Məhkəmə qərarları › İş №2(102)-2734/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2734/2020

29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2734/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli, 2(103)13980/2019 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli, 2(006)-363/2019 saylı qətnaməsi ilə (sədrlik edən, haki m P.A.Hüseynov) iddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” barədə ilk iddiası rədd, Cavabdeh2 LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “zaminlik müqaviləsinin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddiası təmin edilərək, LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması ilə Cavabdeh2 arasında bağlanmış 02 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. İddiaçı təşkilat qətnamədən apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli, 2(103)13980/2019 saylı qətnaməsi ilə (hakimlər E.Y.Şamayev sədrlik edən, məruzəçi, M.A.Məmmədov və E.C.Kazımov) apelyasiya şik ayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 aprel 2019-cu il tarixli qətnaməsi apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılıb. İddiaçı təşkilat qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və digərlərinə qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 08 yanvar 2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 3188,99 manat əsas, 430,91 manat faiz borcu, 1.019,94 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 4.639,84 manat kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda, Cavabdeh2 LPO İddiaçı ASC Ləğvedicisi Ə manətlərin Sığortalanması Fonduna və digərlərinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilib, onunla İddiaçı ASC arasında 02 iyul 2013-cü il tarixdə bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rə dd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh2 məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, vəkili Azər Məmmədov və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansi yası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apelyasiya şikayətini təmin edilmədən saxlayarkən, ilk iddianın əsassız, qarşılıqlı iddian ın əsaslı olmasına, ilk iddianı rədd, qarşılıqlı iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 389.1, 390.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyasiya instansiyası məhkəmə si tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 02 iyul 2013-cü il tarixli, 60 saylı kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən iddiaçı təşkilat tərəfindən Cavabdeh1 16 ay müddətinə, illik 25 faiz ödənilməsi şərtilə 3.500 manat kredit verilib. Eyni zamanda, iddiaçı təşkilatla borclu Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlanmış 02 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını və kreditin qaytarılması ilə bağlı öhdəliyi tam icra edəcəyini öz öhdəsinə götürüb. Bundan başqa, 09 fevral 2018-ci il tarixli maliyyə arayışı ilə müəyyən olunur ki, borclu Cavabdeh1 02 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə 08 yanvar 2018-ci il tarixə 3.188,99 manat əsas, 430,91 manat faiz borcu və Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən hesablanmış 1.019,94 manat faiz borcu olmaqla, cəmi 4.639,84 manat kredit borcu vardır. Apelyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb haqlı olaraq qeyd etmişdir ki, öhdəliyin yaranması üçün əsas kimi təqdim olunan 02 iyul 2013-cü il tarixli kredit müqaviləsi və 02 iyul 2013-cü il tarixli zaminlik müqaviləsi müvafiq olaraq Cavabdeh1 və Cavabdeh2 tərəfindən imzalanmamış, kredit müqaviləsi üzrə götürülən vəsait Cavabdeh1 tərəfindən götürülməmiş, mübahisələndirilən kredit və zaminlik müqavilələri üzrə onlar tərəfindən hər hansı öhdəlik götürülməmişdir. Həmçinin, işə əlavə edilmiş ekspert rəyi ilə müəyyən olun muşdur ki, sözügedən kredit müqaviləsində, ödəniş cədvəlində və kassa məxaric orderindəki imzalar- Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eyni zamanda, zaminlik müqaviləsindəki imzalar- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə tədqiq edib, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, ilk iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və aşağıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, eyni zamanda i ddiaçı təşkilatla borclu Cavabdeh1 arasında kredit müqaviləsinin 02 iyul 2013-cü il tarixdə imzalanmasını, həmin müqaviləyə əsasən kreditin 16 ay müddətinə verilməsini (02 noyabr 2014-cü il tarixədək), iddiaçı təşkilat tərəfindən isə hazırki iddia ilə kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən 3 il 8 ay keçdikdən sonra 19 iyul 2018-ci il tarixdə müraciət edilməsini, cavabdehin isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdiyini nəzərə alıb, haqlı olaraq qeyd etmişdir ki, hazırki mübahisəyə iddia müddətini tətbiq etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Həmçinin, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ilə əlaqədar qeyd etmişdir ki, ekspert rəyinə əsasən iddiaçı təşkilatla borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında bağlandığı qeyd olunan 02 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinin Cavabdeh2 tərəfindən imzalanmaması müəyyən edildiyindən, qarşılıqlı iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öh dəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşə əlavə edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 20 fevral 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 8-10-cu vərəqələrində iddiaçı təşkilatla borclu Cavabdeh1 adından bağlanmış 02 iyul 2013-cü il tarixli kredit müqaviləsində “borcalan” qrafalarındakı imzalar, 13-cü vərəqəsində olan 02 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində “borcalan” qrafasındakı imza, 15-ci vərəqəsində olan 0 2 iyul 2013-cü il tarixli kassa məxaric orderində “müştərinin imzası” qrafasındakı imza- Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 11-12-ci vərəqələrində iddiaçı təşkilatla zamin Cavabdeh2 adından bağlanmış 02 iyul 2013-cü il tarixli zaminlik müqaviləsinin 1-2-ci vərəqələrində “zamin” qrafalarındakı imzalar- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, ilk iddia üzrə iddiaçının iddia tələblərinin əsasını təşkil edən müqavilələrin və kredit vəsaitinin cavabdehə verilməsini təsdiq edən sənədin cavabdehlər tərəfindən imzalanması ekspert rəyi ilə təkzib olunduğundan, ekspert rəyinin mötəbərliyini şübhə altına qoyan hər hansı bir sübut isə məhkəməyə təqdim olunmadığından birinci instansiya məhkəməsi məhz həmin rəyi əsas götürərək qarşılıqlı iddianı təmin etməklə və ilkin iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, kredit və zaminlik müqaviləsinin ilk iddia üzrə cavabdehlər tərəfindən imzalanması və həmin müqavilələrin sonuncuların iradə ifadələrinə uyğun olması öz təsdiqini tapmadığından, onların üzərinə həmin müqavilələr əsasında hər hansı öhdəlik qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətlərinin yaranmaması qənaətinə gəlindiyindən ilk iddia üzrə iddia müddətinin ötürülməsinə və bununla bağlı iddiaçının apelyasiya şikayətinin dəlilinə prosessual qənaət prinsipinə əsasən əlavə hüquqi qiymət verilməsinə zərurət yoxdur. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qi ymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kasasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2019-cu il tarixli, 2(103)-13980/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar