Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2750/2023 22.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X10 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1311/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil Novruz oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə 22 avqust 2023-cü il tarix də Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı Ağır Cinayəllər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla həmin cəzanın şərti tətbiq edilməsi qərara alınmışdır.
2. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-19/2020 nömrəli, 13 yanvar 2020-ci il tarixli hökmünə əsasən, təqsirləndirilən İddiaçı müdafiəçisi Vəkil Novruz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin İddiaçı ha qqındakı 08 avqust 2016-cı il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliyi sübuta yetmədiyinə görə o, təqsirsiz hesab edilmiş və ona bəraət verilməsi hökm edilmişdir. Təqsirsiz hesab olunmuş İddiaçı cinayət prosesinin gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun olması izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 65.000 manat maddi ziyan, 2.000 manat mənəvi ziyan, tərəfindən ödənilmiş 292 manat dövlət rüsumu, vəkilə ödənilmiş 110 manat, cəmi 67.230 manat pulun alınaraq ona verilmə si barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayəllər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 2 il sınaq müddəti müəyyən olunmaqla həmin cəzasının şərti tətbiq edilməsi qərara alınmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 avqust 2016-cı il tarixli hökmü çıxarılmamışdan əvvəl onun azadlığa buraxılmağı üçün qohumlarını məcbur etmişlər ki, “zərərçəkmiş” şəxsə 65.000 manat pul ödənməlidir. Mərhum anası onun azad olunması üçün bütün əmlaklarını sataraq 65.000 manat pul toplayaraq “zərərçəkmiş” cavabdehin anası X4 vermişlər. Bu barədə notarial qaydasında təsdiq edilmiş ərizə almış və məhkəməyə təqdim etmişlər. Bundan sonra onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmuş və həbsdən azad edilmişdir. Bakı şəhəri 46 saylı notariat kontorunun xüsusi notariusu T.H.Kərimova tərəfindən imzası təsdiq edilmiş X2 ərizəsindən görünür ki, iddiaçı tərəfindən ona dəymiş 65.000 manat maddi ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə ki, eyni qaydada başqa bir nəfəri şərləmək istədikdə həmin şəxs X5 və onun əri X8 qətlə yetirmişdir. Mərhumların yeganə oğlu sağ qaldığından mərhumların hüquq varisi kimi ona qarşı mülki iddia qaldırır.
5. İş materiallarında olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevə ünvanla nmış X3 xx.xx.2016-cı il tarixli ərizəsində göstərilmişdir ki, təqsirləndirilən şəxs İddiaçı tərəfindən ona dəymiş 120.000 manat maddi ziyandan qalmış 65.000 manat pul İddiaçı qohumları tərəfindən ona ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa oxşar izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cinayət işinin gedişatı zamanı 65.000 manat məbləğində pul iddiaçının anasının yaxınları tərəfindən anasına verilmiş və anasının da qızı, yəni iddiaçının bacısı vasitəsilə idddiaçının əvəzində əvəzsiz olaraq zərərçəkmişə ödənilmişdir. Pul, iddiaçının anası tərəfindən iddiaçıya qarşı şikayət və tələbinin olmaması barədə ərizəsi rəsmiləşdirildiyi zaman n otariat kontorunda verilmişdir. Həmin zaman iddiaçı özü həbsdə olmuşdur. Həmin zaman məcburi hal kimi pul depozitə qoyulmamışdır. Əlavə olaraq bildirmişdir ki, iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır. Belə ki, müddət keçməmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, cavabdehin anasına 65.000 manat məbləğində pul verilməmiş və bu barədə həmin pulun kimin tərəfindən verilməsi, ümumiyyətlə verilməsi barədə hər hansı bir mötəbər sübut da təqdim edilməmişdir. Məhkəmə iclasında iddiaçı özü pulun bacısı tərəfindən verilməsini bildirmiş, iddia ərizəsində isə anası tərəfindən verildiyi qeyd olunmuşdur. Bu hal barədə ziddiyyətlər vardır. Odur ki, iddia tələbi əsassızdır. Lakin məh kəmə hesab etsə ki, iddia tələbi əsaslıdır və iş üzrə cavabdeh əsassız varlanan şəxs kimi qəbul edilsə onda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən iddia müddəti tətbiq edilməklə iddia tələbi rədd edilməlidir.
8. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir.
9. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2286/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sabit Bəhramzadə) iddia tələbi rədd edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəf pulun ümumiyyətlə verilməməsini qeyd etsə də, cavabdehin mərhum anası tərəfindən notarial qaydada təsdiq edilməklə imzalanmış ərizədən də göründüyü kimi iddia tələbində qeyd edilən məbləğ də pulun alınması ərizədə öz əksini tapmışdır. Həmçinin, cavabdeh tərəf də həmin məbləğinin ümumiyyətlə ödənilməməsini qeyd etsə də, bunu sübuta yetirə bilməmiş, əksinə məhkəmə iclasında pulun kimin tərəfindən ödənilməsinin müəyyən edilməməsinə istinad etməklə dolayısı ilə məbləğin ödənilməsini qəbul etmişdir.
11. Bundan başqa, ödənilmiş pul məbləği iddiaçının anası vasitəsilə əldə edilməklə ödənilməsi üçün cavabdehin anasına göndərilmişdir. İddiaçı tərəfin izahatlarından da müəyyən edilir ki, iddiaçının ödəməli olduğu zərərlə bağlı ödənilmiş pul məbləği ona əvəzsiz olaraq verilmişdir. Bu mənada, mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının məhz həmin məbləği tələb etmə hüququ yaranmışdır.
12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən c avabdehin anasına ziyanın vurulması ehtimal edilən cinayət əməlinin törədilməsində hazırki iş üzrə iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən təqsirsiz hesab edilərək ona bəraət verildiyindən iddiaçının ödənilmiş (iddia tələbində qeyd edilən məbləğdə) pul məbləğinin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır. İddiaçı isə təqsirsiz hesab edildiyindən onun tərəfindən ehtimal edilən cinayət əməlinin törədilməsi səbəbindən vurulmuş maddi ziyanın əvəzi kimi cavabdehin anasına ödənilmiş 65.000 manat məbləğində pul hüquqi əsas olmadan əldə edildiyindən mülki qanunvericiliyin tələblərinə əsasən əsassız varlanmış şəxs hesab edilir. Bununla da hazırki iş üzrə cavabdehdən, yəni (cinayət işi üzrə zərərçəmiş şəxs olan Dilarə Əhmədovanın varisi) Cavabdeh tələb etməkdə haqlıdır.
13. Bun unla yanaşı, məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız varlanma obyektini (65.000 manat pul vəsaitini) qaytarmaq barədə tələb etmək hüququ qüvvədən düşmüşdür. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli hökmü ilə iddiaçıya baraət verilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun olması ona xx.xx.2020-ci il tarixdə məlum olmuşdur. İddiaçı isə xx.xx.2022-ci il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən təxminən 5 ay sonra məhkəməyə müraciət etmişdir. Belə olan halda, əsassız varlanma obyektini qaytarmaq hüququ, iddiaçıya öz hüququnun məlum olduğu vaxtdan iki il keçdiyinə görə qüvvədən düşmüşdür.
14. Bundan başqa, məhkəmə iddia tələbinin 2.000 manat mənəvi ziyan tələbinə dair h issəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
15. Həmçinin, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin maddi və mənəvi ziyanın tutulması hissəsində təmin edilmədiyindən ödənilmiş dövlət rüsumuna görə 292 manat pulun və vəkilə ödənilmiş 110 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi də təmin edilməməlidir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 1095-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
17. Qətnamədən iddiaçı (Vəkil Novruz oğlu) apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilən hal əsassız varlanma hesab oluna bilməz. O, məcbur olaraq cavabdehin anasına “maddi ziyan” əvəzi olaraq ödəniş etmişdir. Ona qarşı irəli sürülmüş ittiham sübut olunmadığından alınan pul vəsaiti eyni qaydada qaytarmalıdır. Bu zaman isə pul tələbindən irəli gələn iddia müddəti tətbiq edilməlidir. Həmin zaman o, özü həbsdə olduğundan, iddia müddətinin tətbiqinə dair ərizə əsassızdır. Belə ki, müddət keçməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2020-ci il tarixli hökmü çıxarılan zaman dövlət ittihamçısına çıxışa hazırlaşmaq üçün vaxt verilməmişdir. Bu səbəbdən həmin hökmdən dövlət ittihamçısı kassasiya protesti vermiş, Ali Məhkəmənin 02 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda ümumi iddia müddəti 10 ildir. Pul tələbləri üzrə iddia müddəti isə 3 ildir. Məhkəmə tətbiq edilməli olmayan maddi hüquq normalarını tətbiq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixdə bəraət hökmü çıxsa da, həmin hökmdən prokuror kassasiya protesti vermiş, Ali Məhkəmənin Cinayət Kollegiyasının sentyabr ayında çıxardığı qərardan sonra mart 2022ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. O, iddia müddətini ötürməmişdir. Həmçinin, iddia ərizəsinə cavabdeh ilə aralarında olan borcun etirafına dair SMS və səs yazılarını əlavə etsə də, məhkəmə tərəfindən təqdim edilmiş bu subutlara heç bir qiymət verməmişdir. Nəticədə qanunsuz və əsassız bir qətnamə çıxarılmaqla onun hüquqları pozulmuşdur.
19. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçı cavabdehə və ya cavabdehin anası X4 vermədiyi pulu tələb edir. Belə ki, iddiaçı 65.000 manat məbləğinin mərhum X4 verilməsini təsdiq edən sübut qismində məhkəməyə sonuncunun notariat qaydasında təsdiq edilmiş ərizəsini təqdim etmişdir. Lakin həmin ərizə hər hansı bir məbləğin cavabdehin anası mərhum X4 ödənilməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, əvvəla ərizənin yazılmasında əsas məqsəd mətnindən göründüyü kimi Bakı Ağır Cinayətlər Məhkəməsində iddiaçı barəsində cinayət işinə baxılan zaman iddiaçıya nisbətən yüngül cəza verilməsi olmuşdur. Bu adətən təcrübəd ə istifadə edilən bir haldır ki, təqsirləndirilən şəxsin qohumlarının xahişi ilə zərərçəkmiş şəxslər alicənablıq göstərərək belə bir ərizə verirlər ki, həmin ərizələri yüngülləşdirici hal kimi məhkəmələr nəzərə alsınlar. Məhkəmə iclasında iddiaçı özü də bildirdi ki, cavabdehin valideynləri ilə 20 il müddətində yaxın tanış olmuşlar, aralarında yaxşı münasibət olmuşdur. Belə olan halda cavabdehin anası Dilarə Əhmədovanın humanistlik göstərərək pulu almadan iddiaçının barəsində cinayət işinə baxılan zaman cəzasının yüngülləşdirilməsi üçün belə bir məzmunda ərizə verməsi heç də təəccüb doğurmur. Qeyd edilən ərizədə 65.000 manat məbləğinin verildiyi yer və vaxt, məbləğin kim tərəfindən verilməsi və qəbul edilməsi göstərilməmişdir. Bu da, habelə belə bir məbləğin miras əmlak toplusuna daxil olma sı barədə məhkəmə işində hər hansı bir sübutun olmaması əslində qeyd edilən məbləğin cavabdehin mərhum anasına verilmədiyini təsdiq edir. Həmin ərizə o zaman sübut qismində qəbul oluna bilərdi ki, qeyd edilən məbləğ notariusun depoziti vasitəsilə və ya bank ödənişi vasitəsilə X4 ödənilərdi. Yəni ortada maliyyə sənədləri mövcud olardı ki, bu barədə məhkəmə işində sübutlar mövcud deyildir. Bundan başqa iddiaçı iddia ərizəsində göstərmişdir ki, pul məbləği iddiaçının anası tərəfindən X4 verilmişdir. Məhkəmə iclasında isə verilən suala cavab olaraq iddiaçı konkret olaraq bildirdi ki, pulu X4 iddiaçının bacısı vermişdir. Qeyd edilən ziddiyyət də əslində heç bir pul məbləğinin X4 ödənilmədiyini göstərir. İddiaçının nümayəndəsi isə məhkəmə iclasında göstərmişdir ki, iddiaçının anası tərəfindən iddiaçıya məxsus olan pul iddiaçının bacısına verilmiş, iddiaçının bacısı da X4 vermişdir. Məhkəmə işində ümumiyyətlə iddiaçının qeyd edilən tələbi irəli sürmək hüququnun olmasını – yəni iddiaçı tərəfindən cavabdehin anası X4 hər hansı bir məbləği ödəməsinə dair heç bir sübut yoxdur. Həmçinin, X7 və onun əri X9 onların bağında gözətçi işləmiş, əvvəllər dəfələrlə məhkumluğu olan şəxs tərəfindən faciəli şəkildə qətlə yetirilmişlər. Həmin şəxs hal-hazırda Qobustan həbsxanasında törətdiyi əmələ görə cəza çəkir və mərhumların qeyd edilən şəxsi şərləmək niyyətinin olması barədə iddiaçının sübutu varsa təqdim etməlidir, sübutu olmayan yalan hal isə yalnız iddia ərizəsində digər göstərilənlərin də əsassız olmasını bir daha təsdiq edir. Digər tərəfdən, əgər iddiaçı tərəfindən 2016-cı ilin avqust ay ının 5-də cavabdehin anasına 65.000 manat pul ödənilmişdirsə (bu hal iş materialları ilə sübuta yetirilmir. Belə ki, bu barədə nə qəbz, nə müqavilə, nə də ərizə vardır) o zaman o, təqsirsizdisə bunu 2016-cı ildə də bilirdi və həmin pulu ən geci 2018-ci ilin avqust ayının 5nə qədər tələb edə bilərdi. O cümlədən, özünün təqsirsiz olmasını, yəni pulun (onun ödəmədiyi) ona qaytarılmalı olmasını Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli bəraətverici hökmü qəbul edildiyi andan bildirdisə, yenə də hazırki iddia üzrə tələbini (tələb əsaslı və qanuni olduğu halda) 13 yanvar 2022-ci ilə qədər irəli sürə bilərdi.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1311/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Rafail Eyvazov və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
22. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eynulla Vəliyevə ünvanlanmış notariat qaydasında təsdiqlənmiş 05 avqust 2016-cı il tarixli ərizədə iddiaçının qohumları tərəfindən cavabdehin anasına 65.000 manat məbləğində pulun verildiyi öz əksini tapmışdır. Pulun verilməsində məqsəd iddiaçının ödəməli olduğu hesab edilən zərərin qarşılanması idi. Lakin hazırda pulun verilməsinə əsas olmuş hallar artıq aradan qalxdığından iddiaçı pulu mərhumun vərəsəsi olan cavabdehdən tələb etməkdə haqlıdır.
23. Apellyasiya instansiyası məhkəməsi cavabdehin etirazı ilə bağlı hesab etmişdir ki, hazırkı halda iddiaçının qohumu tərəfindən cavabdehin anası X6 iddiaçının təqsirli hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzi olaraq 65.000 manat pul məbləğinin verilməsi cavabdehin anasının öz imzası və notarial qaydada təsdiq edilmiş ərizə ilə təsdiq olunur. Cavabdeh tərəf ərizənin əsassız olmasını, həmçinin pulun verilmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
24. Digər tərəfdən, iddiaçı təqsirli hesab olunduğu hesab edildiyi cinayət əməli ilə bağlı ona bəraət verilmiş, məhkəmən in qanuni qüvvəyə minmiş hökmü ilə onun X1rşı dələduzluq hərəkətləri etmədiyi və maddi ziyan vurmadığı təsdiq olunmuşdur. Bununla da iddiaçının məhkəmə istintaqı gedişi zamanı cavabdehin anasına verilmiş 65.000 manat pul məbləğinin ona geri ödənilməsini tələb etmək hüququ yaranmışdır.
25. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Cinayət Prosessual Məcəlləsinin 407.2-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin hökmü iddiaçının bəraət alması və dərhal azadlığa buraxılması üçün əsas olmuşdur. Belə olan halda, iddiaçının əsassız varlanma ilə bağlı cavabdehdən pulun tələb edilməsi hüququnun ona Ali Məhkəmənin iş üzrə qəbul etdiyi hökmü qəbul edildikdən sonra məlum olması ilə bağlı dəlilləri əsassızdır.
26. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1095-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 372.6, 385.2-ci maddələrinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun 03 iyun 2013-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (Vəkil Novruz oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması barədə qər ar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, o, təqsirli hesab olunduğu cinayət əməli ilə bağlı bəraət almış, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun X1rşı dələduzluq hərəkətləri etmədiyi və maddi ziyan vurmadığı təsdiq olunmuşdur. Bununla da, onun məhkəmə istintaqı gedişi zamanı cavabdehin anasına verilmiş 65.000 manat pul məbləğinin ona geri ödənilməsini tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçı iddia ərizəsi ilə 2022-ci ilin mart ayında məhkəməyə müraciət etdiyi üçün 2 illik iddia müddəti onun tərəfindən ötürülməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin hökmü onun bəraət almağı və dərhal azadlığa buraxılmağı üçün əsas olmuşdur. İddiaçı iddia müddətini üzürlü səbəbdən ötürmüşdür. Buna görə də, müddətin ötürülməsi üzürlü hesab olunması üçün məhkəməyə rəsmi ərizə vermişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Cavabdeh və onun nümayəndəsi və vəklili Nümayəndə kassasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişlər ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin hansı maddi və prosessual hüquq pozuntularının nədən ibarət olması əsaslandırılmamışdır. Digər tərəfdən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 2 illik iddia müddətini ötürmüşdür. Etirazda, kassasiya şikayətinin təmin edilmədən, apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
30. Maddə 1091.1. Əsassı z varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
33. Maddə 1095. Ə sassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uy ğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildi yindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəmsinin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin, iddiaçı iddia ərizəsi ilə 2022-ci ilin mart ayında məhkəməyə müraciət etdiyi üçün 2 illik iddia müddətinin onun tərəfindən ötürülməməsi, müddətin ötürülməsinin üzürlü hesab olunması üçün məhkəməyə rəsmi ərizə verməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, kassasiya şikayətinin həmin dəlilləri əsassızdır.
49. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 08 iyun 2022-ci il tarixdə müraciət etmiş, iddia ərizəsi isə 10 iyun 2022-ci il tarixdə qeydə alınmışdır. Həmçinin iş materiallarında müddətin ötürülməsinin üzürlü hesab olunması barədə iddiaçının ərizəsi mövcud deyildir.
50. Diqqətə çatdırılmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).
51. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001- ci il tarixli qərarı).
52. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
53. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçir ilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
54. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
55. Həmçinin Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
56. Qanunu n məzmunundan göründüyü kimi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana kimi iddia müddətinin tətbiqi barədə ərizə verməsi iddia müddətinin tətbiqi üçün yetərlidir.
57. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
58. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.
59. Kassasiya şikayətin in dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-p rosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
60. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
61. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkə mə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1311/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.