Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-276/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalatda baş vermiş qəza nəticəsində işçinin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(106)206/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 17 avqust 2016-cı ildə "xxxx" MMC-yə qazmaçı köməkçisi peşəsinə işə qəbul edilmiş, 01 dekabr 2017-ci ildə ərizəsinə əsasən işdən azad edilmişdir. 2. "xxxx" MMC-nin sex rəisi tərəfindən verilmiş mədən-sifariş tapşırığına əsasən 24 may 2017-ci il tarixdə saat 16 radələrində Xəzər dənizinin Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən hissəsindəki 83 nömrəli özülün 157 nömrəli quyusunda təmir işləri icra edilərkən, qazma köməkçisi işləyən İddiaçı hidravlik fırlanğıca yaxınlaşaraq əl açarı ilə borunu tutub saxalayarkən müvazinətini itirib yıxılması və boruya bağlı qalmış açarın döşəmə üzərində mailli istiqamətdə düzülmüş borula ra dəyib, sonuncunun üzərinə dağılması nəticəsində hər iki diz oynağında funksiya pozğunluğuna və əhəmiyyətli dərəcədə nəzərə çarpan konturakturasına səbəb olan sol qamış sümüyü posttravmatik xarakterli kobud əzilməsi və oynaqdaxili xətti sınığı, lateral və medial meniskin arxa buynuzunun zədələnməsi və cırılması, ön çarpaz bağın natamam cırılması kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almışdır. Həmin gün İddiaçı yaşayış sahəsinə gətirilərək ilkin tibbi yardım göstərmiş, səhəri gün, yəni 25 may 2017-ci il tarixdə bütün işçilərlə birlikdə gəmi ilə sahilə çıxarılaq Şirvan şəhər xəstəxanasına aparılmışdır. Bədbəxt hadisəsinin səbəbləri araşdırılmış və "xxxx" MMC-nin direktoru tərəfindən təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisə h aqqında" 01/19 nömrəli İZ formalı akt tərtib olunmuşdur. Aktda əmək qanunvericiliyinin pozulmasına yol vermiş şəxsin "xxxx" MMC-də qazmaçı usta vəzifəsində işləyən X2 olduğu qeyd olunmuşdur.
3. X1 hadisəyə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-175/2019 saylı, 16 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancının 15%-i dövlət nəfinə tutulmaqla iki il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh "xxxx" Məhsdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən müalicə xərcinə sərf etdiyi 15000 manat v ə əmək fəaliyyətini itirdiyi üçün hər ay 600 manat əmək haqqı pulunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 may 2017-ci il tarixdə xəsarət almış, bundan sonra bir gün platformada qalmış, 25 may 2017-ci ildə onu sahilə gəmi ilə çıxartmışlar. Onu xatırlamadığı taksi ilə Şirvan şəhərində yerləşən Azər adlı şəxsin evinə aparmışlar. Oradan Azər onu Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmış, xəstəxanada travmatoloq Əli həkim onu müayinə etmiş və yalnız ağrıkəsicilərdən istifadə etməklə müalicə aparmışdır. Daha sonra yaşadığı evdə Əli həkimin təyinatı əsasında ağrı kəsicilərdən istifadə etmişdir. Bundan sonra X3 öz hesabına müayinələrdən keçmişdir. Bakı şəhərində yerləşən “Uni Klinika”da onu əməliyyat etmişlər. Həmin vaxta qədər mü alicə xərcini "xxxx" MMC qarşılayırdı. 01 dekabr 2017-ci il tarixədək əmək haqqı kartına çox cüzi miqdarda əmək haqqı köçürülürdü. Mağazadan ona ərzaq verilirdi. Bundan sonra o, 18 mart 2019-cu il tarixdə İran İslam Respublikasında yenidən əməliyyat olunmuşdur. Həmin vaxt müalicə xərcini cavabdeh təşkilat ödəmişdir.
6. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 24 may 2017-ci il tarixdə Xəzər dənizinin Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən 83 saylı özülün 157 №-li quyusunda əsaslı təmir işləri aparılarkən baş vermiş qəza zamanı qazmaçı köməkçisi İddiaçı xəsarət almışdır. Baş vermiş hadisənin araşdırılması ilə əlaqədar Bakı şəhər prokurorluğu tərəfindən istintaq aparılmış və cinayət işi üzrə 16 dekabr 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəm əsi tərəfindən hökm verilmişdir. İddiaçı müalicə və əməliyyatlarına çəkilən xərcləri "xxxx" MMC qarşılamışdır. İddiaçı ilkin olaraq Bakı şəhərində, sonra isə öz istəyinə görə İran İslam Respublikasında əməliyyat olunmuşdur. Qeyd olunan müalicə və əməliyyatları üçün lazım olan xərc 8249.79 manat olmuşdur. İddiaçı müalicəsi dövründə onun ailəsi 6404 manat dəyərində ərzaqla MMC tərəfindən təmin olunmuşdur. Ümumilikdə İddiaçı müalicə və təminatına "xxxx" MMC tərəfindən 14653.79 manat xərc çəkilmişdir. İddiaçı xəsarət alması barədə təhqiqat işləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müfəttişləri tərəfindən də aparılmışdır.
7. Şirvan Şəhər Məhkəməsinin 02 iyul 2020-ci il tarixli, 2(032)-558/2020 saylı qətnaməsi ilə (hakim Z.Əliyev) iddia təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bədbəxt hadisə nəticəsində iddiaçının əmək qabiliyyətinin itirilməsi dərəcəsi göstərilmədiyindən və müəyyən edilmədiyindən, eləcə də əlillik dərəcəsi müəyyən olunmadığından vurulmuş zərərin əvəzinin ödənilməsi, həmçinin sağlamlığının pozulması nəticəsində itirilmiş qazancını müəyyən etmək mümkün olmamışdır.
9. Məhkəmə iddiaçının təqdim etdiyi, “hər iki dizin terma və estekeondroz səbəbindən həkim və ortopedik nəzarətində olmalı və 4 aydan bir müraciət etməli olması və sonrakı xərclərin 5000 ABŞ dolları təşkil etməsi” barədə İran İslam Respublikasında verilmiş arayışla bağlı bildirmişdir ki, iddiaçı tərəf keçiriləcək əməliyyatın Azərbaycan Respublikasında aparılmasının mümkün olmadığı barədə sübut təqdim etməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respub likası Mülki Məcəlləsinin 1117, 1118.1, 1118.2, 1119.1-1119.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(106)-206/2021 saylı qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi), T.Heydərov və İ.Əhmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilməklə İddiaçı almalı olduğu fizioterapevtik müalicə kursunun dəyərini təşkil edən 1250 manat xidmət haqqının cavabdeh "xxx x" MMC-dən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları və ya prosessual hüquq normaları pozulmuş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. İş üzrə təyin olunan sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçıda hər iki diz oynağında oynaq yarıqlarında medialdan minimal daralma, oynaq kənarlarında itiləşmə və oynaq səthlərində sərtləşmənin olduğu və fizioterapevtik müalicə kurslarına ehtiyacının olduğu müəyyən edilmişdir. Fizioterapevtik müalicə kursu həyata keçirən tibb müəssisəsinin verdiyi arayışa əsasən aparılaca q müalicə kursuna görə xidmət haqqının 1250 manat təşkil etdiyi bildirilmişdir. Odur ki, istehsalatda baş vermiş bəbdəxt hadisəyə görə iddiaçının sağlamlığının tam olaraq bərpasının təmin edilməsi məqsədilə almalı olduğu müalicə kursuna tələb olunan 1250 manat xidmət haqqını cavabdeh ödəməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117, 1118.1, 1118.2, 11119.1-1119.3-cü maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.1, 1.3, 2.1, 2.3-cü bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayətində işin faktik halları təkrar göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçı və onun vəkili Vəkil məhkəmə kollegiyası nın iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə
239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəki ldə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1117. Müqavilə öhdəliklərinin və ya digər vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qu lluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Maddə 1118. Sağlamlığı pozmaqla vurulmuş zərərin əvəzinin ödənilməsi həcmi və xarakteri 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə e dilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Maddə 1119. Sağlamlığın pozulması nəticəsində itirilmiş qazancın (gəlirin) müəyyənləşdirilməsi 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
22. Azərbaycan Respublikasının Mülki-Prosessual Mə cəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
23. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
24. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
25. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini, iş üzrə iddiaçının və vəkilinin izahatlarını dinləyib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Tərəflər arasında yaranmış hüquq münasibətləri istehsalatda baş vermiş bədbəxt hadisədə təqsirli olan işəgötürənin işçiyə vurulan zərərə görə maddi məsuliyyəti ilə bağlı yaranan mülki mübahisədir və mübahisənin həlli zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
29. Əmək Məcəlləsi ilə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sağlamlığı pozulmuş işçilərə dəymiş zərərə görə müvafiq ödənclər ödənilməsi nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı m addi məsuliyyət daşıyırlar.
30. Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
31. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
32. Mülki Məcəllənin 1117-ci maddəsinə əsasən, müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.
33. Həmin Məcəllənin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, da va-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
34. Əmək Məcəlləsinin 239-cu maddəsinin 3-cü bəndində göstərilir ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
35. Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən işçilərə verilməli ödənclərin verilmə qaydaları, şərtləri və məbləği, Azərbay can Respublikasının Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği” ilə tənzimlənir.
36. Həmin Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak oldu qda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərç əkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir.
37. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı), işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir.
38. İşə baxmış apellyasiya instansiyası məhkəməsi də işin hallarını məhz bu hüquq no rmaları əsasında araşdırmış, iddiaçıya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsini müəyyən edən sübutları (peşə əmək qabiliyyətinin itirilməsini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı) təqdim etməyi təklif etmişdir. Lakin iddiaçı tərəfindən bu cür sübutlar təqdim olunmamışdır.
39. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda 28 oktyabr 2020-ci il tarixli qərardadla iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə tibb ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 566/KEŞ nömrəli ekspert rəyi ilə müəyyən edilmişd ir ki, Salyan RMX-da İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, 25.05.2017-ci il tarixdə almış olduğu travma ilə əlaqədar xəstəxanaya daxil olduqdan sonra aparılmış müvafiq müayinələr əsasında ona “Hər iki baldırın və dizin əzilməsi diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstəyə tibbi yardımlar göstərilmiş və 01.06.2017-ci il tarixdə kafi vəziyyətdə evə yazılmışdır. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hər iki diz oynağında oynaq yarıqlarında medialdan minimal daralma, oynaq kənarlarında itiləşmə və oynaq səthlərində sərtləşmənin olduğu müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar halhazırda onun fizioterapevtik müalicə kurslarına ehtiyacı vardır.
40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu müalicəsi üçün zəruri olan xərclərin müəyyən olunması məqsədilə, həmin növ müalicə kurslarını həyata keçirən klinikalardan birinə, "Premium Clinic" tibb müəssisəsinə sorğu verərək, iddiaçıya fizioterapevtik müalicə kurslarının keçirilməsi üçün tələb olunan xidmət haqqının məbləği barədə məlumat verilməsini xahiş etmiş və tibb müəssisəsinin cavabında qeyd edilmişdir ki, müayinə nəticəsində iddiaçıya "Sağ diz oynağının posttravmatik arterozu" diaqnozu təyin edilmişdir. Pasientin hər 6 aydan bir müalicə alması vacibdir. Ümumilikdə fizioterapiya və dərman xərci 1250 manat təşkil edir.
41. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsində nəzərdə tutulan həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaq prinsipinə əməl etmiş, iddia çıya prosessual hüquqlarının həyata keçirilməsinə zəruri köməklik göstərmişdir.
42. Kassasiya şikayətində sadalanan digər hallar işin faktik halları, həmin faktların araşdırılmaması barədədir ki, bu hallar kassasiya qaydasında araşdırmanın predmetini təşkil etmir. Kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır.
43. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
44. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli, 2(106)206/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.