Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2732/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, qətnamə ilə maraqlarına toxuna şəxs x3 nümayəndəsi və vəkili x2 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərardadından maraqlarına toxunulan şəxs x6 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cu il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev) İddiaçı Cavabdehnə qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilmiş, iddiaçının Bakı şəhəri, Yeni Yasamal 1, 13 saylı evin 82 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanılması və orderin verilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Qətnamə 01.03.2004-cü ildə qanuni qüvvəyə minmişdir. Maraqlarına toxunulan şəxs qətnamədən apelyasiya şikayəti vermiş və itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizə vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev 2-1193/2004)ərizə təmin edilmiş, müddət keçdiyi üçün məhv edilmiş 21193/2004 saylı mülki iş üzrə icraat bərpa edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31 yanv ar 2020-ci il tarixli qərardadı ilə (hakimlər A.Hüseynov-sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)2483/20) Yasamal Rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli qətnaməsindən maraqlarına toxunulan şəxs qismində x6 tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilərək mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Maraqlarına toxunulan şəxs qismində x1 şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 31 yanvar 2020-ci il tarixli qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə əsaslandırılmışdır. Qətnamə ilə maraqlarına toxuna şəxs x3 nümayəndəsi və vəkili x4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, qətnamə ilə maraqlarına toxuna şəxs x3 nümayəndəsi və vəkili x2 izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli və Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 31 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilməli və iş apelyasiya mümkünlüyünün yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxs deyil, qətnamənin hüquq və vəzifələrinə toxunduğunu hesab edən digər şəxs apelyasiya şikayəti verir sə, ilk növbədə qəbul edilmiş qətnamənin həmin şəxsin hüquq və vəzifələrinə toxunub-toxunmadığını müəyyən edilməlidir. İş üzrə tərəf olmayan şəxsin verdiyi apelyasiya şikayəti yalnız o halda prosessual qanunvericiliyin tələblərinə uyğun verilmiş hesab oluna və baxılmaq üçün qəbul edilə bilər ki, həmin qətnamə onun hüquq və vəzifələrinə toxunsun. Apelyator baxılan iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Ərizəçi qətnamə ilə iddiaçının adına rəsmiləşdirilən mənzilin ona məxsus olduğuna istinad edərək, qətnamənin onun maraqlarına toxunduğunu hesab edir. Birinci instansiya məhkəməsi isə mübahisələndirilən qətnamənin apelyatorun maraqlarına toxunubtoxunmadığını müəyyən etmədən, apelyasiya şikayətini baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Hazırki iş materiallarından görünür ki, apelyasiya şikayəti verən şəxs Bakı şəhər Cavabdeh başçısının 25.04.1994-cü il tarixli 611 saylı sərəncamına istinad edərək Bakı şəhəri Y.Yasamal-1 yaşayış massivi 13 saylı evin 82 saylı mənzilinin ona məxsus olduğunu qəbul olunmuş qətnamənin onun maraqlarına toxunduğunu göstərir. İş materialları ilə müəyyən edilir ki, mübahisələndirilən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 30 yanvar 2004-cü il tarixli qətnaməsi ilə məhz Bakı şəhəri Yeni Yasamal 1, 13 saylı evin 82 saylı mənzilinə (məhz apelyasiya şikayəti verən şəxsin göstərdiyi mənzilə) iş üzrə İddiaçı yaşayış hüququ tanınmışdır. Belə olan halda hazırkı qətnamənin x5 maraqlarına toxunmaması nəticəsinə gəlmək özlüyündə mümkünsüzdür. Apelyasiya instansiya məhkəməsi apelyasiyanı qeyri-mümkün hesab edərkən göstərilən halların aydınlaşdırılmasını təmin etməmişdir. Digər tərəfdən apelyasiya instansiya məhkəməsinin apelyasiyanın qeyri-mümkün hesab edilməsi ilə bağlı digər mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə itirilmiş məhkəmə icraatını bərpa edilməsi üçün prosessual qanunvericilikdə müəyyən edilmiş zəruri prosessual hərəkətləri yerinə yetirmədən yalnız iş üzrə çıxarılmış məhkəmə qətnaməsini iş materiallarına əlavə etməklə itirilmiş icraatı bərpa olunmuş hesab etmişdir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsinə dair Mülki Prosessual Məcəlləsinə əlavənin 15-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Hazırkı halda isə qeyd edilməlidir ki, apellyasiya şikayəti icraatın bərpasına dair Bakı şəhəri Yasamal rayon məhkəməsinin 15 noyabr 2019-cu il tarixli qətnaməsindən deyil, həmin məhkəmənin 02 iyul 2004-cü il tarixli qətnaməsindən verilmişdir. İcraatın bərpa edilməsinə dair qətnamədən apelyasiya şikayəti verilmədiyni nəzərə almayan apelyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin itirilmiş məhkəmə icraatını bərpa edilməsi üçün prosessual qanunvericilikdə müəyyən edilmiş zəruri prosessual hərəkətləri yerinə yetirmədən yalnız iş üzrə çıxarılmış məhkəmə qətnaməsini iş materiallarına əlavə etməklə itirilmiş icraatı bərpa olunmuş hesab edilməsinə dair mövqeyində haqlı olmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, qanunverici hüquq və azadlıqların məhkəmə müdafiəsindən qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl olunmaqla istifadə edilməli olduğunu göstərmişdir. Odur ki, kassasiya şikayəti təmin olunmalı, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.01.2020-ci il tarixli 2(103)-2483/2020 nömrəli qərardadı ləğv oluna raq, iş apelyasiya mümkünlüyünün yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2483/2020 nömrəli iş üzrə 31 yanvar 2020-ci il tarixli qərardadı ləğv edilsin və iş apelyasiya mümkünlüyünün yoxlanılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2732/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2732/2020
05.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver