Məhkəmə qərarları › İş №2(102)-2732/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2732/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2732/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2, müstəqil tələb irəli sürən üçüncü şəxs XXX qızının Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: keçmiş arvadın keçmiş ərə qarşı yaşayış sahəsinə köçürülmə iddiasının rədd edilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlundan (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlundan və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XXX qızının Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)-3049/2021 nömrəli qətnaməsindən iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etmişdir. İşin halları

1. Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixl qətnaməsinə əsasən XXX qızı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması qət edilmişdir.

2. Cavabdeh ilə XXX qızının birgə nikahından - 23 iyul 1996-cı ildə İddiaçı1 və 17 avqust 1998-ci ildə İddiaçı2 anadan olmuşdur.

3. Azərbaycan Respublikası XXX İƏD üzrə Nümayəndəliyinin 01 dekabr 2020-ci il tarixli məktubuna əsasən XXX kənd sakini Cavabdeh həmin kənddə mərhum atasına məxsus evdə yaşayır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 5 sayı Xaçmaz Ərazi İdarəsinin 04 dekabr 2020-ci il tarixli məktubuna əsasən Cavabdeh adına Quba rayonunda fərdi yaşayış evi aşkar edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus XXXndə yerləşən evdə və həmin evin yerləşdiyi torpaq sahəsində anaları ilə birgə yaşamaq hüququnun tanınması, Cavabdeh məxsus XXXndə yerləşən evdən və həmin evin yerləşdiyi torpaq sahəsindən onların istifadə hüquqlarına maneələrin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. İddiaçılar iddia ərizələrini onunla əsasland ırmışlar ki, valideynləri arasında nikah pozulduqdan dərhal sonra cavabdeh analarını və onları doğulduğu və yaşayış yerləri olan XXX kəndində yerləşən evdən qovmuşdur. Həmin evdə yaşamalarını dəfələrlə bərpa etsələr də cavabdeh buna maneçiliklər törətmiş, müxtəlif üsullarla, o cümlədən fiziki zor tətbiq edərək onları həmin evdən qovmuşdur.

7. Quba Rayon Məhkəməsinin (hakim R.T.Həsənov) 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XXX qızının Cavabdeh sahibliyində olan XXXndə yerləşən torpaq sahəsi üzərində tikilmiş, lakin mülkiyyət sənədi olmayan fərdi yaşayış evinə köçürülmələri, cavabdeh tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2 və m übahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XXX qızının qeyd edilən həmin mənzildə yaşamasına yaratdığı maneələrin aradan qaldırılması qət edilmişdir.

8. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarı»-na və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” 2 saylı Qərarının 7-ci bəndinə istinad edərək hesab etmişdir ki, iddiaçıların köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həm in tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçılara qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)-252/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Ş.R.Abasovun sədrliyi və məruzəsi ilə, hakimlər S.A.Qafaridən və T.Q.Məmmədovdan ibarət tərkibdə) 30 noyabr 2021-ci il tarixli, 2(105)-3049/2021 nömrəli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Quba Rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2(027)252/ 2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçdükdə, bu hal həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi üçün əsasdır. Həmçinin tərəflər boşandıqdan sonra, yəni 2003-cü ildən uşaqları ilə birlikdə əvvəlcə valideynlərinə məxsus evdə, 2007-ci ildən 2015-ci ilədək Türkiyə Respublikasında, 2015-ci ildən isə yenə də valideynlərinə məxsus evdə yaşamışdır. Başqa sözlə, o, mübahisəli evi boşandıqdan sonra tərk etmiş, daimi yaşamaq üçün başqa ünvana getmiş, yəni o, könüllü olaraq mənzildən çıxmış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən bu günədək mübahisəli mənzildə yaşamamışdır. İşdən həmçinin görünür ki, iddiaçı da artıq 4 aydır ki, nikaha girərək Qusar rayonuna gəlin köçmüş və orada yeni ailəsinə məxsus evdə yaşayır.

12. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə və 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəllənin 60-cı maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

13. İddiaçılar İddiaçı1 və İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XXX qızı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)3049/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul ed ilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeyni aydın şəkildə ifadə edən izah verilməlidir. Həmçinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilir ki, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı və ya daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Belə ki, hal-hazırda iddiaçıların şəxsiyyət vəsiqələrində yaşayış yerləri XXX kəndidir. Əgər məhkəmənin də iddia etdiyi kimi iddiaçılar daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə qetsəydilər və ya Türkiyə Respublikasında daimi yaşamaq istəsəydilər, qeyd etdiyi yaşayış yerinin sənədlər üzərində də dəyişərdilər.

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

18. Maddə

43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

19. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

20. Maddə

54. İcarədar özü ilə birliklə yaşayan ailə üzvlərinin raz ılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

21. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən isti fadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

22. Maddə

87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

23. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələ rdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmə dən saxlaya bilər. Kassasiya baxışının hədləri

31. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət e tməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

32. Birinci instansiya tərəfindən iddiaçının qismən təmin edilmiş iddiasını, cavabdeh apellyasiya qaydasında mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi həmin qətnaməni cavabdehin xeyrinə ləğv etmişdir. Hal-hazırda kassasiya şikayətini yalnız iddiaçılar və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs verdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

34. İlk növbədə qeyd olunmalıdır ki, irəli sürülən tələb açıq-aşkar ə sassız olmaqla, iddiaçılar və müstəqil tələb irəli sürən 3-cü şəxsin cavabdehin yaşadığı XXX kəndində yerləşən evə hüquqlarına müdaxilə etmək cəhdindən başqa bir şey deyil.

35. Mübahisə ilə bağlı 1-ci instansiya məhkəməsinin açıq-aşvar qanunsuz və əsassız qətnaməsini ləğv edən Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Quba Rayon Məhkəməsinin 03 mart 2003-cü il tarixl qətnaməsinə əsasən XXX qızı ilə Cavabdeh arasında nikah pozulduqdan sonra iddiaçı 2003-cü ildən uşaqları ilə birlikdə əvvəlcə valideynlərinə məxsus evdə, 2007-ci ildən 2015-ci ilədək Türkiyə Respublikasında, 2015-ci ildən isə yenə də valideynlərinə məxsus evdə yaşamışdır. Başqa sözlə, boşandıqdan sonra mübahisəli evi tərk etmiş, daimi yaşamaq üçün başqa ünvana getmiş, könüllü olaraq mənzildən çıxmış, daimi yaşama q üçün başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən bu günədək mübahisəli mənzildə yaşamamışdır. İddiaçı nikaha girərək Qusar rayonuna gəlin köçmüş və orada yeni ailəsinə məxsus evdə yaşayır.

36. Göründüyü kimi 19 il əvvəl nikahları pozulmuş valideynlərin uşaqları və keçmiş arvad cavabdehin yaşadığı evə köçmək istəyirlər. Hansıki, onlar həmin evi daimi olaraq tərk edərək uzun illər başqa ünvanlarda yaşamışlar. Belə köçmə Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan 87-ci maddəsinin dispozisiya şərtləri ilə əhatə olunur. Həmin Məcəllənin 60-cı madəsinin tələblərinə əsasən şəxs yaşadığı mənzildə altı aydan artıq üzrsüz səbəbdən yaşamadıqda onun hüquqları itirilir.

37. Bundan başqa, iddiaçıların köçmək istədikləri ev keçmiş ərə də məxsus deyil, cavabdehin mərhum ataları tərəfindən inşa edilm işdir.

38. Kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya instansiyası məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas hesab edilə bilməz. 39. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

40. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya insta nsiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs XXX qızının kassasiya şikayətləri təmin edilməsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2(105)3049/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar