Məhkəmə qərarları › İş №2(102)-273/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-273/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-273/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: X4 Cavabdeh: Cavabdeh1 Süleyman oğlu İddia tələbi: 3065 manat məbləğində zərərin əvəzinin ödənilməsi Açar sözlər: zərərin ödənilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh1 Süleyman oğlunun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4065/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 Süleyman oğlu tərəfindən ver ilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 349 №-li xx.xx.2019-cu il tarixli məktubunda qeyd olunmuşdur ki, Xətai rayonu, Sarayevo küçəsi, məhəllə 232 ünvanda bank kimi fəaliyyət göstərən inzibati bina “xxxx” ASC-nin mülkiyyətindədir. İşdə olan DİN-in 102 xidmətindən daxil olmuş 1071 saylı müraciət əsasında daxil olmuş işlərə dair xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, vət.İddiaçı xx.xx.2019-cu il tarixdə Xətai rayonu, Sarayev küçəsində yerləşən xxxxnun qarşısında özünə məxsus Niva markalı 01CA466 d.n.n avtomobilini saxladığını, bu zaman “xxxx”nun binasının dam hissəsindəki fasadın qoparaq, avtomobilinin üzərinə düşdüyünü və avtomobilə maddi ziyan vurulması barədə məlumat vermişdir. Qeyd olunanlarla bağlı araşdırma aparılmış, göstərilən xüsusatlar mülki məsələlərə aid olduğu üçün müvafiq məhkəmə orqanlarına müraciət etməsi barədə vətəndaş İddiaçı rəsmi məlumat verilmişdir. İş materiallarında olan Xətai RPİ-nin 34-cü PŞ-nın rəisi polis polkovnik-leytenantı Xəlil Səfərova ünvanlanmış raportdan görünür ki, X4 “xxxx” ASC-nin damının uçması nəticəsində göstərilən ünvanda Niva markalı, 01CA466 nömrə nişanlı maşının üzərinə tökülməsi nəticəsində maşının əzilməsi barədə məlumat vermişdir. İş materiallarında olan “xxxx” MMC-nin Niva markalı 01CA466 dövlət nömrə nişanlı avtomobilinə dəymiş ziyanla bağlı aktından görünür ki, qeyd edilən avtomobilə ümumilikdə 3065 manat məbləğində maddi zərər dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MH seriyalı, ******* №-li çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə xx.xx.2009-cu il tarixdə Cavabdeh1 Süleyman oğlunun adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15306 saylı, xx xxxxxx 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli akt məlumatlarına əsasən 20 15-ci il buraxılışlı, “Vaz-21214” markalı, ** CA *** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2829,00 manat müəyyən edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı X4 cavabdeh “xxxx” ASC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4536/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə (hakim K.F.Əmirxanova) iddiaçı X1 cavabdeh “xxxx” ASC-nə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə cavabdeh "Cavabdeh2 əsl Cavabdeh1 Süleyman oğlu ilə əvəz edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-282/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə (hakim K.F.Əmir xanova) iddia qismən təmin edilərək, Cavabdeh1 Süleyman oğlundan 2.829 (iki min səkkiz yüz iyirmi doqquz manat) manatın və 30 manat dövlət rüsumunun X1 xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın Cavabdeh1 Süleyman oğlundan tutulub “X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Qətnamədən Cavabdeh1 Süleyman oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4065/2020 nömrəli, 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.N.İmanov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və V.N. Sadıqov) Cavabdeh1 Süleyman oğlunun apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-282/2020 saylı, xx xxxxxx 2020- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh1 Süleyman oğlu kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş, mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmiş, işin faktiki hal larına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh1 Süleyman oğlunun vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə iddiaçı X4 və Cavabdeh1 Süleyman oğlu hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunverici maddi hüquq normada nəzərdə tutulmuş zərəri - real zərər və əldən çıxmış fayda kimi müəyyən etmişdir. -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1111.1-ci maddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. -1111.2-ci maddəsinə görə əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvv ənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin məhkəmələr tərə findən müəyyən edilmiş hallarından görünür ki, X3 məxsus Niva markalı 01CA466 nömrə nişanlı maşını “xxxx” ASC-nin yerləşdiyi binanın yuxarı hissəsindən daş plitələrin uçması nəticəsində Xətai rayonu, Sarayev küçəsində zərər dəymişdir. “xxxx” ASC-nin fəaliyyət göstərdiyi qeyri-yaşayış binası Cavabdeh1 Süleyman oğlunun adına qeydiyyata alınmışdır. İddiaçı dəymiş ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı X1 iddiası qismən təmin olunmalı, iddiaçının nəqliyyat vasitəsinə vurulmuş maddi zərərin əvəzi kimi 2829,00 manat Cavabdeh1 Süleyman oğlundan tutulub iddiaçı X3 ödənilməlidir. Apellyasiya şikayətinin dəlili ilə bağlı apellyasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci madddəsinə istinad edərək hazırki iş üzrə cavabdehliyi onun deyil “xxxx” ASC-nin daşımalı olduğunu bildirsə də məhkəmə kollegiyası qeyd edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, hazırki hal üzrə Mülki Məcəllənin 1111.2-ci maddəsini tətbiq etmək mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.1-ci madddəsinə əsasən binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Kassasiya kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin edilməməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 185.6-cı maddəsinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən çəkişmə prinsipinin pozulduğunu, işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüqu q normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 Süleyman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4065/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar