Məhkəmə qərarları › İş №2(102)-2737/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2737/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2737/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI Açar sözlər: əmlakda edilmiş yaxşılaşdırılmalara çəkilmiş xərcin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2462/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəb ul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-880/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər İddiaçı, X8 və Vəliyeva (Şirinzadə) Dilarə Əhliman qızının iddiaçı X4 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları, ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilinin iddiaçı X6 təhvil verilməsi, cavabdehlər İddiaçı və X3 ünvan 1 ünvanında yerləşən 32 saylı evin 55 saylı mənzilindən istifadə hüquqları olmayan hesab edilmələri qət edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6506/2022 xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-880/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

3. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya icraatı zamanı - xx.xx.2022-ci il tariхdə X9 vəfat etmişdir və onun övladı - Cavabdeh məhkəmə kollegiyasına müraciət edərək, iddiaçının hüquqi varisi kimi onunla əvəz olunmasını xahiş etmiş, onun xahişi təmin edilərək, iddiaçı X4 hüquqi varidi kimi tanınmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-379/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci tarixli, 2(103)-6506/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saхlanılmışdır.

5. Həmin iş üzrə iddiaçı X9 iddia tələbini onunla izah etmişdi ki, mübahisəli mənzili X1 alıb. Mənzil alınan vaxtda cavabdeh İddiaçı və uşaqlarının Bakı şəhərində yaşamağa evləri olmamışdır. İddiaçı onların xahişi ilə əvvəlcə müvəqqəti olaraq həmin evdə yaşamağa, daha sonra uşaqların məktəbə getmələri ilə əlaqədar onların müvəqqəti qeydiyyata düşmələrinə icazə vermişdir. İddiaçı hazırda Rusiya Federasiyasında yaşayır, xəstədir, öz evinə gəlib yaşamaq istəyir. Lakin cavabdehlər həmin mənzilin üzərində mülkiyyətçinin hüquqlarını həyata keçirməsinə mane olur.

6. Sabunçu rayon 81 saylı MKİS-nin arayışına görə mənzil kirayəsi və məişət tullantıları haqqını qeydiyyatda olan və yaşayan İddiaçı mənzil alınan vaxtdan indiyə qədər ödəyib və həmin illərdə 81 saylı MKİS-də işləyən işçilərinin verdiyi məlumata görə İddiaçı mənzili 2004 və 2021-ci illərdə təmir etdirdiyi göstərilir. İş üzrə qəb ul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən hüquqi varis kimi adına keçəcək, ünvan 2 ünvanının təmirinə çəkdiyi 40000 (qırx min) manat pulun və 210 (iki yüz on) manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əri X10 xx.xx.2002-ci il tarixdə 55 saylı mənzili bacısı X5 adına almışdır. 20 ildən çoxdur ki, o, oğlu, gəlini, sonradan doğulmuş nəvəsi də bu evdə yaşamışlar. Bu evdə daimi qeydiyyatdadırlar. 20 il ərzində bu evi iki dəfə əsaslı təmir etdirmişlər. Axırıncı təmir iki il öncə olmuşdur.

9. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazla müraciət edərək bildirmişdir ki, iddianın heç bir əsası yoxdur və rədd edilməlidir. Belə ki, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938 keçid küçəsi 32 saylı evin 59,85 kv.m yaşayış sahəsindən ibarət olan 4 otaqlı 55 saylı mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilərək bu barədə 1073 saylı reyestr kitabının 161153 səhifəsində qeydə alma nömrəsi 30/19788, xx.xx.2002 il tarixində qeydiyyat aparılaraq anası X2 ÖM, 128277 saylı qeydiyyat vəsiqəsi verilmişdir. Mübahisəli mənzili anası Bakı şəhəri 24 saylı notariat kontorunda təsdiq olunmuş (4Ə/5-645 saylı iş) xx.xx.2002-ci il tarixli 160226 saylı alğısatqı müqaviləsinə əsasən X1 almışdır. İddiaçı və onun ailə üzvləri an asına məxsus olan mübahisəli mənzildə yaşayaraq, mənzildən əvəzsiz olaraq faydalanmışlar. İddiaçı bu mənzilə müvəqqəti olaraq köçərkən ev tamamilə təmirli və istifadəyə tam yararlı vəziyyətdə idi. İddiaçı və onun ailə üzvləri bu evdən istifadə edərək anasına çoх böyük maddi və mənəvi zərər vurmuşlar. Yəni anası keçən bu müddət ərzində mənzili başqa şəхslərə kirayəyə verərək faydalana bilərdi. Uzun müddət idi ki, anası mənzilində olanlardan mənzildən çıxmalarını tələb etsə də, onlar könüllü olaraq evdən çıxmaq istəməmişlər. Ona görə də anası məcbur qalıb bu barədə məhkəməyə müraciət etmişdir. Bundan başqa evin mülkiyyətçisi hələ də mərhum anası Mələk Vəliyevadır. O, evin mülkiyyətçisi deyil. Belə olan halda o, tərəf olaraq cavabdeh kimi göstərilə bilməz.

10. Məhkəmə tərəfindən iş üzrə tikin ti texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-teхniki ekspertizasının 10/4503 nömrəli, xx.xx.2023-cü il tariхli rəyində göstərilmişdir ki, Sabunçu rayon 81 saylı MKİS-nin əməkdaşları tərəfindən verilmiş arayışlara əsasən tədqiq olunan mənzilin alınan gündən kirayə haqqının, kommunal xərclərinin İddiaçı tərəfindən ödənildiyi, həmçinin həmin mənzildə İddiaçı tərəfindən 2004-cü və 2001-ci illərdə təmir işləri aparıldığı göstərilmişdir. Bununla əlaqədar ekspert qarşısında qoyulmuş suallar üzrə qeyd olunmuşdur ki, tikinti-təmir işlərinin aparılma müddətinin müəyyən olunmasına dair metodika olmadığından, eləcə də aparılmış işlərə dair layihə-smeta sənədləri təqdim edilmədiyindən, tədqiq olunan mənzildə 2004-cü ildən sonra hansı təmir işlərinin aparıldığını və onların dəyərini müəyyən etmək mümkün olmamışdır. Odur ki, Sabunçu rayon 81 saylı MKİS-nin əməkdaşları tərəfindən verilmiş arayışa əsasən, həmin mənzildə 2021-ci ildə də təmir işləri aparıldığını, həmçinin mənzilin faktiki vəziyyətdə orta təmirli vəziyyətdə olmasını nəzərə alaraq, hazırki ekspertiza tədqiqatı mübahisəli mənzildə faktiki olan təmir işlərinə çəkilmiş xərclərin bu günkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması ilə əlaqədar aparılmışdır. Aparılmış hesablamalar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 938-ci keçid küçəsi, 32 saylı evin 55 saylı mənzili üzrə aparılmış tikinti-təmir işlərinin dəyərinin hal-hazırki bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 16099 manat məbləğində müəyyən olunmuşdur.

11. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdaf iə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, mənzilin iki dəfə təmir edilməsi barədə MKİS-in arayışı başqa məhkəmə işinə əlavə edilmişdir. Evin təmirdən öncəki vəziyyətini əks etdirən şəkilləri, təmir хərcləri barədə qəbzləri yoхdur. Ev verilən zaman təmirsiz vəziyyətdə olub. 2004-cü ildə ev iddiaçıya verilən zaman ev təmirsiz vəziyyətində olub. MKİS-dən evin təmirsiz olması barədə arayışları var. Halhazırda təmir qiymətləri əvvəlki qiymətlərdən fərqlidir.

12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş, iddia tələbinə qarşı yazılı etirazın məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı mübahisəli mənzildə 2004-cü ildən yaşamış, onlar köçdüyü vaхt mənzil tam təmirli vəziyyətdə olmuş, iddiaçı tərəfindən m ənzildə təmir işləri aparılmamışdır. Cavabdeh Tamaradan orada yaşamasına görə heç bir kirayə haqqı almamışdır. Tamara köçən zaman bütün əşyaları aparmışdır. Neçə illərdi ki, Tamaradan evdən çıxmasını tələb etmişdir. 15 ildir ki, aralarında mübahisə vardır. Ekspert heç bir əsası olmadan sadəcə olaraq bir siyahı smeta tutmuş və bunu ünvan 1 32 saylı evin 55 saylı mənzilinə aid etməyə çalışmışdır. Rəydə məhkəmənin ekspert qarşısında qoymuş olduğu suallara cavab verilməmişdir. Nəinki suala cavab verməmiş, ümumiyyətlə təmir aparılıbmıaparılmayıbmı, bu barədə rəydə bir kəlmə də ifadə yoxdur. Yəni ekspertin rəyində yazılanların, o siyahının heç bir əsası yoxdur. Ekspert həmin mənzildə 2004-cü ildən sonra təmir aparılmasını müəyyən edə bilməmişdir. Bundan başqa təmir aparılmışdırsa çəkilən xərcin dəyərini müəyyən etməli olan ekspert hansısa bir siyahıya aid bazar qiyməti müəyyən etmişdir. Ona görə də ekspertin məhkəməyə göndərdiyi həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Çünki həmin rəylə müəyyən edilənlərin qeyd edilən mənzilə heç bir aidiyyəti yoxdur. Hazırkı rəy deyilən sənəd məhkəmə üçün iddiaçı tərəfindən mənzildə təmir aparılması halının təsdiqində sübut sayıla bilməz.

13. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-201/2024 nömrəli, 15 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Adilə Paşayeva) iddia təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı tələbini mənzili 2004 və 2021-ci illərdə təmir etməsi ilə əsaslandırmış, tələbinin əsası kimi istinad e tdiyi həmin halların təsdiqi üçün Sabunçu rayon 81 saylı MKİS-nin arayışını təqdim etmişdir. Məhkəmə şəхsiyyətləri bəlli olmayan şəхslərin məlumatlarına əsaslanan, tariхi və sıra sayı bəlli olmayan həmin arayışı “əsaslı şübhədən kənar” sübut saymamışdır.

15. Məhkəmə bildirmişdir ki, iddiaçının mənzildə təmir işləri aparması barədə “əsaslı şübhədən kənar” sübut təqdim etmədiyini nəzərə alaraq mənzilin iddiaçının yaşamağa başladığı vaхtdan tam təmirli vəziyyətdə olması barədə cavabdehin bildirdiklərini işin hallarına uyğun saymışdır.

16. Məhkəmə qeyd etmişdir ki, ekspertin mənzilin faktiki vəziyyətdə orta təmirli vəziyyətdə olması ilə bağlı ekspertiza tədqiqatını mübahisəli mənzildə faktiki olan təmir işlərinə çəkilmiş xərclərin bugünkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması ilə əlaqədar apardığını nəzərə alaraq təmir işlərinin bugünkü bazar qiymətlərinə uyğun dəyərinin müəyyən olunması hissəsində ekspert rəyi ilə razılaşmış və təmir işlərinin bugünkü bazar qiymətlərinə uyğun dəyərinin 16099 manat olduğu nəticəsinə gəlmişdir. Bununla yanaşı təmir işlərinin iddiaçı tərəfindən aparılması halının təsdiq olunmadığını nəzərə alaraq ekspert rəyinin mövcudluğunun iddianın təmin edilməsinə əsas saymamışdır.

17. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115, 119.1, 124.2, 217.4-cü, “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”-ın 17, 19, 20 və 73-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apel lyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2004-2023-cü illərdə sözügedən mənzildə ailəsi ilə birlikdə yaşaması və həmin mənzillə bağlı kommunal ödənişlər etməsi, həmin müddət ərzində onun ailəsindən başqa hər hansı bir şəxsin yaşamasını heç kim, o cümlədən cavabdeh mübahisələndirmir. Belə olan halda həmin mənzildə həmin illərdə başqa şəxsin təmir işləri aparması absurddur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2462/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Akif İsgəndərov) apellyasiya şikayəti qismən edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən təmir xərclərinə görə 16.099 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 60 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 150 manat hissəsinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödəniləsi qət edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarına əsasən məhkəmənin gəldiyi qənaət əsaslı olmamışdır. Məhkəmə təmirin iddiaçı tərəfindən aparılmasının təsdiq olunmadığını göstər sə də, işin mübahisəsiz halıdır ki, 2002-ci ildən etibarən mübahisəli mənzildə iddiaçı ailəsi ilə birlikdə yaşamışdır. Belə olan halda təmir işlərinin mənzildə yaşayan iddiaçı tərəfindən edilməsi aşkardır, bunun üçün əlavə sübut təqdim edilməsinə zərurət yoxdur.

22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf mənzilin iddiaçının yaşadığı vaxtdan tam təmirli vəziyyətdə olmasını bildirsə də, mənzilin həmin vaxt təmirli olması o nəticəyə gəlməyə əsas vermir ki, sonradan mənzildə hər hansı təmir işləri aparılmamışdır. Göründüyü kimi iddiaçı 2002-ci ildən mənzildə yaşamış və 20 ildən çox müddət ərzində həmin təmirin olduğu kimi qalması mümkünsüzdür. Aydındır ki, bu qədər müddət ərzində mənzildə təmir işləri aparılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş arayışdan asılı olmayaraq eks pert rəyindən görünmüşdür ki, ekspertiza keçirilərkən, mənzilə baxış keçirilmiş və mənzilin faktiki olaraq orta təmirli vəziyyətdə olduğu müşahidə edilmiş və aparılmış tədqiqatın nəticəsindən asılı olaraq rəy verilmişdir.

23. Məhkəmə kollegiyası bildirmişdir ki, rəy faktiki görülmüş təmir işlərinə görə verilmiş, həmçinin aparılması mümkün olmayan yaxşılaşdırmaların, yəni aparılması mümkün olmayan təmir işlərinin dəyəri müəyyən edilmişdir.

24. Kollegiya hesab etmişdir ki, iddiaçı görülmüş təmir işlərinin dəyəri olaraq 40.000 manat tələb etsə də, həqiqətən göstərilən məbləğdə xərc çəkilməsi müəyyən edilmədiyindən, ekspert rəyi əsas götürülməklə, faktiki görülmüş təmir işlərinin bazar qiymətlərinə uyğun dəyəri olan 16.099 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.

25. Məhkə mə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6, 157.7-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 384.0.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tamamilə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi normaları düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının Cavabdeh mülkiyyətində olan mənzilə onun tərəfindən xərc çəkilməsini təsdiq edən hər hansı sübutlar təqdim edə bilmədiyindən və mülkiyyətçi Cavabdeh qeyd edilən xərci tələb etməsinə qanun i əsasları olmadığından təmin edilə bilməz. İddiaçının qanuni əsası olmayan və heç bir sübutu olmayan iddiası üzrə birinci instansiya məhkəməsinin ekspertiza təyin etməsi qanunun tələblərinə zidd olmuşdur. Cavabdeh tərəf olaraq buna etiraz edilmişdir. Qeyd etmişdir ki, 20 ilə qədər onun mülkiyyətində olan mənzildə yaşayan iddiaçı mənzildə hər hansı təmir işi aparmamışdır. Çünki buna ehtiyacı olmamış və iddiaçı özü də mənzildə təmir aparmaqda maraqlı olmamışdır.

28. Cavabdeh şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 16, 152.1, 157.4, 157.7-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 87, 88, 97.1, 101.6, 101.7, 217.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şika yətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

31. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.

32. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

33. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

34. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

35. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

36. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq q iymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün t ətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hes ab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hü quqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı rədd edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apelly asiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsi ni öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2462/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar