Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2755/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv Prosesində olan QSC "Bank Standart" KB-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun tutulması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6984/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı Ləğv Prosesində olan QSC "Bank Standart" KB tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ilə cavabdeh arasında 22.11.2013-cü il tarixdə 36 ay müddətinə, illik faiz dərəcəsi 25%-dək olmaq şərtilə, 3000 manat məbləğində kreditin verilməsi barədə 100/14/49059/13 saylı kredit müqaviləsi bağlanmışdır. İddiaçının 12.11.2019-cu il tarixdə verdiyi arayışa görə cavabdehin əsas borc üzrə 2996.65 manat, faiz borcu üzrə 424.94 manat, cərimə borcu üzrə 2144.85 manat, gecikdirilimiş günlər üçün 5% olmaqla 448,56 manat faiz məbləği, cəmi 6015 manat kredit borcu vardır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək alınmış 04.03.2020-ci il tarixli ekspert rəyinə əsasən 22.11.2013-cü il tarixli, 100/14/49059/13 saylı kredit müqaviləsi üzrə cavab dehin əsas borcu 2623.70 manat, faiz borcu isə 514.74 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı 22.11.2013-cü il tarixli, 100/14/49059/13 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 2996.65 manat, faiz borcu üzrə 424.94 manat, cərimə borcu üzrə 2144.85 manat, gecikdirilimiş günlər üçün 5% olmaqla 448,56 manat faiz məbləği, cəmi 6015 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə iddiaçı arasında 22.11.2013-cü il tarixində kredit verilməsi barədə 100/14/49059/13 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən cavabdehə 24 ay müddətinə, illik faiz 25% olmaq şərtilə 1869 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və bunun nəticəsində banka 2996.65 manat əsas, 424.94 manat faiz, 2144.85 manat cərimə, gecikdirilimiş günlər üçün 5% olmaqla 448,56 manat faiz məbləği, cəmi 6015 manat kredit borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara əsasən borcun qaytarılması təmin olunmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli 2(011)-811/2020 saylı qətnaməsi ilə (hakim P.Zamanlı, iş № 2(011)-811/2020) iddia qismən təmin olunmuş, 22.11.2013-cü il tarixli, 100/14/49059/13 saylı kredit müqaviləsi üzrə 2623 (iki min altı yüz iyirmi üç) manat 70 (yetmiş) qəpik əsas borcun, 424 (dörd yüz iyirmi dörd) manat 94 (doxsan dörd) qəpik faiz borcunun, 200 (iki yüz) manat cərimənin, cəmi 3248 (üç min iki yüz qırx səkkiz) manat 64 (altmış dörd) qəpik və 16,2 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq LPO QSC «Bank Standart» KB-yə ödənilməsi, iddia tələbinin digər hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 13,8 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq hesablanmış 100 (yüz) manat məbləğində pulun 54 manat hissəsinin Cavabdeh, 46 manat hissəsinin LPO QSC «Bank Standart» KB-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh kredit və bank hesabı müqaviləsi əsasında iddiaçıdan kredit və bank hesabı almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit və bank hesabı məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit və bank hesabı müqaviləsi əsasında iddiaçıdan kredit və bank hesabı vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit və bank hesabı vəsaitini və həmin kredit və bank hesabından yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübut olaraq qəbul etdiyi ekspert rəyinə istinad edərək kredit müqaviləsi üzrə cavabdehin əsas borcunun 2623.70 manat, faiz borcunun isə 514.74 manat olması, iddiaçının iddia ərizəsində göstərdiyi cərimənin əsassız olaraq şişirdilməsi, gecikdirilimiş günlər üçün 5% olmaqla, 448,56 manat faiz məbləğinin tələb edilməsinin əsassız olması nəticəsinə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsində icraa t Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov, F.Talışinski, iş № 2(103)-6984/2020) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ekspertiza təyin etməkdə kredit borcunun məbləğini dəqiqləşdirmiş, əsas kredit borcunun iddia tələbində göstərilənlərdən daha az məbləğdə olması müəyyən edilmişdir. İddiaçı isə apellyasiya şikayətində bunun əksini təsdiq edən hər hansı sübutu, eyni zamanda ekspertiza rəyinin əsassızlığı ilə bağlı sübutlarını və mülahizələrini təqdim edə bilməmiş, məhkəmə baxışı zamanı isə rəyin mötəbərliyinə şübhə yaranmamışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı Ləğv Prosesində olan QSC "Bank Standart" KB (vəkil X1) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək yeni qərar qəbul olunması və ya yenidən baxılması üçün geri qaytarılmasını xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahat ları Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdeh Cavabdeh izahatını dinləməmişdir Digər tərəf məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlar a və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, ə mlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilməd iyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi borc məbləğinin düzgün müəyyən edilməməsi, kifayət qədər sübutların olmasına baxmayaraq eksperiza təyin olunaraq həmin rəyin əsassız olaraq əsas götürülməsi ilə bağlı olmuşdur. İddiaçı eyni dəlillərlə bağlı apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Lakin apellyasiya məhkəməsi müvafiq olaraq digər möhtəbər sübutlar olmadığına və məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticələrinin işin hallarnı uyğun olmasına əsaslanaraq borc məbləğinin düzgün müəyyən olunması nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2.-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğ un olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Məsumə Vəzirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 14 may 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 21 iyun 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, kassasiya instansiyası məhkəməsi heç bir halda aşağı instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməməlidir. Kassasiya instansiyası məhkəməsi mülki işin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilməmiş yeni hallarını müəyyən etməsinə həmin hallara maddi hüquq normalarını tətbiq etməsi üçün hüquqi əsas mövcud deyildir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali M əhkəmənin Konstitusiya hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Ləğv Prosesində olan QSC "Bank Standart" KB-in kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-6984/2020 nömrəli iş üzrə 03 n oyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2755/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2755/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver