Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2740/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı n cavabdeh X2 qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8161/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh N qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 28 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2004-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı 11 dekabr 2003-cü il tarixli borc müqaviləsinin etibarsız sayılması tələbinə dair iddiası rədd edilmiş, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair qarşılıqlı iddiası isə təmin edilərək Cavabdeh İddiaçı xeyrinə 10.000 ABŞ dollarının ekvivalentində 49.000.000 manatın tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 avqust 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin, buna baxmayaraq N ondan 10.000 ABŞ dollarının (49.000.000 manat) tutulmasına dair m əhkəmənin yuxarıda göstərilən qətnaməsini qəsdən icra etmədiyinə görə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti etməkdə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. 2012-ci ildən başlayaraq tələb olunan borc Cavabdeh hissə-hissə tutulmağa başlanmış və 2019-cu ilin mart ayına kimi borcun ödənilməsi başa çatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin may ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-yə illik 12 faiz olmaqla qoyduğu 10.000 ABŞ dolları məbləğində əmanəti Cavabdeh təkidi ilə mənzilini ona satacağını vəd etdiyi üçün bank dan götürüb ona verməsini, lakin həmin münasibətlərinin notariatda borc müqaviləsi kimi rəsmiləşdirildiyini, sonuncunun mənzili ona satmaqdan imtina etməsinə baxmayaraq 10.000 ABŞ dollarını ona qaytarmamasını, nəhayət 16 ildən sonra həmin borcu ona hissə-hissə qaytarmasını, 2003-cü ildən borcun hissə - hissə qaytarılmasına başlandığı, 2015-ci ilin iyun ayına kimi keçən 11 il 7 ay ərzində hər il 1.200 ABŞ dolları olmaqla ona bu müddət ərzində əldən çıxmış fayda şəklində 13.900 ABŞ dolları məbləğində ziyan dəyməsini, 2015-ci ilin iyul ayından 2019-cu ilin mart ayına kimi keçən 3 il 9 ayın ərzində dividendlərdən məhrum olmaqla ona 1585 ABŞ dolları məbləğində, cəmi 15.485 ABŞ dolları məbləğində ziyan dəyməsini əsas göstərməklə Cavabdeh onun xeyrinə 15.485 ABŞ dollarının tutulmasına dair qətnam ə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdeh N qarşılıqlı iddia verərək 20 avqust 2004-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ondan cəmi 9800 manat (49.000.000 manat) tutulmalı olduğu halda əmək haqqından hissə-hissə cəmi 14.479,33 manatın, cəmi 4679,33 manatın artıq tutulmaqla cavabdeh İddiaçı onun hesabına varlanmasını əsas göstərməklə İddiaçı onun xeyrinə 4679,33 manatın tutulması və ona məxsus mənzilin qeydiyyat vəsiqəsinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5464/2019 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim: S.B.Mehrəliyev) iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə İddiaçı apellyasiya ş ikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən həmçinin N apellyasiya şikayəti vermiş və şikayətini qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmaqla qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5464/2019 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməs i qismən, ilkin iddiaya aid hissədə ləğv edilmiş, iddia həmin hissədə qismən təmin edilib Ndan İddiaçı xeyrinə 10.400 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə Nın apellyasiya şikayəti təmin edilməmiş, qətnamə qarşılıqlı iddia tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat İlkin iddia tələbi üzrə cavabdeh N qızı kassasiya şikayəti verərək qətnamənin əldən çıxmış faydanın iş üzrə ekspertiza təyin olunmadan şişirdilməklə tutulmasını, məhkəmə kollegiyasının hər iki iddia tələbi üzrə tam və hərtərəfli araşdırma aparmadan qətnamə qəbul etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına g öndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4024/20 saylı, 11 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – V.T.Həsənov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və İ.K.Dəmirov) kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin olunmasına dair hissədə ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8161/2020 saylı, 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 27 iyun 2019-cu il tarixli qətnaməsi qismən - ilkin iddiaya dair hissədə ləğv edilmiş və həmin iddianın qismən təmin edilərək N qızından İddiaçı Nin xeyrinə 4.333,33 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, ilkin iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə cavabdeh N qızı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin əldən çıxmış faydanın müəyyən olunmasına dair hissədə qanunun tələblərinə uyğun əsaslandırılmamasını və s. əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (21.1.) Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (21.2.) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassa siya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşə baxan Ali Məhkəmə tərəfindən işin yalnız ilkin iddia tələbinin təmin olunmuş hissəsində ləğv edilib yeni apellyasiya baxışına qaytarıldığından, apellyasiya instansiyası məhkəməsində işə yalnız həmin hissədə baxdığından, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi həmin hissədə yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbində Nın ondan aldığı 10.000 ABŞ dolları məbləğində pul vəs aitini uzun illər ərzində qaytarmaması nəticəsində 15.485 ABŞ dolları məbləğində fayda götürmək imkanından məhrum olmasını iddia etsə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı həmin iddiasının əsaslı olmasını sübuta yetirə bilməmişdir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə həmin hissədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinin tələblərinə uyğun həll edilməlidir. Mülki Məcəllənin 445-ci maddəsinə görə İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (445.1) Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (445.7) Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh Ndan 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edildiyi 20 avqust 2004-cü il tarixdən borcun qaytarılmasının başlanıldığı 2012-ci ilin aprel ayına kimi olan 8 il 8 ay (104 ay) üçün Ndan illik 5 faiz olmaqla 4.333,33 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Kollegiya cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 4.333,33 ABŞ dolları məbləğində ziyanın dəyməsi barədə apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq n ormalarının tələblərinə uyğun çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən qanun pozuntularına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh N qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8161/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2740/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2740/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver