Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2735/2024 13.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər; kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun, ona hesablanmış faizlərin və cərimənin qaytarılması” tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-635/2024 nömrəli, 21 iyun 2024cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 13 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a)İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) xx.xx.2020-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun xeyrinə 1.446 ABŞ dolları məbləğində əsas borcun, 1.885,24 ABŞ dolları məbləğində faiz borcunun, 104,34 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 3.435,58 ABŞ dolları borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 15 ay müddətinə, illik 31 faiz olmaqla 3.200 ABŞ dolları məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclu ilə bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq, hazırkı vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Zamin Cavabdeh2 həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidir.
3. Füzuli Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəmə si) 22 dekabr 2023-cü il tarixli, 2(064)-2246/2023 saylı qətnaməsi ilə (hakim Y.Həşimov) iddia müddəti ötürüldüyünə görə iddia ərizəsi rədd edilmiş, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 manat ona aid edilmişdir.
4. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(106)-635/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər S.Mayılov (sədrlik edən və məruzəçi), İ.Əsədov və T.Heydərov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
6. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkə məsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
7. Apellyasiya instansiya məhkəməsinin 2(106)-635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının verdiyi kassasiya şikayəti geri qaytarılmışdır.
8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə Bankın elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, lakin qanunvericiliklə kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq prosessual müddət 11 gün ötürülməklə, 20 iyun 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində olan elektron kabinetə yerləşdirilmişdir. Kassasiya şikayətinə buraxılmış prosessual müddətin bərpası barədə vəsatət də əlavə edilməmişdir.
9. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı kassasiya şi kayətinin “kassasiya şikayəti verən şəxsin tələbi” hissəsində öz tələbini dəqiq göstərməmiş, mübahisələndirmək istədiyi qətnamənin qəbul edilmə tarixini yanlış qeyd etmişdir. Belə ki, apellyasiya məhkəməsinin qətnaməsi xx.xx.2024-cü ildə qəbul edilmiş olsa da, iddiaçı onun qəbul edilmə tarixini yanlış olaraq xx.xx.2024-cü il kimi qeyd etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3, 135.5, 135.6, 405.0.1, 407.1.4, 408.1.1, 408.1.4, 408.3, 409-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edərək, kassasiya şikayətinin mümkün hesab edilməsinə dair qər ar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qətnaməni xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirildiyini qeyd etsə də, bu barədə Banka elektron qaydada heç bir məlumat göndərməmişdir. Bunun əvəzinə isə apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamənin surəti, müşaiyət məktubu və kassassiya şikayətinin verilməsi qaydasına dair məlumat xx.xx.2024-cü il tarixində poçt vasitəsilə göndərilmişdir. 15-xx.xx.2024-cü il tarixində qeyri iş günləri olmasını nəzərə almaqla tərəflərindən xx.xx.2024-cü il tarixində kassasiya şikayəti verilmişdir. MPM 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
13. İddiaçı həmçinin apellyasiya instansiya məhkəməsinin “kassasiya şikayəti verən şəxsin tələbi” hissəsində öz tələbini dəqiq göstərməməyi barədə və qətnamənin qəbul edilmə tarixini yanlış qeyd etməyi barədə mövqeyinə əsasən qeyd etmişdir ki, qətnamənin tarixi xx.xx.2024-cü il yerinə texniki səhv olaraq, xx.xx.2024 qeyd edilmişdir. Məhkəmə isə belə bir qətnamənin olmaması qənaətinə gəlmişdir. Kassasiya şikayətinin mahiyyətindən və qeyd olunan qətnamələrinin nömrəsindən çox aydın bir şəkildə hansı qətnamədən narazı olmağı və tələbi aydın görünür. Bu səbəbdən qətnamənin tarixinin gün hissəsində 03 yerinə 09 yazılmasının məhkəmə tərəfindən ciddi nöqsan kimi qəbul edilməsini hüquqi əsaslı hesab etmirlər.
14. İddiaçı şikayətini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 135, 418-c i maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir;
17. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektro n imza vasitələrindən istifadə edilir.
18. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.
19. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir.
20. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.
21. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
22. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
23. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
24. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
25. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
26. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
27. Maddə
405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:
28. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
29. Maddə 405.0.2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
30. Maddə 408.1.Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır:
31. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
32. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
34. Maddə 418.3.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilm əməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassassiya instansiyası məhkəməsinin mövqeyi
37. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikası ərazisində birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 71-ci maddəsinin Vİ və Vİİ hissələri, 60-cı maddəsinin İ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur və məhdudlaşdırıla bilməz. Bu hüquq yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, həmçinin pozulmuş hüquq və azadlıqların qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalə t mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə edir. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və sözügedən hüquq qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər.
38. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu qəbildən məhdudiyyətlərdən biri də MPM-in 405-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə və qərardadın işdə iştirak edən şəx slərə rəsmi qaydada verildiyi gündən müvafiq olaraq 2 ay və 10 gün müddətlərində verilməsi müəyyən olunur.
39. Məhkəmə kollegiyası bildirir ki, iş üzrə qətnamə və qərardadlar “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmədə baxılan mülki işdə qəbul edildiyindən və bu səbəbdən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirildiyindən, qeyd olunan məhkəmə aktları tərəfin elektron kabinetinə yerləşdirildiyi andan ona rəsmi qaydada verilmiş hesab edilir.
40. Sözügedən qaydada məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə əsasında çıxış edən şəxsləri (vəkilləri, nümayəndələri) də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74-cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətini azaltmış olardı.
41. Bu mənada, məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmır və bildirir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-635/2024 nömrəli iş üzrə 03 aprel 2023-cü il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə apellyasiya instansiyası məhkəməsi tərəfindən 09 aprel 2024-cü il tarixdə yerləşdirildiyi andan banka rəsmi qaydada təqdim edilmiş sayılır. Kassasiya şikayəti 20 iyun 2024-cü ildə 11 gün gecikməklə elektron kabinetə yerləşdirilmişdir.
42. Odur ki, qanunla nəzərdə tutulan prosessual müddətin iddiaçı tərəfindən buraxılmasının şikayətdə göstərilən səbəblərinin onun iradəsindən asılı olmadığı, özü t ərəfindən dəf edilməli imkanlardan kənara çıxdığı, bunun üçün müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətdiyi və ya məhdudiyyət yaratdığı inkarolunmaz, ağlabatan və inandırıcı dəlillərlə sübuta yetirilmir. Bu hallar da prosessual müddətin iddiaçı tərəfindən üzrsüz səbəblərdən ötürüldüyünə dəlalət edir.
43. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassız, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olduğu üçün qərardad dəyişiklik edilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
44. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-63 5/2024 nömrəli iş üzrə 21 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.