Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2749/2020 29.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh x1 qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019-cu il tarixli, 2(106)1069/2019 nömrəli qətnaməsindən İddiaçı qızının kasasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh bir gə nikahları dövründə anadan olmuş 04 dekabr 2006 cı il təvəllüdlü X1 və 19 aprel 2009 cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay bir uşağa 154 manat olmaqla cəmi 308 manat həddə aliment pulunun və 10.04.2009 cu il təvəllüdlü X2 əqli xəstəliyinin müalicə xərcləri üçün hər ay 80 manat pulun tutularaq ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,Hacıqabul rayon məhkəməsinin 02 avqust 2016cı il tarixli, 2(071)-982/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 04 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 19 aprel 2009-cu il tarixdə anada n olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir.(hakim Həmid Novruzov) Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1069/2019 saylı, 28 mart 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-410/2018 saylı, 08 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilərək, Hacıqabul rayon məhkəməsinin 02 avqust 2016-cı il tarixli, 2(071)-982/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 04 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 19 aprel 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh x1 hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi ayda 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. (hakimlər Mirzə Mirzəyev (sədrlik edən və məruzəçi) Qəzənfər Kərimov, Zəki Babayev) İddiaçı İddiaçı və vəkili Vəkil kasasiya şikayəti verərək,Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.03.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi Hacıqabul rayon məhkəməsinin 02 avqust 2016–cı il tarixli, 2(071)-982/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 04 dekabr 2006-cı il tarixdə anadan olmuş X1 və 19 aprel 2009-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay bir uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimenti n tutulub iddiaçıya verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etmişdir. Belə ki, artıq 9 ildir ki, iddiaçı öz şəxsi əşyalarını sataraq xəstə oğlunun xərclərini qismən olaraq da qarşılayır cavabdeh isə ata kimi uşağının xəstəliyi ilə maraqlanmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də,tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məc əllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı qızının kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi 10.04.2009 cu il təvəllüdlü X2 əqli xəstəliyinin müalicə xərcləri üçün hər ay 80 manat pulun tutulması hissəsində iddianı rədd, alimentin artırılması hissəsində qismən təmin etməklə hər uşağa 120 manat aliment müəyyən edib. İddiaçı bundan apelyasiya şikayəti verməyib. Hazırda kassasiya şikayətində iddiaçı yalnız alime ntin artırılmış məbləğinin120 manat olmasını xahiş etdiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyasının qətnaməsini şikayət həddində – yalnız hər uşaq üçün alimentin məbləğinin 90 manat müəyyən edilməsi hissəsində yoxlayır. İddiaçı tələbində Hacıqabul rayon məhkəməsinin 02 avqust 2016-cı il tarixli, 2(071)982/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşaq üçün 90 manat alimentin məbləğinin artırılaraq, hər uşaq üçün 154 manat olmaqla, cavabdehdən ümumilikdə 308 manat alimentin və bir uşağın əqli xəstəliyinin müalicə xərcləri üçün hər ay 80 manat pulun tutulmasını xahiş etmişdir. Tələbinin faktiki əsası kimi 90 manat alimentin bir uşağın maddi tələbatını ödəməməsinə, cavabdehin isə bundan artıq hər hansı maddi yardım etməməsinə, hüquqi əsası kimi isə Ailə Məcəlləsinin 75, 78.1 v ə 112.1-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, alimentin miqdarını artırmış və bir uşaq üçün aliment məbləğini 120 manat müəyyən etmiş, qalan hissədə iddianı rədd etmişdir. Barəsində şikayət verilən qətnamədən isə görünür ki, apelyasiya məhkəməsi iş materiallarına əsasən cavabdehin 120 manat alimenti ödəməyə imkan verən gəlirləri ilə bağlı iddiaçının sübut təqdim etməməsini, cavabdehin məşğulluq mərkəzində iş axtaran kimi qeydiyyatda durması, yeni nikaha daxil olmaqla həmin nikahdan bir nəfər uşağının olmasını müəyyən edərək, qətnaməni alimentin miqdarı hissəsində dəyişdirmiş, alimentin miqdarını hər uşaq üçün 100 manat təyin edilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də Ailə Məcəlləsinin 78.2-ci, Mülki Prosessual Məcllənin 218.1-ci mad dələri ilə əsaslandrımışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi yetkinlik yaşına çatmamış uşaqlara təyin edilmiş alimentin miqdarının artırılması barədədir. Cavabdehin xeyrinə aliment tələb edilən uşaqların atası olması, əvvəlki məhkəmə qətnaməsi ilə hər uşaq üçün cavabdehdən 90 manat aliment tutulması işin mübahisəsiz halıdır. İşin mübahisəli halı cavabdehin birinci instansiya məhkəməsinin təyin etdiyi miqdarda, yəni 120 alimenti ödəməyə maddi imkanı olmasıdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən cavabdehin 120 manat alimenti ödəməyə imkan verən gəlirləri olmasını müəyyən etməmiş, eləcə də cavabdehin işsiz kimi qeydiyyatda durması, yeni nikaha girməsi və bu nikahdan bir uşağının olmasını müəyyən etməklə, cavabdehdən tutulan alimentin miqdarının hər uşaq üçün 100 manat müəyyən etmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə görə isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, apelyasiya instansiyası məhkəməsi Ailə Məcəlləsinin 78.2-ci maddəsini işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün tətbiq etmişdir. Tətbiq edilən qanunvericiliyin tələbindən də görünür ki, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsi də işin hallarına əsasən alimentin məbləğini hər uşaq üçün 100 manat müəyyən etməklə qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehin maddi, ailə vəziyyətini nəzərə almış, bunu qətnamədə də əsaslandırmışdır. Qətnamədən o da görünür ki, cavabdehin daha artıq məbləğdə aliment ödəməsinə imkan verən maddi vəziyyətini iddiaçı apelyasiya məhkəməsində sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq, birinci instansiya məhkəməsinin qətnaməsini alimentin miqdarı hissəsində dəyişməklə maddi hüquq normasını düzgün tətbiq etmiş, sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiy mətləndirmişdir. Kasasiya şikayətində istinad edilən digər dəlillər işin faktiki halları ilə əlaqəlidir. Apelyasiya instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına qiymət verilib. İşin faktiki halları kassasiya məhkəməsi tərəfindən araşdırılmadığından, eləcə də apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Pr osessual Məcəllənin 417.1.1-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 mart 2019-cu il tarixli, 2(106)-1069/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2749/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2749/2020
29.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver