Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-273/2020 16.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X3 və və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC-nin kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-794/2019, hakim F.X.Mirzəyev) İ ddiaçı MMC-nin Cavabdeh1 və “xxxx” QSC-yə qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-10506/2019, hakimlər V.T.Həsənov, Ş.A.Məmmədova, X.Ə.Sarıyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı MMC-nin nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı “xxxx” QSC müqaviləyə əlavə edilmiş təsnifatda göstərilən miqdarda və keyfiyyətdə neft məhsullarını satmağı, alıcı “xxxx” MMC isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulların keyfiyyətinə və kəmiyyətinə uyğun olaraq təsnifatda göstərilən miqdarda qəbul etməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı "İddiaçı" MMC cavabdehlər Cavabdeh1 və “xxxx” QSC-nə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 12.640.859 manat məbləğində pulun, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə qanunsuz istifadədə saxlanmasına görə bank uçot dərəcəsinə uyğun illik 5 % hesablanmaqla 632.042 manat məbləğində faizin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin artırılmasına dair ərizə verərək cavabdehlərdən müştərək qaydada 2015-ci il üzrə 20.994.909 manat, 2016-cı il üzrə 1 7.832.241 manat, 2017-ci il üzrə 13.272.902 manat olmaqla, ümumilikdə 52.100.054 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və tərəflərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə səhv nəticəyə gəlmiş, faktiki halları ətraflı araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassatorun nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndələri və vəkilləri kassasiya şikayətini əsassız hesab edərək qətnamənin d əyişdirilmədən saxlanılmasını xahiş etdilər Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, “xxxx” QSC iddiaçı MMC-yə neft məhsullarını satmağı, sonuncu isə neft məhsullarının dəyərini əvvəlcədən ödəməklə məhsulları qəbul etməyi öz öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən səlahiyyətli nümayəndə kimi Cavabdeh1 müqavilə üzrə məhsulları alıb digər yanacaqdoldurma məntəqələrinə paylamaq və həmin məntəqələrdən alınmış vəsaitləri MMC-nin xəzinəsinə mədaxil etmək vəzifəsi həvalə edilmişdir. İddiaçı MMC Cavabdeh1 tərəfindən 52.100.054 manat məbləğində pulun MMC-yə təhvil verilməməklə qanunsuz saxlandığına istinad edərək həmin məbləğin Cavabdeh1la bərabər “xxxx” QSC-dən də tutularaq MMC-nin xeyriinə ödənilməsi tələbini irəli sürmüşdür. Cavabdeh1 onunla iddiaçı arasında xx.xx.2018-ci il tarixli “Qarşılıqlı borcların üzləşdirilməsi” barədə akt təqdim edərək ümumiyyətlə borcu olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nin apellyasiya in sytansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən edən 372-ci maddəsinin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin iddia ərizəsinin forması və məzmununu müəyyən edən 149-cu maddəsinin tələblərinə görə iddia ərizəsində iddiaçının öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İdda ərizəsinin məzmunundan mübahisəsiz qaydada görünür ki, iddiaçı onunla cavabdehlərdən “xxxx” QSC ilə bağladıqları alqı-satqı müqaviləsinə istinad etsə də QSC-nin müqavilə üzr ə hər hansı öhdəliyi yerinə yetirməməsini, cavabdeh kimi pul öhdəliyinin hansı əsaslarla yaranmasını ümumiyyətlə göstərmədən digər cavabdehlə bərabər müştərək qaydada pul tutulması tələbini irəli sürmüşdür. Deməli iddia ərizəsi MPM-nin 149-cu maddəsi iilə müəyyən olunmuş forması və məzmununa riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası MPM-nin 152, 259-cu maddələri ilə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilməsinin nəticələri müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan halına heç bir hüquqi qiymət vermədən xxxx QSC-yə qarşı tələb üzrə iddiaya mahiyyəti üzrə baxaraq qətnamə qəbul etməklə qeyd olunan prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 418.1-ci maddəsin ə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu halda, kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası digər cavabdehə qarşı iddia tələbinə dair işin faktiki halları barədə tərəflərin irəli sürdüyü dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şika yəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-273/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-273/2020
16.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver