Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-273/2024 16.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh İddiaçı və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbinə dair) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(103)-190/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 16 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh (bundan sonra- iddiaçı) 120.000 manata almışdır. Həmin vəsaitin 38.000 manat hissəsi çatmadığı üçün həmin məbləğdə İddiaçı (bundan sonra- cavabdeh) faizə pul götürmüşdür. Şəfayətlə razılaşmalarına görə obyekt Şəfayətin adına rəsmiləşdirilmişdir. Şəfayət Cavabdeh ona olan borcunun əvəzində obyekti Tacəddin adlı şəxsə satmışdır. Hazırda ilkin iddiaçı cavabdehdən 120000 manata aldığı obyektə görə sonuncuya borclu olduğu 38.000 manat nəzərə alınmaqla yerdə qalan 82.000 manat vəsaitin cavabdehdən onun xeyrinə tutulması, eyni zamanda cavabdehin əməllərində cinayət tərkibinin əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı isə Cavabdeh onun xeyrinə 39.000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X22 isə Cavabdeh onun xeyrinə 60.000 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ağakişiyev Elnur Əlif oğlu ilə Babaşov Şəfayət Məmməd oğlu arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən, ünvan 1 ünvanda yerləşən 49,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi 20.000 manata İddiaçı satılmışdır.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 49,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi İddiaçı adına xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında Çıxarış a əsasən, ünvan 1 ünvanda yerləşən 49,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsi X7 adına xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
7. Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli qətnaməsinə əsasən, X7 X18 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X15 X7 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 49,2 kv.metr sahədən çıxarılması qət edilmişdir.
8. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının sürətinə əsasən, X16 müraciətinə əsasən İddiaçı əməlində cinayət tərkibi olmamasına görə aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində izahatı alınmış İddiaçı 2018-ci ildə Cavabdeh 18.000 manat verməsini, bundan sonra Arifin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini almaq istəməsi, lakin pulunun çatmamasını, ona yenidən 40.000 manat lazım olmasını, Arifə etiraz etməməsini, Arifin ona ümumilikdə 58.000 manat vəsaiti qaytara bilməyəcəyi təqdirdə pulun əvəzində həmin qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini təklif etməsi, Arifin isə buna etiraz etməməsini, bundan sonra 40.000 manat vəsaiti Arifə verməsini, obyektin onun adına sənədləşdirilməsini, bundan sonra obyekti Arifin özünün istifadə etməsini, bir müddət sonra Arifdən 58.000 manat vəsaiti istədikdə onun pulunun olmamasını bildirməsini və Arifin obyekti satıb pulunu götürməsini ona təklif etməsini, obyekti 25.000 manata X1, obyektin dəyərini Arifə bildirməsini, Arifin ona hələ də 33.000 manat borclu olmasın ı və həmin pulu ödəməsini tələb etməsini bildirmişdir. Həmçinin həmin qərarın təsviri hissəsində izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2018-ci ildə Şəfayətə qızıl girov qoyaraq 17.000 manat pul götürmüş, bir neçə ay 800 manatdan faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün 17.000 manat borc Şəfayətə girov qoyduğu qızıllarla əvəzləmişlər. ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Fizuli adlı şəxsdən 120.000 manata almağa razılığa gəlmiş, 65.000 manata Xirdalan şəhərində yerləşən evini vermiş, 38.000 manat vəsaiti isə Şəfayətdən faizlə borc almışdır. Şəfayətlə razılaşmalarına görə o, özünü sığortalamaq üçün obyekti Şəfayətin adına rəsmiləşdirilməsini istəmişdir. Daha sonra, Şəfayət ona bildirmişdir ki 1 ay ərzində ona əlavə vəsait verəcək, əvəzində isə onun adına rəs miləşdirilmiş obyekt onun adında qalmaqla ona məxsus olacaqdır. Şəfayətə razılığını bildirmiş, eyni zamanda obyekt çay evi kimi fəaliyyətə başlamışdır. Bir ay sonra Şəfayət obyekti alası olmadığını bildirmiş, ona vermiş olduğu 38.000 manat vəsaitin qaytarılmağını istəmiş və təklif etmişdir ki, borcu birdəfəlik ödəyə bilmirsə hər ay 1.500 ABŞ dolları faiz ödəsin. O da Şəfayətlə razılaşmışdır. Pandemiya ilə əlaqədar kafe və çay evlərinin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən də Şəfayətə faizlərini ödəyə bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Şəfayət ona olan 38.000 borcun əvəzində obyektin 49 kv.metr sahəsini Tacəddin adlı şəxsin adına rəsmiləşdirmişdir. Lakin bu barədə ona heç bir məlumat verməmişdir. 9. “Bakı Tikinti” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli layihədən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti Cavabdehdur. 10. “X28 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.metr sahəsini 2019-cu il tarixə bazar dəyəri 54.100 manat qiymətləndirilmə tarixinə 57.000 manat, əlavə tikilisinin sahəsi 64.10 kv.metr olmaqla 2019-cu il tarixə bazar dəyəri 50.600 manat qiymətləndirilmə tarixinə 53.400 manat müəyyən edilmişdir.
11. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 08.02. 2021-ci il tarixli qərarının sürətinə əsasən X6 Arif Akif oğlu barəsində onun pullarını ələ keçirməsi barədə müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın t əsviri hissəsində X22 izahatında bildirmişdir ki, Arifin Xırdalan şəhərində yeni tikilmiş evinin 62.000 manata satılması ilə bağlı aralarında razılıq əldə olunmuş, mənzilə görə o, hissəhissə pul və qum və şebel malları ilə barter edəcəklərdi. Halbuki, Arifin belə bir mənzili olmamış, o qum və şebel alıb əvəzində "xxxx" MTK-da olan mənzili götürmək istəmiş və bir ay ərzində Arifə 3.000 manat dəyərində qum vermişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Cavabdeh İddiaçı qarşı “pul və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı onun xeyrinə 82.000 manat pul vəsaitinin tutularaq ona verilməsi, İddiaçı əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul ed ilməsini xahiş etmişdir.
13. Cavabdeh iddiasını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini X9 almaq məqsədi ilə əvvəlcədən tanıdığı Suraxanı rayonu 32-ci Polis Bölməsində çalışan İddiaçı ayrı-ayrı şəxslərə faizlə pul verdiyini bilərək, ondan 38.000 manat 15 ay müddətinə faizə pul götürmüşdür. Faizlərlə birlikdə ona 45.000 manat qaytarmalı idi. İddiaçı etibarını daha da möhkəmləndirmək, və ona qarşı yarana biləcək risklərin qarşısının alınması məqsədi ilə həmin qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsində alıcı qismində İddiaçı göstərmişdir. İddiaçı guya onun etibarını möhkəmləndirmək üçün iddiaçıya həmin obyektlə bağlı etibarnamə vermişdir. Bundan sonra İddiaçı həmin qeyri-yaşayış sahəsini başqa bir səxsə satmış və iddiaçıya külli miqdarda ziyan vurmuşd ur. Şəfayətdən faizlə pul götürməyinə dair səs yazısı, həmçinin şahidlər vardır. İddiaçı borc aldığı 38.000 manat pul məbləği müqabilində, borcun beş aya faizi ilə birlikdə, yəni 45.000 manat ona ödəniləcəyi razılaşdırılsa da, İddiaçı dələduz məqsədləri üçün onu aldadaraq Azadlıq pr-ti 14/166 saylı ünvanda yerləşən qeyriyaşayış sahəsini Tacəddin İmanova satmışdır. Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi şikayətdə 32-ci PB-də çalışan İddiaçı Məhəmməd oğlunun cinayət əməli ilə bağlı topladığı səs yazılarını göndərsə də, qurum 05.02.21-ci il tarixdə ona cavab məktubu ünvanlayaraq Babaşov Şəfavət Məhəmməd oğlunun əməllərində cinayət əməlləri olmadığı, lakin rəhbərlik tərəfindən müvafiq əmrlə onun intizam məsuliyyətinə cəlb edildiyi bildirilmişdir. Lakin, qanunvericiliyin tələblərinə uyğun olar aq, İddiaçı barədə rəsmi intizam qərarı ona təqdim olunmamışdır. Daha sonra, anası X23 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə teleqramla müraciət edərək, cavabdeh İddiaçı onu aldadaraq, etibarından sui-istifadə edərək əmlakını ələ keçirdiyini bildirmişdir. Həmin şikayət əsasında Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X24, apardığı araşdırma zamanı, iddiaçı öz izahatında bildirmişdir ki, X25 onun anasıdır. Anası Mariya cavabdehi 2015-ci ildən tanıyır, 2018-ci ildə cavabdehə qızıl girov qoyaraq 17.000 manat faizə pul götürmüşdür. Daha sonra, həmin qızıllar cavabdehdə girovda olduğu üçün, ona hər ay 800 manat faizlə pul ödəmişdir. Bir neçə ay faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün cavabdehdə olan həm in 17.000 manat borcu qoyduğu girov qızıllarla əvəzləşdirmişdir. Bundan sonra, 2019-cu ildə Füzuli adlı şəxsdən Binəqədi rayonu Azadlıq prospektində yerləşən 110 kv/m sahədən ibarət obyekti 120.000 manat müqabilində almağa razılığı olmuşdur. Füzuli ilə razılaşaraq həmin obyektin pulunu ödəmək üçün əvəzində özünə məxsus olan Xırdalan şəhərində yerləşən mənzilini 65.000 manat pulun əvəzində vermiş qalan pulu ödəmək üçün isə cavabdehdən 38.000 manat faizlə pul götürmüşdür. İddiaçı ilə cavabdehin razılaşmalarına əsasən, alınacaq obyekt sonuncunun adına rəsmiləşəcək, çünki cavabdehin iddiaçıya verdiyi pula görə özünü sığortaladı ki, iddiaçı tərəfindən pulun verilmədiyi halda obyekt ona qala bilsin. Daha sonra Şəfayət onu bildirmişdir ki, bir ay ərzində ona əlavə pul verəcəkdir, əvəzində isə ald ığı obyekt onun adında qalmaqla ona məxsus olacaqdır. İddiaçı Şəfayətə razılığını bildirmişdir, eyni zamanda aldığı oyektin çay evi kimi fəaliyyət göstərməsinə başlamışdır. Bir ay sonra, cavabdeh İddiaçı obyekti alası olmadığını bildirərək, ona vermiş olduğu 38.000 manat pulu qaytarmağını istəmiş və təklif etmişdir ki, birdəfəlik ödəyə bilmirsə aylıq 1500 ABŞ dollar faiz ödəsin. İddiaçı cavabdehin təklifi ilə razılaşmışdır. Lakin, sonradan pandemiya ilə bağlı kafe və çay evləri bağlandıqda obyekt işləməmiş və fəaliyyəti dayanmışdır. Bu səbəbdən də cavabdehə faizi ödəyə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəfayət ona olan 38.000 manat borcunun əvəzində obyektin 49 kv/m sahəsini Tacəddin adlı şəxsin adına rəsmiləşdirmişdir. Lakin bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X26, apardığı araşdırması zamanı izahatı alınmış Babaşov Şəfavət Məmməd oğlu göstərmişdir ki, hazırki iş üzrə iddiaçı Cavabdeh təxminən 2015-ci ildən tanımışdır. Belə ki, onunla yaxşı münasibətləri olmuşdur. Bildirmişdir ki, iddiaçı Cavabdeh 2018-ci ildə borca 18.000 manat (qızıllarla bağlı) istədikdə ona etiraz etməmişdir. İddiaçı 18.000 manat deyil 17.000 manatı 2015-ci ildə cavabdehdən faizə götürmüşdür və ödəyə bilmədiyi üçün girov qoyduğu qızıl zinət əşyaları cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdeh Binəqədi RPİnə verdiyi izahatının davamı olaraq bildirmişdir ki, 2019-cu ilin aprel ayında iddiaçı ona müraciət edərək, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 110 kv/m sahədən ibarət qeyri-yaşayı ş sahəsini aldığını və pulu çatmadığı üçün ona 40.000 manat pul lazım olduğunu və bununla bağlı ona borc verə biləcəyini soruşduqda, cavabdeh etiraz etməmişdir. Həmçinin iddiaçı, ona pulu qaytara bilməyəcəyi təqdirdə, pulun əvəzinə həmin qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini təklif etdikdə, cavabdeh etiraz etməmişdir. xx.xx.2019-cu il tarixdə 24 saylı Notariat X4 ilə iddiaçı arasında qeyriyaşayın sahəsinə dair alqı-satqı olunmuş və daha sonra həmin obyekt onun adına sənədləşdirilmişdir. Bundan sonra, həmin qeyri-yaşayış sahəsindən iddiaçı özü istifadə etmişdir. Daha sonra, cavabdeh İddiaçıdan verdiyi pulu tələb etməyə başlamış, iddiaçı isə öz növbəsində aldığı borcun pandemiyadan dəyən iqtisadi zərərlərə görə işlədə bilmədiyini bildirmiş, bir az gözləməyini xahiş etmişdir. İddiaçı cavabdehə maddi vəziyyətinin çətinliyinə görə verə bilmədiyi üçün, təklif etmişdir ki, qeyd olunan obyekti satsın və cavabdehə düşən pulu qaytarsın. Lakin, cavabdeh iddiaçının xəbəri, razılığı olmadan mübahisəli obyekti 25.000 manata vətəndaş X2 iddiaçının etibarından suiistifadə etmişdir.
14. İddiaçı isə Cavabdeh qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ona qarşı “pul” tələbinə dair ilkin iddianın rədd edilməsi, Cavabdeh onun xeyrinə maddi ziyan qismində 39.500 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan ünvan 4 ünvanda yerləşən zirzəm inin 49.2 kv.m sahəsi Cavabdeh ondan borc adı ilə aldığı 57.000 manat pul müqabilində həmin zirzəminin mülkiyyətçisi X11 tərəfindən obyekt onun adına rəsmiləşdirilmişdir. İddiaçı aldığı borcu uzun müddət müxtəlif bəhanələr ilə qaytarmaqdan imtina etmiş, onun telefon zənglərinə cavab verməmişdir. O, 1 il gözlədikdən sonra Cavabdeh axtarmaq məqsədi ilə həmin zirzəmiyə gəlmiş və görmüş ki, həmin zirzəminin giriş qapısı qaynaq edilərək bağlanmışdır. Həmin zirzəmi binanın altında 3 metr dərinlikdə yerləşir. Pəncərələri yox və anbar tiplidir. O, qapını açdırdıqda zirzəminin içərisinin tam bərbad halda olduğunu, içəridə olan otaqlarının qapıları sökülərək götürüldüyünü, divarların söküldüyünü, işıq sisteminin və bütün əşyaların və avadanlıqların götürüldüyünü görmüşdür. Daha sonra yaxınlıqda yerl əşən ev alqı-satqısı ilə məşğul olan şirkətə yaxınlaşıb, həmin zirzəminin satış qiymətini soruşduqda onlar ona bildirmişlər ki, təmirli halda olan zirzəminin qiyməti 30.000 manat təşkil edir. O isə Cavabdeh tərəfindən aldanıldığını öyrənmişdir. Başa düşmüşdür ki, iddiaçının ondan borc almaqda məqsədi həmin zirzəmini ona satmaq olmuşdur. O isə zirzəminin təmirsiz və bərbad halda olduğunu nəzərə alıb 22.000 manat pul məbləğində hazırki mülkiyyətçi X3, X12 həmin zirzəmini video çəkiliş apararaq ondan təhvil almışdır. Hazırda həmin zirzəmi mülkiyyətçi tərəfindən təmir edilmiş, avadanlıqda təmin edilmişdir, havalandırma sistemi çəkilmişdir. Ona görə də Cavabdeh onun xeyrinə 35000,00 manat miqdarında pulun, borc verdiyi müddətdə itirilmiş mənfəət üçün əlavə 20.000 manat və 30 manat dövlət rüsumu nun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı qarşılıqlı iddia tələbini dəqiqləşdirərək Cavabdeh 2015-ci ildən tanımasını, aralarında normal tanışlıq münasibətləri olmasını, təxminən 2019-cu ildə Cavabdeh onun yanına gəlməsini bildirmişdir. O, Arifə bildirmişdir ki, Ukraynadan gəlmiş dostu Maqsudov Yaqub 2 gündən sonra Ukraynaya getməlidir, 38.000 manat pulu var, ondan xahiş edir ki, öz adına Milli Bankın 15 faiz dərəcəsi ilə 1 illik banka depozitə yerləşdirsin. Cavabdeh ona bildirmişdir ki, ona vacib pul lazımdır, həmin 38.000 manat pulu ona borc versin əvəzində azadlıq prospekti 14/166 saylı ünvanda yerləşən 49.2 kv.metr zirzəmini onun adına sənədləşdirsin. Maqsudov Yaquba 38.000 manat əlavə olaraq 1 illik depozit faizi ilə və alqı-satqı zamanı ödənilən təxmini 1650 manat dövlət rüsumu ilə birlikdə 45.000 manat qaytaracaqdır. Çünki alqı-satqı zamanı 1650 manat rüsumu o ödəmişdir. O razılaşmışdır ki, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X20 tərəfindən həmin zirzəmi onun adına sənədləşdirilsin. Məhz iddia ərizəsində öz əksini tapan 45.000 manat pul məbləği oradan yaranmışdır. O, Cavabdeh bildirdiyi kimi Azadlıq prospektində yerləşən zirzəmi ilə bağlı deyil, daha əvvəl Cavabdeh Sabirabad şəhərində yerləşən ona məxsus yarım tikili obyektin satılması üçün etibarnamə vermişdir. Cavabdeh həmin obyekti satıb ona çatası olan məbləğdən 10.000 ABŞ dolları məbləğində pulu ona vacib lazım olduğu üçün borc kimi ona verməyini xahiş etmiş və işlərini həll etdikdən sonra qaytaracağını bildirmişdir. Cavabdeh anası X25 polisə verdiyi ifadəsi ndə bildirdiyi 17.000 manat guya qızıl girov müqabilində götürdüyü 1.7000 manat məhz ondan götürdüyü həmin 10.000 ABŞ dolları məbləğində olan puldur. Həmin borcu qaytarmamaq məqsədi ilə bu cür iftiralara və yalanlara əl atmışlar. Binəqədi rayon Pİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən 58.000 manat yox, 38.000 manat və əlavə olaraq Sabirabad rayonunda onun əmlakının satışından əldə oluna məbləğdən borc kimi verdiyi 10.000 ABŞ dollarının Azərbaycan manatına çevrildiyini nəzərə alsaq 57.000 manatdır. Məhz 57.000 manat oradan yaranmışdır. Nə onun, nə də Maqsudov Yaqubun obyekti almaq məqsədi olmamışdır. Cavabdehlə onun arasında şifahi razılaşmalarında iddia ərizəsində də göstərildiyi kimi o bildirmişdir ki, o pulu qaytara bilməsə obyekt onun olacaqdır, is tədiyin vaxt satıb pulunu götürə bilər. O, 1 il müddətində Arifi gözləmiş, o isə onu aldadaraq müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və o öyrənmişdir ki, icarəçi X13 60.000 manat ona vermək adı ilə pul almış və obyekti ona satacağını bildirmişdir. Ancaq həmin 60.000 manat pulu özünün başqa məqsədləri üçün istifadə edib. O, məcbur olub Maqsudov Yaqubun pulunu qaytarmaq üçün ev alqı-satqısı ilə məşğul olan firmaya müraciət etmiş, onların əməkdaşları ilə birlikdə zirzəmiyə baxış keçirdikdə zirzəminin çöl giriş qapısı qaynaq edilmiş və onlar z qapını açıb içəri girdikdə şahidi olmuşlar ki, zirzəminin içərisi Cavabdeh tərəfindən tam sökülmüş, içəridə olan otaqların qapısına qədər sökülüb aparılmış və heç bir əşya yoxdur. Həmin vəziyyətdə o zirzəmini X8 22.500 manat pul satmışdır. Çünki a rtıq 1 il keçmiş və Maqsudov Yaqubun pulunu qaytarmalı idi. O, İmanov Tacəddin aldığı 22.500 manat pul məbləğinin üzərinə öz büdcəsindən əlavə olaraq 22.500 manat da əlavə edib cəmi 45.000 manat pulu qaytarmışdır. Cavabdeh ona dəyən ziyanın ödənilməsini tələb etdikdə boyun qaçıraraq ondan şikayət etməyə başlamışdır. İddiaçı tərəfindən həmin zirzəminin 120.000 manat qiymətə alınmasına dair aralarında heç vaxt söhbət olmamışdır. Beləliklə, Cavabdeh onu aldadaraq etibarından sui-istifadə etməsi səbəbindən 38.000 manatın üzərinə əlavə bank depozit faizi və dövlət rüsumu ilə birlikdə 45.000 manat pul məbləğinin və Sabirabad şəhərində onun mülkiyyətində olan obyektin satışından əldə edilmiş 10.000 ABŞ dolları, yəni 17.000 manat iddiaçının ondan aldığı borc, cəmi 62.000 manatdan zirzəminin satışı ndan əldə edilmiş 22.500 manat çıxmaqla yerdə 39.500 manat maddi ziyana düşmüşdür.
17. Müstəqil tələb irəli sürən 3-cü şəxs X6 Arif Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan 60.000 manat vəsaitin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs iddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyul ayında tanışın Cavabdeh hazırda mübahisə predmeti olan Binəqədi rayonu, Azadlıq prospekti 14/166 saylı ünvanda yerləşən zirzəmini çay evi kimi aramızda olan şifahi razılaşmaya əsasən ona icarəyə vermişdir. Təxminən 15-20 gün işlədikdən sonra Cavabdeh ona bildirmişdir ki, həmin obyekti onun üçün 140.000 manata ala bilər. Bu şərtlə ki, əvvəlcə obyektin sahibi İddiaçı 57.000 manat pul ödəni ldikdən sonra obyektin mülkiyyət sənədlərini onun adına sənədləşdirəcəkdir. Bununla bağlı Arif onu Şəfayətlə tanış etmişdir. Şəfayət də 57.000 manatı ödəyəndən sonra çay evini işlətməyini bildirdi. Aralarında olan razılığa əsasən Arifə 60.000 manat pul vermiş, qalan 80.000 manat pul borcunu isə 2020-ci ilin yanvar ayına kimi ödəməliydi. Aralarında olan razılığa görə Arif ev tikintisi ilə məşğul olduğu üçün həmin pul əvəzinə ona tikinti materialları, çınqıl, qum verməli idi. Qısa müddətdən sonra ictimai iaşə obyektləri pandemiya ilə əlaqədar fəaliyyətini dayandırdı. O da çınqıl, qum satışı ilə məşğul olduğu üçün heç nədən şübhələnmədən öz işinə qayıtmışdır. Həmin dövrdə aralarında olan razılaşmaya əsasən Nuriyev Arilin tikintisinə 3.000 manatlıq çınqıl, qum göndərmişdir. Bu barədə qəbzləri var. Sonra ona məlum oldu ki, Cavabdeh onu aldadıb, həmin verdiyi pulu İddiaçı verməyərək özü üçün diş kabineti açmışdır. Dəfələrlə Cavabdeh zəng edib onu axtarsa da telefon zənglərinə cavab verməyərək onunla görüşməkdən yayınmağa başlamışdır. İddiaçı öz növbəsində qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmışdır. Obyektin hazırki mülkiyyətçisi X14 qeyri-yaşayış sahəsindən çıxarılmağı ilə bağlı ona bildirdikdə o, Arifə 60 min pul ödədiyini bildirib çıxmaq istəməmişdir. O da ondan əvvəlcə polisə, sonra məhkəməyə şikayət verərək onu qeyriyaşayış sahəsindən çıxartmışdır. Bu haqda o, polisə və məhkəməyə verdiyi ifadələrində və izahatlarında bildirmişdir. Məhkəmədə ona məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin real qiyməti elə 60.000 manat imiş. Çünki məhkəmədə İmanov Tacəddin bildirdi ki, o obyekti 60.000 manat məbləğdə almış, işlədə bilmədiyi üçün 60.000 manata satır. Ona istəyirsə Arifdən pulunu almasını, onun adına alqı-satqı etməsini bildirmişdir. Ona görə də Cavabdeh verdiyi 60.000 min manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmalıdır.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-cü il tarixli, 2(007)122/2022 saylı qətnaməsi ilə (hakim H.Əhmədova) ilk iddia qismən təmin edilmiş, İddiaçı NuriyevArif Akif oğlunun xeyrinə 72.400 manat vəsaitinin tutulması qət edilmişdir. İlk iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı Cavabdeh qarşı “39.500 manat vəsaitin tutulması” barədə qarşılıqlı iddia tələbi, habelə iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X15 NuriyevArif Akif oğluna qarşı “60.000 manat pul vəsaitinin tutulması” barəd ə iddia tələbinin rədd olunması qət edilmişdir.
20. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, bazar dəyəri 110.400 manat olan obyektin 22.500 manata satılması real deyildir. Babaşov X17 Arif Akif oğlu arasında yaranan borcla bağlı sonuncunun ağır vəziyyətə düşməsindən yararlanaraq ona formal verilmiş hüquqlarından sui-istifadə edərək, Cavabdeh əmlakını sataraq onun hesabına əsassız varlanmışdır. Ona görə də Cavabdeh İddiaçı ona məxsus olan obyektin satışından əldə olunmuş vəsaiti tələb etməkdə qismən haqqlı olmuşdur. Məhkəmə ilkin iddia tələbinin “İddiaçı əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının sürətindən görünür ki, X16 müraciətinə əsasən İddiaçı əməlində cinayət tərkibi olmamasına görə aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan halda ilkin iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə İddiaçı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı maddi ziyan qismində 39.5000 (45.000+17.000-22.500) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə tələbini əsassız sayaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
21. Belə ki, ilk İddiaçı qarşı iddia qaldırarkən 38.000 manat vəsaiti nəzərə almış, sonuncu həmin vəsaitin Ukraynadan gəlmiş dostu Maqsudov Yaqubova məxsus olması, bu vəsai ti Milli Bankın 15 faiz dərəcəsi ilə 1 illik banka depozitə yerləşdirmək istəməsini, 17.000 manat vəsaitin onun Sabirabad şəhərində yerləşən yarımtikili obyektinin etibarnamə əsasında Cavabdeh tərəfindən satılaraq həmin vəsaiti götürməsini və həmin vəsaitin Cavabdeh mərhum anası Mariya Nuriyeva tərəfindən polisə verilmiş ifadəsindəki qızılların girov qoyulması ilə götürülən və qızıllarla əvəzləşdirilmiş vəsaitlə bağlı olmamasını əsaslandıra bilməmişdir.
22. Digər tərəfdən, İddiaçı mübahisəli obyekti 22.500 manata satılmasını bildirsə də həmin obyektin real bazar dəyərinin 110.400 manat olması mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh qarşı maddi ziyan qismində 39.5000 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qarşılıq lı iddia tələbi təmin edilməməlidir.
23. Həmçinin məhkəmə hesab etmişdir ki, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X6 Arif Akif oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 60.000 manat vəsaitin tutularaq ona verilməsi barədə iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir.
24. Belə ki, X6 Arif Akif oğluna ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə görə 60.000 manat verməsini bildirsə də bu fakt məhkəmədə və onun müraciəti əsasında polis orqanında aparılmış araşdırılma zamanı öz təsdiqini tapmamışdır.
25. Bundan əlavə, iddiaçı mübahisəli obyektə görə iddia ərizəsində Cavabdeh 3.000 manatadək qum-çınqıl verməsi bildirilsə də, məhkəmə iclasında qum-çınqılın Arifə məxsus Xırdalandakı evin alınmasına görə verməsinə dair təzadlı izahat vermişdir.
26. Digər tərəfdən iş materialları ilə təsdiq olunur ki, həqiqətən Cavabdeh ilə X22 arasında xx.xx.2019-cu il tarixli Akta əsasən, o, Arifə 80.000 manat pulun əvəzinə Mehdiabad qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini və orada yerləşən evini verməyi öhdəsinə götürsə də həmin məbləğdən 10.000 manat vəsait vermiş, tərəflərin sövdələşməsi baş tutmaması səbəbi ilə həmin vəsait Cavabdeh tərəfindən ona geri qaytarılmışdır.
27. Məhkəmə işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Babaşov X17 Arif Akif oğlunun əmlakını ona xəbər vermədən satması ilə onun hesabına əsassız olaraq varlanmış, ona görə də həmin əmlakın bazar dəyərinə münasib olaraq ondan Cavabdeh xeyrinə 72.400 manat pul vəsaiti tutulmalıdır.
28. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 560.1, 739.1, 739.2, 1091.1, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 265.4 -cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
29. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti qarşılıqlı iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarında olan izahatlar a, ilkin iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi hallara, məhkəmə iclasında verdiyi izahatına, buna qədər isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və digər hüquq müəyyən edici sübutlar üzrə heç bir araşdırma aparmadan və ya bunlara hüquqi münasibət bildirmədən işi yekunlaşdırmışdır.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən, Azadlıq prospekti 14/166 saylı ünvanda yerləşən qeydiyyatdan keçmiş 49,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (49,2 x 1700) hazırkı orta bazar qiyməti təqribən 83,650 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (83.650-10%) 7 5.300 manat məbləğində müəyyən edilir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 79,4 kv.metr olduğunu nəzərə alaraq 30,2 kv.metr (79,4-49.2) əlavə tikililərin sahəsinin olduğu müəyyən edilir. Azadlıq prospekti 14/166 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əlavə tikililərinin 30,2 kv.metr sahədən ibarət olduğu nəzərə alaraq (30,2x1700) hazırki orta bazar qiyməti təqribən 51.300 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (51.34010%) 46.200 manat məbləğində müəyyən edilir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli əlavə ekspert rəyinə əsasən, ünvan 1 ünvanında yerləşən qe yriyaşayış sahəsinin tikililərin ümumi sahəsinin (faktiki istifadədə olan sahə) 112,2 kv.metr təşkil etdiyi müəyyən edilir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-190/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər- X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), F. V. Abdıyev və F. H. Qasımov) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilmiş və İddiaçı Cavabdeh xeyrinə 64.452,6 manat vəsaitin tutulması və qətnamənin qarşılıqlı iddianın 17.000 manat borcun tutulmasının təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi, qarşılıqlı iddia tələbinin həmin hissədə təmi n edilməsi və Cavabdeh İddiaçı xeyrinə 17.000 manat pulun tutulması və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh alarkən onun pulu çatışmadığı üçün, pulun bir hissəsi olan 38.000 manatı İddiaçı borc olaraq istəmişdir. Razılaşmaya əsasən, iddiaçı 45.000 manatı cavabdehə qaytarmalı idi. Həmçinin borca görə qeyri-yaşayış sahəsi iddiaçının deyil, cavabdehin adına rəsmiləşdirilmişdir. Qeyd olunanlar işin faktiki halları Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq olunur.
35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr tə rəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır.
36. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Beləliklə, hazırki iş üzrə işin araşdırılmış hallarından müəyyən edilir ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsini əslində faktiki olaraq alan Cavabdeh olmasına baxmayaraq, o, həmin obyekti almağa pulu çatmadığı üçün İddiaçı faizlə 38.000 manat borc almış, 45.000 manat qaytarmasına razılaşmışlar. Razılaşmışlar ki, Cavabdeh adına rəsmiləşdirilməli olan qeyri-yaşayış sahəsi pulun müqabilində X10 adına rəsmiləşdirilsin.
37. Göründüyü kimi, X20 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi tərəflərin əsl həqiqi niyyətlərini, iradə ifadələrini əks etdirm ir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək, görüntü üçün bağladıqları əqdlə X20 ilə Cavabdeh arasında bağlanmalı olan müqaviləni pərdələmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, X20 ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmış alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir. X5 Arif Akif oğlunun əmlakını sataraq onun hesabına əsassız varlanmış, buna görə də məhkəmə düzgün olaraq belə qənayətə gəlmişdir ki, Cavabdeh İddiaçı ona məxsus olan obyektin satışından əldə olunmuş vəsaiti tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamə İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir.
38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin qeyd olunan ekspert rəyi ilə müəyyən edilə n dəyəri (1 kv.metri- 1.700 manat) yüksək məbləğdə müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri “X28 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə hesablanmalıdır. “X28 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.metr sahəsinin 2019-cu il tarixə bazar dəyəri 54.100 manat, qiymətləndirilmə tarixinə 57.000 manat, əlavə tikilisinin sahəsi 64.10 kv.metr olmaqla 2019-cu il tarixə bazar dəyəri 50.600 manat, qiymətləndirilmə tarixinə isə 53.400 manat müəyyən edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd etmişdir ki, q eyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.metr sahəsinin 2019-cu il qiymətləndirilmə tarixinə dəyəri 57.000 manat müəyyən edildiyindən həmin sahənin 1 kv.m-nin dəyəri 1.158 manat (57000: 49,20=1158) olmaqla, əlavə tikilisinin sahəsi 64.10 kv.metr olmaqla 2019-cu il tarixə qiymətləndirilmə tarixinə dəyəri 53.400 manat müəyyən edildiyindən həmin sahənin 1 kv.m-nin dəyəri 833 manat (53400: 64.10=833) məbləğində müəyyən edilməlidir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli əlavə ekspert rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsinin tikililərin ümumi sahəsinin (faktiki istifadədə olan sahə) 112,2 kv.metr təşkil etdiyi müəyyən edilir. Qeyd olunan ekspert rəyini nəzərə almaqla məhkəmə kollegiyası qeyd etmiş dir ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 112,2 kv.metr olmaqla, qeydiyyatdan keçmiş sahəsi 49,20 kv.metr, qeydiyyatdan keçməmiş sahə 63 kv.metr müəyyən edilir. (112,2-49,20=63) Qeydiyyatdan keçmiş sahə ilə qeydiyyatdan keçməmiş sahə vahid əmlak kimi vəhdət təşkil edir və həmin əmlak vahid əmlak kimi satılmışdır. Belə olan halda həmin qeyri-yaşayış sahəsinin dəyəri- qeydiyyatdan keçmiş 49,20 kv.metr sahəsi üçün 56.973,6 manat (49,2x1158=56973,6), qeydiyyatdan keçməmiş 63 kv.metr sahəsi üçün 52.479 manat (63x833=52479) olmaqla, ümumi dəyəri 109.452,6 manat (yüz doqquz min, dörd yüz əlli iki manat, altmış qəpik) məbləğində müəyyən edilir.
41. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, İddiaçı qarşılıqlı iddia ərizəsinə daqiqləşdirmə barədə ərizəsində qeyd etmişdir ki, “Cava bdeh ona bildirmişdir ki, ona vacib pul lazımdır, həmin 38.000 manat pulu borc əvəzində Azadlıq prospekti 14/166 saylı ünvanda yerləşən 49.2 kv.metr zirzəmini onun adına sənədləşdirsin. Yaqub Maqsudov 38.000 manatı əlavə olaraq 1 illik depozit faizi ilə və alğı-satqı zamanı ödənilən təxmini 1.650 manat dövlət rüsumu ilə birlikdə 45.000 manat qaytaracaqdır. Çünki, alqı-satqı zamanı 1650 manat rüsumu o ödəmişdir. O razılaşmışdır ki, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X20 tərəfindən həmin zirzəmi onun adına sənədləşdirilsin. Məhz iddia ərizəsində öz əksini tapan 45.000 manat pul məbləği oradan yaranmışdır”. Həmçinin, bunu Cavabdeh iddia ərizəsində də təsdiq edərək qeyd etmişdir ki, İddiaçı 38.000 manat 15 ay müddətinə faizə pul götürmüşdür. Faizlərlə birlikdə ona 45.000 manat qayta rmalı idi.
42. Göründüyü kimi, Cavabdeh ilə cavabdeh İddiaçı arasında razılaşmaya əsasən Cavabdeh sonuncuya 45.000 manat qaytarmalı olduğundan və bu məbləğ hər iki tərəfin iddia ərizəsi ilə təsdiq edildiyindən məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyərindən 109.452,6 manatdan 45000 manat çıxılmaqla yerdə qalan əsassız varlanmağa görə məbləğ 64.452,6 manat (109452,6-4500=64452,6) İddiaçı tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməlidir.
43. Məhkəmə kollegiyası, İddiaçı Cavabdeh qarşı olan qarşılıqlı iddia tələbinin 17.000 manat pulun tutulması hissəsində əsassız hesab edilərək təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq hesab etmişdir ki, həmin hissədə qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, mə hkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə qeyd olunan hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməlidir.
44. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, qarşılıqlı iddia tələbinin 45.000 manat hissəsinə ilkin iddia tələbinin qismən təmin edilməsi ilə hüquqi qiymət verilmişdir. Belə ki, ilkin iddia tələbi qismən təmin edilərkən mübahisələndirilən qeyriyaşayış sahəsinin müəyyən edilmiş dəyərindən- 109.452,6 manatdan Cavabdeh İddiaçı olan borcu- 45.000 manat çıxılmaqla ilkin iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsini n xx.xx.2021-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində izahatı alınmış Cavabdeh bildirmişdir ki, 2018-ci ildə Şəfayətə qızıl girov qoyaraq 17.000 manat pul götürmüş, bir neçə ay 800 manatdan faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün 17.000 manat borc Şəfayətə girov qoyduğu qızıllarla əvəzləmişlər. Göründüyü kimi, Cavabdeh İddiaçı 17.000 manat borc aldığını etiraf etmiş, daha sonra həmin borcu qaytara bilmədiyi üçün borca görə girov qoyduğu qızıllarla əvəzləşdirdiyini bildirmişdir.
45. Cavabdeh Babaşov X17 Arif Akif oğluna 17.000 manat borc verdiyini bildirmiş, tələb Cavabdeh öz etirafı ilə təsdiq edilmişdir. Lakin, Cavabdeh 17.000 manatı girov qoyduğu qızıllarla əvəzləşdirdiyi bildirərək etdiyi etirazı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş, iş materiallarının araşdırlması zamanı qeyd olunan hal öz əksini tapmamışdır. Belə ki, tərəflərin səs yazısının əks olunduğu CD diskdəki İddiaçı və Cavabdeh telefon danışığından müəyyən edilir ki, Cavabdeh 1-ci gün rayona gedəcəyini bildirmiş, İddiaçı isə “pulu (1000-i) ver get” deyərək cavab vermiş, Cavabdeh isə “danışaq da, həm faiz verim, həm ordan 17000-i verim” deyərək etiraz etmiş, İddiaçı isə “qardaş bir aylığı deyirəm də, verirsən fso, sonra demirsən olacan 15 günə bir aya,,,” demiş, Cavabdeh isə “15 günə bir aya olmadı nətəri, yenə faiz verim, yəni ordan 17 mini verim deyə cavab vermiş, İddiaçı isə “1 aya qaytar” demiş, Cavabdeh isə “bir aya necə qaytarım?” deyə cavab vermişdir.CD diskdə əks olunmuş İddiaçılə Cavabdeh mərhum anası Mariya Nuriyeva arasında baş tutmuş daha bir danşı ğın səs yazısından müəyyən edilir ki, Mariya Nuriyeva götürülmüş borca görə İddiaçı qızıl-50 qram sep və brilliant qaşlı saat göndərəcəyini bildirmiş, götürülmüş borca görə girov kimi qəbul etməsini bildirmişdir. Göründüyü kimi səs yazılarından da aydın olur ki, İddiaçı tərəfindən Cavabdeh 17000 manat borc verilməsi Cavabdeh öz etirafı ilə təsdiq edilməsinə baxmayaraq həmin borcun girov qoyulmuş qızıllarla əvəzləşdirilməsi öz təsdiqini tapmamış, qızılların İddiaçı göndərilməsi barədə dialoq aparılsa da, onların İddiaçı tərəfindən qəbul edilməsi barədə səs yazılarından hər hansı bir mötəbər məlumat əldə etmək mümkün olmamışdır.
46. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 324.1, 337.1, 337.4, 340.2, 385.1, 386.1, 442, 448.1, 560.1, 739.1, 739.2, 1091.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 115.0.1, 119.1., 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. İddiaçı Cavabdeh (Vəkil5) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-190/2023 saylı, 30 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsinin qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
48. Cavabdeh İddiaçı (Vəkil4) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2023-ci il tarixli, 2(103)-190/2023 saylı qətnaməsinin qi smən ləğv edilməsi, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
49. İddiaçı Cavabdeh kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi öz qətnaməsində əqdin etibarsızlığına dair kifayət qədər mötəbər mənbələrə əsaslansa da, Cavabdehdən borc aldığı məbləğə faiz verəcəyi barədə şifahi öhdəliyinə bu normaları tətbiq etməmiş, əksinə onun borc aldığı 38.000 manat üçün 45.000 manat ödəmək barədə iddia ərizəsində göstərdiyi xüsusatı onun qarşılıqlı iddianı etirafı kimi dəyərləndirərək, birinci instansiya məhkəməsinin qətnaməsini ilkin iddianın qismən təmin edilməsi hissəsində dəyişdirmiş, Cavabdeh şifahi öhdəlik kimi ödəməyi üzərinə götürdüyü 7.000 manat məbləğində faiz hissəsini də cavabdehin ona qaytarmalı olduğu pul vəsaitind ən çıxmışdır. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh məxsus əmlakın dəyərini 110.400 manat müəyyən etmiş, həmin məbləğdən Cavabdeh ilkin iddia üzrə İddiaçı borclu olduğu 38.000 manat məbləğində pul vəsaitini çıxmış və qalan 72.400 manat məbləğində pulun İddiaçı Cavabdeh xeyrinə tutulmasını qət etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi isə əhəmiyyətsiz bir əqdə, yəni şifahi qaydada bağlanmış borc müqaviləsi üzrə faiz ödəmək vədinə əsaslanaraq, Cavabdeh İddiaçı 38.000 manat deyil, faizlə birlikdə 45.000 manat borclu olmasına istinad etmişdir. Halbuki, 3.000 manatdan yuxarı məbləğdə şifahi bağlanan borc müqavilələri bağlandığı andan etibarsızdır və hüquqi nəticələrə səbəb ola bilməz. Etibarsız əqdin nəticəsi kimi hər bir kəs aldığı məbləği digər tərəfə qaytarmalı olduğu üçün Cavabdeh İddiaçı borc aldığı 38.000 manat məbləği ona qaytarmalıdır, lakin həmin məbləğə hesablanmış faizi qaytarmaq öhdəliyi yoxdur, çünki həmin müqavilə etibarsızdır. Bu baxımdan belə hesab edirəm ki, apellyasiya məhkəməsi Mülki Məcəllənin 337-ci maddəsini tətbiq etməli, həmin borc müqaviləsini etibarsız hesab etməli idi. Cavabdeh İddiaçı borcu 1 illik depozit faizi ilə və alğı-satqı zamanı ödənilən təxmini 1650 manat dövlət rüsumu ilə birlikdə qaytarmalı olduğunu bildirməmiş, iddianı bu hissədə etiraf etməmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı maddi ziyan qismində 39.500 (45.000+17.000-22.500) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə tələbi əsassız hesab edilərək rədd edilmiş dir. Bakı Apellyasiya məhkəməsi həmin qətnaməni qarşılıqlı iddiaya münasibətdə yalnız 17.000 manat hissəsində ləğv etmiş, qarşılıqlı iddiaya münasibətdə qətnamə qalan hissədə qüvvədə qalmışdır. Yəni, Cavabdeh İddiaçı 45.000 manat borcunun olması sübuta yetməyib və bu hissədə qətnamə hələ də qüvvədədir. Belə olduqda isə apellyasiya məhkəməsi qətnaməni həmin hissədə ləğv etmədən Cavabdeh İddiaçı borclu olduğu 38.000 manat pul vəsaitinə görə əlavə 7.000 manat ödəməli olmasını qət edə biməzdi.
50. Cavabdeh İddiaçı kassasiya şikayətini onunla əsaslandırılmışdır ki, mülki iş materilallarından açıq aşkar görünür ki, apellyasiya şikayətində göstərdiyi hallar üzrə qismən araşdırma aparılsada tam araşdırma aparılmadan və digər sübutlara heç bir hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
51. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
52. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
53. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
54. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kred itorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
55. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
56. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür.
57. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləş dirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
60. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
61. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
62. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsaolmadan başqa şəxsin (mə hrum olanın) hesabına əmlak əldə etsin.
63. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxla nılmalı və qiymətləndirilməlidir.
68. Maddə 217.3Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
69. Maddə 217.4Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
70. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
71. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Kassasiya baxışının hədləri
72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
73. Hazırkı kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı ilk iddianın təmin olunmayan və qarşılıqlı iddianın rədd olunan hissələrində mübahisələndirildiyindən, qətnamənin əsaslıl ığı kassasiya şikayətlərinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
74. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətlərinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
75. İddiaçı Cavabdeh və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən madd i və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.
76. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh alarkən onun pulu çatışmadığı üçün, pulun bir hissəsi olan 38.000 manatı İddiaçı borc olaraq istəmişdir. Razılaşmaya əsasən iddiaçı 45.000 manatı cavabdehə qaytarmalı idi. Həmçinin borca görə qeyri-yaşayış sahəsi iddiaçının deyil, cavabdehin adına rəsmiləşdirilmişdir. Qeyd olunanlar işin faktiki halları Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təsdiq olunur. Bundan sonra, Babaşov X17 Arif Akif oğlunun əmlakını sataraq onun hesabına əsassız varlanm ışdır.
77. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh İddiaçı ona məxsus olan obyektin satışından əldə olunmuş vəsaiti tələb etməkdə haqlı olmuşdur.
78. Lakin, apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı Cavabdeh xeyrinə tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Belə ki, iş üzrə apellyasiya mərhələsində alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Azadlıq prospekti 14/166 saylı ünvanda yerləşən qeydiyyatdan keçmiş 49,2 kv.metr sahədən ibarət qeyri-yaşayış sahəsinin (49,2 x 1700) hazırkı orta bazar qiyməti təqribən 83,650 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (83650-10%) 75300,0 manat məbləğində müəyyən edilir. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 79,4 kv.metr olduğunu nəzərə alaraq 30,2 kv.metr (79,4-49.2) əlavə tikililərin sahəsinin olduğu müəyyən edilir. Azadlıq prospekti 14/166 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin əlavə tikililərinin 30,2 kv.metr sahədən ibarət olduğu nəzərə alaraq (30,2x1700) hazırki orata bazar qiyməti təqribən 51.300 manat məbləğində müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (51340-10%) 46.200 ma nat məbləğində müəyyən edilir.
79. Apellyasiya instansiyası məhkəməsi İddiaçı apellyasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin qeyd olunan ekspert rəyi ilə müəyyən edilən dəyəri (1 kv.m-1700 manat) yüksək məbləğdə müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri “X28 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə hesablanmalıdır.
80. Belə ki, “X28 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.metr sahəsinin 2019-cu il tarixə bazar dəyəri 54.100 manat, q iymətləndirilmə tarixinə 57.000 manat, əlavə tikilisinin sahəsi 64.10 kv.metr olmaqla 2019-cu il tarixə bazar dəyəri 50.600 manat, qiymətləndirilmə tarixinə isə 53.400 manat müəyyən edilmişdir.
81. Apellyasiya instansiyası məhkəməsi ilk və qarşılıqlı iddia tələblərinin dəlillərini araşdırıb qeyd etmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.m sahəsinin 2019-cu il qiymətləndirilmə tarixinə dəyəri 57.000 manat müəyyən edildiyindən, həmin sahənin 1 kv.m-nin dəyəri 1158 manat (57000: 49,20=1158) olmaqla, əlavə tikilisinin sahəsi 64.10 kv.m olmaqla 2019-cu il tarixə qiymətləndirilmə tarixinə dəyəri 53.400 manat müəyyən edildiyindən həmin sahənin 1 kv.m-nin dəyəri 833 manat (53400: 64.10=833) məbləğində müəyyən edilməlidir.
82. Həmçinin, işə baxılmanın apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli əlavə ekspert rəyinə əsasən, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin tikililərin ümumi sahəsinin (faktiki istifadədə olan sahə) 112,2 kv.m təşkil etdiyi müəyyən edilir.
83. Qeyd olunan ekspert rəyini nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 112,2 kv.m olmaqla, qeydiyyatdan keçmiş sahəsi 49,20 kv.m, qeydiyyatdan keçməmiş sahə 63 kv.m müəyyən edilir. (112,2-49,20=63) Qeydiyyatdan keçmiş sahə ilə qeydiyyatdan keçməmiş sahə vahid əmlak kimi vəhdət təşkil edir və həmin əmlak vahid əmlak kimi satılmışdır. Belə olan halda həmin qeyri-yaşayış sahəsinin dəyəri- qeydiyyatdan keçmiş 49,20 kv.m sahəsi üçün 56.973,6 manat (49,2x1158=56973,6), qeydiyyatdan keçməmiş 63 kv.m sahəsi üçün 52.479 manat (63x833=52479) olmaqla, ümumi dəyəri 109.452,6 manat (yüz doqquz min, dörd yüz əlli iki manat, altmış qəpik) məbləğində müəyyən edilir.
84. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında razılaşmaya əsasən, Cavabdeh İddiaçı 45.000 manat qaytarmalı olduğundan və bu məbləğ hər iki tərəfin iddia ərizəsi ilə təsdiq edildiyindən, mübahisələndirilən qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyərindən, yəni 109.452,6 manatdan 45000 manat çıxılmaqla yerdə qalan əsassız varlanmağa görə məbləğ 64.452,6 manat (109452,6-4500=64452,6) İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməlidir.
85. Buna görə də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən ilkin iddia tələbinin qismən təmin edilən hissəsində dəyişdirilməli, İddiaçı Cavabdeh xeyrinə 64.452,6 manat vəsait tutulmalıdır.
86. Apellyasiya instansiyası məhkəməsi həmçinin İddiaçı Cavabdeh qarşı olan qarşılıqlı iddia tələbinin 17.000 manat pulun tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə qeyd olunan hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməlidir.
87. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı 17.000 manat borc aldığını etiraf etmiş, daha sonra həmin borcu qaytara bilmədiyi üçün borca görə girov qoyduğu qızıllarla əvəzləşdirdiyini bildirmiş, lakin bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
88. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə fərqli qayda tətbiq edilir. 8
9. Mülki prosessual qanunvericiliyə görə, sübutetmə hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir.
90. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələb lərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu ond a olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
91. Hazırki işdən göründüyü kimi, Babaşov X17 Arif Akif oğluna 17.000 manat borc verdiyini bildirmiş, tələb Cavabdeh öz etirafı ilə təsdiq edilmişdir. Lakin, Cavabdeh 17.000 manatı girov qoyduğu qızıl larla əvəzləşdirdiyi bildirərək etdiyi etirazı təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və mülki iş materiallarının araşdırlması zamanı qeyd olunan hal öz əksini tapmamışdır.
92. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin səs yazısının əks olunduğu CD diskdəki İddiaçı və Cavabdeh telefon danışığından müəyyən etmişdir ki, Cavabdeh 1-ci gün rayona gedəcəyini bildirmiş, İddiaçı isə “pulu (1000-i) ver get” deyərək cavab vermiş, Cavabdeh isə “danışaq da, həm faiz verim, həm ordan 17.000-i verim” deyərək etiraz etmiş, İddiaçı isə “qardaş bir aylığı deyirəm də, verirsən fso, sonra demirsən olacan 15 günə bir aya,,,” demiş, Cavabdeh isə “15 günə bir aya olmadı nətəri, yenə faiz verim, yəni ordan 17.000 manat verim deyə cavab vermiş, İddiaçı isə “1 aya qaytar” demiş, Cavabdeh isə “bir aya necə qaytarım?” deyə cavab vermişdir. “CD” diskdə əks olunmuş İddiaçıla Cavabdeh mərhum anası Mariya Nuriyeva arasında baş tutmuş daha bir danşığın səs yazısından müəyyən edilir ki, Mariya Nuriyeva götürülmüş borca görə İddiaçı qızıl-50 qram sep və brilliant qaşlı saat göndərəcəyini bildirmiş, götürülmüş borca görə girov kimi qəbul etməsini bildirmişdir.
93. Göründüyü kimi səs yazılarından da aydın olur ki, İddiaçı tərəfindən Cavabdeh 17.000 manat borc pul verilməsi Cavabdeh öz etirafı ilə təsdiq edilməsinə baxmayaraq, həmin borcun girov qoyulmuş qızıllarla əvəzləşdirilməsi öz təsdiqini tapmamış, qızılların İddiaçı göndərilməsi barədə dialoq aparılsa da, onların İddiaçı tərəfindən qəbul edilməsi barədə səs yazılarından hər hansı bir mötəbər məlumat əldə etmək mümkün o lmamışdır.
94. Həmçinin məhkəmə kollegiyasının iclasında Cavabdeh özü etiraf etmişdir ki, İddiaçı verdiyi qızılları sonuncu qaytarmışdır və onun İddiaçı qızılları yoxdur. Belə olan halda apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə İddiaçı tərəfindən Cavabdeh 17.000 manatın borc verilməsi Cavabdeh etirafı ilə öz təsdiqini tapdığından, həmçinin həmin borcun qaytarılmasına və ya girov qoyulmuş qızıllarla əvəzləşdirilməsinə dair Cavabdeh etirazının əsasını təşkil edən mötəbər sübutlar təqdim edilmədiyindən, qarşılıqlı iddia tələbi 17.000 manat borcun tutulması hissəsində təmin edilməlidir.
95. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi Cavabdeh və İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi onların kassasiya şikayətləri ilə eyni məzmunlu olan ilk və qarşılıqlı iddia tələblərinin dəlillərini araşdıraraq onlara düzgün hüquqi qiymət verdiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənatə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən, kassasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır.
96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı Cavabdeh və cavabdeh İddiaçı ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(103)-19 0/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.