Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2748/2023 12.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: ümumi əmlakdan istifadəyə yaradılmış maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" MTK) liftdən istifadəyə maneənin aradan qaldırılması və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2108/2023 nömrəli iş üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh in kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Mübahisə Bakı şəhəri Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsi 668-ci məhəllə 23 nömrəli çoxmənzilli binanın 2-ci girişindəki liftlə (sərnişin lifti ilə) bağlıdır.
2. Bina 19 mərtəbəli, 2 girişlidir, "xxxx" MTK-nın idarəçiliyindədir.
3. Binanın 2-ci girişində 2 lift var. Onlardan biri yük lifti, digəri isə sərnişin liftidir. Yük lifti köhnə, sərnişin lifti isə yenidir. Sərnişin lifti də əvvəl köhnə olub, 2022-ci ildə yenisi ilə əvəz edilib.
4. Yeni lift cavabdehin sifarişi əsasında quraşdırılıb.
5. İddiaçı həmin binanın 2-ci girişində yerləşən 110 nömrəli mənzilin mülkiyyətçisidir.
6. Yeni liftə (sərnişin liftinə) cavabdeh tərəfindən kartla işləyən kilid quraşdırıl ıb. Kartı olmayan şəxslərin, o cümlədən iddiaçının və onun ailə üzvlərinin yeni liftdən (sərnişin liftindən) istifadəsinə imkan verilmir. Onlar köhnə liftdən (yük liftindən) istifadə etməyə məcbur olublar. Bu səbəbdən hazırkı mübahisə yaranıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda inşa edilmiş çoxmənzilli binada cavabdehin digər sahə mülkiyyətçilərinin ümumi əmlakı olan liftdən istifadəsinə yaratmış olduğu bütün qadağa və maneələrin qanunsuz hesab edilməsi, həmin binada cavabdeh tərəfindən liftdən istifadə edilməsi üçün tətbiq edilən kilid sisteminin qanunsuz hesab edilməsi və ləğv edilməsi öhdəliyinin onun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş et mişdir.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim A.İbadzadə) 2(006)-3879/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti vermişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2108/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin olunaraq, liftə tətbiq edilmiş kilid sisteminin cavabdeh tərəfindən və onun öz hesabına ləğv edilməsi, həmin liftdən digər şəxslərin i stifadəsinə maneə yaradılması cavabdehə qadağan edilməsi qət edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Tərəflərin izahatından və şahidlərin ifadəsindən müəyyən olunur ki, yeni lift (sərnişin lifti) cavabdehin təşəbbüsü ilə quraşdırılıb. Yaşayış binasındakı sahə mülkiyyətçilərinin bir hissəsi yeni liftin quraşdırılması üçün pul ödəyib, bir hissəsi isə ödəməyib. Pul ödəyən şəxslərə liftdən istifadə üçün kart verilib, pul ödəməyən şəxslərə isə kart verilməyib, ona görə də kartı olmayan mülkiyyətçilər və onların ailə üzvləri yeni liftdən istifadə edə bilmirlər. Pul ödəyən şəxslər şahid qismində dindirilərkən bildiriblər ki, hər biri 1.000 manat ödəyib. Lakin liftin əldə edilməsi və quraşdırılması üçün ümumilikdə nə qədər xərc çəkilməsi barədə sübut (ö dəniş sənədi və s.) məhkəməyə təqdim edilməyib. İddiaçı məhz bu hala istinad edərək bildirir ki, hər hansı sübut (ödəniş sənəd və s.) təqdim edilmədən sakinlərdən pul tələb edilməsi, tələb edilən pulu ödəməyən sakinlərin liftdən istifadəsinə maneə yaradılması qanunsuzdur. Məhkəmə qeyd edir ki, yeni liftin kimin təşəbbüsü və ya kimin maliyyə vəsaiti ilə quraşdırılmasından asılı olmayaraq, liftdən digər şəxslərin (binada yaşayan və ya orada yaşamayan, lakin binaya gələn şəxslərin) istifadəsinə maneə yaradılması Mülki Məcəllənin tələblərinə ziddir. Belə ki, lift ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin his səsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Oxşar məzmunlu göstəriş Mülki Məcəllənin 231.1.3-cü maddəsində də müəyyən olunub. Hər hansı şəxsin, o cümlədən sahə mülkiyyətçilərindən birinin və ya bir neçəsinin öz təşəbbüsü və maliyyə vəsaiti ilə yeni lift quraşdırması liftin həmin şəxslərin mülkiyyətinə keçməsi ilə nəticələnmir. Belə halda da lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti sayılır. Yeni lift üçün maliyyə vəsaiti sərf etmiş şəxs Mülki Məcəllənin 10871090-cı maddələrində müəyyən edilmiş əsaslar olduğu təqdirdə “özgə işlərini tapşırıqsız aparan şəxs” hesab oluna bilər və o, çəkdiyi xərcin əvəzinin (öz payından artıq olan hissənin əvəzinin) ödənilməsini müvafiq sübutl ar təqdim etməklə digər sahə mülkiyyətçilərindən tələb edə bilər. Beləliklə, lift binanın sahə mülkiyyətçilərinin ümumi mülkiyyəti olduğuna görə cavabdeh tərəfindən liftə kilid sisteminin tətbiqi iddiaçının (sahə mülkiyyətçisinin) mülkyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib. Lakin qətnamə ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi işə baxarkən cavabdehi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar etməyib. Mülki-Prosessual Məcəllənin 387.2.2-ci maddəsinə görə, belə halda şikayətin dəlillərindən asılı olmayaraq qətnamə l əğv olunur. Bu hal apellyasiya şikayətinin dəlillərindən birini təşkil etdiyinə görə, qətnamənin ləğv edilməsi ilə apellyasiya şikayəti qismən təmin olunmuş sayılır.”
12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231.1.3-cü, Mənzil Məcəlləsinin 35.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.
14. Kassasiya şikayətinin dəlillərinə görə, hakim qəsdən mənzil mülkiyyətçilərinin hüquqlarını tapdalamaqla, binada baxış keçirmədən və hər iki lift üzrə araşdırma aparmadan, tez-tələsikli qanun suz və əsassız qətnamə qəbul etmişdir. 2022-ci ildə liftin biri istismara yararsız olduğu üçün, sakinlər Xudaverdiyevin, Şıxnəbiyevin, Qarayevin, Məmmədovun, Rüstəmovun, Zeynallının və bütün podyezdin sakinləri tərəfindən imkan dairəsində kömək edilərək, iki liftin biri tam yararsız vəziyyətə düşdüyü üçün dəyişdirilərək, kartla istifadəyə verilmişdir. Fu faktlar sənədlərlə, sübutlarla və sakinlərin izahatları əsasında məhkəmədə sübuta yetirilsə də, həqiqətən liftin cavabdehin öz hesabına alınması məhkəmə gedişində əlavə sənədlərlə məhkəməyə təqdim edilsə də, Bakı Apellyasiya Məhkəməsinin hakimi qətnamənin axırıncı səhifəsində liftin cavabdeh tərəfindən alınması barədə sübutların təqdim edilməməsini qəsdən göstərməklə, sübutları məhkəmə gedişində təhrif etməklə, qanunsuz olaraq qətnamə qə bul etməklə, onlarla sakinin zəhmətini nəzərə almayaraq, iddiaçının əvəzinə məhkəmədə vəkillik etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi İİİ. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin h eç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 17. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Kon vensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Maddə 227.1. Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzə milər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələb ləri nəzərə alınmaqla müəyyən edilir; Maddə 36.1. Çoxmənzilli binada olan sahənin mülkiyyətçisinin həmin çoxmənzilli binada ümumi əmlaka ümumi mülkiyyət hüququnda payı onun sahəsinin ümumi sahəsinə mütənasibdir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan f aktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasını n yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
27. Məhkəmə kollegiyası bildirir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni, əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir.
28. Əşya ümumi mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilmədən - birgə mülkiyyət (misal, nikahda olan ərlə arvadın mülkiyyəti) və ya paylar müəyyənləşdirilməklə - paylı mülkiyyət (misal, yaşayış binasının tərkib hissəsinə olan paylı mülkiyyət) formalarında ola bilər. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir.
29. Kassasiya şikayətinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasın ı yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır.
30. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2108/2023 nömrəli mülki iş üzrə 14 aprel 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə m