Məhkəmə qərarları › İş №2(102)-2742/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2742/2019

19.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2742/2019 19.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim H.Mirzəliyev) iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi qismən təmin edilmiş, Cavabdeh 11931 ABŞ dolları məbləğdə əsas kredit borcu, 3082 ABŞ dolları məbləğdə faiz borcu və 20 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 15033 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb «xxxx» ASC-yə ödənilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən, 82.35 kv.metr ümumi, 59.47 kv.metr yaşayış, 22.88 kv.metr yardımçı sahəsindən ibarət 4 otaqlı, 32 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 45000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə ol unacaq vəsait hesabına Cavabdeh banka olan borcunun ödənilçəsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun Cavabdeh alınıb «xxxx» ASC-nin hesabına ödənilməsi, iş üzrə 50 manat məbləğdə ekspertiza xərcinin Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi xərclərinə dair 300 manat məbləğdə ekspertiza xərcinin Cavabdeh alınıb TES Group MMC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən Ə.Məcidov, hakimlər M.Əs ədli və İ.Quliyev) Mingəçevir Rayon Məhkəməsinin 01 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ Cavabdeh kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya insytansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə M ingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 11931 ABŞ dolları məbləğdə əsas kredit borcu, 3308 ABŞ dolları məbləğdə faiz borcu və 630 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 15869 ABŞ dolları borcun, məhkəmə qətnaməsi çıxarılan günədək hesablanacaq əlavə faiz borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulub «xxxx» ASC-nə ödənilməsi, ödəmənin Cavabdeh mülkiyyətində olan, Mingəçevir şəhərinin Ş.İ.Xətai küçəsində yerləşən 10 saylı evin 32 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracda satılması, açıq hərracda əldə olunmuş vəsait hesabına borcun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə ape llyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır. İş materiallarından göründüyü kimi iddiaçı ilə Cavabdeh arasında 06 iyun 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə iddiaçı illik 20%-lə, 48 ay müddətinə Cavabdeh 8000 manat məbləğində kredit vermişdir. Bu müqavilənin təminatı olaraq tərəflər arasında bağlanmış 06 iyun 2013-cü il tarixli ipoteka müqaviləsi ilə cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən binanın 4 otaqlı 32 saylı mənzilini ipotekaya qoymuşdur. Həmçinin iş material ından görünür ki, 09 sentyabr 2015-ci ildə tərəflər arasında 06 iyun 2013-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə əlavə razılaşma bağlanmışdır. Həmin razılaşmaya görə iddiaçı cavabdehə illik 20%-lə 48 ay müddətinə 8000 manat və illik 20%-lə 60 ay müddətinə 12600 manat kredit vermişdir. İş üzrə birinci instansiya məhkəməsi hər iki müqaviləni nəzərə almaqla cavabdehin bu müqavilələr üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmədiyi qənaətinə gəlmiş və qeyd edilən hallara əsasən iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətində iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 09 sentyabr 2015-ci il tarixli əlavə razılaşmanı imzalamadığını və həmin razılaşmada göstərilən krediti almadığını bildirmi ş və qeyd edilən hala əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Lakin işə apellyasiya baxışında baxan məhkəmə kollegiyası işin qanuni və əsaslı həlli üçün əhəmiyyət kəsb etməsinə baxmayaraq cavabdehin mübahisələndirdiyi hal üzrə hər hansı bir araşdırma aparmamış və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlamışdır. Cavabdeh q ətnamədən verdiyi kassasiya şikayətində apellyasiya şikayətində göstərdiyi eyni dəlilə istinad edərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu hal düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh k assasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 05 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar