Məhkəmə qərarları › İş №2(102)-2728/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2728/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2728/2020 23.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, İddiaçı “Bank olmayan kredit təşkilatı xxxx” MMC tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10770/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Ceyhun Qədimov) 2(010)-560/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cava bdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 6517,85 ABŞ dolları məbləğində əsas borc, 1479,85 ABŞ dolları məbləğində faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə borcu ödənilən gün ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manatla, habelə iddia ilə məhkəməyə müraciət olunması üçün dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxx 2019-cu il tarixli qətn aməsi iləCavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilimiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən - iddianın cavabdeh x1 qarşı təmin edilmiş hissəsdə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmişdir. İddiaçı “Bank olmayan kredit təşkilatı xxxx” MMC-dən 15 manat dövlət rüsumu tutularaq Cavabdeh2, ekspertiza tədqiqatının dəyəri olaraq 126 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. İşin halları: İddiaçı “Bank olmayan kredit təşkilatı xxxx” MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh5 müştərək qaydada xx xxxxxx 2015-ci il tari xli 04182 nömrəli kredit müqaviləsinə əsasən, xx xxxx 2014-cü il tarixli 03095 nömrəli kredit müqaviləsinə əsasən 478,15 manat əsas borc, 250,91 manat faiz borcu, 76,17 manat faiz borcu olmaqla, cəmi 805,23 manat məbləğində, habelə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli 04182 nömrəli kredit müqaviləsinə əsasən 4380,79 ABŞ dolları məbləğində əsas borcun, 3131,49 ABŞ dolları məbləğində faiz borcunun, 488,67 ABŞ dolları məbləğində cərimə borcunun (cəmi 8000,95 ABŞ dolları) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı dövründə iddiaçı “Bank olmayan kredit təşkilatı xxxx” MMC iddia tələbini dəyişərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada xx xxxxxx 2015-ci il tarixli 04182 nömrəli kredit və zaminlik müqavilələrinə əsasən 6517,85 ABŞ dolları məbləğində əsas borcun, 1479,85 ABŞ dolları məbləğində faiz borcunun, 2578,85 ABŞ dolları məbləğində cərimə borcunun (cəmi 10575,55 ABŞ dolları) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və kasasiya şikayətinə qarşı etiraz: İddiaçı “Bank olmayan kredit təşkilatı xxxx” MMC kasasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normala rının tələblərini pozmuşdur. Bakı Apellvasiya Məhkəməsində, Cavabdeh2 imzasının həqiqətən onun tərəfindən çəkildiyim təsdiq edən sübut kimi, iddiaçı tərəfindən zaminlik müqaviləsini imzalayan kredit mütəxəssisi X1 iş üzrə şahid kimi dindirilməsini məhkəmədən xahiş edilsə də, məhkəmə vəsatəti təmin etməmişdir. Məhkəmə vəsatəti təmin etməməklə işin obyektiv araşdırılmasında maraqlı olmadığını bildirmişdir. Eekspertin tədqiqat obyektləri, hesab olunan cavabdehin şəxsiyyət vəsiqəsinin surətində, apelyasiya şikayətində, o cümlədən eksperimental xətt və imza nümunələri olmuşdur. Bu imza nümunələri zaminlik müqaviləsində ki, imzasına oxşar olsa da, onun tərəfindən çəkilmədiyi qənaətinə gəlinmişdir. Zaminlik müqaviləsindəki imza vətəndaşın özünə aiddir. Hər bir insan öz imzasına oxşar imza çəkə bi lər. O cümlədən zaminlik müqaviləsindəki imza Cavabdeh2 tərəfindən çəkilmişdir. Sadəcə öz imzasını deyil ona oxşar imza çəkmişdir ki, gələcəkdə hər hansı məsuliyyət daşımasın.Məhkəmə bu hallara əhəmiyyət verməyərək iddia tələbinin zamin Cavabdeh2 qarşı rədd edilməsi hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya insta nsiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı bank kasasiya şikayəti verm iş və qətnaməni iddia tələbinin rədd edilən hissədə, yəni iddia tələbinin Cavabdeh2 dair hissədə rədd edilməsini mübahisələndirir. Cavabdehlər isə qətnamədən kasasiya şikayəti verməmişlər. Ona görə də, qətnamə iddiaçının kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldır. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, BOKT «xxxx» MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2015-ci ildə L-BK-04182 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncuya 24 ay müddətinə aylıq 2,25 faiz olmaqla 7000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla yanaşı, BOKT «xxxx» MMC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında zaminlik müqavilələri bağlanaraq sonuncular xx xxxxxx 2015-ci ildə L-BK-04182 nömrəli kredit müqaviləsi üzrə kredit öhdəliyinin yerinə yetirilməsinə görə cavabdehliyi öz üzərinə götürmüşdür. Qeyd olunan kredit müqaviləsi üzrə borclu tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün Bank hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası birinci instansiya məhkəməsi tərəfindən müvafiq ekspert rəyi əsasında qismən təmin olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi he sab etmişdir ki, Cavabdeh2 qarşı iddianın təmin edilmiş hissəsində birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Belə ki, apelyasiya baxışı zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzi tərəfindən verilmiş 26004 saylı xx xxxxxx 2019-cu il tarixli ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 2(103)-10770/2019 saylı mülki işin 13-cü vərəqəsində olan xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin arxa tərəfində “zamin Cavabdeh2 Rikfət oğlu imza” qrafasındakı imza – Cavabdeh2 Rikfət oğlu tərəfindən yox, başqa şəxs tər əfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan maddənin dispozisiya şərtlərindən göründüyü kimi, iddianın təmin olunması (müba hisələndirilən hissədə) üçün ilk növbədə kredit müqavilələri üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləğin cavabdehə verildiyi sübuta yetirilməlidir. İş üzrə ekspert rəyi ilə iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsinin Cavabdeh2 tərəfindən imzalanmadığı müəyyən edilmişdir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, müqavilə üzrə pulun cavabdehə verilməsinə dair Cavabdeh2 zamin durması ilə bağlı sübutetmə yükü üzərinə düşən iddiaçı tərəfindən bu barədə hər hansı sübut məhkəməyə təqdim olunmadığından qətnamə iddianın həmin cavabdehə qarşı təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olar aq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı bank kasasiya şikayətində cavabdeh Amil Məmmdovun zaminlik müqaviləsi imzalanmasında iştirak etmiş şəxslətin şahid kimi dindirilməsi barədə vəsatətin məhkəmə tərəfindən əsassız olaraq rədd edildiyini bildirmişdir. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş ekspert rəyi il ə müqavilədəki imzanın Cavabdeh2 tərəfindən imzalanmadığı öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Amil Məmədovun zaminlik müqaviləsində öz imzasının deyil, oxşar imza çəkməsi barədə kasasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarətdir. İş üzrə aparılmış ekspertiza tədqiqatı zamanı qeyd edilən hallar öz təsdiqini tapmamışdır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan R espublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı “Bank olmayan kredit təşkilatı xxxx” MMC-nin kasasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10770/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar