Məhkəmə qərarları › İş №2(102)-2739/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2739/2020

16.06.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2739/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı və onun vəkili x5, sudro tərcüməçi x2, Cavabdeh və onun vəkili x1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və tikililərin sökülməsi tələbinə dair mülki üzrə İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddi açı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullayev, iş № 2(009)-1522/2018) iddia qismən təmin edilmiş; cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan mənzilin hörülmüş pəncərəsinin açılması, iddiaçının öz mənzilindən və ümumi həyətdən istifadə hüquqları ilə əlaqədar cavabdeh tərəfindən yaradılan maneələri aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat pulun və hüquqi yardıma görə 500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş; iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İmanov, iş № 2(103)-899/2019) İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 09 avqust 2019-cu il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev (sədrlik edən və məruzəçi), V.İbayev və İ.Xələfov, iş № 2(102)5203/2019) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, qətnamə iddianın tə min edilməyən hissəsində ləğv edilmiş və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov, iş № 2(103)12509/2019) İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Səbail Rayon Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edi lməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: İddiaçı vəkili x8 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh vəkili x4 izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Hüquqi məsələlər: Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına ist inad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 12-ci Badamdar küçəsi, 7 saylı evin sahəsi 11,3 kv.m olan bir otaqlı yaşayış evi iddiaçının, 7 saylı evin 3 otaqlı mənzili isə cavabdehin mülkiyyətindədir. Həmin yaşayış evləri qonşuluqda yerləşir və hər iki mənzilə giriş ümumi sahədəndir. iddiaçı 20.06.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən x3 məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 12-ci Badamdar küçəsi, ev 7 ünvanda yerləşən sahəsi 11,3 kv.m olan bir otaqlı mənzili ona baxış keçirməklə əldə edib. Eyni ünvanda 3 otaqlı 1 saylı mənzil 21.04.2012-ci ildə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı mənzili əldə edərkən tikililər mövcud olmuş, iddiaçı mənzili bu şəkildə qəbul etmiş və almışdır. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 12277 saylı, 12.09.2018-ci il tarixli ekspert rəyinə əsasən, cavabdehə məxsus 1 saylı mənzilin 12 və 13 saylı tikililərinin iddiaçının mülkiyyətində olan mənzilin yaşayış otağının texniki pasportda mövcud olan pəncərəsi qarşısında deyil, həmin otaqdan 3 metr aralı, yan tərəfdə həyətyanı sahənin hasarına bitişik inşa edildiyi müəyyən olunmuşdur. Cavabdehə məx sus 1 saylı mənzilin faktiki vəziyyəti 12.04.2012-ci il tarixli texniki pasportun məlumatları ilə üzləşdirilərkən, həmin mənzilin 1,2,3,4,5,6,12,13 saylı tikililərinin texniki pasportda əks olunmadığı müəyyən edilmişdir. Ekspert tədqiq olunan mənzillərə ayrı-ayrı giriş-çıxış qapılarının olduğunu və texniki pasportda əks olunmayan tikililərin iddiaçının mülkiyyətində olan mənzildən kənarda yerləşdiyini nəzərə alaraq, həmin tikililərin iddiaçıya öz mənzilindən istifadə etməsinə maneçilik yaratmadığı qənaətinə gəlmişdir. Ekspert rəyi ilə, həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzilin texniki pasportuna əsasən, həmin mənzil bir otaqdan ibarətdir və otaqdan həyətə tərəf iki pəncərə açılır. İddiaçı və cavabdehə məxsus mənzillər bir-birinə bitişik vəziyyətlə yerləşməklə bir mərtəbəli tikililərdən ibarətdir və hər iki mənzilə giriş ümumi istifadə olunan həyətyanı sahədəndir. İddiaçıya məxsus mənzil faktiki olaraq bir otaqdan ibarət olub, uzunluğu 3,6 metr, eni 3,3 metr təşkil edir. Otağın faktiki vəziyyəti texniki pasportun məlumatları ilə üzləşdirilərkən, müəyyən edilmişdir ki, həmin otağın həyətə tərəf olan divarındakı pəncərə daşla hörülüb. İddiaçı cavabdehlə onun ortaq istifadəsində olmalı olan torpaq sahələrinin cavabdeh tərəfindən bütünlükdə zəbt edildiyinə, onun qanunsuz olaraq özbaşına tikililər inşa etdiyinə, həmin özbaşına tikililərin ona məxsus yaşayış sahəsinin girişində, arxasında, yan tərəfində yerləşməklə həm onun yaşayış sahəsindən istifadəsini məhdudlaşdırdığına, həm də yaşayış sahəsində hava axının qarşısını aldığına istinad edərək cavabdehin qanunsuz inşa etdiyi tikililərin sökülməsi, onun tərəfindən iddiaçıya məxsus yaşayış evinin hörülmüş pəncərəsinin açılması, iddiaçıya maneçilik törədən giriş qapısının bağlanması, iddiaçının öz mənzilindən və ümumi həyətdən istifadə hüquqları ilə əlaqədar maneələrin aradan qaldırılması tələbinə dair hazırki iddianı qaldırmışdır. Göründüyü kimi iddiaçının tələbinin əsasını onun mülkiyyətində olan yaşayış sahəsindən sərbəst şəkildə istifadə etməsinə yaradılan maneələrin aradan qaldırılması və ümumi istifadədə olan torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikililərin sökülməsi təşkil edir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəs inə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafıq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Apelyasiya məhkəməsi haqı olaraq qeyd etmişdir ki, iddiaçının sökülməsini mübahisələndirdiyi tikililərin özbaşına tikili olması işin mübahisəsiz halıdır. Qeyd edilən normada belə tikililərin sökülməsi barədə məhkəmə iddia qaldırmaq hüququ olan subyektlərin dairəsi müəyyən edilmişdir; belə ki, özbaşına tikilinin sökülməsini müvafıq icra hakimiyyəti orqanı və ya maraqlı tərəf tələb edə bilər. Həmin normada maraqlı tərəf dedikdə qanunla qorunan maraq və mənafeyinə toxunulan fiziki və ya hüquqi şəxs nəzərdə tutulur. Göründüyü kimi iddiaçı qeyd edilən ünvanda yerləşən 11,3 kv.m-dən ibarət yaşayış sahəsinin mülkiyyətçisi, cavabdeh isə 72,3 kv.m-dən ibarət yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı da məhz maraqlı tərəf qismində hər iki yaşayış sahəsinin ümumi istifadəsində olmalı olan torpaq sahəsinə dair cavabdehin üstün hüquqlarını müəyyən edən hər hansı qanuni əsas olmadan birtərəfli qaydada zəbt edildiyinə istinad edərək hazırki iddianı qaldırmışdır. İşin mübahisəsiz hallarından görünür ki, idd iaçı 20.06.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən x3 məxsus Səbail rayonu, Badamdar qəsəbəsi, 12-ci Badamdar küçəsi, ev 7 ünvanda yerləşən sahəsi 11,3 kv.m olan bir otaqlı mənzili ona baxış keçirməklə əldə edib. Eyni ünvanda 3 otaqlı 1 saylı mənzil 21.04.2012-ci ildə cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı mənzili əldə edərkən tikililər mövcud olmuş, iddiaçı mənzili bu şəkildə qəbul etmiş və almışdır. Göründüyü kimi ekspert rəyi ilə mənzillərə ayrı-ayrı giriş-çıxış qapılarının olduğu və texniki pasportda əks olunmayan tikililərin iddiaçının mülkiyyətində olan mənzildən kənarda yerləşdiyi nəzərə alaraq, həmin tikililərin iddiaçıya öz mənzilindən istifadə etməsinə maneçilik yaratmadığı müəyyən edilmişdir. Apelyasiya məhkəmə si araşdırılmış sübutların məcmusu ilə bağlı haqlı olaraq belə qənaətə gəlmişdir ki, ekspert rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün iddiaçı ilkin sübutlara istinad etmədiyindən rəyin əsassızlığı şübhə altına alına bilməz. Təkrar apelyasiya baxışı zamanı məhkəmə kollegiyası mübahisəli mənzilləri yerində müayinə etmiş və rəydə qeyd olunan məlumatlar, o cümlədən cavabdehin mənzilinin giriş qapısının iddiaçının öz mənzilindən istifadəsinə mane olmadığı müəyyən edilmişdir. İddiaçı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, buna zərurət olmasına baxmayaraq, təkrar məhkəmə ekspertizası keçirməmişdir. Məhkəmə kollegiyası kassa siya şikayətinin həmin dəlilini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasi ya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiy asının 28 noyabr 2019-cu il tarixli qətnaməsi İddiaçı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar