Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2734/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” ilkin iddiasına, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7201/2021 saylı, 10 yanvar 2022-ci il tarixli qərardadından ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qadağan edilməsi və mənzilin mülkiyyətinə verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-yə aralarında bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qadağan olunması, MMC-nin inşa etdiyi binada 9-cu mərtəbədə yerləşən 2 otaqlı 83,26 kv.m. mənzilin onun mülkiyyətinə vermək öhdəliyinin cavabdehin üz ərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2. "xxxx" MMC cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı bağlanmış müqavilənin birtərəfli qaydada ləğv edilməsinin qadağan olunması, müqavilə predmeti olan 1 (bir) ədəd 9-cu mərtəbədə 2 (iki) otaqlı 83,26 kv.m. mənzili iddiaçının mülkiyyətinə vermək öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının rədd edilməsi və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında bağlanmış 11.04. 2017-ci il tarixli, 36 saylı müqaviləni n etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli, 2(005)2008/2019 saylı qətnaməsi ilə (hakim X1) ilkin iddianın təmin edilməsini, MMC tərəfindən ünvan 1 ünvanlarında inşa edilmiş çoxmənzilli yaşayış binasının “B” girişində, 9-cu mərtəbəsində yerləşən, sahəsi 83,26 kv.metr olan 2 otaqlı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulmasını, MMC-nin iddiaçıya qarşı irəli sürülmüş “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməməsini qət etmişdir.
4. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 25.07.2019-cu il tarixli, 2(005)-2008/2 019 saylı qətnaməsinin ləğv edilməsi və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7201/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.C.Kazımov) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 iyul 2019-cu il tarixli qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə” ilkin i ddiasının təmin edilməməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi barədə” qarşılıqlı iddiasının təmin edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 36 saylı, 11 aprel 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.Qətnamə İddiaçı 27 sentyabr 2021-ci il tarixdə təqdim edilmişdir.
6. Həmin qətnamədən ilkin iddia üzrə İddiaçı 05 noyabr 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7201/2021 saylı, 17.11.2021-ci il tarixli qərardadı ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.C.Kazımov) kassasiya şikayəti, şikayətin qanunla müəyyən edilmiş formaya uyğun olmaması və şikayətin “ Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə deyil, kağız daşıyıcıda tədqim edilməsi əsası ilə qaytarılmışdır. 8.Həmin qərardad İddiaçı 13 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. İddiaçı qətnamədən yenidən 21 dekabr 2021-ci il tarixdə kassasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7201/2021 saylı, 10 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Ə.Məhərrəmova və E.C.Kazımov) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7201/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin qaytarılması qərara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103 )-7201/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə iddiaçıya 27.09.2021-ci il tarixdə çatdırılmış, lakin iddiaçı kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 21.12.2021-ci il tarixdə vermiş, bununla da prosessual müddəti ötürmüşdür. Prosessual müddəti ötürmüş iddiaçı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İlkin iddia üzrə İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işə kassasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərindən kassasiya şikayəti 2 ay müddət keçmədən verilmiş, lakin kassasiya şikayəti yeni MPM-ə uyğun olmadığında görə qaytarılmışdır.Həmçinin kassasiya şikayətinə əlavə olunmuş sənədlər geri qaytarılmamış, həmin order barədə ərizə verilmiş, order qaytarılan gün elektron qaydada yeni ərizə verilmişdir.Qərardadda yazılanın əksinə olaraq kassasiya şikayəti elektron qaydada verilərkən MPM-nin 407-ci maddəsinin tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız qərardad qəbul edilmişdir. Kassasiya baxışının hədləri
13. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hal ların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
14. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
15. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
16. Kassator apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğvini xahiş etdiyindən, həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə
130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə
405. Kassasiya şikayəti vermə müddəti
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; 405.0.2. qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində. Maddə
408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 18.Məhkəmə kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti təmin edilməklə apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək iş yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə qaytarılmalıdır.
19. Apellyasiya instansiyası məhkəmə si qəbul etdiyi qərardadı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7201/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsi poçt vasitəsi ilə iddiaçıya 27.09.2021-ci il tarixdə çatdırılmış, lakin iddiaçı kassasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 21.12.2021-ci il tarixdə vermiş, bununla da prosessual müddəti ötürmüşdür. Prosessual müddəti ötürmüş iddiaçı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verməmişdir.
20. İş materiallarından görünür ki, İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7201/2021 saylı, 23.07.2021-ci il tarixli qətnaməsinin surətini 27 sentyabr 2021-ci il tarixdə rəsmi qaydada əldə etmiş, 05 noyabr 2021-ci il tarixdə (23 gün tez) məhkəməyə kassasiya ş ikayəti təqdim etmiş, kassasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə verilmədiyindən məhkəmə tərəfindən 17 noyabr 2021-ci il tarixdə qaytarılmışdır.Həmin qərardadın surəti iddiaçıya 13 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayətini 21 dekabr 2021-ci il tarixdə vermişdir.
21. Göründüyü kimi, iddiaçı birinci dəfə kassasiya şikayətini kassasiya şikayəti vermə müddətinin bitməsinə 23 gün qalmış vermiş, lakin həmin şikayətin geri qaytarılması barədə 17 noyabr 2021-ci il tarixli qərardad ona 13 dekabr 2021-ci il tarixdə təqdim edilmişdir.Birinci dəfə verilən kassasiya şikayəti vaxtında geri qaytarılmadığından və vaxtında iddiaçıya təqdim edilmədiyindən iddiaçının 13 dekabr 2021-ci il tarixə qədər yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmək hüququ olmamışdır.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə qətnamədən yenidən kassasiya şikayəti vermək üçün 23 günlük qalıq müddətinin axımı ona kassasiya şikayətinin geri qaytarılması barədə qərardad təqdim edildiyi gündən hesablanmalı idi.
22. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 23.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yuxarıda göstərilənlər nəzərə alınmaqla yenidən baxılmalıdır.
23. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7201/2021 saylı, 10 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.