Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2732/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ pul tələbinə dair 08.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(107)256/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi kassasiya şikayətləri üzrə işə 08 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ağdam rayonundan məcburi köçkün düşməklə, anası il ə birlikdə Mingəçevir şəhəri, 504 mənzilli yaşayış qəsəbəsindəki 5 saylı evin 12 saylı mənzilində yaşayır və Ağdam rayonu, 49 saylı tam orta məktəbində texniki işçi kimi çalışır. İddiaçı qardaşı X1 birinci “Qarabag” müharibəsi zamanı şəhid olub. Cavabdeh isə özünə məxsus olan mikro-avtobusla Ağdam rayonu, 49 saylı tam orta məktəbinin işçilərini məktəbə aparıb-gətirib və tərəflər arasında bir müddət qeyri-rəsmi yaxın münasibətlər olub. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 16.400 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. İddiaçı tələbini onunla əsaslandırıb ki, o, Ağdam rayonu 49 saylı tam orta məktəbdə texniki işçi işləyir. Cavabdehi həmin məktəbdə işlədiyi müddətdən tanıyır, münasibətləri normal olub. Əvvəllər də aralarında düşmənçilik və ədavət olmayıb. Cavabdeh şəxsi mikro-avtobusu ilə onu və Ağdam rayonu, 49 saylı tam orta məktəbin digər işçilərini həmin məktəbə aparıb-gətirib. Cavabdehin özünə məxsus 2 ədəd (sprinter) mikro-avtobusu olub. 2021-ci ilin aprel ayında cavabdeh ondan xahiş edib ki, yay mövsümü ilə əlaqədar təşkil olunacaq turist turlarında işləməsi üçün mikro-avtobusun nasazlığının aradan qaldırılmasında ona maddi cəhətdən köməklik etsin. Cavabdeh mikro-avtobusa yeni təkər alınması, motorunun bəzi yerlərinin təmir edilməsi, eləcədə digər xırda işlərin görülməsi üçün ona 6.000 manat pul lazım olduğunu və həmin pulu sezonun sonunadək işləyib qaytaracağını bildirib. O, cavabdehin x ahişini nəzərə alaraq ona təmənnasız 6.000 manat pul verib. Getdikcə münasibətləri daha da dərinləşməyə başlayıb. Onun cavabdehlə münasibətləri 2022-ci ilin aprel ayınadək davam edib və o, bu müddət ərzində cavabdehə müxtəlif vaxtlarda ümumilikdə 16.400 manat pul verib. Onun həmçinin "xxxx" ASC-də özünə məxsus olan plastik kartı olub. O, anasına verilən şəhid pulunu və öz əmək haqqından qalan pulu həmin plastik karta yönəldərək ehtiyat üçün yığıb. Cavabdehə ümumilikdə verdiyi 16.400 manat pulun yalnız 6.000 manat hissəsini nağd şəkildə verib, yerdə qalan 10.400 manat pulu isə cavabdeh ona məxsus plastik kartdan çıxardıb. O, həmçinin bir neçə dəfə cavabdehin xahişi ilə onun dostlarının plastik kartına da pul göndərib. Cavabdeh isə iddiaya etiraz edərək göstərib ki, o, iddiaçıya məxsus pla stik kartdan pul çıxarsa da, həmin pulu iddiaçı ilə birlikdə xərcləyib. Belə ki, iddiaçı ilə bir müddət aralarında sevgi münasibətləri olub. Həmin müddət ərzində də o, iddiaçının öz razılığı ilə pulu xərcləyib. İddiaçı həmçinin özünə məxsus olan bank kartını ona versə də, o, həmin pul vəsaitini iddiaçının tapşırığı ilə çıxarıb və ona verib. Lakin hazırda həmin pul vəsaitinin məbləğini xatırlamır. Daha sonra iddiaçı ilə münasibətləri pozulub. Bu səbəbdən də iddiaçı ondan qisas almaq üçün hazırki iddia ilə məhkəməyə müraciət edib. İddiaçı ilə münasibətləri pozulduqdan sonra sonuncu onun ailə üzvlərinə zəng edib və buna görə də, ailəsində problemlər yaranıb və onun iddiaçıya borcu yoxdur. "xxxx" ASC-nə məxsus 15 aprel 2022-ci il tarixli ödəniş kartı üzrə çıxarışa əsasən iddiaçıya məxsus bank kartından 01 sentyabr 2021-ci ildən 04 aprel 2022-ci il tarixədək olan dövr ərzində 10.400 manat məbləğində pul vəsaiti məxaric edilib. “Whatsapp”, “Messenger” sosial şəbəkə vasitəsi ilə aparılmış yazışmaların fotoçıxarışlarından görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 16.000 manat pul vəsaitini cavabdehin diqqətinə çatdırılıb, cavabdeh isə bunu inkar etməməklə iddiaçıya öz təşəkkürünü və razılığını bildirib. Həmçinin həmin yazışmaların ümumi mətninə nəzər yetirdikdə müəyyən edilir ki, iddiaçı cavabdehdən pulunu tələb edib, cavabdeh isə ona bir az zaman verməsini və ona olan borcunu qısa zamanda qaytaracağını bildirib. "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş, 18 iyul 2022-ci il tarixli məktuba əlavə edilmiş iddiaçıya məxsus plastik kart vasitəsi ilə aparılmış əməliyyatlara dair bankomat görüntülərini əks etdirən diskə keçirilmiş baxış zamanı müəyyən edilib ki, iddiaçıya məxsus plastik kartdan müxtəlif vaxtlarda cavabdeh pul çıxarıb. Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 2(051)-1447/2022 saylı qətnaməsi ilə (hakim N.Paşayev) iddia təmin edilərək, cavabdehdən 16.400 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı, Ağdam rayonu, 49 saylı tam orta məktəbdə işlədiyi üçün cavabdeh özünə məxsus olan sprinter markalı maşınla həmin məktəbin işçilərini, o cümlədən iddiaçını məktəbə aparıb-gətirib. Həmin vaxt onlar arasında münasibətlər yaranıb. Bundan sonra iddiaçı cavabdehə müəyyən qədər borc pul verib. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclası zamanı bu faktın mövcudluğunu h ər iki tərəf etiraf etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir və araşdırmır. Beləliklə, məhkəmə tərəflərin izahatları və işə əlavə edilmiş sənədlərin müqayisəli tədqiqi nəticəsində müəyyən etmişdir ki, tərəflər arasında etibarlı yaxın münasibətlər olub. Bunun nəticəsi olaraq iddiaçı tərəfindən cavabdehə müxtəlif vaxtlarda olmaqla ümumilikdə 16.400 manat məbləğində borc pul verib. Cavabdeh isə həmin pulları qısa zamanda qaytaracağını bildirsə də qaytarmayıb. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranıb. Məhkəmə eyni zamanda işin müəyyən olunmuş hallarına əsasən belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibəti müqavilədən əmələ gələn öhdəliklərin yerinə yetirilməməsi ilə əlaqədar olaraq borcla bağlı mübahisədir. Ona görə də hazırki mübahisə Mülki Məcəllənin müqavilədən əmələ gələn öhdəlikləri tənzimləyən hüquq normalarının tətbiq edilməsi əsasında həll edilməlidir. Məhkəmə həmçinin işdə olan sübutlara tətbiq edilməli olan maddi hüquq normaları əsasında qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə 16.400 manat məbləğində borc pul verib, cavabdeh isə həmin pulu iddiaçıdan alıb və borcu qaytaracağına dair öhdəlik götürüb. Lakin, cavabdeh borcunu ödəməyib və iddiaçı əlverişsiz vəziyyətə düşüb. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yarandığından, 16.400 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329, 385, 406, 427, 442, 739.1 və 740-cı maddələrinin tələblərinə istinad etməklə əsaslandı rıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, iddiaçı ilə aralarında olan münasibətlər pozulduğuna görə ondan qisas almaq üçün iddia edir ki, guya ona 16.400 manat pul verib. Həmin pulun kartdan çıxarılmasını qeyd etsə də, onun tərəfindən xərclənməsi və ona verilməsi barədə heç bir subut yoxdur. Əgər həmin pullar ona verilmişdirsə həmin pulların ona verilməsi barədə notarial qaydada sənəd və ya hər hansı bir əlyazma olmalı idi. Bu səbəbdən də iddiaçının iddiası qanunsuzdur və rədd edilməlidir. Ümumiyyətlə, borc münasibətləri yazılı şəkildə bağlandığı hallarda borc un məbləği minimum əmək haqqının 10 qatından çox olarsa, həmin halda borcun təsdiq edildiyini sübut edən qəbz və ya müqavilə notarial qaydada təsdiqlənməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi və iddianın əsası kimi göstərdiyi heç bir sübut növü mövcud deyil. Həmin pulun kart vasitəsilə çıxarıldıqdan sonra onun tərəfindən xərclənməsi sübuta yetirilmir. Bundan əlavə, “Whatsapp”, “Messenger” sosial şəbəkəsi vasitəsi ilə yazılmış mesajlar onun tərəfindən yazılmayıb. İddia olanan pulun ona verilməsi barədə heç bir sübut yoxdur. Birinci instansiya məhkəməsi qətnamədə hazırki iş üzrə əsas kimi “Whatsapp”, “Messenger” sosial şəbəkəsi vasitəsi ilə yazılmış mesajları əsas tutsa da, həmin pulun ona verilməsi barədə işdə heç bir sübut yoxdur. Məhkəmə bu halı nəzərə almayıb və araşdırmayıb. Şəki Ape llyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(107)256/2023 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov sədrlik edən, məruzəçi, M.Əsədli və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli qətnaməsi qismən- iddianın təmin edilmiş 6.000 manata aid hissəsində ləğv edilib, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçının cavabdehə qarşı pul tələbinə dair iddiası həmin hissədə rədd edilib və qətnamə mübahisələndirilən qalan- iddianın təmin olunmuş 10.400 manata aid hissəsində dəyişdirilmədən saxlanılıb. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş 10.400 manata aid hissəsində gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun nəticəyə gəlib. Belə ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdehin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərdiyi 16.400 manat pulu cavabdehə verdiyini sübut etməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məxaric əməliyyatlarının foto görüntülərini əks etdirən diskdə yer alan foto görüntüləri "xxxx" ASC-nə məxsus hesabdan çıxarışla müqayisəli şəkildə tədqiq etdikdə məlum olur ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi 10.400 manat pulun cavabdeh tərəfindən alınması təsdiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın 6.000 manat pul tələbinə aid hissəsində gəldiyi nəticə ilə razılaşmayıb qeyd etmişdir ki, birinc i instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlib. Birinci instansiya məhkəməsi iddiaçının izahatlarını əsas götürməklə, həmçinin "xxxx" ASC-nə məxsus hesabdan çıxarışa, “Whatsapp”, “Messenger” sosial şəbəkəsi vasitəsi ilə aparılmış yazışmaların foto çıxarışlarına və məxaric əməliyyatlarının foto görüntülərini əks etdirən diskə istinad etməklə iddianın təmin edilməsini qət edib. Halbuki, məxaric əməliyyatlarının foto görüntülərini əks etdirən diskdə yer alan foto görüntüləri "xxxx" ASC-nə məxsus hesabdan çıxarışla müqayisəli şəkildə tədqiq etdikdə məlum olur ki, hazırki iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi 16.400 manat pulun 6.000 manatının cavabdeh tərəfindən alınması təsdiq edilmir. Məhkəmə kollegiyası apellyasiya şikayətin in dəlilləri ilə qismən razılaşıb qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq qanunvericiliyin tələbləri baxımından hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən, iddiaçı da istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda, bunu sübut edə bilmədiyindən, habelə iddianın həmin hissədə qanuni əsası müəyyən edilmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları maddi və prosessual hüquq normalarının tələbləri baxımından tədqiq edərək hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən- 6.000 manat pul tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia rədd olunmalı, qətnamə mübahisələndirilən qalan- iddianın təmin olunmuş 10.400 manat hissəsində dəyişdirilmədən sa xlanılmalıdır. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 329.3, 385, 406.1, 427, 442.1, 739.1 və 740-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla qeyd etmişdir ki, cavabdehə ilkin olaraq verdiyi 6.000 manat pul vəsaiti onunla cavabdeh arasında “Whatsapp”, “Messenger” vasitəsilə aparılmış yazışmalar zamanı cavabdeh özü etiraf edib, lakin bu hal işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmayıb. Cavabdeh (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilib, mülki işin həmin hissədə yenidən baxılması üçün apellyasiya intansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Cavabdeh kassasiya şikayətini iddiaya etirazının məzmumuna uyğun əsaslandırmaqla qeyd etmişdir ki, iddiaçıya məxsus plastik kartdan pul çıxarsa da, həmin pulu iddiaçı ilə birlikdə xərcləyib. Belə ki, iddiaçı ilə bir müddət aralarında sevgi münasibətləri olub. Həmin mü ddət ərzində də o, iddiaçının öz razılığı ilə pulu xərcləyib. İddiaçı həmçinin özünə məxsus olan bank kartını ona versə də, o, həmin pul vəsaitini iddiaçının tapşırığı ilə çıxarıb və ona verib. Lakin hazırda həmin pul vəsaitinin məbləğini xatırlamır. Daha sonra iddiaçı ilə münasibətləri pozulub. Bu səbəbdən də iddiaçı ondan qisas almaq üçün hazırki iddia ilə məhkəməyə müraciət edib və ona borcu yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmayıb. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 404.
1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi ö hdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq z ərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Tərəflər ayra-ayrılıqda verdikləri kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiklərindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudularında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, maddi hüquq normasının tətbiqində səhvə yol verib. Bu isə, Mülki Prosessual Məcəllənin 417.1.4, 417.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilərək, müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar çıxarılması üçün əsasdır. Əvvəla, işdən görünür ki, iddiaçı cavabdehə borc şəklində 6.000 manat, plastik kart vasitəsilə isə 10.400 manat pul verdiyini iddia etsə də, tərəflər arasında yazılı formada hər hansı borc müqaviləsi bağlanmayıb. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinin mənasına görə, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan...çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tərəflər arasında belə bir müqavilə yoxdur və onlar arasında borc hüquqi münasibətlərinın olması mülki iş materialları ilə istisna edilir. Belə ki, cavabdeh, izahatınd a, iddiaya etiraz ərizəsində, habelə apellyasiya və kassasiya şikayətlərində iddiaçıdan məhz borc şəklində 16.400 manat pul aldığını qəti şəkildə inkar edir. Əksinə, o izahatında, etiraz ərizəsində göstərib ki, iddiaçıya məxsus plastik kartdan pul çıxarsa da, həmin pulu iddiaçı ilə birlikdə xərcləyib. Yəni, iddiaçı ilə bir müddət aralarında sevgi münasibətləri olub. Həmin müddət ərzində o, iddiaçının öz razılığı ilə pulu xərcləyib. İddiaçı həmçinin özünə məxsus olan bank kartını ona versə də, o, həmin pul vəsaitini iddiaçının tapşırığı ilə çıxarıb və ona verib. Lakin, hazırda həmin pul vəsaitinin məbləğini xatırlamır və onun iddiaçıya borcu yoxdur. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 404.1, 404.2ci maddələrinin tələblərini pozaraq, tərəflərin iradə ifadəsini n həqiqi mənasını, bütövlükdə onlar arasında yaranmış mülki hüquqi münasibətlərin xarakterini, məzmununu, onların iradə ifadələrinin həqiqi mənasını, habelə işin bütün müvafiq hallarını, o cümlədən onlar arasında yaranmış şəxsi münasibətləri, bu münasibətlər yaranarkən onlar arasında olan danışıqları, yazışmaları və onların sonrakı hərəkətlərini nəzərə almadan, yalnız iddiaçının izahatına əsaslanaraq tərəflər arasında borc hüquqi münasibətlərin olduğu qənaətinə gəlib. Halbuki, Mülki Məcəllənin 739.1-ci maddəsinin hazırki mülki mübahisəyə tətbiqi üçün aşağıdakı dispozitiv şərtlərin olması zəruridir, yəni borc müqaviləsinə görə, iştirakçılardan biri olan borc verən- pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya- borc alana keçirməyi öhdəsinə götürməli, digər işti rakçı- borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. Hazıki halda, tərəflər arasında mövcud olmuş şəxsi münasibətlər onlar arasında borc hüquqi münasibətlərin olması anlamına gəlməyə əsas vermir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və araşdırılmış sübutlara görə, tərəflər arasında 2021-ci il aprel ayından 2022-ci il aprel aynadək şəxsi, sevgi münasibətləri olub və faktı tərəflər özləri də inkar etmirlər və bu müddət ərzində iddiaçı cavabdehə müxtəlif vaxtlarda plastik kart vasitəsilə cəmi 10.400 manat pul verib. İddiaçı, kassasiya şikayətində cavabdehə yalnız plastik kart vasitəsilə 10.400 manat deyil, həmçinin əlavə olaraq nağd şəkildə 6.000 manat pul verdiyini, cavabdeh isə öz kassasiya şikayətində iddiaçıya məxsus plastik kartdan pul çıxarsa da, həmin pulu iddiaçı ilə birgə xərclədiyini, lakin pulun məbləğini xatırlamadığını göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Bundan başqa iddiaçı cavabdehin etirazının dəlillərini qəbul etmir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eyni zamanda hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxa rılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu baxamdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neç ə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırıb, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş olsa da, hazırki mülki mübahəsiyə tətbiq edilməli qanunu tətbiq etməyib. Yəni, cavabdehin qanuni və müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlandığını nəzərə almayıb. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh hüquq əsas olmadan həqiqətən iddiaçının hesabına 10.400 manat pul əldə edib və onun hüquqi əsası olmadan varlanması halı isə sonradan aradan qalxmış əsasa söykənir. Mülki qanunve riciliyə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələri). Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 417.1.4 və 417.2-ci maddələrində göstərilir ki, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər; bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin ayrıayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qərar çıxarılmaqla, iddia qismən təmin olunmalı, cavabdehdən əsassız varlanmaya görə 10.400 manat pul tutulub iddiaçıya verilməli, qalan hissədə iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 mart 2023-cü il tarixli, 2(107)-256/2023 saylı qətnaməsi ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia qismən təmin olunsun, Cavabdeh 10.400 manat pul tutulub İddiaçı verilsin, qalan hissədə iddia təmin olunmasın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.