Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2727/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)**/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim S.Talıbov) xx.xx.2019-cu il tаrixli, 2(008)-5350/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “əldə çıxmı ş faydanın, maddi, sağlamlığa və işgüzar nüfuza dəyən zərərin ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Babayev, X.Mərdanova, E.Həsənov) xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(008)-5350/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “əldə çıxmış faydanın, maddi, sağlamlığa və işgüzar nüfuza dəyən zərərin ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edər ək, Cavabdeh əldən çıxmış faydaya görə 174 manat, maddi ziyana görə 1625 manat, sağlamlığına dəyən ziyana görə 5225 manat və işgüzar nüfuzuna xələl gətirməyə görə 1000 manat olmaqla, cəmi 8024 manatın Alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Həsənov Nuralı İlyas oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı birinci instansiya məhkəməsinə 21 vərəqdən, apelyasiya məhkəməsinə isə 5 vərəqdən ibarət sübut materiallarını təqdim etmiş və hesab etmişdir ki, bu sübut materialları iddianın təmin edilməsi üçün kifayətdir. Cavabdeh iddiaçıdan aldığı malları məhkəmə proseslərində etiraf edir, onun dəyərinin iddiaçıya qaytarılm asını söyləsə də, məhkəməyə sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmənin gəldiyi nəticə yanlışdır və iddiaçının maddi və prosessual hüquqlarının kobud şəkildə pozulmasına, mənəvi zərər almasına və maddi ziyana düşməsinə səbəb olmuşdur. Məhkəmə prosesləri zamanı iddiaçının heç bir xəstəliyi olmamış və müalicə almamışdır. Lakin cavabdehin və hakimlərin qərəzli qətnamələri bir vətəndaş kimi onu sarsıtmış, mənəvi-psixoloji travma keçirməsinə səbəb olmuşdur. Hazırda onun əsəbdən gözləri 20%-ə yaxın görmə qabiliyyətindədir. Bunlara dair o, xəstəlik tarixçəsini iş materiallarına əlavə etmişdir. Cavabdeh tərəf hazırda iddiaçıya borcunun olmadığını sübut etməlidir. Göstərilənlərə əsasən onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 saylı qətnaməsinin tamamilə ləğv edilib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərara qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili Həsənov Nuralı İlyas oğlu və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiqini yoxlayır. Birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanması qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 386, 1096, 1097.1, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 80, 106-cı maddələrini tətbiq edərək belə qənaətə gəlmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar öz təsdiqini tapmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməsinə, yeni sübut təqdim etmək imkanının olmasına baxmayaraq məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Apelyasiya kollegiyası qeyd etmişdir ki, apelyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə üst-üs tə düşür və məhkəmə kollegiyasi həmin dəlillər üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır. Kasasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də iddia tələbinin əsasını və təsdiqini təşkil edə biləcək hər hansı sübutu işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən isə qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respu blikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-**/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2727/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2727/2020
30.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver