Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2751/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ilkin, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun ödənilməsi tələbinə dair ilk iddiası, Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddiası üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 2(103)-2081/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 həmin avtomobili 19.500 manata satmaq istəmiş, bunun üçün qohumu Cavabdeh1 etibarnamə vermiş, sonuncu da öz növbəsində avtomobili satması üçün digər Cavabdeh3 təhvil vermişdir. Cavabdeh3 da avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazindəki avtosalonuna apararaq internet resurslarında elan yerləşdirmişdir.
2. İddiaçı həmin avtomobilin satılmasından elan vasitəsi ilə məlumat əldə etmiş və Cavabdeh3 ilə aralarındakı razılığa əsasən sonuncuya 24.500 mana t pul ödəyərək “MercedesBenz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. Bundan sonra avtomobilin sahibi Cavabdeh2 tərəfindən avtomobilə dair İddiaçı etibarnamə verilmişdir.
3. Lakin avtomobilin satılmasından əldə olunmuş pul Cavabdeh2 verilmədiyinə görə tərəflərin arasında mübahisə yaranmış və Cavabdeh2 avtomobilə dair verdiyi etibarnaməni ləğv etmiş, həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilin qaytarılmasını tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)2360/2021 nömrəli, 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə “Mercedes-Benz” GL450 minik markalı, 90- HZ-514 dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı alınaraq Cavabdeh2 geri qaytarılması qət edilmişdir.
4. Qeyd olunan qətnaməyə əsasən avtomobil xx.xx.2022-c i ildə Cavabdeh2 təhvil verilmişdir. Cavabdeh2 avtomobili təhvil aldıqdan sonra bəzi hissələrin dəyişdirildiyini hesab etmiş və avtomobilin vəziyyətinin müəyyən edilməsi üşün mütəxəssis cəlb etmişdir. Mütəxəssis tərəfindən “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan qüsurlar müəyyən edilmiş və tərtib olunmuş sifariş sənədində ehtiyat hissələrinin dəyəri kimi səsboğan borusu və sağ katalizator komplektinin qiyməti 4698,79 manat, sol katalizatorun qiyməti 5378,34 manat, R19 zavod istehsalı təkər diskinin 1 komplektinin qiyməti 997,50 manat olmaqla (997,50 x 4 ədəd), 3990 manat qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 5000 manatı pulun və 70 manat ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manatın müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 “Mercedes-Benz” GL450 minik markalı, Ban № 4JGBF71E57A132780, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə digər Cavabdeh1 faktiki sahibliyinə verib. Bununla əlaqədar, Cavabdeh2 Cavabdeh1 həmin avtomobillə bağlı bütün hərəkətləri (idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək) etməyə səlahiyyət verən etibarnamə verib. Cavabdeh1 isə nəqliyyat vasitəsini satışının təşkil edilməsi məqsədilə iş üzrə digər Cavabdeh3 təhvil verib. Sonuncu avtomobili Binəqədi rayonu ərazisində rəhbərlik etdiyi avtosalona yerləşdirib və avtomobilin satılması məqsədilə internetdə elan verib. Avtomobilin satılması barədə internetdə yerləşdirilmiş elandan bilmiş, Bakı şəhərinə gəlib Cavabdeh3 ilə razılıq əldə edərək avtomobili 24.500 manata sonuncudan almışdır. Bununla əlaqədar, Cavabdeh2 ona 05 fevral 2021-ci il tarixdə etibarnamə verib, lakin Cavabdeh2 ona verdiyi etibarnaməni 09 mart 2021-ci il tarixdə ləğv edib. Cavabdeh2la danışdıqda sonuncu avtomobil üçün ödədiyi pulun Cavabdeh1 tərəfindən ona ödənilmədiyini bildirib. Yaranmış vəziyyətlə bağlı avtomobil salonunun sahibi Cavabdeh3 məlumat vermiş və etibarnamənin bərpa edilməsi və ya ondan aldığı pulun qaytarılmasını tələb etmişdir. Cavabdeh3 bir neçə gün müddətinə bu məsələni həll edəcəyinə söz versə də, həll etməmişdir. Cavabdeh3 verdiyi pulların geri qaytarılmasını tələb etmiş, eyni zamanda pul qaytarıldığı vaxt avtomobili geri qaytaracağını bildirmişdir. Bir neçə gündən sonra Cavabdeh3 onu Bakı şəhərinə dəvət edərək 19.500 manatı qaytarmış, qalan 5000 manatı isə bir neçə günə qaytaracağına söz vermiş, lakin bugünədək 5000 manatı qaytarmamışdır. Cavabdeh3 deməsinə görə, ondan aldığı 24.500 manatı Cavabdeh1, sonuncu isə Cavabdeh2 verib.
7. Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı onun xeyrinə vurduğu maddi ziyana görə 7033 manatın və ödənilmiş dövlət rüsumuna görə 91 (doxsan bir) manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onun la əsaslandırılmışdır ki, özünə məxsus olan “MercedesBenz” GL450 minik markalı avtomobili müvəqqəti idarə etmək üçün etibarnamə ilə ilk iddia üzrə digər Cavabdeh1 vermişdir. Sonradan ona məxsus olan avtomobil ilk iddia üzrə üçüncü Cavabdeh3 tərəfindən İddiaçı faktiki olaraq satılmışdır. Avtomobilini cavabdehlərdən geri tələb etsə də qaytarmayıblar. Nəticədə avtomobilin geri qaytarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş, Nərimanov Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən 11 may 2022-ci il tarixdə akt tərtib edilməklə həmin avtomobil ona qaytarılmışdır. Avtomobili götürüb evakuator vasitəsilə Bakıya gətirən kimi 18 may 2022-ci il tarixdə onu “Mercedes-Benz” rəsmi dileri olan "xxxx" MMC-də müayinə etdirmişdi r. Məlum olub ki, İddiaçı avtomobilin ona qaytarılacağını bildiyi üçün onun zavod istehsalı olan disklərini dəyişərək, üzərində “istismarı qadağandır” möhürü vurulmuş çatlı disklər qoymuş, həmçinin avtomobilin səsboğan borusunu qaynaq vasitəsilə kəsərək sağ və sol katalizatorlarını çıxarmışdır. Avtomobilin normal aşınması ilə bağlı olan və baxımsızlıqla bağlı xərclərini tələb etmir. Lakin avtomobilin ona qaytarılması ilə bağlı icra prosesi ərəfəsində bu cür ziyan vuran hərəkətləri nəticəsində ona dəymiş zərəri İddiaçı tələb edir. Qeyd edilən qanunazidd əməllər təqdim etdiyi sənədlər və fotoşəkillərlə tam təsdiqini tapır. Həmin sənədlərdən göründüyü kimi səsboğan borusu və sağ katalizator komplektinin qiyməti 4698,79 manat, sol katalizatorun qiyməti 5378,34 manat, R19 zavod istehsalı təkər diskinin 1 komplektinin qiyməti 4 əd x 997,50 manat olmaqla, 3990 manat təşkil edir. Qeyd edilənlərdən həmin ehtiyat hissələrinin yenilərinin ümumi dəyərinin 14.067,13 manat təşkil etməsi müəyyən olunur. Həmin ehtiyat hissələri üçün aşınma (amortizasiya) faizi tətbiq etməklə hətta yarı qiyməti götürülsə ona dəyən ziyan 7033 manat təşkil edir.
9. Məhkəmənin qərardadı əsasında aparılmış məhkəmə-trasoloji ekspertizasının 13 sentyabr 2022-ci il tarixli, 3/1121 saylı rəyi ilə müəyyən edilib ki, təqdim edilmiş “MercedesBenz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əvvəllər üzərində olmuş təkər disklərin dəyişdirilməsinə uyğun gəlir. Təqdim edilmiş avtomobilin səsboğucuların qaynaq üsulla kəsilərək dəyişdirilməsinə uyğun gəlir. Müvafiq elmi metodika olmadığından təqdim edilmiş “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin səsboğucuların kəsilmə tarixini müəyyən etmək mümkün deyildir.
10. Məhkəmənin qərardadı əsasında aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 oktyabr 2022-ci il tarixli, 9/5821 saylı rəyi ilə müəyyən edilib ki, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, normal vəziyyətdə orta bazar qiyməti təxminən 23500,00 manat olmuş 2006-cı il buraxılışlı “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələrin dəyəri nəzərə alınmaqla nəzəri qaydada təxminən 14100 (23500-40%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hiss ələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra müəyyən edilmiş salamat qalmış hissələrin dəyərində dəyişiklik olması istisna edilmir.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiyası məhkəməsi) 2(005)-2460/2022 saylı, 9 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova) ilkin iddia tələbi qismən təmin edilərək, Cavabdeh3 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd olunması, Cavabdeh2 İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir. Qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh2, məhkəmə trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatların ın dəyəri olaraq cəmi 160 manat məbləğində xərc isə Cavabdeh2 aid edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 həmin avtomobili 19.500 manata satmaq istəmiş, bunun üçün qohumu Cavabdeh1 etibarnamə vermiş, sonuncu da öz növbəsində avtomobili satması üçün digər Cavabdeh3 təhvil vermişdir. Cavabdeh3 da avtomobili Bakı şəhəri Binəqədi rayonu ərazindəki avtosalonuna apararaq internet resurslarında elan yerləşdirmişdir. İddiaçı həmin avtomobilin satılmasından elan vasitəsi ilə məlumat əldə etmiş və Cavabdeh3 ilə aralarındakı razılığa əsasən sonuncuya 24.500 manat pul ödəyərək “Mercedes-Benz” GL 450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. Bundan sonra avtomobilin sahibi Cavabdeh2 tərəfindən avtomobilə dair İddiaçı etibarnamə verilmişdir. Avtomobilin satışından əldə edilmiş 19.500 manat, yəni Cavabdeh2 satış üçün müəyyən etdiyi məbləğ sonuncuya ödənilmədiyindən, o, İddiaçı və Cavabdeh1 qarşı əmlakın geri qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin yuxarıda qeyd olunan qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Hazırda İddiaçı avtomobil sahibliyindən alındığından avtomobilin alınması üçün ödədiyi 24.500 manatın 5000 manatını (19.500 manatın Cavabdeh3 tərəfindən İddiaçı qaytarılması işin mübahisəsiz halıdır) cavabdehlərdən tələb edir. Avtomobilin alınması ilə bağlı razılaşma Cavabdeh3 ilə İddiaçı arasında olduğundan və sonuncu tərəfindən avtomobilin satış qiyməti olaraq 24.500 manat Cavabdeh3 verildiyindən, hazırda isə avtomobil İddiaçı alınaraq Cavabdeh2 qaytarıldığından, avtomobilin satışından əldə edilmiş 5000 manatın (24.500-19.500) Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi hissəsində iddia tələbi əsaslıdır.
13. Məhkəmə iddia tələbini digər cavabdehlərə münasibətdə əsassız hesab edərək qeyd edib ki, avtomobilin mülkiyyətçisi Cavabdeh2 olsa da, sonuncu avtomobilin satılması üçün Cavabdeh1 etibarnamə vermiş, o da öz növbəsində avtomobili satması üçün digər Cavabdeh3 təhvil vermişdir. Avtomobilin satılması ilə bağlı danışıqlar və pulun ödənilməsi Cavabdeh3la İddiaçı arasında olmuşdur. Cavabdeh2 avtomobilin pulunun ona ödənilməməsi səbəbindən Cavabdeh1 və İddiaçı qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə qətnaməsinə əsasən avtomobil sahibliyinə qaytarılmışdır. Cavabdeh1 isə Cavabdeh3 ilə İddiaçı arasında olan razılaşmada iştirak etməmiş, İddiaçı avtomobilin pulunu Cavabdeh3 verdiyini bildirmişdir. İddia tələbi Cavabdeh1 və Cavabdeh2 aid hissədə əsassız olduğundan təmin edilməməlidir.
14. Qarşılıqlı iddiaçının iddia tələbinin əsasını “Mercedes-Benz” GL450 minik markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın ödənilməsi təşkil edir. Hazırkı mübahisədə ona dəymiş zərərin, o cümlədən həmin zərərin həcmini sübut etmək vəzifəsi qarşılıqlı iddiaçının üzərinə düşür. Lakin qarşılıqlı iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, qarşılıqlı iddiaçı tələbini mülahizə xarakterli izahatlara əsaslanmaqla sübut etməyə çalışmışdır. İlk öncə, qarşılıqlı iddiaçı cavabdehin təqsirli hərəkəti nəticəsində avtomobilinə 7033 manat məbləğində ziyanın vurulmasını sübut edəcək mötəbər dəlillər təqdim etməmişdir. Bu mənada məhkəmənin qənaətinə görə qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan zərərin məhz ilk iddiaçı tərəfindən vurulduğunu (avtomobilə zərərin onun məhz İddiaçı istifadəsində olan zaman dəyməsi, avtomobilin sonuncudan təhvil alınan zaman avtomobilin vəziyyətini özündə əks etdirən akt və s.), göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməli idi. Məhz bu halla bağlı yalnız qarşılıqlı iddiaçının izahatı mövcuddur ki, həm in izahat da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə qarşılıqlı iddiaçı öz izahatında bildirdiyi kimi, avtomobilə 7033 manat məbləğində zərər vurulduğunu qeyd etsə də, bu dəlillər açıqaşkar əsassız olmuşdur. Eyni zamanda, ekspert rəyinə əsasən avtomobilin səsboğucuların kəsilmə tarixini müəyyən etmək mümkün olmamışdır.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasg Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən delikt törədilməsi məhkəmə baxışı zamanı sübuta yetirilmişdir. Qarşılıqlı iddianın təmin edilməsinin maddi əsası birbaşa prosessual əsasa söykəndiyindən sübutetmə ilə bağlı olduğundan həmin dəlilləri məhkəmənin nəzərinə çatdırırlar. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi yuxarıda istinad edilən maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə olan halda, qarşılıqlı iddianın sübuta yetirilməməsi barədə gəlinən nəticə istinad edilən prosessual hüquq normalarının pozuntusudur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddiasının əsasını sübuta yetirmiş, cavabdeh isə öz etirazını (avtomobilə tərəfindən heç bir ziyan vurulmamışdır) sübuta yetirə bilməmişdir. Belə ki, avtomobil satışa qoyulan zaman fotoşəkillərdən onun vəziyyəti müəyyəndir, sonradan qarşılıqlı iddia üzrə cavabdehin sahibliyindəki müddətdə qeyd edilən zərər qəsdən yetirilmişdir. Əksini sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə qoyulmalı idi.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2081/2023 saylı, 13 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Kazımov sədrliyi və məruzəsi ilə, N.Cəfərov və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh2 avtomobili məhkəmə qətnaməsinin icrası ilə əlaqədar ona qaytarılarkən aşkar etdiyi qüsura görə bu iddianı irəli sürdüyünü bəyan edir. Apellyasiya baxışı zamanı Cavabdeh2 faktiki olaraq tələbinin bir hissəsinin, yəni təkər disklərinin İddiaçı tərəfindən dəyişdirilmədiyini etiraf etdi, başqa sözlə avtomobilin sonuncuya satılanadək avtosalonda disklərin dəyişdirildiyini bildirdi. Demək ki, disklərlə bağlı İddiaçı qarşı yönələn tələb əvvəlcədən yanlış olmuşdur. Ona görə də, nə qədər ki, qarşılıqlı iddiaçı tələbinin bu hissəsi üzrə iddiasının əsassızlığını özü etiraf və qəbul edir, deməli şikayətin bu hissə ilə bağlı dəlillərinə hüquqi qiymət verilməsinə də zərurət aradan qalxmış olur.
20. Q arşılıqlı iddianın digər hissəsi olan avtomobilin səsboğucularının qaynaq üsulla kəsilərək dəyişdirilməsinə gəldikdə isə bu hissədə də şikayətin dəlilləri əsassızdır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən tələbin bu hissəsi üzrə də düzgün nəticəyə gəlinmişdir. Məhkəmə tələbin bu hissəsi üzrə xüsusi bilik tələb edən sualların izah edilməsi zərurəti yarandığına görə iş üzrə öz təşəbbüsü ilə ekspertiza təyin etmiş və ekspertiza rəyi ilə də səsboğucuların kəsilmə tarixini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Əslində qarşılıqlı iddanın əsası kimi istinad etdiyi halları sübut etmək yükü Cavabdeh2 üzərinə düşür, lakin o, bu barədə məhkəməyə heç bir mötbər sübut təqdim etməyib. Əksinə məhkəmə özü ekspertiza təyin edib bu halın (səsboğucuların İddiaçı tərəfindən qaynaq üsulla kə silərək dəyişdirilməsinin) həqiqi olub-olmamasını müəyyənləşdirməyə cəhd etsə də yenə də qarşılıqlı iddianın bu hissəsinin əsaslı olduğu öz təsdiqini tapmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassator kassasiya şikayətləri apellyasiya şikayətlərinə uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə etirazın dəlilləri
23. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyr inə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən d igər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.
29. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 3
0. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
32. Maddə 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf ö z tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Madd ə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
39. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni qismən - qarşılıqlı iddianın təmin olunmayan hissəsində mübahisələndirdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunmayan hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Belə ki, qarşılıqlı iddiaçı avtomobil qaytarılan zaman avtomobilin disklərinin dəyişdirildiyini, habelə səsboğan boruda olan katalizatorların çıxarıldığını bildirir və buna görə vurulmuş zərərin ödənilməsini tələb edir.
44. Nəzərə alınmalıdır ki, bu iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
46. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
47. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
48. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlil in söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
49. Məhkəmə kollegiyası iddiaçının ziyana məruz qalması barədə kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən bu dəlil ətraflı araşdırılmış və bu hal iddiaçı tərəfindən sübuta yetirilmədiyinə görə iddia əsassızı sayılmışdır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
51. Kassasiya şikayətinin dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şika yəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2081/2023 nömrəli, 13 mart 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.