Məhkəmə qərarları › İş №2(102)-274/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-274/2019

17.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-274/2019 17.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-***/2019 şəhəri 17 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli, 2(103)****/2018 nömrəli qətnaməsindən Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayə tinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 25.01.2016-cı il tarixli, 2(001)-748/2016 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh-nə qarşı (üçüncü şəxs Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ipotekaya xitam verilməsi və mülkiyyət hüquqlarının bərpa olunması”tələbinə dair iddiası təmin edilərək,İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.02.2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Ünvan1 küçəsində yerləşən 17 saylı evin **** saylı mənzili üzərində olan ipotekaya xitam verilməsi və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının (hakimlər F.Talışinski, S.Hacıyev, R.Eyvazov) 20.08.2018-ci il tarixli qətnaməsi ilə üçüncü şəxs Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və Cavabdeh” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Binqədi rayon Məhkəməsinin 25.01.2016-cı il tarixli, 2(001)-748/2016 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh-nə qarşı (üçüncü şəxs Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınma z Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi və Cavabdeh” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) “ipotekaya xitam verilməsi və mülkiyyət hüquqlarının bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə 17.11.2015-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında bağlanmış 21.02.2008-ci il tarixli ipoteka müqaviləsinə xitam verilməsi, onun Bakı şəhəri, Ünvan1 küçəsində yerləşən 17 saylı evin **** saylı mənzilinə mülkiyyət hüquqlarının bərpa olunması və müvafiq qeydin aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasi ya şikayətinin dəlilləri və tərəflərin izahatları: İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, 3-cü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin və Binəqədi rayon İcra şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən kassator Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 kassasiya şikayətini müdafiə edərək onunla əsaslandırmışdır ki, 1 saylı İnzibati İqtisadi Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2-1(81)****72/2016 saylı qərarı ilə müəyyən edilmişdir ki, tutmanın Bakı şəhəri, Ünvan1 küçəsində yerləşən 17 saylı evin **** saylı mənzilinə yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması qət olunmuş, buna görə də “xxxx” MMC-yə sifarişlə müraciət olunmuş və həmin məktubun surəti Cavabdeh-nə göndərilmiş və ünvan kimi ünvan1 Hərrac Mərkəzi” MMC Binəqədi rayon İcra şöbəsinə 23.10.2012-ci il tarixli məktubla müraciət edərək, əmlakın satılmadığını bildirib işi geri qaytarmışdır. Binəqədi rayon İcra şöbəsi tərəfindən ünvan Bakı şəhəri, Sarabski küçəsi, 657-ci məhəllə qeyd edilməklə Cavabdeh-nə 20.06.2014-cü il tarixdə məktub ünvanlayaraq mənzilin 55000 manat borc əvəzində qəbul edilməsini təklif etmişdir. Həmin məktubun banka çatdırılmasını təsdiq edən hər hansı sübut olmadan Binəqədi rayon İcra şöbəsi icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması barədə 22.09.2015-ci il tarixdə qərar qəbul etmişdir. Qərarın qəbul edilməsinə əsas mənzilin hərracda satılmaması ilə əlaqədar borc əvəzinə qəbul edilməsi ilə bağlı təklifə tələbkarın hərəkətsizlik etməsi qeyd edilmişdir. Qərarın surəti 22.09.2015-ci il tarixli məktubla Bakı şəhəri, Sarabski küçəsi, 657-ci məhəllə ünvanına Cavabdeh-nə göndərilmişdir. 2014-cü ilin aprel ayından etibarən isə Cavabdehnin ünvanı Bakı şəhəri, X3 küçəsi olsa da, Binəqədi rayon İcra şöbəsi və “xxxx” MMC tərəfindən həmin dövrdən sonra göndərilmiş məktubların ünvanı ünvan 5miş qərardan və hərracın keçirilməsindən məlumatı olmamış, bunu t əkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bankın qəbul edilmiş qərardan və hərracın keçirilməsindən xəbərsiz olması məhkəmə qətnaməsi ilə təsdiq edilmişdir və bu fakt digər məhkəmədə mübahisələndirilə bilməzdi. Lakin bu fakta əhəmiyyət verilməmiş, iddia tələbi təmin edilmişdir. Apellyasiya insitansiya məhkəməsi də qeyd edilən pozuntulara münasibət bildirməmiş, Binəqədi rayon məhkəməsinin göstərilən qətnaməsini qüvvədə saxlanmışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də o, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli qətnaməsinin ləğv edilməs i və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin 23 fevral 2011-ci il tarixli qərarının surətinə əsasən, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 1/5 saylı, 21.02.2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, müqaviləyə əsasən 21748 avro məbləğində əsas, 5583 avro məbləğində faiz borcu, 7963 avro məbləğində cərimə borcunun ödəniş gününə olan məzənnə ilə və 20 manat dövlət rüsumunun Cavabdeh-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsaiti borcun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra qalan məbləğin İddiaçı qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4933/2010 saylı, 27.12.2010-cu il tarixli icra sənədi üzrə icraata başlanılmış, “xxxx” MMC-nin 16.08.2011-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hes abatın surətinə əsasən Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzilin ilkin qiyməti 55000 manat müəyyən edilmişdir (səh. 10); Binəqədi rayon İcra Şöbəsinin 06.09.2011-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzilin hərraca çıxarılması “xxxx” MMC-yə sifariş olunmuşdur (səh. 12); “xxxx” MMC-nin 23.10.2012-ci il tarixli məktubunun surətinə əsasən 55000 manat məbləğində qiymətləndirilmiş İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzil hərracda satılmamış və iş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qaytarılmışdır (səh. 13); Binəqədi rayon İcra Şöbəsinin 05.12.2012-ci il tarixli məktubunun surətindən görün ür ki, Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzil açıq hərracda satılmadığından qiymətləndirici tərəfındən 55000 manat məbləğində borc əvəzində Cavabdeh MMC-yə təklif olunmuşdur (səh.14); Binəqədi rayon İcra Şöbəsinin 20.06.2014cü il tarixli məktubunun surətinə əsasən Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzil açıq hərracda satılmadığından qiymətləndirici tərəfindən 55000 manat məbləğində borc əvəzində Cavabdeh MMC-yə təkrarən təklif olunmuşdur (səh. 15); Binəqədi rayon İcra Şöbəsinin 18.06.2015-ci il tarixli məktubunun surətinə əsasən Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzil açıq hərracda satılmadığından qiymətləndirici tərəfindən 55000 manat məbləğində bor c əvəzində Cavabdeh MMC-yə təkrarən təklif olunmuşdur (səh. 16); Binəqədi rayon İcra Şöbəsinin 22.09.2015-ci il tarixli qərarının surətinə əsasən Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı binanın **** saylı mənzil açıq hərracda satılmadığından, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddəsinə əsasən mənzili borc əvəzinə qəbul etməsi üçün tələbkara təklif olunmuş, lakin tələbkar hərəkətsizlik edərək əmlakı qəbul edib-etməməsi barədə təklifə münasibət bildirmədiyindən icra sənədi icrasız məhkəməyə geri qaytarılmışdır (səh. 18). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iş üzrə 25 yanvar 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2008-ci il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi r ayonu Ünvan1 küçəsində yerləşən 17 saylı evin **** saylı mənzili üzərində olan ipotekaya xitam verilməsi və həmin mənzil üzərində İddiaçı mülkiyyət hüquqları bərpa edilməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair" **** oktyabr 2014-cü il tarixli qərarı; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 41.3, 43.8; MM-nin 317.1, 317.2, 319.5; MPM-nin 216-220, 227, 233, 242, 358 və 360-ci maddələri ilə əsaslandırılaraq qeyd edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Ünvan1 küçəsində yerləşən 17 saylı evin **** saylı mənzili hərraclar zamanı satılmamış, bundan sonra dəfələrlə ipoteka saxlayan Cavabdeh MMC-yə nəinki məlumat verilmiş, 55000 manat borcun əvəzinə qəbul olunması təklif edilsə də, sonuncu həmin mənzili əldə etməmişdir. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirmişdir. Lakin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kassatorun ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, apellyasiya şikayətinin dəlillərini, sübutları tam və hərtərəfli araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinay ət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, iş materialları ilə də müəyyən olunur ki, 2014-cü ilin aprel ayından etibarən Cavabdeh-nin ünvanı Bakı şəhəri, X3 küçəsi kimi müəyyən edilmiş olsa da, Binəqədi rayon İcra Şöbəsi və “xxxx” MMC tərəfindən göstərilən tarixdən sonra Cavabdeh-nə göndərilən məktublar Bakı şəhəri, Sarabski küçəsi, 657-ci məhəllə ünvanına göndərilmiş, Cavabdeh-nin qeyd edilən tarixdən sonra ünvanına göndərilmiş olan məktublardan, həmçinin icra edilməyən və ya qismən icra edilən icra sənədinin qaytarılması barədə qərardan xəbərsiz olması 1 saylı İnzibati İqtisadi Məhkəməsinin 05.08.2016-cı il tarixli, 21(81)-****72/2016 saylı qərarı ilə d ə müəyyən edilmişdir. Odur ki, həmin qərarla 2(001)4933/2010 saylı, 27.12.2010-cu il tarixli icra vərəqəsinin Binəqədi rayon Məhkəməsinə qaytarılması haqqında Binəqədi rayon İcra şöbəsinin 22.09.2015-ci il tarixli qərarının ləğv edilməsi qərara alınmışdır. Məhz 1 saylı İnzibati İqtisadi Məhkəməsinin 05.08.2016-cı il tarixli, 2-1(81)-****72/2016 saylı qərarı əsasında icra sənədi yenidən icraata qəbul edilməli və zəruri icra hərəkətləri yenidən həyata keçirilməlidir. Belə olan halda ipoteka müqaviləsinə xitam verilməsindən və borclunun mülkiyyət hüquqlarının bərpa edilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxsl ər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-in 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respub likası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassator Cavabdeh-nin ləğvedicisi Ə manətlərin Sığortalanması Fondunun kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassator Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət verilməklə mübahisəni n həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982ci il tarixli qərarı; “X2 qarşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-ci il tarixli 2(103)-****/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar