Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-275/2024 15.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı QƏRARİ İş № 2(102)-275/2024 (Açar sözlər: əsassız varlanma nəticəsində pul tələbi, subyektiv hüquq, sübutetmə yükü) Bakı şəhəri, 15 yanvar 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “əsassız varlanma nəticəsində ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətin ə 15 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra “iddiaçı ”) Cavabdeh (bundan sonra “cavabdeh”) ilə aralarında torpaq sahəsinin satılmasına dair şifahi razılığın olduğunu iddia etmişdir. İddiaçıya görə həmin razılığın şərtlərinə əsasən cavabdeh iddiaçıya torpaq sahəsini hər ay ödəniş edilməsi şərti ilə satır, torpaq sahəsinin dəyəri tam ödənildikdən sonra isə cavabdeh həmin torpaq sahəsini iddiaçının adına keçirməlidir.
2. İddiaçının qardaşı torpaq sahəsində avtomobil təmiri sexləri inşa etmişdir. Sonradan isə iddiaçıya məlum olmuşdur ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində deyil.
3. Mübahisə torpaq sahəsinə və üzərindəki tikiliyə çəkilmiş xərclərin ödənilməsi ilə bağlı yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsiə müraciət edərək, cavabdehdən torpaq sahəsi üçün ödədiyi 42120 manat, öz vəsaiti hesabına tikdirdiyi tikiliyə görə 90.000 manatın, cəmi 132120 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ildə həqiqi hərbi xidmətdə olan zaman kəllə-beyin travması alaraq əlil olmuş, hazırda İ qrup ömürlük əlildir. 2009-cu ilin avqust ayında cavabdeh iddiaçıya bildirmişdir ki, onun Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərimli küçəsində 92.54 kv.m torpaq sahəsi var və həmin sahəni 43.000 manata satır. Qarşılıqlı razılıq əsasında belə qərara gəlmişlər ki, iddiaçı torpağın dəyərini ayda 270 manat olmaqla, hər ay cavabdehə ödəməli, cavabdeh isə 43000 manatı tam aldıqdan sonra həmin torpaq sahəsini iddiaçının mülkiyyətinə keçirməlidir.
6. İddiaçı 93 kv.m torpaq sahəsi ilə bağlı qarşılıqlı razılaşmadan sonra 90000 manat xərc çəkərək torpaq sahəsində avtomobil təmiri sexi inşa etdirmişdir. Hal-hazırda həmin avtomobil təmiri sexi işləyir, iddiaçı vergi ödəyicisidir, VÖEN-i var, kommunal xərcləri ödəyir.
7. Keçən 13 il müddət ərzində iddiaçı cavabdehə hər ay 270 manat olmaqla ödəniş edir. Ümumilikdə iddiaçı cavabdehə bu günədək 42120 manat pul ödənişi etmişdir. Cavabdeh 42120 manatı aldıqdan sonra iddiaçı ondan torpağın mülkiyyətinə sənədləşdirilməsini tələb etmişdir. Cavabdeh orada tikinti işləri aparıb, başqasına icarəyə verəcəyini bildirərək id diaçıdan torpaq sahəsini tərk etməsini tələb etmişdir.
8. Sonradan məlum olmuşdur ki, ümumiyyətlə, cavabdehin iddiaçıya satdığı 92.54 kv.m torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti yoxdur, torpaq bələdiyyənin mülkiyyətindədir. Odur ki, iddiaçının əsassız olaraq ödədiyi 42.120 manat pul vəsaiti ona qaytarılmalıdır. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçıya qarşı yönəlmiş hədəqorxulara son qoyulmalı, obyektdən istifadəyə maneələr aradan qaldırılmalıdır.
9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcllənin 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə istinad etmişdir.
10. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərimli küçəsindəki torpaq sahəsində obyektin tikintisi barədə iddiaçı deyil, iddiaçının qardaşı X1 danışıqlar ap armış və tikintini Kamil Ağabalayev icra etmişdir. Həmçinin aralarındakı razılıq iddiada göstərilən qaydada deyil, belə olmuşdur ki, obyekti tikib başa çatdıracağı təqdirdə, həmin tikili ucuz qiymətlə K.Ağabalayevə icarəyə veriləcəkdir. Həmçinin icarə məbləği 270 manat deyil, 120 manat müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi cavabdehin həyətyanı hissəsidir. Tikilinin iddiaçıya veriləcəyinə dair cavabdehlə razılaşma aparılmamışdır və bu, iddiaçı tərəfindən sübuta yetirilmir.
11. Birinci instansiya məhkəməsində şahid X2 bildirmişdir ki, iddiaçı onun qapı qonşusudur. Cavabdehi şəxsən tanımır, qohumlarından Ramiz kişi dükan işlətdiyindən onu tanıyır. Maşını olduğundan iddiaçının atası Şamil təqribən 2008-2009-cu illərdə həyətə gəlib onları, yəni özü ilə oğlu Kamili şəhərə aparmaq lazım g əldiyini bildirmişdir. Həmin şəxslərin yolda aralarındakı söhbətlərindən ona məlum olmuşdur ki, ayda 270 manat ödəmək şərti ilə torpağın qiymətini 40.000 manata razılaşmışlar.
12. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, o, iddiaçının atasının bibisi oğludur. Cavabdehi tanımır. İddiaçının atası təqribən 2007-2008-ci illərdə onunla belə məzmunda söhbət etmişdir ki, Sabunçu rayonu ərazisində yolun kənarında yerləşən 40.000 manata torpaq sahəsini danışmış və torpağın yiyəsi ilə hər ay 270 manat ödəmək barədə razılığa gəlmişlər.
13. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, o, hər iki tərəfi şəxsən tanıyır. İddiaçının qardaşı ilə dostdur. Cavabdehin həyətində obyekt tikilən zaman o, hələ uşaq olmuşdur. Cavabdehin anası demişdir ki, Kamil obyekti qayınatası tərə findən də maddi yardım göstərilməklə tikmişdir, o şərtlə ki, yarı qiymətlə icarəyə veriləcəkdi. Orada iki obyekt tikilmişdir. İkinci obyekt birinci tikiləndən 2-3 il sonra tikilmişdir, hətta ilk tikintidə də iştirak etmiş, köməklik göstərmişdir. Ona tikilidən istifadəyə görə, aylıq təqribən 110-150 manat icarə haqqının ödənildiyi məlumdur, sonradan ödənişin məbləğinin qalxmasından məlumatı olmamışdır.
14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(008)674/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Həqiqət Mahmudova)
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarət olduğundan, ilk öncə aylıq ödənişə görə, cəmi 42.120 manat məbləğində pulun qaytarılması hissəsinə hüquqi qiymət verilməlidir.
16. Birinci insta nsiya məhkəməsi göstərmişdir ki, əvvəla, iddiaçı cavabdeh tərəfə nisyə alınan iddia predmeti olan torpaq sahəsinə görə aylıq 270 manat ödədiyini göstərsə də, cavabdeh ödənilən pulun məbləğini mübahisələndirmiş, eləcə də, pulun təyinatının İddiaçı iddia etdiyi torpağın alqısı üzrə öhdəlik kimi deyil, torpaq sahəsində iddiaçı tərəfindən obyektin tikilməsi müqabilində onun icarəsinə görə tətbiq edilən güzəşt kimi 120 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, iddiaçı həmin pul məbləğinin qaytarılmasını tələb edərkən, ödənilmiş məbləğə nisyə alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik kimi yanaşılmasını, onun tərəfindən müqavilənin icra edilməsinin, yəni torpağın şərtləşdirilmiş dəyərinin tam şəkildə ödənilməsinin, cavabdehin isə həmin şifahi müqavilə üzrə öhdəliyini icra etm əyib torpaq sahəsini mülkiyyətinə verməməsinin nəzərə alınmasını xahiş edir. Cavabdeh tərəf isə əksinə, göstərilənlərlə razılaşmayaraq, hər ay ödənilən pulun 270 manat deyil, 120 manat olduğunu, tikilini iddiaçının qardaşı X1 tikdiyinə görə, icarə haqqı kimi güzəşt tətbiq olunduğunu bildirmişdir.
17. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hazırkı iş üzrə iddia predmeti olan torpaq sahəsi xüsusi mülkiyyət olmamaqla faktiki istifadə olunur. Belə olan halda, həmin torpaq tərəflər arasında alqı-satqının predmeti ola bilməz və onlar arasında yaranmış münasibətlər alqı-satqının tətbiq dairəsinə daxil deyil. Həmçinin torpaq sahəsi üzərində tərəflərin (cavabdehin mövqeyinə görə iddiaçının qardaşı X1 ilə) razılaşması üzrə torpağa faktiki sahiblik edən şəxslərə edilmiş ödəniş hər iki tərəfin – öd ənişi edən və onu qəbul edənin qarşılıqlı razılığı ilə və onların mənafeyinə xidmət edən bəlli maraq naminə, yəni tikili iddiaçı tərəfindən gəlir gətirən obyekt kimi istifadə olunduğundan həyata keçirilmişdir. Dolayısı ilə, hazırda iddiaçı cavabdeh tərəfin faktiki istifadəsində olan torpaq sahəsində yerləşən obyektdən gəlir əldə etmiş, müqabilində torpağın faktiki sahiblərinə aylıq ödənişləri uzun müddət, özünün izahatında qeyd etdiyi kimi 13 il ərzində öz iradəsi ilə etmişdir. Hazırda isə bu müddət ərzində ödədiyi cəmi 42120 manat pulun qaytarılmasını geri tələb etmək üçün iddiaçının iddiasının nə faktiki, nə də hüquqi əsası yoxdur.
18. Birinci instansiya məhkəməsi tələbin digər – tikili(lər)nin inşasına sərf edilmiş pul məbləğinin geri qaytarılmasına dair hissəni də əsassız hesab edərək bildirmişdir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsi üzərində tikilinin onun tərəfindən inşa olunduğunu bildirsə də, cavabdeh özbaşına tikilinin iddiaçı tərəfindən deyil, iddiaçının qardaşı X1 tərəfindən inşa edildiyini etiraf etmişdir.
19. Birinci instansiya məhkəməsi xərc çəkilmiş tikilinin özbaşına olduğunu, iddiaçının mülkiyyətində olmayan torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə görə iddia qaldırıldığını, habelə tikintinin cavabdeh tərəfindən etiraf olunan şəxs tərəfindən aparılmasına, daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmayan torpaq sahəsi üzərində yerləşməsinə baxmayaraq, tələbin iddiaçı tərəfindən qaldırıldığını nəzərə alıb hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbini cavabdehə qarşı qaldırmağa subyektiv hüququ yoxdur.
20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxarkən maddi hüquq normalarını və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan faktiki halları hərtərəfli, tam və obyektiv aydınlaşdırmamışdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən müəyyən vəsaitin alınmasını müəyyən etmiş, lakin həmin vəsaitin hansı əsaslarla cavabdeh tərəfindən alındığını müəyyən etməmişdir. İddianın əsaslı olduğu, yəni cavabdehin əsassız varlanması halı qismən də olsa müəyyən edilmiş. Lakin məhkəmə buna qiymət verməmişdir.
23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2(008)-674/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İlham Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Fuad Abdıyev)
24. Apellyasiya baxışında iddiaçı tərəf bildirmişdir ki, danışıq onun atası ilə cavabdehin əmisi arasında olmuşdur. Lakin ödənişi hər ay o özü ödəmişdi r. Özü ödəyə bilmədikdə isə iş yoldaşına verirmiş ki, cavabdeh tərəfə versin. Torpaq sahəsində birinci avtomobil təmiri sexi inşa edildikdən sonra, o, bunun müqabilində cavabdehə 120 manat məbləğində aylıq pul ödəmişdir. Cavabdehlə aralarında yazılı heç bir razılaşma olmamışdır. Cavabdeh əsassız varlanmışdır. Çünki, cavabdeh öz mülkiyyətində olmayan torpaq sahəsinə münasibətdə gəlir əldə etmişdir.
25. Apellyasiya baxışında cavabdeh tərəf bildirmişdir ki, torpaq sahəsi onlara məxsusdur. Öz həyətyanı sahələridir. Evin sənədi vardır. Çıxarış atasının adınadır. Etibarnamə ilə də onun adına verilmişdir. Birinci təmir sexinə görə 120 manat, ikinci təmir sexi tikiləndən sonra isə 270 manat icarə haqqı ödənilmişdir. Təxmini olaraq 2-3 il müddətinə 120 manat ödənilib, daha sonra ikinci təmir sexi t ikildikdən təxmini olaraq 10 il müddətində isə 270 manat ödənilmişdir. Tikilini iddiaçının qardaşı Kamil tikmişdir. Uzun müddət də, icarə haqqını qardaşı Kamil vermişdir, Kamil çıxandan sonra isə iddiaçı icarəyə götürmüşdür. İddiaçı 10 ildən artıq vaxtdır ki, ordan gəlir götürür.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü tərəflərin üzərinə düşür. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda, bunu edə bilməmiş, tələbini sa dəcə formal mülahizələrlə əsaslandırmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi də bildirmişdir ki, iddiaçının tələbini iki məqam təşkil edir. Həmin məqamlardan birincisi ödənilmiş aylıq məbləğlərin, ikincisi isə torpaq sahəsində tikilmiş tikilinin dəyərinin iddiaçıya qaytarılmasıdır. İddiaçının tələbinin ilk hissəsinə münasibətdə qeyd edilməlidir ki, iş materiallarına və tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlara əsasən torpaq sahəsi cavabdehin atasına məxsus evin həyətyanı sahəsidir. Cavabdeh isə həmin həyətyanı sahəni aylıq haqq ödənilməsi şərti ilə icarəyə vermişdir. Həmin torpaq sahəsi iddiaçı tərəfindən icarəyə götürülmüş və tərəflərin izahatlarında qeyd etdikləri kimi, razılaşdırılmış məbləğdə aylıq ödənişlər olunmuşdur. İddiaçı aylıq ödənişlər etməklə yanaşı, torpaq sahəsində tikilmiş avtomobil təmiri sexlərini də, istifadə etmişdir. Nəticədə iddiaçı hər ay cavabdehə torpaq sahəsinə görə müəyyən məbləğ ödəsə də, nəzərə alınmalıdır ki, bununla yanaşı o, torpaq sahəsində yerləşən avtomobil təmiri sexlərindən də, müəyyən qazanc əldə etmişdir. Bu səbəbədən də, iddiaçının ödəmiş olduğu aylıq pul məbləğləri ona dəymiş maddi ziyan kimi qiymətləndirilə bilməz və buna görə də, iddiaçı tərəfindən həmin pul məbləğlərinin tələb olunması əsassızıdr. Bununla yanaşı, iddiaçı torpaq sahəsi müqabilində ödədiyi məbləğlərin icarə haqqı olmadığını sübuta yetirə bilməmişdir.
28. İddia tələbinin ikinci hissəsi ilə bağlı isə apellyasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, torpaq sahəsinin sonda iddiaçının mülkiyyətinə keçməli olduğu, habelə torpaq sahəsi üz ərindəki tikilinin iddiaçı tərəfindən inşa edildiyi iş materialları ilə sübuta yetirilmir. Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, torpaq sahəsi üzərində razılaşma iddiaçı ilə deyil, iddiaçının qardaşı ilə aparılmışdır. Razılaşmanın şərtlərinə görə isə iddiaçının qardaşı torpaq sahəsində tikili inşa etdirəcək, bunun müqabilində ondan icarə haqqını aşağı məbləğdə alacaqdır. Aralarındakı razılaşmada isə torpaq sahəsi üzərindəki tikilinin nə vaxtsa kiməsə veriləcəyi danışılmamışdır. Bu razılaşmadan sonra iddiaçının qardaşı tikinti işlərinə başlamışdır.
29. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, cavabdeh iddiaçının iddiasını təkzib etmiş, tələb üzrə isə sübutetmə yükü iddiaçının üzərinə düşsə də, o, nə cavabdehə torpaq sahəsinin mülkiyyətinə keç irilməsi üçün pul ödədiyini, nə də ki, torpaq sahəsindəki tikililərin onun tərəfindən inşa edildiyini sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının təşəbbüsü ilə dindirilən şahidlərin isə iddiaçı ilə qonşuluq və qohumluq münasibətlərində olduqları, habelə onların hazırki mübahisəyə yaxından şahid olmadıqları üçün həmin şahidlərin ifadələrinin mötəbərliyi də, şübhə altında qalır.
30. Apellyasiya instansiyası məhkəməsi onu da vurğulayıb ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri və birinci instansiya məhkəməsində verdiyi izahatlar ilə apellyasiya instansiyası məhkəməsinin iclasında verdiyi izahatlar arasında müəyyən məqamlarda ziddiyyət vardır. Bu hal da, iddiaçının izahatlarının həqiqiliyini şübhə altına salır.
31. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəl mişdir ki, hazırki mülki işdə birinci instansiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuş, iddiaçının nümayəndəsi isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, cavabdehin əsassız varlandığını iddia etsə də, bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
33. İddiaçı kassasiya şikayəti verərək (Vəkil3) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
34. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1-ci, MPM-in 104.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, cabdehin əməli gözlənilən məqsədə uyğun deyil. O, torpağın mülkiyyətçisi və ya qanuni sahibi olmadığı halda, həmin torpaqda inşa edilmiş tikili üçün vəsaiti alaraq əsassız varlanmışdır. Məhkəmə iddianı təmin etməməklə həmin normanı pozmuşdur. Məhkəmə iddiaçının təqdim etdiyi şahidlərdən birini dindirməkdən imtina etmiş, bununla da prosessual normanı pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 10 91.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə Maddə 50.2. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Maddə 77.
1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin q ətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apel yasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
37. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
38. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, şikayətin dəlillərinə tam qiymət vermişdir.
41. İddia tələbi əsassız varlanmadan irəli gələn pulun qaytarılması barədədir.
42. İşin müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçının tələbi iki hissədən ibarətdir. Həmin hissələrdən birincisi torpaq sahəsinə görə ödənilmiş aylıq məbləğlərin, ikincisi isə torpaq sahəsində inşa edilmiş tikilinin dəyərinin iddiaçıya qaytarılmasıdır. İddiaçı tələbinin ilk hissəsini – aylıq ödənişin torpağın dəyəri kimi ödənilməsini sübuta yetirə bilməmişdir. İddia tələbinin ikinci hissəsi ilə bağlı isə müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində tikili inşa edilməsi barədə razılaşma iddiaçı ilə deyil, iddiaçının qardaşı ilə aparılmışdır.
43. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstəril ənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4765/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.