Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2750/2020 10.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi - hakim), Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, “xxxx” ASC-nin vəkili X2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, nömrəli qətnaməsindən Cavabdeh və vəkili X5 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh 11.792 ABŞ dolları məbləğində əsas, 5.480 ABŞ dolları məbləğində faiz, cəmi 17.272 ABŞ dolları məbləğində borcun, 200 manat məbləğində cərimənin, ödənilmiş 30 manat dövlət rüsumunun və 17 manat notariat xərclərinin tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməsi, ödəmənin ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus «TOYOTA HİLUX» minik markalı avtomaşına (qeydiyyat nömrəsi ** EM ***, tip: Pikap, buraxlış 2012, rəngi: ağ) yönəldilərək, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin (hakim A.Q.Kiçibəyov) xx.xx.2019-cu il tarixli, x nömrəli qətnaməsi ilə qeyd edilən iddia tələbləri təmin edilərək avtomobilin ilkin satış qiyməti 35000 (otuz beş min) manat müəyyən edilmiş, habelə Cavabdeh ekspertiza xərci olan 240 manatın tutularaq Azərbaycan Resp ublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər-N.Mirzəyev (sərlik edən və məruzəçi), Q.Kərimov və Z.Babayev) xx.xx.2019-ci il tarixli, nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, x nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh və vəkili X1 Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi və dəlilləri: X3 Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, nömrəli qətnaməsinin ləğv edilməsini, işi yenidən baxılmaq üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmas ını xahiş etmişdir. Şikayət Azərbaycan Respublikası Konstitusiyasının 25, 60, 71-ci, Mülki Prosessual Məcəllənin 4.1,9, 14 –cü maddələri ilə əsaslandırılmışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi. İşdə iştirak edən cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx xxx 2013-cü il tarixli kredit müqaviləsi ilə «xxxx» ASC tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 20 faizlə, 27.800 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank, müqavilə üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermiş və tərəflər arasında faizlər də nəzərə alınmaqla ödəniş qrafiki razılaşdırılmışdır. Tərəflərin bağladıqları eyni tarixli ipoteka müqaviləsi ilə «Toyota Hilux» minik markalı avtomobil ipoteka ilə yüklü edilərək bankın tələb hüququna təminat verilmişdir. İpoteka dövlət qeydiyyatına alınmışdır. «xxxx» ASC xx.xx.2018-ci il tarixdə iddia qaldıraraq Cavabdeh öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmadığını bildirmiş və 11.792 dollar əsas, 5.480 dollar faiz, 200 dollar cərimə borcunun və məhkəmə xərclərinin tutulmasını xahiş etmişdir. Bank eyni zamanda ipoteka predmetinə yönəltmə barədə bildirişi rəsmi reyestrdə qeydə aldırmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 18070 saylı ekspert rəyindən görünür ki, Cavabdeh iddiaçı «xxxx» ASC-yə xx.xx.2018-ci il tarixə 12.516,12 ABŞ dolları əsas, 5.653,11 ABŞ dolları faiz, 764,23 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 18933,54 ABŞ dolları borcu vardır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxx 2019-cu il tarixli, 10426 saylı rəyi ilə «Toyota Hilux» minik markalı, ** EM *** qeydiyyat nömrəli avtomobilin bazar qiyməti təxmi nən 35.000 manat təşkil edir. Qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Apelyasiya instansiyası məhkəməsi əsas borcun, cərimənin və xərclərin tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən maddi və prosessual hüquq noramalarını düzgün tətbiq etmişdir. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü t əyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 317.1-ci və 319.1-ci maddələrinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bununla belə məh kəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cavabdehdən tutulan faiz borcunun məbləğinə dair maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Məcəllənin 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Faiz tələbləri ilə bağlı nəzərə alınmalıdır ki, kreditor, müqavilədən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (müqavilə ilə şərtləşdirilmiş illik faizin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icrasının gecikdirilməsinə görə qanunla nəzərdə tutulmuş faizin ödənil məsini tələb edə bilər. Başqa sözlə, müqavilə müddəti başa çatdıqdan sonra öhdəliyin icra edilməməsinə görə müqavilədə nəzərdə tutulmuş faizin tutulması mövcud qanunvericiliyə əsasən yolverilməzdir. Kreditor həmin dövr üçün ödənilməmiş əsas borcun illik beş faiz miqdarını tələb edə bilər (əgər başqa əsaslara görə daha böyük məbləğ tələb edə bilmirsə). Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında vurğul amışdır ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MMin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Baxılan işdə isə kredit müqaviləsinin müddətinin xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq, cavabdehdən xx.xx.2018-ci il tarixə olan faiz borcu hesablanaraq tutulmuşdur. Halbuki xx.xx.2017-ci il tarixdən sonrakı dövr üzrə müqavilədki illik 20 faiz deyil, iddiaçı tələb etdiyi halda əsas borcun illik 5 faiz məbləği tutula bilər. Odur ki, apelyasiya instansiyası məhkəməsi faiz b orcu tələbinə yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun hüquqi qiymət verməlidir. Ona görə də qətnamə tutulmuş faiz borcuna aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apelyasiya baxışına göndərilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, nömrəli qətnaməsi faiz borcuna aid hissədə ləğv edilsin, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2750/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2750/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver