Məhkəmə qərarları › İş №2(102)-2725/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2725/2021

12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2725/2021 12.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6485/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin bin asında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə hissəsinə əsasən X3 Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmin hökmə göpə X4, xx xxxxx 2018-ci il tarixdə saat 09:25 radələrində nəqliyyat vəsitəsini idarə etmək hüququ olmadan, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 35-1-ci maddəsinin 2-ci bəndində göstərildiyi kimi, ölkə ərazisində nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş bir ay müddət bitərək texniki cəhətdən saz olan “Daevoo” markalı, dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobusu ilə Mərdəkan-Bakı şosse yolu ilə Bakı şəhəri istiqamətində saatda 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qan unun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozub qəza şəraiti yaratmış, baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində İddiaçı mülkiyyətində olub X4 tərəfindən idarə edilən, "X8” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus “X9" markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan, yəni avtomobilin təmir-bərpa xərcinin əvəzi kimi 173302 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun, ümumilikdə 173332 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarı lmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 xx xxxxx 2018-ci il tarixdə texniki cəhətdən saz olan “Daevoo" markalı, **-TG-*** dövlət nömrə nişanlı 171 saylı marşrut avtobusunu idarə edərkən "Yol hərəkəti haqqında" qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq qəza şəraiti yaratmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. X4in yol hərəkəti qaydalarını pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan və etibarnamə əsasında X4 tərəfindən idarə edilən, "X8” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə də ciddi ziyan dəymişdir. X4ın Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o da zərərçəkmiş şəxs kimi tanınmış və məhkəmədə "Cavabdeh" MMC-yə qarşı mü lki iddia vermişdir. Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə X4 törətdiyi əmələ görə təqsirli bilinmiş və məhkum edilmişdir. Eyni zamanda mülki iddianı təmin edilməklə, mülki cavabdeh "Cavabdeh" MMC-dən onun xeyrinə mülkiyyətində olan avtomobilə dəymiş ziyanın əvəzi kimi 173302 manat məbləğində pulun tutulması qət olunmuşdur. Lakin mülki cavabdeh "Cavabdeh" MMC həmin hökmdən apellyasiya şikayəti vermiş və şikayətini belə əsaslandırmışdır ki, X4 onun işçisi olmamış, onunla əmək müqaviləsi bağlanmamış və ona nəqliyyat vasitəsinin idarə edilməsi üçün yol vərəqəsi verilməmişdir. Buna görə də, İddiaçı mülki iddiası MMC-yə yönələ bilməz və təmin edilməməlidir. Mülki Cavabdeh MMC-nin apellyasiya şikayətində qeyd etdiyi əsaslar birinci instansiya məhkəməsində istintaq zamanı təkzib edilmişdir. Belə ki, cinayət işi materiallarında olan sübütlarla müəyyən edilmişdir ki, məhkum X4ın 2017-ci ilin dekabr ayı üçün “Cavabdeh" MMC-yə məxsus **-TG-*** qeydiyyat nişanlı avtobusu idarə etmək üçün yol vərəqəsi olmuşdur. X5 2017-ci ilin dekabr və hadisənin baş verdiyi 2018-cİ ilin aprel ayı üçün marşrut qrafiki üzrə yola çıxması məqsədilə tibbi müayinədən keçməsini təsdiqləyən X6 kitabçası mövcud olmuşdur. Qeyd olunan yol vərəqəsi və tibbi müayinə kitabçası cinayət işinin materiallarında olmuşdur, bu sənədlər də X4ın Cavabdeh MMC üçün çalışdığını təsdiqləmişdir. Buna görə də, birinci instansiya məhkəməsi mülki cavabdehin məhkumun onların işçisi olmaması ilə bağlı bildirdiklərini nəzərə almamış və haqlı olaraq, onun mülki iddiasını təmin etmişdir. Yəni MMC-nin apellyasiya şikayətində qeyd etdiyi əsaslar iş materiallarında olan sübutlarla təkzib olunmuşdur. Bundan əlavə, əgər məhkum "Cavabdeh" MMC-nin işçisi olmasa və onlar üçün çalışmasa idi MMC-nin nümayəndəsi birinci instansiya məhkəməsində ona məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı vəsatət verməzdi. İş materiallarında olmuş xx xxxxxx 2019-cu il tarixli məhkəmə ekspertizasının rəyi ilə ona məxsus avtomobilin təmir-bərpa xərclərinin 173302 manat olması müəyyən edilmişdir. Qiymətİəndirmə ilə bağlı vəsatətin verilməsi dolayısı ilə məhkum X4in “Cavabdeh" MMC üçün çalışmasının etiraf edildiyini göstərir, çünki bu vəsatətlə MMC-nin nümayəndəsi artıq dəymiş ziyanın onlara aid olduğunu qəbul edir, sadəcə ziyanın məbləğini mübahisələndirir. Əgər ziyan onlara aid olmasa idi və ya onlara aid şəxs tərəfindən vurulmasa idi MMC-nin nümayəndəsini ziyanın məbləği maraqlandırmazdı. Apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki iddianın məhkəmə istintaqı zamanı verilməsini və bunun Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olmadığını qeyd elməklə mülki iddianın icraata götürülməsindən imtina etmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü mülki iddianın təmin edilməsi hissəsində ləğv edilmiş və Rəsul Əliyevin iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir, onun mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Qeyd olunan qərardan o və vəkili tərəfindən kassasiya şikayəti verilmiş, lakin Ali Məhkəmənin Cinayət Koll egiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd olunanlara görə hazırda mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Ayaz Məmmədov) 2(004)-1589/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 1096.1-1096.2-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünün dəyişdirilməyən hissəsindən müəyyən edildiyi kimi, “Daevoo” markalı, **-TG-*** dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobusunun mülkiyyətçisi Cavabdeh MMC olmuş və MMC yüksək təhlükə mənbəyinin iradəsinə zidd, X4in hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirə bilməmişdir. Ona görə də, iddiaçının mülkiyyətində olan avtomobilə dəymiş ziyan cavabdeh MMC tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunverciliyinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Odur ki, məhkəmə üçün qeyd edilən hökm üstün hüquqi qüvvəyə malikdir. Həmçinin həmin iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, “...nəzəri hesablama yolu ilə, iş materiallarında olan “My auto” Servis Mərkəzinin xx.xx.2018-ci il tarixli aktındakı məlumatlara əsasən 2015-ci il buraxılışlı “X8” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 173302,00 manat müəyyən edilmişdir.” Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş edən cavabdehin nümayəndəsi şikayətini belə əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə çıxarılmışdır. Həmçinin məhkəmə iclasında onların iştirakı təmin olunmamışdır. Belə ki, məhkəmə iclası xx xxxx 2020-ci il tarixə saat 10:30-a təyin edilsə də, bu barədə bildiriş onlara həmin gün günorta saatlarında çatdırılmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Babayev - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Elnur Həsənov) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş və iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi yanlış olaraq mübahisəyə Mülki Məcəllənin 1099-cu maddəsini tətbiq etmiş, bununla da tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, 1099-cu maddə yüksək dərəcəli məsuliyyəti nəzərdə tutmaqla, işəgötürənin öz işçisinin törətdiyi mülki hüquq pozuntularına görə məsuliyyətini tənzimləyir. Başq a sözlə qanunverici, işçisinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurduğu zərərə görə həmin işçinin əmək müqaviləsi münasibətində olduğu, yaxud mülki hüquq müqaviləsi əsasında iş gördüyü hüquqi və ya fiziki şəxsin üzərinə zərəri ödəmək vəzifəsini qoymuşdur. Mülki Məcəllənin 1099-cu maddəsinin mənasına görə, əmək müqaviləsi üzrə işləyən işçinin vurduğu zərəri işəgötürən yalnız zərəri işçinin əmək (qulluq, mənsəb) vəzifəsinin icrası zamanı vurduğu hallarda ödəyir, əmək vəzifələrinin icrası deyildikdə isə, həm əmək müqaviləsi ilə müəyyənləşdirilmiş fəaliyyət, həm də əmək müqaviləsində nəzərdə tutulmayan, lakin iş və istehsal zərurəti ilə bağlı işəgötürənin verdiyi tapşırığın yerinə yetirilməsi üzrə fəaliyyət başa düşülməlidir. Hazırki işdə isə, yol-nəqliyyat hadisəsini törətmiş X4lə Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlandığı, onların arasında əmək münasibətlərinin olduğu və hadisə baş verən zaman onun əmək vəzifəsini icra etməsi barədə heç bir sübut yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfin daha öncə, cinayət işi üzrə icraat zamanı da istinad etdiyi hallardan biri məhkum X4in onların işçisi olmaması ilə bağlı olmuşdur. Lakin cavabdeh MMC-nin bu iddiası cinayət işi üzrə ibtidai istintaq zamanı əldə edilmiş dəlill ərlə təkzib edilmişdir. Buna görə də, cinayət işi üzrə məhkəmə araşdırması zamanı Cavabdeh MMC-nin nümayəndəsi dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün vəsatətlər vermiş. zərərin onların əməkdaşı tərəfindən vurulmasını etiraf etmişdir. Əks halda, cavabdeh MMC işçisi olmadığı şəxsin vurduğu zərərin məbləğini mübahisələndirməzdi. Xüsusilə diqqət edilməli olan bir digər məqam da, iddiaçının hazırki iddiası Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təmin edilmişdi. Yəni həmin hökmdə istinad edilən hallar hazırki işdə də preyudisial əhəmiyyət daşımalıdır. Ona görə ki, həmin hökmdən verilən apellyasiya şikayəti zamanı mülki iddia üzrə icraata xitam verilməsinin səbəbi iddianın məhkəmə istintaqı başlanana kimi verilməməsi olmasıdır. Apellyasiya instansiyası məhkəməsi isə göstərilən hallara diqqət yetirmədən, məhkum edilmiş şəxsin cavabdeh MMC-nin işçisi olmaması əsası ilə iddianı rədd etmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi bu fakt cinayət işi üzrə birinci instansiya məhkəməsində istintaq zamanı təkzib edilmişdir. Cinayət işindən müəyyən edilmişdir ki, məhkum X4in 2017-ci ilin dekabr ayı üçün MMC-yə məxsus **-TC-*** qeydiyyat nişanlı avtobusu idarə etməkyə yol vərəqəsi olmuşdur. Qeyd olunan yol vərəqəsi cinayət işinin materiallarında vardır, bu sənədlər də X4ın Cavabdeh MMC üçün çalışdığını təsdiqləmişdir. X10 cavabdeh “Cavabdeh" MMC-nin tapşırığı və verdiyi yol vərəqəsi ilə xəttə çıxdığı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə təsdiqini tapmışdır. Bu fakt həmin işə apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılan zaman da təkzib edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi isə məhkumun cavabdeh MMC-nin işçisi olmasını təsdiq edən kifayət qədər sübutların olmasına, daha öncəki məhkəmə araşdırmalarına, orada müəyyən edilmiş mübahisə edilməz faktlara diqqət etmədən yanlış qənaətə gəlmiş və yekunda əsassız qətnamə çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1-ci və 1099.2. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozu ntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəa liyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbə yinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansi yası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyind ən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. X4in törətdiyi cinayət əməli nəticəsində İddiaçı mülkiyyətində olub X4 tərəfindən idarə edilən, "X8” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi baxılan işin mübahisələndirilməyən hallarıdır. İddiaçı tələbini cabvabdeh MMC-yə qarşı qal dıraraq hesab etmişdir ki, hadisəni törədən X4 MMC-nin işçisi olduğundan dəymiş zərəri də MMC ödəməlidir. İddia tələbi rədd edən apellyasiya instansiyası məhkəməsi qeyd etrmişdir ki, yolnəqliyyat hadisəsini törətmiş X4la Cavabdeh MMC arasında əmək müqaviləsinin bağlandığı və hadisə baş verən zaman onun əmək vəzifəsini icra etməsi barədə heç bir sübut yoxdur. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən işdə olan sübutları MPMnin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verməyərək prsessual pozuntuya yol vermişdir. Həmin maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işə əlavə edilm iş hökmlə müəyyən edilmişdir ki, “...şahid X1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, adı Hümmətəli olsa da, hər kəs onu Mehti kimi tanıyıb çağırır. Hal-hazlrda “xxxx” LTD MMC-də dəstə rəisi vəzifəsində çalışır. Şirkətdə avtobusların qaimə və cədvəllərini gündəlik olaraq o tərtib edir. xx xxxxx 2018-ci il tarixdə qarajda sürücü çatışmadığından özünü də cədvələ salmışdır. Həmin qarajda 171, 214, 160 və 144 saylı marşrut avtobusları cədvəl üzrə işə çıxırlar. Özünü də cədvələ saldığından o, **-TG-*** dövlət nömrə nişanlı, 171 saylı marşrut avtobusunu idarə etməyə başlamışdır. O, səhər saat 07 radələrində işə başlamışdır. Bir dövrədən sonra o, qaraja qayıtmışdır.. Ailədə problemləri olduğundan o, tanıdığı X4 adlı şəxs i çağırıb marşrut avtobusunu bir dövrə idarə etməyə ona vermişdir. Hökmdə həmçinin qeyd edilmişdir ki, Cavabdeh MMC-yə məxsus xx xxxxxx 2017-ci 11 tarixdən xx.xx.2017-ci il tarixədək olan yol vərəqəsindən görünür ki A3928229 BCDE sürücülük vəsiqəsi ilə lsaev X4 “Daevoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusla marşrut qrafiki üzrə hərəkət etmişdir. İş materiallarına əlavə edilmiş 2017-ci ilin noyabr və dekabr ayları üçün X4ə verilmiş X6 Kitabçalarından görünür ki, o, yola çıxmaq uçun tibbi müayinədən keçmişdir. İş materiallarına əlavə edilmiş 2018-ci ilin aprel ayı üçün X4ə verilmiş X7 Kitabçasından görünür ki, həmin ay üçün ona ona kitabça verilmış və hadisənin törədildiyi gün, yeni xx.xx.2018-ci il tarixdə tibbi müayindən keçərək marşın qrafiki üzrə yola çıxmışdır. Apellyasi ya instansiyası məhkəməsi bu hallara qiymət verməmiş, yol-nəqliyyat hadisəsini törətmiş şəxs X4lə cavabdeh MMC arasında əmək müqaviləsinin olmaması əsası ilə onun MMC-nin işçisi olmaması qənaətinə gəlmiş, lakin sadalanan sübutlara hüquqi qiymət verərək Mülki Məcəllənin 1099.2-ci maddəsinin tələbləri baxımında X4in cavabdeh MMC üçün mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs olub-olmadığını müəyyən etməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, X4in məhkum olunmasına dair cinayət işi, həmçinin hazırkı mülki iş üzrə metariallara görə cavabdeh MMC-yə məxsus “Daevoo” markalı avtobus xx xxxxx 2018-ci il tarixdə X4in qanunsuz sahibliyində, istifadəsində və istismarında olmuşdur (avtobusu idarə etməyə sənədləri, yol vərəqəsi, etibarnamə, Azərbaycan Respublikasında tanınmış sürüc ülük vəsiqəsi və sair olmamışdır), lakin həmin avtobusun X4 tərəfindən MMC-nin sahibliyindən hüquqa zidd götürülüb-götürülməməsini məhkəmə müəyyən etməmişdir. Halbüki həmin halın müəyyən olunması MM-nin 1108.2-ci maddəsinin tələbləri baxımından işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edir. Cayət işi üzrə həm X4 Əliyev təqsirləndirilən şəxs kimi, həm də MMC-də dəstə rəisi vəzifəsində işləyən X1 şahid kimi verdikləri ifadələrində göstərmişdir ki, qarajda sürücü çatışmadığından “xxxx” LTD MMC-yə məxsus sərnişin avtobusunu 171 nömrəli marşurut üzrə idarə etmək üçün xx xxxxx 2018-ci il tarixdə X4ə MMC-nin dəstə rəisi tərəfindən verilmişdir. Göründüyü kimi yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsinin MMC-nin sahibliyindən hüquqa zidd götürülməsində təkcə X4 deyil, MMC-nin vəzifəli şəxslərin in də təqsirli olması aydın olur. Lakin işə baxan apellyasiya məhkəməsi göstərilən halı diqqətdən qaçırmış, yüksək təhlükə mənbəyinin sahibinin həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyətin həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilməsi ilə bağlı qanunvericiliyin tələblərini nəzərə almamışdır Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv e dilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6485/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar