borc üzrə 3827 manat 23 qəpik, faiz borcu üzrə 0.00 manat məbləğdə borcunun mövcud olması müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 dekabr 2021-ci il qərarında öz əksini tapmış müvafiq göstərişləri dəyərləndirərkən nəzərə almışdır ki, iş üzrə digər hallara hüquqi qiymət verilməklə yanaşı, həm də həm ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə dəyərləndirmə aparılmalı dır. Şikayət verən şəxs olaraq cavabdehlərin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin - hazırkı halda üçüncü şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

34. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin iş üzrə 06 oktyabr 2020-ci il tarixli 2(071)44/2020 saylı qətnaməsi ilə ipoteka predmeti olan Hacıqabul rayonunun Qarasu kəndində yerləşən 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin dəyərinin 91000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi qət edilməsinə rəğmən iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 03 iyul 2020-ci il tarixli ƏEM/17-226/20 nömrəli ekspert rəyindən və "xxxx" MMC tərəfindən 18 iyul 2021-ci il tarixli ƏEM/17-226/20 nömrəli Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış rəyə əlavədən görünür ki, Hacıqabul rayonunun Qarasu kəndində yerləşən ona məxsus 0,72 ha torpaq sahəsindəki 386,2 kv.m ümumi, 142,2 kv.m yaşayış, 244 kv.m yardımçı sahədən ibarət 2 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin 03 iyul 2020-ci il tarixə bazar dəyəri 91000 manat məbləğ təşkil edir. 03 iyul 2020ci il tarixə fərdi yaşayış evinin likvid dəyəri 86000 manat məbləğ təşkil edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prose ssual Məcəllənin tətbiqi məsələlərinə dair” 08 oktyabr 2020-ci il tarixli 03/2020 nömrəli qərardadının 61-ci bəndində göstərilmişdir ki, məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda, bu bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məh kəməsinin qətnaməsinin apellyasiya şikayətində ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilməsi ilə əlaqədar, eyni zamanda, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə yalnız mübahisələndirilən hissədə Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin tələbləri daxilində baxılaraq lazımi hüquqi qiymət verilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdehlər (vəkil- X2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-39/2023 saylı, 2023-cü il 17 may tarixli qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə (17 dekabr 2015-ci il tarixli, 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13 oktyabr 2022-ci il tarixli, 9/4741 saylı ekspertiza rəyinə əsasən) yenidən araşdırma aparılması üçün geri qaytarılması və ya (həmin müqavilə və ekspertiza rəyinə əsasən) yeni qərar qəbul edilməsini xahiş etmişdir.

37. Hesab edirlər ki, məhkəmənin müvafiq qərardadı ilə 13 oktyabr 2022-ci il tarixli, 9/4741 saylı mühasibatlıq ekspertizasının rəyini məhkəmə nəzərə almamışdır. Hakim özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Belə ki, iş üzrə məhkəməmühasibatlıq ekspertizasının 13 oktyabr 2022-ci il tarixli 9/4741 saylı rəyi nəzərə alınmamışdır. Sadəcə məhkəmə-mühasibatlıq ekspertizasının təqdim etdiyi rəylərdən birini nəzərə almışdır. Apellyasiya şikayətində göstəri lən hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, məhkəmə 17 dekabr 2015-ci il tarixli, 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə məhkəmə-mühasibatlıq ekspertizasının rəyini nəzərə almamışdır. b)

38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

40. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

41. Maddə 21.1. Hüququ po zulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.

42. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh dir.

45. Maddə

739. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

46. Maddə 1.0.1. İpoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mül kiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

47. Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı

48. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Lakin qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəy in bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. MPM-in 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

49. Maddə 14.2. M əhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

57. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəflər arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli müqavilə üzrə əsas və faiz borcunun məbləğini düzgün müəyyən etməmişdir.

58. Kassasiya şikayətinin dəlilləri də məhz istinad olunan müqavilə üzrə əsas və faiz borcunun düzgün müəyyən edilməməsi və işdə olan sübutlara düzgün qiymət verilməməsi ilə bağlıdır.

59. Belə ki, hazırki iş üzrə irəli sürülmüş iddia tələbindən aydın olur ki, iddiaçı 17 dekabr 2015-ci il tarixli 123/15/RBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borc, 4964,56 manat hesablanmış faiz borcu, 16270,14 manat dəbbə borcu tələb etmişdir.

60. Birinci instansiya məhkəməsi həmin müqavilə üzrə əsas borc və faiz borcunun məbləği üzrə iddia tələbi ilə razılaşsa da, dəbbə pulunun məbləğini azaldaraq 270,14 manat həddində müəyyən etmişdir. Təkrar apellyasiya baxışı zamanı mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

61. İşin halları ilə müəyyən olunur ki, təkrar apellyasiya baxışı zaman məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və 13 oktyabr 2022-ci il tarixli rəyinə əsasən 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə müqavilənin son tarixinə 17 dekabr 2018-ci il tarixə Cavabdeh1 əsas və faiz borcu cəminin 14610 manat 62 qəpik məbləğ təşkil etməsi müəyyən olunmuşdur. Həmin məbləğin 13361,34 manat əsas borca, 1249,29 manat isə faiz borcuna aid edilmişdir.

62. İşin təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli nəticə müəyyən etsə də, istinad olunan müqavilə üzrə ekspertiza rəyində göstərilən həddə əsas və faiz borcunun məbləği ilə razılaşmamasına dair hər hansı əsaslandırma aparmamış və azalmış həddə borcun müəyyən edilməsinin mümkünsüz olması ilə bağlı ağabatan mühakimə irəli sürməmişdir. Faktiki olaraq göstərilən sübutu qiymətləndirmədən kənarda saxlamışdır. Lakin işin hallarından aydın olur ki, apellyasiya məhkəməsi istinad olunan rəyi sübut olaraq qəbul etmiş, qəbuletmənin mümkünsüz olmasına dair heç bir hala istinad etməmişdir.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşaraq və iddia tələbinin istinad olunan müqavilə üzrə əsas və faizlə bağlı hissəsinə yuxarıda göstərilən maddi və prossesual hüquq normalarını tətbiq etməklə hesab edir ki, qətnamə tərəflər arasında bağlanmış 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı müqavilə üzrə əsas və faiz borcu hissəsində dəyişdirilməlidir.

64. Məhkəmə kollegiyası nəzərə alır ki, kassasiya şikayəti verən tərəf yalnız 17 dekabr 2015-ci il tarixli müqavilə üzrə borcun (əsas və faiz borcu hissəsində) azaldılması ilə bağlı olduğundan digər hissələr üzrə hazırkı icraat daxilində dəyərləndirmə aparıla bilməz. Həmin hissələrlə bağlı dəlillər və tələb mövcud deyil.

65. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-39/2023 nömrəli iş üzrə 17 may 2023-cü il tarixli qətnaməsi 17 dekabr 2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə 13399,40 manat əsas borcun, 4964,56 manat hesablanmış faiz borcunun tutulması hissəsində dəyişdirilsin. xx.xx.2015-ci il tarixli 123/15/PBŞ saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixədək əsas borc 13.361,34 manat, faiz borcu 1.249,29 manat müəyyən edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar