Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2742/2023 25.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məhkəmə aidiyyəti, iş ümumi məhkəməyə aiddir) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlu və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dar iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1070/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət ə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əsas borcun əvəzi qismində 10.000 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 oktyabr 2021-ci il tarixdə cavabdehə 6 ay müddətində qaytarmaq şərti ilə 10.000 ABŞ dolları məbləğində pul vəsaitini borc olaraq vermişdir. Bununla bağlı cavabdeh öz xətti ilə qəbz yazaraq, onu imzalamışdır. Həmin qəbzdə cavabdeh göstərmişdir ki, borcu ödəmədiyi təqdirdə ona məxsus olan mərasim xidmət sexini iddiaçının adına qeydiyyata keçirəcəkdir. Cavabdeh hazırkı tarixədək borcunu ödəməmiş və öz öhdəliklərini icra etməmişdir. 21 sentyabr 2022ci il tarixdə cavabdeh yazılı qəbz təqdim edərək iddiaçıdan ona 2 ay müddətinə möhlət verməsini xahiş etmişdir. Lakin həmin müddət artıq sona çatmış, cavabdeh isə 10.000 ABŞ dolları məbləğində borcunu iddiaçıya ödəməmişdir. Buna görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.
4. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(125)-2170/2022 nömrəli, xx.xx.2022-c il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilmiş, cavabdehdən 8.000 ABŞ dolları məbləğində pul vəsa itinin ödəniş anına Azərbaycan manatı məzənnəsi ilə manat ekvivalentində və iddianın təmin edilmiş hissəsinə münasib olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 112,8 manat pulun iddiaçının xeyrinə tutulması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
5. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-1070/2023 saylı, 19 aprel 2023-cü il tarixli qərardadı ilə (hakimlər – A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), A.V.Bayramov və R.Z.Mamedov) apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, mülki işin məhkəmə aidiyy əti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
7. Apellyasiya instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, hazırkı mülki iş üzrə hər iki tərəf sahibkarlıq fəaliyyətinin subyektləridir və tərəflər arasında yaranan hüquq münasibəti sahibkarlıq fəaliyyəti əsasında yaranmışdır. Belə ki, iddiaçı cavabdehi müvafiq xammal ilə təmin etmiş, cavabdeh isə bu xammaldan istifadə edərək gəlir əldə etməklə müvafiq fəaliyyətini davam etdirmişdir.
8. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 24.1, 31.1, 32.1, 32.2, 32.3, 151-ci maddələrinə, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında ya ranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar deyil. Məhkəmə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyi halda, yalnız onun subyektiv mülahizələri əsasında işin kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarmaqla prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə etirazın dəlilləri
11. Kassa siya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
12. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
13. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.
14. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
16. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. MPM-in 26.1-ci maddəsinə əsasən məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələri kommersiya məhkəmələrinə aid etmişdir. 18. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müv afiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birini n deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).
19. Nəzərə alınmalıdır ki, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirak ı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar (bənd 26).
20. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan, onların qanunsuz sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmələr nəzərə almalıdır ki,...fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin həyata keçirdiyi qanunsuz sahibkarlıq fəaliyyəti aidiyyəti üzrə inzibati və cinayət məsuliyyəti yaratdığından, habelə həmin fəaliyyətdən irəli gələn hüquq və qanuni mənafelərin müdafiəsinə dövlət təminat vermədiyindən bu fəaliyyətindən irəli gələn mübahisələrə onların sahibkarlıq xarakteri nəzərə alınmadan, ümumi məhkəmələrdə baxılmalıdır. Beləliklə, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxsl ərin iştirakı ilə olan mübahisələrin kommersiya məhkəmələrində baxılması imkanı yalnız bu Qərarın 26-cı bəndində qeyd edilən iki halla məhdudlaşacaqdır (bənd 27).
21. Baxılan iş üzrə iddiaçı fərdi sahibkar (VÖEN: **********) olsa da, cavabdeh fiziki şəxsdir. Onun fiziki şəxs kimi sahibkarlıq subyekti (fərdi sahibkar) olması barədə iş materiallarında sübut (məlumat) yoxdur.
22. Cavabdeh kommersiya hüquqi şəxsi olan “Tengiz” firmasının təsisçisi olsa da, hazırkı mübahisə üzrə, o, həmin firmanın təmsilçisi (təsisçisi) qismində deyil, fiziki şəxs olaraq, cavabdeh qismində cəlb edilmişdir. Belə ki, iddiaçı cavabdehin ondan sadə yazılı qəbz əsasında borc aldığına, hal-hazırda da borcunun bir qismini qaytarmadığına əsaslanaraq cavabdehdən pul tələb edir. Eyni zamanda hazırkı mübahisəni korporativ mübahisələrə aid etmək üçün də heç bir əsas yoxdur.
23. Hazırkı mübahisə o halda kommersiya mübahisəsi hesab edilə bilərdi ki, iddiaçı bu tələbi cavabdehə qarşı deyil, “Tengiz” firmasına qarşı qaldırmış olardı. Bu baxımdan hətta əgər hazırkı işə mahiyyəti üzrə baxılması nəticəsində məhkəmə əslində iddiaçının tələb etdiyi borc məbləğinin cavabdehə deyil, onun təsisçisi olan hüquqi şəxsə verildiyini müəyyən edərsə, onda mübahisəyə əsl olmayan cavabdehə qarşı qaldırılmış iddia tələbinə aid qaydaları tətbiq etməlidir.
24. Beləliklə, mülki prosessual qanunvericiliyin aidiyyət qaydalarını tənzimləyən normaları baxımından mövcud vəziyyətdə iş kommersiya mübahisəsi hesab edilə bilməz. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin normaların tələblərini pozaraq belə qənaətə gəlmişdir ki, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsində baxılmalıdır.
25. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1070/2023 saylı, 19 aprel 2023-ci il tarixli qərardadı ləğv olunsun və iş baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.