Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2734/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-289/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Dürdanə Xəlilova xx.xx.1992-ci ildə Cavabdeh oğlu Sahib Əliyevlə nikah bağlamışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli çıxarışına əsasən, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən fərdi yaşayış evi Cavabdeh, həmin evin yerləşdiyi 0.06033 ha torpaq sahəsinin 1/7 hissəsinə 1/7 hissəsinə X3, 1/7 hissəsinə X6, 1/7 hissəsinə X7, 1/7 hissəsinə X4, 1/7 hissəsinə X5 və 1/7 hissəsinə X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır.
3. X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeyd iyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışına əsasən, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 0,0535 ha yaşayış məntəqələrinin torpaq sahəsi İddiaçı2 adına tam mülkiyyət kimi qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən, Cavabdeh mülkiyyətində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçılar id dia tələblərini belə əsaslandırmışlar ki, onlar bir ailənin üzvüləridir. İddiaçı1 ana, İddiaçı2 və İddiaçı3 isə onun övladlarıdır. Onların ailəsinin başçısı X14 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X14 ilə İddiaçı1 21 oktyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş və birgə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı iki övladları anadan olmuşdur. O, mərhum Sahib Əliyevlə ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamış həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur. Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi yaşayış evində yaşamışlar. Hazırda isə cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmağını tələb edir. Cavabdeh onlara qarşı iddia tələbinə Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-1301/2022 saylı mülki iş nəzərdə tutulur, həmin iddiaya qarşı qarşılıqlı iddia tələbi irəli sürmüşlər. Onlar hazırkı mülki iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evində doğulub boya başa çatmışlar. Həmin ünvan onların əsas və daimi yaşayış yeridir. Başqa yaşayış yerləri yoxdur. Onlar hər üç iddiaçılar hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq məhkəmənin diqqə tinə çatdırmaq istəyirlər ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə mərhum Sahib Əliyev başda olmaqla onların ailəsinin maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmış və ödənişlərlə bağlı bildirişlər onların adları gəlir. Mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. 1992-ci ilin sonlarından onların ailəsi həmin ünvanda yaşamış və Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır.
7. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyes tiri Xidmətinin Hüquqları Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 17 saylı Ərazi idarəsi tərəfindən Cavabdeh adına verilmiş ******* №-li xx.xx.2011-ci il tarixli çıxarışa əsasən Yevlax rayon Aran 1 qəsəbəsində yerləşən fərdi yaşayış evi tam mənada onun mülkiyyətindir. Bu barədə rəsmi çıxarışı hazırki etiraza əlavə etmişdir. Hazırki iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 onun gəlini və nəvələridir. Mülkiyyət onun olduğundan bu şəxslərin evində yaşamasını istəmir. Nəvələri İddiaçı2 Yevlax rayonu Aran 1 Qəsəbəsində fərdi yaşavış evi vardır. İddiaçı3 Bakı şəhərində mənzili var və Yevlax rayon Aran 1 qəsəbəsində adına 0.7 sot torpaq sahəsi vardır. Ancaq buna baxmayaraq onun evində yaşayırlar və evindən çıxmaq istəmirlər. İddiaçıların hər biri evində qeydiyyatda deyillər. Çünki evinə onları müvəqqəti yerləşdirmiş, o, bütün bu prossesləri sülh yolu ilə həll etməyə çalışmışdır. Mülkiyyət hüquqları qanunla qorunur. Heç kəsə ixtiyar verilmir ki, başqasının mülkiyyətində qanunsuzluq edilsin. İddiaçı1 2006-cı ildə onunla müvəqqəti olaraq evinə gəlib. Bu müddətə qədər öz evlərində yaşayıblar. Onunla heç bir ailə təsərüfatında olmayıblar, bu gün deyillər. Özləri müstəqil ailə təsərüffatındadır. Bu səbəbdəndə onun mülkiyyətində keçmiş gəlini və uşaqlarının heç bir hüquqları mövcud deyildir. Bundan başqa bildirir ki, iddiaçıların fərdi yaşayış evi vardır. DƏDRX-nin 17 saylı Ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilir ki, hazırkı iddiaçıların ataları X10 adına Aran qəsəbəsində 0.12 ha həyatyanı torpaq sahəsi olmuş, xx.xx.2011-ci ıl tarixində onlar tərəfi ndən satılmışdır. Eynilə hazırki iddiaçının həyat yoldaşı digər iddiaçıların atası olmuş X10 adına Yevlax rayonu Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,30 kvm olan fərdi yaşayış evi mövcuddur. Mərhum oğlu X10 hazırki iddiaçılara 3,60 ha torpaq sahəsində payı mövcud olmuşdur ki, onuda öz oğlu digər İddiaçı2 adına onun ölümündən sonra keçmişdir. Bundan başqa həmin torpaq sahəsi üzərində İddiaçı1 da mülküyyət hüququ tanınmışdır. Digər İddiaçı2 Aran qəsəbəsində mülkiyyətində həm pay torpağı, həm də həyətyanı olan 0,0535 ha torpaq sahəsi üzərində daşınmaz əmlakı mövcuddur. Bu barədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli reyestr qeydiyyatı mövcuddur. Bu qeyd etdiyi halları məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq edir. Hazırd a mübahisələndirilən ev onun əmlakıdır. İddiaçılara heç bir hüquq verməmişdir. Sonuncuların evləri bu gündə var və Bakı şəhərində evləri var. Onun evindən onların çıxarılmalarını istəmiş, iş məhkəmənin icraatındadır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, 1987-ci ildə həmin kəndə gəlmiş, həmin vaxt Aydın kişi evlərini təzə tikməyə başlamışdı, onun mərhum oğlu Sahib də o evdə 1987 və 1988-ci illərdə fəhləlik edirdi, 1993-cü ildə Dürdanə gəlin gəlmiş, böyük oğlu xəstəxanada, 2-ci oğlu həmin evdə doğulub, tibb bacısını o gətirmişdir. Həmin evdə mərhum Sahib qalırdı, yoldaşı ilə Aydın kişi fermada yaşayırdı, həmin ev tək otaq olub, sonradan gəlingil evin seyvanını hördürd ü, başdan bir otaq, ayaqdan bir kuxna tikdirdi, sonra gəlin işləmək üçün Bakıya getmiş, bir müddət sonra qayıdıb gəlmiş, təzə hasar çəkdirərək bağ və darvaza salmışlar, Sahib rəhmətə gedənnən sonra 2-3 il bundan qabaq uşaqlar kombi çəkdirmişlər, onların başqa evləri olmamış, qaçqınların binası olub orda müvəqqəti yaşayıblar.
9. Məhkəmə iclasında şahid qismində dindirilən X8 və X11 cavabdehin qonşusu olduqlarını bildirərək, şahid X15 qız ilə eyni məzmunlu ifadə vermişdir.
10. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(039)1717/2022 nömrəli iş üzrə 11 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamil Əliyev) iddia təmin edilməmişdir.
11. Məhkəmə iddianın cavabdehə aid hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar ilə cavabdeh arasındakı mülki münasibətlə r mübahisəli ev xx.xx.2011-ci il tarixdən dövlət qeydiyyatına alındıqdan sonra yarandığından (əmlak sözügedən vaxtadək özbaşına tikinti sayılır və mülki qanunvericilik özbaşına tikili üzrə heç bir hüquq tanımır) hazırki mübahisə həmin dövrdə yaranmış hüquq münasibətlərini tənzimləyən maddi hüquq normasının – Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə uyğun həll edilməlidir. Çünki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hü ququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunan normanın tələbindən göründüyü kimi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü olduğu üçün (cavabdehin mərhum oğlunun arvadı və uşaqları olmuşlar) mübahisəli evdən istifadə hüququ yaransa da, ailə münasibətlərinə X14 xx.xx.2016-cı il tarixdə vəfat etdiyindən xitam verildiyi üçün iddiaçıların mübahisəli mənzildə istifadə hüququ itirilmişdir.
12. Həmçinin məhkəmə bildirmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələblərindən göründüyü kimi iddiaçı Dilbər Hacıyevanın mübah isəli mənzildən istifadə hüququnun yaranması üçün o, cavabdeh Kubra Quluyevanın ailə üzvü və ya digər qohumu olmalıdır ki, hazırkı halda da iddiaçı cavabdeh K.Quluyevanın ailə üzvü hesab olunmur, habelə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərildiyi kimi “digər qohumları” ifadəsinin təsiri altına düşməyən şəxsdir. Bununla da, aydın olur ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh ailə üzvü və ya digər qohumu olmadığından yuxarıda qeyd edilən normalara əsasən həmin mənzilə hər hansı hüququ yoxdur.
13. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tələbi əsassızdır və təmin oluna bilməz.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 180.1, 180.2 və 180.3-cü maddələri, Azərbaycan Respublikası Mənzi l Məcəlləsinin 30.4, 30.1, 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişlər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar bir ailənin üzvüdürlər, 21 oktyabr 1992-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçmiş, birgə nikahlarından iki övladları İddiaçı2 və İddiaçı3 anadan olmuşlar. O mərhum Sahib Əliyevlə ailə həyatı dövründə, yəni iş üzrə mübahisə predmeti olan fərdi yaşayış evi hazır olan vaxtdan həmin ünvanda yaşamışdır (həmin fərdi yaşayış evi 1992-ci ilin sonlarında hazır olmuşdur). Övladlarının hər ikisi həmin ünvanda dünyaya gəlmişlər. 1992-ci ildən hal-hazıradək fasiləsiz və mübahisəsiz olaraq həmin fərdi y aşayış evində yaşamışlar. Hazırda isə, cavabdeh onlara qarşı Yevlax Rayon Məhkəməsində iddia qaldıraraq evdən çıxarılmalarını tələb edir. Hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011-ci il tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Qeyd edilən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə onların maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, su) onlarla bağlanmışdır və ödənişlərlə bağlı bildirişlər onların adına gəlir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1992-1993-cü illər arası inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası onların ailə üzvülərinin maddi vəsaiti hesabına başa gəlmişdir. Və 1992-ci ilin sonlarından onlar həmin ünvanda yaşamışlar. Onlar Cavabdeh razılığı ilə köçüb orada yaşayan zaman bu ev mənzil fonduna aid olmamışdır. Hazırda mülkiyyətçi hesab edilən İddiaçı2 Abbas oğlu mübahisəli fərdi yaşayış evinin mülkiyyətçi olaraq öz razılığı ilə oğlu və gəlini həmin evə köçürülməsi təmin edilmişdir. Tərəflər arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini uyğun olaraq qiymət verilməlidir. Avropa İnsan Hüqu qları Məhkəməsinin qeyd edilən məhkəmə işi üzrə gəldiyi nəticəni rəhbər tutaraq hesab edirik ki, yaşayış evinin əsas inşası onların maddi vəsaiti hesabına əldə edilmişdir, lakin cavabdehin həmin yaşayış evinə gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Həmin evin sonradan Cavabdeh adına edilməsi də buna dəlalət edir. Məhkəmə işə baxarkən MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəflə onların arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Məhkəmə tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkın məhkəmə işə birtərəfli və səhti yanaşılmışdır. Cavabdeh tərəfin mənafeyi müdafiə edilmişdir. Evin inşa və təmirində iştirak etmiş əsas ustalar məhkəmə iclasında ü zürlü səbəblərdən iştirak edə bilməmişlər. Məhkəmə həmin şahidlərin iştirakının təmin edilməsi üçün məhkəmə baxışı iclasını təxirə salmamış, eyni zamanda həmin şahidlərin, yekun məhkəmə iclasında başqa şahidlərlə əvəz edilməsinə şərait yaratmamışdır.
17. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-289/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Mahir Əsədli) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin edilməmişdir.
18. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, Məhkəmə kollegiyası müəyyən etmişdir ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi, Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə, 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X3, 1/7 hissəsi X6, 1/7 hissəsi X7, 1/7 hissəsi X4, 1/7 hissəsi X5 və 1/7 hissəsi X9 ümumi birgə mülkiyyətinə verilmişdir. Göründüyü kimi, iddiaçıların köçmək istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasın da tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi rəsmi qaydada ayrılan həyətyanı torpaq sahəsində tikilmişdir ki, həyətyanı torpaq sahələri də sakinlərə yaşayış evlərinin tikintisi məqsədi ilə ayrılır. Həmin ev tikildiyi vaxtdan etibarən Cavabdeh ailə üzvləri ilə birlikdə orada yaşamışdır. Hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, Cavabdeh ona sahiblik etməsinə (ailəsi ilə birlikdə orada yaşamasına) indiyə kimi etiraz edilməmişdir.
20. Göründüyü kimi, evin sahibi Cavabdeh həmin əmaka “gözlənilən mülkiyyət hüququ” olmuşdur ki, həmin hüquq əsasında da, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömr əli, xx.xx.2011-ci il tarixli Çıxarışla Yevlax rayonu, Aran-1 qəsəbəsində yerləşən 0.0603 ha həyətyanı torpaq sahəsi və orada inşa olunmuş ümumi sahəsi 180.52 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyesterində tam Cavabdeh, torpaq sahəsinin isə 1/7 hissəsi Cavabdeh, 1/7 hissəsi X3, 1/7 hissəsi X6, 1/7 hissəsi X7, 1/7 hissəsi X4, 1/7 hissəsi X5 və 1/7 hissəsi X9 ümumi birgə mülkiyyətinə verilmişdir.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
21. Kollegiya hesab etmişdir ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən qanunun analogiyası qaydasında Mənzil Məcəlləsinin “Mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüq uq və vəzifələri” adlanan 30-cu maddəsi tətbiq olunmalıdır. Həmin maddənin tələbinə əsasən isə iddia təmin olunmamalıdır.
22. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
23. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
24. Beləliklə aydın olur ki, cavabdeh iddiaçıları ailə üzvü olaraq daimi olaraq öz evinə köçürməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, Yevlax rayonu, Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən X1 adına olmuş ümumi sahəsi 60.30 kv.m olan fərdi yaşayış evi Yevlax şəhər İHB Aran qəsəbə sovetliyi üzrə nümayəndəliyinin xx.xx.1992-ci il tarixli, 145 reyestrnömrəli müqaviləsi əsasında X10 adına rəsmiləşdirilmiş, lakin vətəndaş müraciət etmədiyi üçün fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamışdır. Sözügedən evin hansı əsaslarla özgəninkiləşdirilməsi barədə heç bir məlumat yoxdur. Göründüyü kimi, iddiçı tərəfin özlərinə məxsus evləri olmuş və İddiaçı1 da öz izahatında mübahisəli evə deyi həmin evə gəlin köçdüyünü bildir mişdir.
25. Daha sonra işdə olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Arar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Yevlax rayon Aran qəsəbə sakinləri olan İddiaçı2, İddiaçı3 və İddiaçı1 Aran qəsəbə İƏD üzrə nümayəndəliyinin 04 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 294 şəxsi hesab nömrəsi ilə qeydiyyatdadırlar və ayrı təsəttufatdırlar. İddiaçı3 adına Aran qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsi var lakin həmin torpaq sahəsində heç bir tikili yoxdur həmçinin Aran qəsəbəsində İddiaçı2 məxsus yarımçıq tikili fərdi yaşayış evi vardır. Hal-hazırda həmin mənzildə yaşayış yoxdur. İddiaçı2, İddiaçı3 və İddiaçı1 hal-hazırda Aran qəsəbəsində Cavabdeh məxsus olan mənzildə yaşayırlar.
26. Kollegiya onu da qeyd etmişdir ki, hazırda iddiaç ılar cavabdehə məxsus evdə yaşayırlar. Yəni mənzilə olan tələbatlarını ödəyirlər. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələri başa düşülən deyildir. Belə ki, cavabdeh tərəf onların evdən çıxarılmasına dair hər hansı bir tələblə çıxış etməmişdir. Yekunda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evindən istifadə hüuqları mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçılar (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərini uyğun olar aq qiymət verilməlidir. İddiaçılar hesab edirlər ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2011ci il tarixli ********** qeydiyyat nömrəsi olan Çıxarışa əsasən Cavabdeh mülkiyyəti altında olan fərdi yaşayış evində istifadə hüquqları vardır. Və qeyd edilən fərdi yaşayış evi xx.xx.2011- ci il tarixdə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Onu da xüsusi olaraq Məhkəmənin diqqətinə çatdırmışlar ki, mübahisə predmeti olan fərdi yaşayış evi cavabdehin adına Dövlət reyestrində qeydiyyatdan keçməsinə baxmayaraq həmin fərdi yaşayış evinin inşası, təmiri və sairə xərcləri əsas etibarı ilə bizim ailənin (mərhum Sahib Əliyev başda olmaqla) maddi vəsaiti hesabına başa gəlmişdir. Fərdi yaşayış evində bütün kommunal xidmətlərə dair müqavilələr (qaz, işıq, s u) iddiaçılar ilə bağlanmışdır və ödənişlərlə bağlı bildirişlər onların adına gəlir. İşin mübahisəsiz halı odur ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1992- 1993- cü illər arası inşa olunmuşdur. Fərdi yaşayış evinin inşası iddiaçıların ailə üzvülərinin maddi vəsaiti hesabına başa gəlmişdir.
29. Məhkəmə kollegiyası işə baxarkən MPM–nin 217-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh tərəflə iddiaçılar arasında hüquq münasibəti 1993-cü ildə yaranmışdır. Və bizim ailə iddiaçı ailəsinin ailə üzvü olmuşuq. Məhkəmə tərəflərin arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 fevral 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Mülki Məcəllə
31. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
33. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
34. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
35. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
36. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqavilə sini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə
37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
41. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası aşağı dakılara əsasən hesab edir ki, iş üzrə maddi və prossessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
47. Əvvəla, apellyasiya məhkəməsi iddianı rədd edərkən ona da əsaslanmışdır ki, “iddiaçılar cavabdehə məxsus evdə yaşayaraq mənzilə olan tələbatlarını ödəyirlər, iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmələri başa düşülən deyil. Belə ki, cavabdeh tərəf onların evdən çıxarılmasına dair hər hansı bir tələblə çıxış etməmişdir”.
48. Halbuki, cavabdeh iddaya qarşı verdiyi yazılı etirazında mübahisəli evin mülkiyyətçisi olduğundan evində iddiaçıların yaşamasını istəmədiyini və çıxarılmalarını dair işin məhkəmə icraatında olduğunu açıqca bildirmişdir.
49. Belə olan halda iddiaçıların hazırkı iddianı qaldırmalarının başa düşülən olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi əsaslı s ayıla bilməz.
50. Bundan əlavə, qanuna əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır (§ 41).
51. Apellyasiya kollegiyası mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq edərkən nəzərə almamışdır ki, mübahisə predmeti olan daşınmaz əşya ilə bağlı tərəflər arasındakı hüquq münasibətlərinin 1993-cü ildən başlaması (evin bu illərdə tikilməsi və İddiaçı1 ailəsi ilə birgə həmin vaxtdan orada yaşaması) barədə iş materiallarında çoxlu sayda məlumatlar mövcuddur. 52. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər ( § 33-34).
53. Kassasiya kollegiyası bildirir ki, işin müəyyən olunmuş faktiki hallarının qeyd edilən hüquq normalarının dispozisiya şərtlərinə uyğun olub-olmaması yoxlanılmalı, bu barədə sübutlar mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən qiymətləndirilməli, iddiaçıların sözügedən yaşayış sahəsindən istifadə etmək hüquqlarının yuxarıda göstərilən əsaslarla yarandığı müəyyən edildiyi halda iddiaya həmin maddi hüquq normaları əsasında qiymət verilməlidir.
54. O da nəzərə alınmalıdır ki, ailə üzvlərinin yaşayış sahəsindən istifadə etmək hüquqları qanuni əsaslarla yarandıqdan sonra daşınmaz əşyanın bu hüquqlarla yüklü olduğunu bilərək əmlakı dövlət reyestrində öz adına rəsmiləşdirən şəxsin bu yüklülüyü nəzərə almadan özünün mülkiyyət hüquqlarına istinad etməsi, Mülki Məcəllənin 152.5-c i maddəsinin tələblərinə uyğun gəlmir.
55. Həmin normaya əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (§ 32).
56. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun qanuni əsaslarla aradan qalxması halı da mümkündür.
57. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələr ində icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verən hal kimi nəzərdə tutulmuş, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsinin altı ay saxlanıldığı göstərilmişdir (§ 35-36).
58. Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
59. Bu səbəbdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam veri lməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
60. Kollegiya hesab edir ki, bu hallar hazırkı mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.
61. Belə ki, cavabdeh öz etirazında iddiaçıların başqa yaşayış sahəsinə malik olduqlarına dair bir neçə faktiki hala istinad edir (iddiaçıların fərdi yaşayış evinin olması, ataları Sahib Əliyevin adına Aran qəsəbəsində 0.12 ha həyatyanı torpaq sahəsinin olması və xx.xx.2011-ci ildə satılması, sonuncunun adına Yevlax rayonu Aran qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 60,30 kvm olan fərdi yaşayış evinin m övcudluğu, iddiaçıların 0,0535 ha həyətyanı və 3,60 ha pay torpaq sahəsinə malik olmaları və s.).
62. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən məlumatları lazımi şəkildə yoxlamamış, iddiaçıların mənzil tələbatlarını ödəmək üçün başqa yaşayış sahəsinə malik olub-olmamalarını müəyyənləşdirməmişdir.
63. Kollegiya bildirir ki, iddiaçıların mübahisəli evdən istifadə hüquqları müəyyən edildiyi halda, cavabdehin də yuxarıda qeyd edilən dəlilləri tam və hərtərəfli şəkildə araşdırlmalı, nəticəsindən asılı olaraq iddiaçıların cavabdehin mülkiyyətində olan evə iddia etdikləri hüquqlarının başqa yaşayış yeri olması səbəbindən aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməlidir.
64. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olun malı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
65. Təkrar apelyasiya baxışı zamanı tərəflərin izahatları və dəlilləri dinlənilməli, mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməklə işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmalı, təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməli, tərəflərin dəlillərinin hansı səbəbdən qəbul edilib-edilməməsi əsaslandırılmalı, ədalətli məhkəmə araşdırması hüququ təmin olunmaqla mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-289/2023 nömrəli mülki iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.