Məhkəmə qərarları › İş №2(102)-2744/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2744/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2744/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia qaldırmaq üçün subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, iddiaçı X2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2680/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Nərimanov RPİ-si İŞ-nin müstəntiqi X6 27 noyabr 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxs X12 zərərçəkmiş şəxs Cavabdeh vurmuş olduğu 28115,63 manat məbləğində maddi ziyanın müqabilində 16 noyabr 2020-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsində anası X2 vasitəsilə Cavabdeh 4800 manat və 10200 manat ekvivalentində 6000 ABŞ dolları olmaqla cəmi 15000 manat ödəniş etmişdir

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli e-2(006)2042/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X7 xeyrinə mənəvi zərərə görə 500 manat pulun tutularaq verilməsi qət edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsin in Mülki Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli 2(103)-6522/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(006)-2042/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən - maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməməsi, qətnamənin apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

4. X5 və X1 Asya Qasım qızına maddi ziyan kimi vurulmuş 28115,63 manat puldan 15.000 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdə ödəmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-107/2021 saylı qərarına əsasən təqsi rləndirilən şəxs X7 AR CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət işinin icraatına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılaraq X12 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxs X12 barəsində cinayət işinin icraatına xitam verilmişdir.

5. Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə istintaq olunan 20006637 nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməsi barədə qərarı xx.xx.2022-ci il tarixdə r ayon prokurorluğu tərəfindən ləğv edilərək istintaqın davam etdirilməsinin təmin edilməsi üçün Nərimanov RPŞ-in İŞ-nə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı X5 Cavabdeh (bundan sonra cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz əldə edilən 15.000 manat məbləğində pulun və 135 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Rahib Əliyev tərəfindən iddiaçının oğlu - X8 Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi ilə qanunsuz olaraq cinayət məsuliy yətinə cəlb etmişdir. Buna səbəb Cavabdeh məxsus tikinti materialları mağazasında əmək müqaviləsi üzrə satıcı işləyən zaman ona etibar edilmiş əmlakı oğurlayaraq talan etmiş və bu hərəkətləri ilə cavabdehə 26.498,13 manat məbləğində ziyan vurmuşdur. İşin hallarından müəyyən olunur ki, Asya Əsgərovanın şikayəti üzrə Nərimanov rayon Polis İdarəsində dəfələrlə araşdırmalar aparılmış, lakin Araz Nağıyevin əməlində nə oğurluq, nə mənimsəmə, nə də ki dələduzluq faktı təsdiq edilmədiyi üçün cinayət işinin başlanması hər dəfə rədd edilmişdir. Belə ki, Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Elfanə Bayramovanın xx.xx.2018-ci il tarixli qərarı ilə, mənimsəmə faktı təsdiq edilmədiyi üçün Asiya Əsgərovanın şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov Rayon Prokurorunun 24 iy un 2019-cu il tarixli qərarı ilə həmin qərarı ləğv edilmiş, iş təkrar istintaqa qaytarılmışdır. Nərimanov PRİ-nin müstəntiqi Elnur Məmmədovu 18 mart 2020-ci il tarixli qərarı ilə cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov rayon prokurorunun 12 noyabr 2020-ci il tarixli qərarı Elnur Məmmədovun 18 mart 2020-ci il qərarı əsassız olaraq ləğv edilmiş, oğurluq faktı üzrə AR CM-nin 177.2.4-cü maddəsi ilə qondarma cinayət işi başlanmışdır. Həmin işi icraatına qəbul etmiş müstəntiq Rahib Əliyev tam qanunsuz olaraq Araz Nağıyevi Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmiş və onu həbs edərək Nərimanov RPİ-nin MSY-nə yerləşdirmişdir. Araz Nağıyev həbsdə olduğu zaman müstəntiq iddiaçıya qızına zəng edib, oğlunu həbs etdiyin i və təcridxanaya yerləşdirdiyini bildirmiş, yalnız 26.498,13 manat zərərin ödənildiyi halda onu həbsdən azad edə biləcəyi ilə hədələmişdir. İddiaçı bildirir ki, bir ana kimi o bu xəbərdən vahiməyə düşmüş, işin hallarına varmadan qohumlarından 15.000 manat pul yığıb, həmin pulları müstəntiqə çatdırmışdır. Müstəntiq protokol tərtib etməklə həmin pulları cavabdeh (“zərərçəkmiş şəxs") Asiya Qasımovaya təqdim etmişdir və dərhal oğlunu həbsdən azad etmişdir. İstintaqın sonrakı mərhələsində Araz Kazımova verilmiş ittiham təsdiq edilməmiş və cinayət işinə bəraətverici əsaslar ilə xitam verilmişdir. Müəyyən olunmuşdur ki müstəntiq Rahib Əliyev qondarma sübutlar üzrə tamamilə qanunsuz olaraq Araz Nağıyevi cinayət məsuliyyətinə cəlb edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1( 005)-107/2021 saylı qərarı ilə qondarma cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmışdır, müstəntiq və prokuror barəsində xüsusi qərar çıxarılmışdır. Məhkəmə tərəfindən cinayət işi istintaqa qaytarıldıqdan sonra o, Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Hüseynovun icraatına verilmişdir. Araz Nağıyevin əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün müstəntiq Ceyhun Hüseynovun 05 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işinin icraatına bəraətverici əsaslar üzrə xitam verilmişdir. Nərimanov RPİ-nin istintaq şöbəsinin qanunsuz əməlləri nəticəsində Araz Nağıyevə maddi və mənəvi ziyan vurulmuşdur. Oğlunun təqsirini sübuta yetirə bilmədiyi halda, yəni hər hansı hüquqi əsas olmadan müstəntiq iddiaçıdan 15.000 manat pul alıb pr otokol üzrə cavabdehə təhvil vermişdir. Maddi və mənəvi ziyan bilavasitə istintaq orqanının qanunsuz əməlləri nəticəsində vurulduğu üçün oğlu Araz Nağıyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi verib, ona vurulmuş mənəvi və 15.000 manat məbləğində maddi ziyanın dövlət büdcəsindən ödənilməsini tələb etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2042/2022 saylı qətnaməsi ilə mənəvi ziyanın ödənilməsi hissəsində Araz Nağıyevin iddia tələbi qismən təmin edilmişdir, lakin 15.000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6522/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və qətnamə qanuni qü vvəyə minmişdir. 15000 manat məbləğində maddi ziyanın dövlət büdcəsindən ödənilməsi hissəsində Araz Nağıyevin iddia tələbini rədd edən məhkəmələr, bunu belə əsaslandırmışlar ki, göstərilən pullar Araz Nağıyeva məxsus olmamış və tərəfindən təqdim edilməmiş, bu səbəbdən o həmin pulları geri tələb etmək hüququna da malik deyil. Maddi ziyana məruz qalan və ziyanın ödənilməsini tələb etmək hüququna (subyektiv hüquq) malik olan şəxs X3 məxsusdur. Lakin bu halda cavabdeh subyekt kimi dövlət orqanı deyil, pulları əldə etmiş Cavabdeh çıxış etməlidir. Göründüyü kimi Cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının 15.000 manat pulunu qanunsuz əldə etmişdir və mülki qanunvericiliyin tələblərinə görə əsassız əldə etdikləri pulları öz sahibinə geri qaytarmalıdır.

8. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı etiraz təqdim edərək edərək, etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı qarşı sonuncuya maddi ziyanın vurulması ilə nəticələnmiş hər hansı mülki hüquq pozuntusuna (deliktə) yol verməmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində Cavabdeh yol verdiyi delikt göstərilməmiş və əsaslandırılmamışdır. Əksinə iddiaçı tərəfindən qeyd edilmiş işin faktiki hallarından görünür ki, iddiaçıya oğlu barəsində cinayət işi üzrə istintaqı aparan müstəntiq tərəfindən zəng edilmiş, onun oğlunun həbs edildiyi və təcridxanaya yerləşdirildiyi, zərərin ödəniləcəyi halda oğlunun həbsdən azad ediləcəyi bildirilmişdir. Göründüyü kimi iddiaçının ona iddia etdiyi maddi ziyanı təşkil edən pul vəsaiti Cavabdeh tərəfindən deyil, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Əliyev Rahib tərəfindən həmin dövrdə istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan müqabilində alınaraq zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh verilmişdir. Belə olan halda Cavabdeh tərəfindən hansısa mülki hüquq normasını pozmaqla iddiaçıya maddi ziyan vurması birmənalı şəkildə istisna edilir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-620/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbi təmin edilmiş, Cavabdeh 15000 pul vəsaiti və 135 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, ca vabdeh heç bir hüquqi və ya müqavilə əsası olmadan 15000 manat məbləğində pul vəsaitini əldə etmişdir.

11. Məhkəmənin qənaətinə görə iddiaçının mübahisəli pul vəsaitini cavabdehə verməsi üçün əsas olmuş cinayət işinə xitam verilməsi ilə cavabdehin iddiaçıdan pul vəsaiti əldə etməsinə səbəb olmuş hüquqi əsas aradan qalxmışdır. Bu baxımdan Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə əsasən varlanmış şəxs kimi cavabdehin əldə etdiklərini məhrum olan iddiaçının tələbi ilə ona qaytarmaq vəzifəsi yaranmışdır. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası olmadan 15000 (on beş min) manat məbləğində pul vəsaitini əldə etmişdir.

12. Cavabdehin “15000 manat məbləğində ziyanın dəyməsini sübuta yetirilmədiyi” barədə etirazının dəlilinə münasibətdə məhkəmə qeyd etmişdir ki, hazırda mübahisəl əndirilən məbləğin digər əsaslarla tələb edilməsi imkanı mövcud olmuşdur. Bundan başqa, həmin ziyanın iddiaçının oğlu A.Nağıyevə dəyməsi sübuta yetirilməmişdir. Göründüyü kimi, hazırda iddia tələbinin dəlilləri əsassız varlanma ilə bağlı qanunvericilik müddəalarının dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən də məhkəmə bildirmişdir ki, cavabdehin etirazının dəlilləri öz təsdiqini tapmadı.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 439.4, 1091.1, 1091.2, 1092.1-ci; Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təqdim edərək, şi kayəti birinci instansiya məhkəməsində təqdim etdiyi etirazın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, mübahisələndirilən qətnamədən göründüyü kimi birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1095-ci maddəsini tətbiq etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsasını tərəflər arasında əsassız varlanmadan irəli gələn münasibətlərlə əlaqələndirsə də, əsassız varlanma nəticəsində qaytarma tələbini tənzimləyən Mülki Məcəllənin 1093.1-ci maddəsini tətbiq etməmişdir. Halbuki, işin faktiki halları məhz bunu etməyi tələb edirdi. hazırkı iş üzrə iddiaçı qismində çıxış edən məhrum olana vermiş olduğu 15.000 manat pul vəsaitini geri almaq hüququ artıq həmin vaxt məlum idi və ya məlum olmalı idi. Yəni iddiaçı öz tələbini əsassız varla nma ilə əlaqədar hüquq normalarına istinad edərək əsaslandırdığından və birinci instansiya məhkəməsi də bu qənaətə gəldiyindən, MM-in 1095-ci maddəsi ilə nəzərdə tutulmuş 2 illik müddətin keçib-keçməməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalı idi. Faktiki olaraq bu müddətin axımı iddiaçının öz mövqeyini nəzərə alınsa, həmin vəsaitin ödənildiyi gündən, yəni xx.xx.2020-ci ildən yaxud ən geci Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etdiyi tarixdən, xx.xx.2021-ci ildən başlamışdır. Belə olan halda isə məhrum olan əsassız varlanma obyekti kimi verdiyini iddia etdiyi 15.000 manat pul vəsaitini ən geci 2 il müddətində, yəni yuxarıda qeyd edilən tarixlərə müvafiq olaraq xx.xx. 2022-ci il tarixə yaxud xx.xx.2023-cü il tarixə qədər qaytarılmasını tələb etməli idi. Mülki iş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsi birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Beləliklə, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvəsini itirmişdir. Hesab edir ki, rayon məhkəməsinin mövqeyi əsassızdır. Əvvəla, Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə istintaq olunan 20006637 nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPMin 39.1.2-ci maddəsinin tələbinə əsasən xitam verilməsi barədə qərarı xx.xx.2022-ci il tarixdə rayon prokurorluğu tərəfindən ləğv edilərək istintaqın davam etdirilməsinin təmin edilməsi üçün Nərimanov RPŞ-in İŞ-nə gön dərilmiş, yəni cinayət işi üzrə istintaq davam edir. Həmin cinayət işi üzrə onlar mülki iddiaya dair tələb də vermiş, cavabdehə vurulmuş maddi ziyana görə 21.549 manatın tutulmasının təmin edilməsini xahiş etmişlər. Bundan əlavə və ən əsası iddiaçının oğlunun həmin cinayət işi üzrə təqsirli bilinməsə belə bu, onun cavabdeh qarşısında mülki məsuliyyətini istisna etmir. Belə ki, iddiaçının oğlu cinayət əməli törətməsə belə, mülki hüquq pozuntusu törətdiyindən cavabdeh qarşısında delikt törətmiş şəxs kimi mülki hüquq məsuliyyəti daşımaqda davam edir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2680/2024 nömrəli 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-620/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh Asya Əsgərovanın əməli iddiaçını verdiklərinin müqabilində gözlənilən məqsədə tam uyğun olmuşdur ki, bu da öz növbəsində MM-in 1093.1-ci maddəsinin dispozitiv şərti baxımından İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs olan Cavabdeh verdiklərini əsassız varlanma qaydasında tələb etməsini istisna edir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddi açının tələbinin yeganə əsası, yəni oğlu A.Nağıyev barəsində olan cinayət işi üzrə icraata xitam qərarı rayon prokurorunun qərarı ilə ləğv edilmiş və həmin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Başqa sözlə, iddia ərizəsi verilən zaman onun yeganə əsası aradan qalxmış, mövcud deyildir.

18. Belə ki, cavabdehin iddiaya etirazının həmin dəlili öz-özlüyündə İddiaçı hazırkı tələbinin yeganə əsasını aradan qaldırmaqla iddianın təmin olunmasını istisna edir. Çünki iddiaçı tələbində yeganə əsas kimi oğlu barəsində olan cinayət işinin icraatına xitam verilməsinə istinad etmişdir, lakin işin müəyyən olunmuş halı isə ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixində iddiaçının oğlu A.Nağıyevin AR CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsi barədə Nərimanov RPİ-də istintaq olunan **** ***** saylı cinayət işi üzrə müstəntiqin xx.xx.2022-ci il tarixli qərarı rayon prokurorluğu tərəfindən əsassız və qanunsuz hesab edilərək ləğv edilmiş və cinayət işinin icraatı təzələnmiş, iş üzrə istintaqı hal-hazırda davam etdirilir.

19. Bundan başqa məhkəmə kollegiyası qətnamədə qeyd etmişdir ki, həmin cinayət işi üzrə zərərçəkmiş Cavabdeh təqsirləndirilən şəxs A.Nağıyevə qarşı mülki iddia verərək ondan cəmi borclu olduğu 36549 manatın xx.xx.2020-ci il tarixində zərərin əvəzinin bir hissəsi kimi ödədiyi 15.000 manatı çıxmaqla, qalan 21549 manatın tutulmasını tələb etmişdir. Belə olan halda iddiaçı qeyd edilən cinayət işi üzrə təqsirləndirilən şəxsin əvəzindən zərərçəkmiş şəxsə ödədiyi vəsaiti cavabdehdən nəinki əsassız varlanma qaydasında, ümumiyyətlə, hər hansı başqa əsasla da tələb et mək üçün subyektiv hüquqa malik deyildir.

20. Bununla belə, məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin cinayət işi üzrə yekun qərar qəbul edildikdən sonra məhz mübahisələndirilən öhdəliyin tərəfi olan və hazırda AR CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs A.Nağıyev cinayət işi üzrə qəbul olunacaq yekun qərardan və ona qarşı həmin cinayət işi üzrə verilmiş mülki iddianın həllindən asılı olaraq, yəni cinayət işi üzrə bəraətverici əsaslarla qərarın qəbulu və mülki iddianın təmin olunmaması halında təqsirləndirilən şəxsin əvəzindən xx.xx.2020-ci il tarixində zərərçəkmiş şəxs Cavabdeh hazırkı iddiaçı tərəfindən ödənilmiş 15.000 manatın (əsassız varlanma qaydasında) tələb etmək hüququ əldə edə bilər.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1, 431.2, 4 31.3, 1091.1, 1091.2, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 385.1-ci maddələrinə və Ali Məhkəmənin 2(102)-3297/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müstəntiq ilə əlbir olaraq həmin pulları qanunsuz yolla (şantaj) tələb etmiş və öz istəyinə nail olmuşlar. Mülki Məcəllənin 1093.1-ci maddəsində isə könüllü surətdə verilən əmlakdan b əhs edilir. Bundan başqa qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, istintaq orqanlarının hərəkətləri qanunsuz olmuşdur və bu səbəbdən Araz Nağıyevin mənəvi ziyanın ödənilməsi hissəsində iddiası təmin edilmişdir. Cinayət işinə xitam verilməsi barədə Nərimanov RPİ-nin İŞ-nin 05 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə nə Araz Nağıyevə nə də ona heç bir məlumat verilməmiş, bu barədə birinci instansiya məhkəməsində işə baxılan zaman məlumat əldə etmişlər. Bundan başqa qeyd edilmişdir ki, ibtidai istintaq orqanında cinayət işinin olub-olmaması mülki işə baxan məhkəmə üçün heç bir əhəmiyyət kəsb etmir və bu əsasla iddianın rədd edilməsi qanunsuz olmuşdur. Yekunda qeyd edilmişdir ki, işə baxan apellyasiya məhkəməsi işin faktiki hallarına münasibətdə maddi və prosessual hüquq normalarını düzgün təfsir və tətbiq etməmişdir. Kassasiya şikayəti MPM-nin 15.2 82.3, 254.1.4-ci maddələrinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir.

26. Maddə 431.2. Kreditor üçüncü şəxsin tə klif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər.

27. Maddə 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir.

28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya s onralar aradan qalxmış əsasa söykənir.

30. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər;

31. Maddə 1093.2.1. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;

32. Maddə 1093.2.2. Əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etm əlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

42. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiya sı qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətin in dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli 2(103)2680/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar