Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2724/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X10 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ilk, Cavabdeh "xxxx" X10 Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcun tutulması, kredit müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-nin (hüquqi varisi Boa Agency ASC) ilk iddia üzrə cavabdeh qarş ılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “kredit borcun tutulması” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilk iddia üzrə iddiaçı "xxxx" KB ASC-nə (hüquqi varisi "xxxx" ASC) qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 iyun 2025-ci il tarixli 2(103)-3026/2025 qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında 23 sentyabr 2025-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15112nklNSHb/23 nömrəli 26 sentyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh SMS vasitəsi ilə 60 ay müddətinə illik 27,50 faiz ödəmək şərti ilə 14950 manat məbləğində kredit verilmişdir. 2. 14 avqust 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə "xxxx" KB ASC-nə əsas borcu 14950 manat, faiz borcu 2443,2 manat, cərimə borcu 88,7 manat olmaqla, ümumilikdə 17481,90 manat məbləğində kredit borcu vardır.
3. DSMF-nin Sabirabad rayon şöbəsi tərəfindən verilmi. 022085 nömrəli vəsiqədən görünür ki, Cavabdeh 12 mart 2019-cu il tarixən müddətsiz olaraq, İİ-ci qrup əlildir.
4. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13in 04 fevral 2019-cu il tarixli, 403 nömrəli rəyindən görünür ki, Cavabdeh kəllə-beyin travması nəticəsində demensiya, anamnezində şizofreniyaya bənzər psixozlar müşahidə olunması diaqnozu qoyulmuşdur.
5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13in 22 fevral 2019-cu il tarixli, 692 saylı rəyindən görünür ki, Cavabdeh KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyayabənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunması diaqnozu qoyulmuşdur.
6. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh ikinci dərəcə əlillik müəyyən olunmuşdur. TSEK-in diaqnozuna əsasən, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, kəllə-beyin travması (döyüşdə mərmi partlayışı zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiy a. Bazu, təpə nahiyəsində, burun yuxan hissəsində çoxlu zəif dəri çapıqları. Şizofreniyaya bənzər psixozlar müəyyən olunub. Əlillik dərəcəsi ikinci dərəcəlidir. Əmək qabiliyyətsizdir.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13in 24 yanvar 2024-cü il tarixli, 498 nömrəli rəyindən görünür ki, Cavabdeh KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunması diaqnozu qoyulmuş və kənar şəxlsərin qulluğuna ehtiyacının olması qeyd edilmişdir.
8. Respublika Reabilitiasiya Mərkəzinin 456 №-li stasionar reabilitasiya kartasından çıxarışdan görünür ki, Azərbaycan Respublikasının ərazi bü tövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyi olan şəxs Cavabdeh verilir, ondan ötrü ki, o həqiqətən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Reabilitasiya Mərkəzində stasionar qaydada reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində Cavabdeh mövcud vəziyyəti qiymətləndirilmiş və aşağıdakı reabilitasiya tədbirləri həyata keçirilmişdir: Medikamentoz müalicə; Müalicəvi massaj; Psixoterapiya; Müalicəvi bədən tərbiyəsi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 17481,90 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 142,45 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəni-anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcal ana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 avqust 2024 il tarixinə "xxxx" KB ASC-yə 14950 AZN əsas, 2443,2 AZN faiz, 88,7 AZN cərimə, 0 AZN komission haqqı borcu olmaqla, cəmi 17481,90 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
11. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli ərizə-anketi və xx.xx.2021-ci il tarixli Ümumi Ofertanı anlaqlı vəziyyətdə bağlamadığını nəzərə alaraq, etibarsız hesab edilməsini, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Kommersiya Bankı ASC ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia tələbində göstərmişdir ki, guya xx.xx.2023-cü il tarixli ərizə-anketi imzalamaqla "Ümumi Oferta" ilə tanış olduğun u və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq, SMS vasitəsilə ona 60 ay müddətinə, illik 27,50% olmaqla 14950 manat məbləğində kredit xətti açılmışdır. Lakin məhkəmənin nəzərinə çatdırır ki, o, ilkin iddia üzrə iddiaçının pretenziya və iddia tələbindən yenicə xəbərdar olmuşdur. Bildirir ki, bağlanmış əqddən o, həmin vaxt məlumatlı olmamışdır. Belə ki, 2018-ci ildən etibarən ikinci dərəcəli əlildir, onda hərbi əməliyyatlar vaxtı aldığı baş-beyin travmaları nəticəsində şizofreniyaya bənzər psixozlar müəyyən edilmiş, əlilliyin müəyyən olunması meyarında müəyyən edilmişdir ki, emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya d ebillik, o cümlədən orta dərəcəli kəmağıllıq (demensiya) var, əmək qabiliyyətsiz hesab olunmuşdur. Eyni zamanda, xəstəliyi ilə əlaqədar hər ay həkim müşahidəsi altında 10 saylı şəhər poliklinikasında müayinə alır və bu müddət ərzində poliklinikadan kənara çıxa bilmir. İlkin iddia üzrə iddiaçı onun xəstəliyi dövründə, xatırlamadığı vaxtda hansısa üsulla onunla əqd bağladığını və həmin əqd üzrə ona qarşı borcunun yarandığını iddia edir. Lakin nəzərinizə çatdırır ki, bağlanmış əqd barədə məlumatı yoxdur və hər hansı məbləğ əldə etməmişdir. Əgər belə bir əqd bağlamışdırsa da, onun əqdi bağlamaq üçün fəaliyyət qabiliyyəti olmadığına görə yalnız qəyyumun vasitəsilə bağlanıla bilərdi. ƏƏSMN yanında Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Xidmətinin xx.xx.2019-cu il tarixli arayışına əsa sən, ikinci dərəcə əlillik müəyyən olunmuşdur. TSEK-in diaqnozuna əsasən, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, kəllə-beyin travması (döyüşdə mərmi partlayışı zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, bazu, təpə nahiyəsində, burun yuxan hissəsində çoxlu zəif dəri çapıqları, şizofreniyaya bənzər psixozlar müəyyən olunub. Əlillik dərəcəsi ikinci dərəcəlidir. Əmək qabiliyyətsizdir. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13in 04 fevral 2019-cu il tarixli, 403 saylı rəyinə əsasən, diaqnoz: kəllə-beyin travması nəticəsində demensiya, anamnezində şizofreniyaya bənzər psixozlar müşahidə olunub. Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X13in 22 fevral 2019-cu il tarixli, 692 saylı rəyinə əsasən, di aqnoz: KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya,amnezində davranış pozuntuları, şizofreniyayabənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunub. Səhiyyə Nazirliyinin “ Psixi Sağlamlıq Mərkəzi” X13in 24 yanvar 2024-cü il tarixli, 498 saylı rəyinə əsasən, diaqnoz: KBT (Döyüşdə partlama zamanı baş-beyin kontuziyası) nəticəsində orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillik müşahidə olunub. Kənar şəxslərin qulluğuna ehtiyacı var. SN İnformatika və statistika İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən, tam diaqnoz: şizofren paranoidin fasiləsiz gedişi. Respublika Reabilitiasiya Mərkəzinin 4 56 №-li stasionar reabilitasiya kartasından çıxarışa əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2- ci dərəcə əlilliyi olan şəxs Cavabdeh verilir, ondan ötrü ki, o həqiqətən, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Respublika Reabilitasiya Mərkəzində stasionar qaydada reabilitasiya kursu keçmişdir. Reabilitasiya kursu müddətində Cavabdeh mövcud vəziyyəti qiymətləndirilmiş və aşağıdakı reabilitasiya tədbirləri həyata keçirilmişdir: Medikamentoz müalicə; Müalicəvi massaj; Psixoterapiya; Müalicəvi bədən tərbiyəsi. Bütün bu tibbi sənədlər və rəylər, eyni zamanada, məhkəməyə hazırda təqdim olunan çıxarışlar onu təsdiq edir ki, o, əmək qabiliyyətsizdir və şizofreniya paranoid xəstəliyindən əziyyət çəkdiyi üçün kənarşəxsin qulluğuna ehtiyacı var. Fəal iyyət qabiliyyətinin olmaması nəzərə alınmaqla, o, mülki münasibətlərdə iştirak etmək imkanından məhrumdur. Hazırda isə məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət etməyinə yaxın qohumları köməklik göstərmişdir. Həmçinin qeyd etmişdir ki, əqd bağlanan zaman o, anlaqlı vəziyyətdə olmamış, öz hərəkətlərinin mənasını başa düşməmiş, buna görə də hazırda belə bir əqdin bağlanmasını xatırlamır. Mülki münasibətlərdə iştirak etmək imkanından məhrum olduğu üçün həmin əqd üzrə hər hansı öhdəlik sahib deyildir. Bank fəaliyyət qabiliyyəti və anlaqlığı barədə məlumat əldə etmədən online qaydada onun adına bankdan pul götürülməsini təmin etmişdir. Ona görə də sözü gedən müqavilə etibarsız hesab edilməlidir.
13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X6” X13 xx.xx.2024 -cü il tarixli, 3332 saylı rəyinin nəticə hissəsindən görünür ki; 1-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizənianketi imzalayıb, “Ümumi Oferta” ilə tanış olub və ona bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə - “Ünibank" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən Cavabdeh öz hərəkətlərinin mənasını başa düşmüşdür. 2-ci sual üzrə - Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Umumi Oferfa” ilə tanış olub və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Ümumi Oferta bağlanarkən öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında ol muşdur. Həmçinin sözü gedən rəydə qeyd edilmişdir ki, Cavabdeh göstərilən əməliyyatları icra etməsini xatırlamaması onda aşkar edilən psixi pozuntu ilə əlaqədar deyil. Belə ki, Cavabdeh aşkar edilən psixi pozuntu ilə əlaqələndirməsi və tibbi sənədlər təqdim etməsi özünü müdafiə kimi qiymətləndirilir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (001)-461/2025 nömrəli 04 mart 2025-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 14.950 manat əsas, 2.443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17.481,90 manat məbləğində pul vəsaiti tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-yə ödənilməsi, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh dövlət rüsumu kimi ödə nilmiş 142,45 manat məbləğində pul vəsaiti tutularaq ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" KB ASC-yə ödənilməsi, qarşılıqlı iddia təmin edilməməsi qət edilmişdir. (X2)
15. İlk iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləğdə kreditləşməni aparmış, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və nəticədə cavabdehin kredit müqaviləsi üzrə 14 avqust 2024 il tarixinə "xxxx" KB ASC-yə 14950 manat əsas, 2443,2 manat faiz, 88,7 manat cərimə borcu olmaqla, ümumilikdə 17481,90 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunu iddiaçıya ödəməlidir.
16. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli ümumi oferta müqaviləsinin və xx.xx.2023-cü il tarixli "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketin Cavabdeh tərəfindən anlaqlı olmaması və ya anlaqlılığını mü vəqqəti itirməsi halında imzalaması iş üzrə sübut olunmur. Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" KB ASC tərəfindən ona təqdim edilmiş ərizəni-anketi imzalayıb, “Ümumi Oferta” ilə tanış olub və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, həmin şərtlərlə "xxxx" KB ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə ümumi oferta bağlanarkən o, öz hərəkətlərini dərk etdiyindən, eləcə də öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətində olduğundan, mübahisə predmeti olan müqavilənin etibarsızlığı halları müəyyən edilməmişdir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.5, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 342.1, 342.2, 346.2, 346.3, 346.4, 427.3, 442, 442.1, 445.1, 445.2, 448.1-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcə lləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı xəstəliyi dövründə, xatırlamadığı vaxtda hansısa üsulla onunla əqd bağladığını və həmin əqd üzrə ona qarşı borcunun yarandığını iddia edir. Lakin bağlanmış əqd barədə onun məlumatı yoxdur və hər hansı məbləğ əldə etməyib. Əgər belə bir əqd bağlamışdırsa da, onun əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinin olmadığına görə yalnız qəyyumunun vasitəsilə bağlanıla bilərdi. Bütün təqdim olunmuş tibbi sənədlər və rəylər, eyni zamanda, məhkəməyə hazırda təqdim olunan çıxarışlar onu təsdiq edir ki, ilkin iddia üzrə cavabdeh əmək qabiliyyətsizdir və şizofreniya paranoid xəstəliyindən əziyyət çəkdiyi üçün kənar şəxsin qulluğuna ehtiyacı var. Fəaliyyət qabiliyyətinin olmaması nəzərə alınmaqla, o mülki münasibətlərdə iştirak etmək imkanından məhrumdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbini təmin etməməkdə yalnız iş üzrə keçirilmiş ekspert rəyinə istinad edir. Halbuki, ekspert rəyi yeganə sübut kimi qəbul edilib digər təqdim edilən sübutlarla birlikdə qiymətləndirilmədən iş üzrə hüquqi qüvvəyə malik ola bilməz. Bakı şəhəri B inəqədi Rayon Məhkəməsi ilkin iddia üzrə cavabdehdə olan psixi xəstəliklərin olması ilə bağlı əsaslı şübhələr müəyyən etdiyinə görə iş üzrə ekspertiza təyin etmişdir. Lakin ekspert tərəfindən tərtib olunmuş ekspert rəyində müəyyən edilmiş nəticələr həqiqəti əks etdirmir.
20. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X10 Səhmdar Cəmiyyəti tərəfindən apellyasiya şikayətinə yazılı etiraz göndərilərək, etirazda qeyd edilmişdir ki, borclu apellaysiya şikayətində "xxxx" ASC ilə bağlanmış 15112nkİNSHb/23 nömrəli kredit müqaviləsi bağlanan zaman anlaqsız olduğunu və bu səbəbdən də müqavilənin etibarsız hesab olunmalı olduğunu bildirmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.2-ci maddəsinə əsasən, müqavilə bağlanarkən borclunun anl aqsız vəziyyətdə olması borclu tərəfindən sübuta yetirilməli idi. Lakin bu məsələ nə birinci instansiya, nə də apellyasiya şikayətində sübuta yetirilməmiş, məhz həmin andakı vəziyyəti ilə bağlı sübut təqdim edilməmişdir. Cavabdeh apellyasiya şikayətində müqavilə üzrə heç bir məbləğ əldə etmədiyini bildirmişdir. Qoşmada təqdim etdikləri hesabdan çıxarışda 15112nkİNSHb/23 nömrəli kredit müqaviləsi üzrə kreditin verilməsi, silinmələr, qaytarılmış məbləğlər öz əksini tapmışdır. Bu da onu göstərir ki, müqavilə üzrə vəsait istifadə edilmiş, geri qaytarılmışdır, yəni qarşılıqlı öhdəliklər üzrə bank öz öhdəliyini tam şəkildə, borclu isə bir hissəsini yerinə yetirmişdir. Beləliklə qeyd edilənlərə əsasən, borclunun kredit müqaviləsinin etibarsızlığı ilə bağlı dəlillərinin "xxxx" ASC-nin məhkəməyə id dia ərizəsi ilə müraciət etməsindən sonra, sırf borcdan yayınmaq məqsədi daşıdığı ehtimal olunur.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3026/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)461/2025 nömrəli 04 mart 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilmişdir. (X1 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə)
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, Cavabdeh ikinci dərəcəli əlil olması, onun əmək qabiliyyətsiz olması və onun orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid pxisotik qüsur halı, emosional labillikdən əziyyət çəkməsi iş üzrə müəyyən edilsə də, bu halların xx.xx.2021-ci il tarixli “Ümumi Oferta” əqdi bağlanan zaman onun anlaqlı olmaması və ya anlaqlılığını müvəqqəti itirməsini sübuta yetirmək üçün kifayət deyil. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertizası və X6” X13 rəyi əldə olunub və xx.xx.2024-cü il tarixli, 3332 saylı rəyinə əsasən Cavabdeh göstərilən əməliyyatları icra etməsini xatırlamaması onda aşkar edilən psixi pozuntu ilə əlaqədar deyil. Belə ki, Cavabdeh aşkar edilən psixi pozuntu ilə əlaqələndirməsi və tibbi sənədlər təqdim etməsi özünü müdafiə kimi qiymətləndirilir.
23. Eyni zamanda apellyasiya icraatı zamanı, mülki iş üzrə mübahisənin düzgün və obyektiv məqsədi ilə Cavabdeh gündüz stasionar müalicənin hansı saatl arı əhatə etməsi, səhhətinə dair və onun yuxarıda qeyd olunan tarixdən hansı vaxtadək gündüz stasionar müalicədə olması barədə məlumat verilməsi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 sorğu göndərilmiş və sözügedən qurumun 4424 nömrəli xx.xx.2025-ci il tarixli cavabından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə mərkəzə müayinə və müalicə üçün müraciət etməsi, xx.xx.2025-ci il tarixdən gündüz stasionarına qəbul edilməsi, ambulator müalicəsi 09:00-dan 15:00-dək davam etməsi, orta dərəcəli demensiya, amnezində davranış pozuntuları, şizofreniyaya bənzər psixoz, davamlı təzahür edən paranoid psixosotik qüsur halı, emosional labillikdən əziyyət çəkməsi diaqnozunun qoyulması qeyd edilmişdir. Sözügedən pozuntuların olmasının apellyator kredit müqavil əsini imzalayarkən icra etdiyi hərəkətlərin nəticəsinin anlamaq qabiliyyətinə malik olmasını Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və X6” X13 3332 nömrəli xx.xx.2024-cü il tarixli, rəyində göstərilmişdir. Həmçinin rəydə göstərilmişdir ki, apellyator özünü psixipozuntulara malik olması kimi göstərməsi özünü müdafiə üsulu kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 346.1-ci maddəsinə uyğun olaraq, anlaqlılığın müvəqqəti olaraq itirilməsi hallarında bağlanmış əqdin etibarsızlığı mənafeyinə toxunulan şəxslərin müraciəti əsasında anlaqsızlığın sübuta yetirilməsi ilə məhkəmə tərəfindən təsdiq oluna bilər. Odur ki, əqd bağlanan anda öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqd etibarsızdır və sonradan h üquq sahibi tərəfindən bəyənilmədiyi təqdirdə arzu olunan heç bir hüquqi nəticələri yarada bilməz. Belə əqd üzrə icra edilmiş hərəkətlərin nəticələrinin tənzimlənməsi qaydası əhəmiyyətsiz əqdlərdə olduğu kimidir. Qeyd edilən normanın məqsədi anlaqlılığını müvəqqəti itirən şəxslərin mənafeyini qorumaq olduğundan, həmin şəxslərin bağladıqları əqd sonradan bəyənilməklə etibarlı hala gətirilə bilər.”. Yuxarıda qeyd olunduğu kimi etibarlı əqdin bağlanması üçün sağlam iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə olmalıdır. Təsadüfi deyil ki, qanunverici əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqdin etibarsız sayılmasını nəzərdə tutmuşdur. Fəaliyyət qabiliyyətli şəxsin əqdin bağlandığı anda anlaqlı lıq halının müvəqqəti itirilməsi halında əqdin etibarsızlığı bilavasitə sübutetmə ilə bağlıdır. Yəni əqdin bağlanması zaman anlaqlılığın olmaması sübuta yetirilməlidir və bu vəzifə əqdi mübahisələndirən tərəfin üzərinə düşür.
24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 337, 342, 346, 385, 427, 432, 442, 443, 448, 472, 739-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli 2(103)-3026/2025 nömrəli qətnaməsini ləğv edib, mülki işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti, qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Cavabdeh məhkəmə tibb ekspertizasının rəyi ilə məhkəməyə qədərki dövr və hal-hazırdakı dövr üçün sağlamlığı ilə bağlı təqdim etdiyi sənədlər arasında ziddiyyət olduğu üçün işin obyektiv araşdırılması məqsədi ilə Azərbaycan Respublikası “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən təkrar məhkəmə ekspertizası keçirilməli idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, həmin qətnamənin dəyişdirilmədən saxlanması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
29. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
30. Maddə
337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu il ə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
31. Maddə 342.1. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd onun xeyrinə olduqda qəyyumunun razılığı ilə etibarlı sayıla bilər.
32. Maddə
346. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüq uqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır.
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pu l ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
35. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icr a edilməməsi başa düşülür.
37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
38. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
39. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
40. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götü rür
41. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurəti ndən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları m üəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Cavabdehin eyni məzmunlu dəlilləri ilə bağlı işə baxan məhkəmələr iş materiallarını, o cümlədən xüsusi bilik tələb edən hallarla bağlı bir neçə dəfə keçirilmiş məhkəmə ekspertizasının rəylərini araşdıraraq bu qənaətə gəlmişlər ki, fəaliyyət qabiliyyətli şəxsin əqdin bağlandığı anda anlaqlılıq halının müvəqqəti itirilməsi halında əqdin etibarsızlığı bilavasitə sübutetmə ilə bağlıdır. Yəni əqdin bağlanması zaman anlaqlılığın olmaması sübuta yetirilməlidir və bu vəzifə əqdi mübahisələndirən tərəfin üzərinə düşür. İşdə isə belə sübut yoxdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tər əfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi t ərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3026/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.