Məhkəmə qərarları › İş №2(102)-273/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-273/2019

16.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-273/2019 16.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ 16 yanvar 2019-cu il İş 2(102)-273/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun və vəkili Əzizli Nəvazi Vidadi oğlunun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ndən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin10 may 2018-ci il tarixli qətnaməsiilə (F.Ə.Məmmədov, iş2(011)-51/18) iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia tələbi qismən təmin edilərək cavabdeh x1ndan 1340 ABŞ dolları əsas borc, 422.25 ABŞ dolları faiz borcu, cəmi 1762.25 (bir min yeddi yüz altmış iki dollar iyirmi beş sent) ABŞ dolları ödəniş günü qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat məbləğində pulun alınaraq ləğv prosesində olan «xxxx» ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 oktyabr 2018-ci il tari xli qətnaməsi ilə (T.S.Səmədov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və E.C.Kazımov, iş2 (103)-9656/2018) Bakı şəhəri, Xətai rayon məhkəməsinin hazırkı iş üzrə 10 may 2018-ci il tarixli qətnaməsi iddiaçı «xxxx» ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondu və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiyaşikayətiveribqətnaməninləğvedilməsi vəişinyeniapellyasiyabaxışınagöndərilməsinixahişetmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması fondunun vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəməi clasınınvaxtıvəyeribarədətərəflərəlazımiqaydadaxəbərverilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzürsüzsəbəbdənməhkəməiclasınagəlmədiklərindənkassasiyakollegiyasıişəonlarıniştirakıolmadan baxılmasınımümkünhesabetmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada «xxxx» ASCnin xeyrinə 04.04.2008-ci il tarixli kredit müqaviləsi üzrə 1340 ABŞ dolları əsas, 5963,54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7303,54 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrəyuxarıdagöstərilənməhkəməaktlarıqəbuledilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğve dicisi Əmanətlərin Sığortalanması fondu və vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı ApellyasiyaMəhkəməsitərəfindənişəbaxılanzaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, iddiaçının vəkili Əzizli Nəvazi Vidadi oğlunu dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamədəyişdirilmədənsaxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız mad di və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İşdə olan 04.04.2008-ci il tarixli, DV-48 №-li kredit müqaviləsindən görünür ki, həmin müqavilə X2 ilə «xxxx» ASC arasında illik 36 faiz olmaqla 12 ay müddətinə 2000 ABŞ dolları məbləğində kredit verilməsi haqqında bağlanmışdır. İşdə olan maliyyə arayışından məlum olur ki, X1 19.06.2017-ci il tarixə 1340 ABŞ dolları əsas, 5963.54 ABŞ dolları faiz borcu mövcuddur. İş materiallarında olan 04.04.2008-ci il tarixli, DV-48 nömrəli zaminlik müqaviləsindən görünür ki, X2 və Cavabdeh2 «xxxx» ASC ilə 04.04.2008-ci il tarixli, DV-48 №-li kredit müqaviləsi üzrə X1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəsində baxılarkən mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq eks pertizasının 13.04.2018-ci il tarixli 28264 saylı ekspert rəyindən görünür ki, X2 tərəfindən iddiaçıdan alınmış kredit vəsaiti üzrə ödənilməli olan borc məbləği 04.04.2009-cu il tarixə əsas borc üzrə 1502.67 ABŞ dolları, faiz borcu üzrə 422.25 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi mülki-prosessual qanunvericiliyin və «Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədq iqat hissəsi ilə nəticə hissəsi uyğundur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı nəzərə alıb, cavabdeh x1ndan 04.04.2008-ci il tarixli DV-48 №-li Kredit müqaviləsinin sonunadək, yəni 04.04.2009-cu il tarixinədək hesablanmış 422.25 ABŞ dolları məbləğində faiz borcu tutulmasını qət etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə borcun cavabdeh-zamin Cavabdeh2 tutulması hissəsində, ona münasibətdə iddia ərizəsini təmi n etməməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İş materiallarında olan 04.04.2008-ci il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə öhdəliyin icra müddəti 12 ay, yəni 04.04.2009-cu il tarixədək müəyyən edilmişdir. İddiaçı zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 11.07.2017-ci il tarixdə müraciət etmişdir. İşin materiallarından və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, zamin Cavabdeh2 qız 04.04.2008-ci il tarixli DV-48 №-li Zaminlik müqaviləsi üzrə öhdəlik götürmüş olsa da, «xxxx» ASCzaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni 04.04.2009cu il tarixdən 1 (bir) il ərzində zaminə qarşı iddia irəli sürməmişdir. İddiaçı həmin müqavilə üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsi ilə bağlı hazırkı iddia ərizəsini qeyd olunan müddət keçdikdən sonra, yəni 20 iyul 2017-ci ildə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarından məlum olur ki, iddiaçı «xxxx» ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin, bu müqaviləyə əsasən bank qarşısında 04.04.2008-ci il tarixli, DV-48 №-li kredit müqaviləsi üzrə borcalana veriləcək 2.000 ABŞ dolları məbləğində kredit xətti ilə əlaqədar olaraq və hesablanmış faizlərə dair öhdəliklərin tam yerinə yetirilənədək məsuliyyət daşımağı ayrı-ayrılıqda üzərilərinə götürmüşlər. Bu müqavilənin qüvvədə olan müddəti borcalan 04.04.2008-ci il il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin bank qarşısında qüvvədə olan müddəti ilə üst üstə düşür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 ilə 04.04.2008-ci il tarixində bağlanmış zaminlik müqaviləsində zamin həmin kredit müqaviləsinə kredit məbləğinin və ona hesablanmış faizlərin 12 ay müddətində icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş olsa da, müqavilənin müddəti kredit müqaviləsinin bütün şərtləri tam yerinə yetirildikdən sonra qüvvədə n düşdüyü qeyd edilmiş, yəni qeyri-müəyyən müddət müəyyənləşdrilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki,Bakı ApellyasiyaMəhkəməsiningəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 04 oktyabr 2018-ci il tarixli, 2(103)-9656/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar