Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2763/2021 11.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” Tikinti Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi zərərin müştərək qaydada tutulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: maddi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2737/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnaməsindən işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxuna n şəxs “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt DYPŞ-nin 10.07.2019-cu il tarixli inzibati xəta haqqında protokolundan və İnzibati tənbeh vermə haqqında 10.07.2019-cu il tarixli, TP ******* saylı qərarından görünür ki, Cavabdeh2 05.07.2019-cu il tarixində «xxxx» markalı, ** GS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin inzibati xəta nəticəsində “xxxx” Tikinti Firmasına məxsus qeydiyyat nişan nömrəsi ** AA *** olan «Me rcedes S350» minik markalı avtomobilə ziyan dəymişdir. “Mercedes-Benz” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distributoru “X5” MMC-in ********** saylı, 12.07.2019-cu il tarixli ilkin təmir sifarişi aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus qeydiyyat nişan nömrəsi ** AA *** olan «Mercedes S350» minik markalı avtomobilə ümumilikdə 9627,50 manat məbləğində maddi ziyan dəymişdir. AD nömrəli 490689 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «xxxx» markalı, ** GS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. 02 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, “xxxx” ASC “xxxx” TF-nın bank hesabına 5000 manat icbari sığorta ödənişi etmişdir. “xxxx” ASC-nin Cavabdeh1 və Cavabdeh2 göndə rdiyi 20 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, 05.07.2019-cu il tarixində, saat 22:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus qeydiyyat nişan nömrəsi ** AA *** olan «Mercedes S350» minik markalı avtomobilə dəymiş zərərlə bağlı ödənilmiş 5000 manat pulun 7 iş günü ərzində Cəmiyyətə qaytarılması, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” Tikinti Firmasının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xxxx Tikinti Firmasının mülkiyyətində olan ** AA *** dövlət nömrə nişanlı, «Mercedes S350» markalı minik nəqliyyat vasitəsinə vurduqları 9627,50 manat məbləği ndə maddi zərərin xxxx Tikinti Firmasına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05 iyul 2019-cu il tarixdə, axşam saat 22:05 radələrində Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində, “Şeyx” çay evinin qarşısında, “xxxx” Tikinti Firmasına məxsus dövlət qeydiyyat nişan nömrəsi ** AA *** olan «Mercedes S350» minik markalı firma direktorunun xidməti maşını 30 km/saat sürət ilə yolun ona aid olan zolağı ilə hərəkət edərkən, əks zolaqda olan dövlət nömrə nişanı ** GS *** olan «xxxx» markalı minik maşını qəflətən hərəkətə gətirilərək yüksək sürətlə əks zolağa keçərək «Mercedes S350» minik maşınını yan hissədən vurmuşdur. Avtonəqliyyat hadisəsi baş verərkən, “xxxx” Tikinti Firmasına məxsus ** AA *** dövlət qeydiyyat nömrə nişanlı, «Mercedes S350» minik markalı maşını “xxxx” Tikinti Firmasının təqdim etdiyi 01 iyul 2019-cu il tarixli, 15 nömrəli Yol vərəqəsinə əsasən (31 iyul 2019-cu il tarixədək qüvvədə olmuş) X3 tərəfindən idarə edilmişdir. ** GS *** döviət qeydiyyat nömrə nişanlı, «xxxx» markalı minik maşını isə heç bir qanuni əsas (etibarnamə və s.) olmadan Cavabdeh2 tərəfindən idarə edilmişdir. Hadisə baş verərkən, “xxxx” Tikinti Firmasına məxsus «Mercedes S350» minik markalı maşında sürücüdən başqa firma direktoru X6, «xxxx» markalı minik maşınında isə yalnız sürücü olmuşdur. Avtonəqliyyat qəzası baş verdikdən sonrakı hadisələr aşağıdakı kimi cərəyan etmişdir: Onlar maşını yolun soluna çəkib saxlamış və sürücü Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etmiş, ** GS *** dövlət qeydiyyat nömrə nişanlı, «xxxx» markalı mi nik maşınında olan sürücü maşından düşüb təkərə mane olan qanadı maşın sahibi Cavabdeh1 ilə birlikdə dartıb düzəltdikdən sonra qəza törətmiş maşına əyləşib hadisə yerindən qaçmışlar. Hadisə yerinə çağırılan Sumqayıt şəhər X10 Şöbəsi Baş X1 tərəfindən inzibati xəta haqqında icraat başladılmışdır. Polis əməkdaşı Soltanlı Soltan tərəfindən 10 iyul 2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Protokol əsasında müəyyən edilmişdir ki, ** GS *** döviət qeydiyyat nömrə nişanlı, «xxxx» markalı minik maşınını idarə edən Cavabdeh2 C.Cabbarlı küçəsində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınmış, araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh2 avtomaşını etibarnamə olmadan idarə etmiş və manevr qaydasını pozmuşdur. Cavabdeh2 törətdiyi inzibati xəta n əticəsində “xxxx” Tikinti Firmasının mülkiyyətində olan, X2 idarə etdiyi ** AA *** dövlət qeydiyyat nömrə nişanlı, «Mercedes S350» minik markalı maşına maddi zərər vurulmuşdur. Hadisə nəticəsində «Mercedes S350» minik markalı maşının qabaq sol qanadı, qabaq sol qapısı və sol arxa qapısı əzilmişdir. Yol Polisi əməkdaşı Soltanlı Soltan tərəfindən 10 iyul 2019-cu il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında yol nəqliyyat hadisəsində təqsirkar olaraq müəyyən edilən Cavabdeh2 barəsində 10 iyul 2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmiş və inzibati xəta törətdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, yəni etibamamə olmadan idarə etmə və 327.6-cı maddəsinə görə, yəni yol nəqliyyat hadisəsi yerindən yay ınmasına görə barəsində 100 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh2 inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair 10 iyul 2019-cu il tarixli, ******* saylı qərar qanuni qüvvəyə minmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus ** AA *** dövlət qeydiyyat nömrə nişanlı, «Mercedes S350» minik markalı maşına vurulmuş maddi zərərin dəyərinin müəyyən edilməsi üçün “Mercedes-Benz” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribyutoru “X5” MMC-yə müraciət edilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “xxxx” Tikinti Firmasına məxsus «Mercedes S350» minik markalı maşın üçün ********** saylı, 12.07.2019-cu il tarixli ilkin təmir sifarişi aktı tərtib edilmiş və bu maşına vurulmuş maddi zərər ƏDV ilə birlikdə 9627,50 manat müəyyən edilmişdir. “X5” MMC tərəfindən icra edilmiş qüsurun qiymətləndirilməsi xidmətinə görə “xxxx” Tikinti Firması ilə 12 iyul 2019-cu il tarixli, SA9070196 nömrəli akt tərtib edilmiş və bu xidmətin dəyəri 297,58 manat “xxxx” Tikinti Firması tərəfindən “X5” MMC-yə ödənilmiş, lakin bu məbləğ iddia edilən məbləğə daxil edilməmişdir. ** GS *** dövlət nömrə nişanlı, «xxxx» markalı minik nəqliyyat vasitəsinin AD seriyalı, 490689 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən nəqliyyat vasitəsinin sahibi Cavabdeh1dur. İnzibati xəta haqqında TP ******* saylı qərarda və Cavabdeh2 Sumqayıt şəhər Polis İdarəsinin X10 şöbəsinin rəisi, polis mayoru cənab Şamxal Əliyevə verdiyi yazılı izahatda qeyd etdiklərindən göründüyü kimi Cavabdeh2 hadisə baş verən zaman ** GS *** dövlət nömrə nişanlı, «xxxx» m arkalı minik nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş, yol nəqliyyat hadisəsi törətmiş və qanuni qüvvəyə minmiş qərar əsasında hadisədə təqsirkar olduğu təsdiq edilmişdir. Cavabdehlərə dəfələrlə şifahi qaydada müraciət edərək vurulmuş maddi zərərin əvəzini ödəməsini tələb edilsə də, cavabdehlər öz hərəkətləri və ya hərəkətsizliyi ilə pulu ödəmək niyyətində olmadığını təsdiq etmişlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə Cavabdeh1 iddia tələbini qəbul etdiyini, həqiqətən 05 iyul 2019-cu il tarixdə Cavabdeh2 tərəfindən idarə olunan ** GS *** dövlət nömrə nişanlı, «xxxx» markalı minik nəqliyyat vasitəsi ilə qəza törədildiyini və ** AA *** dövlət nömrə nişanlı, «Mercedes S350» minik markalı nəqliyyat vasitəsinə maddi ziyan vurulduğunu bildirərək, bu barədə ərizəsin i məhkəməyə təqdim etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Günel Tanrıverdiyeva) 2(060)-7284/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxx” Tikinti Firmasının Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçının mülkiyyətində olan **-AA-*** dövlət nömrə nişanlı, “Mercedes S350” markalı minik nəqliyyat vasitəsinə vurduqları 9627,50 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 05 iyul 2019-cu il tarixdə AD nömrəli 490689 saylı Nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan, lakin Cavabdeh2 tərəfindən etibarnamə olmadan idarə olunan «xxxx» markalı, ** GS *** dövlət nömrə nişanlı avtomobil Sumqayıt şəhəri, Cəfər Cabbarlı küçəsində, Şeyx çay evinin qarşısında xxxx Tikinti Firmasına məxsus ** AA *** dövlət qeydiyyat nişanlı «Mercedes S350» markalı avtomobilə dəyərək ona 9627,50 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini, 05 iyul 2019-cu il tarixdə ona məxsus olan, lakin Cavabdeh2 tərəfindən idarə olunan ** GS *** dövlət nömrə nişanlı, «xxxx» markalı minik nəqliyyat vasitəsi ilə qəza törədildiyini və xxxx Tikinti Firmasına məxsus ** AA *** dövlət qeydiyyat nişanlı «Mercedes S350» markalı nəqliyyat vasitəsinə 9627,50 manat məbləğində maddi ziyan vurulduğunu bildirərək iddianı etiraf edərək ərizəsini məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 iddianı etiraf et məsi qanuna zidd deyil və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin tərəfindən iddianın etiraf edilməsi ona münasibətdə məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə digər Cavabdeh2 münasibətdə qeyd etmişdir ki, 05.07.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh2 təqsirli olduğundan həmin hadisə nəticəsində **-AA*** dövlət qeydiyyat nişanlı “Mercedes S350” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan onun tərəfindən iddiaçı xxxx Tikinti Firmasına ödənilməlidir. ** AA *** dövlət qeydiyyat nişanlı, «Mercedes S350» markalı nəqliyyat vasitəsinə dəymiş ziyana görə digər Cavabdeh1 da Cavabdeh2 ilə müştərək qaydada məsuliyyət daşımalıdır. Cavabdeh1 ** AA *** dövlət qeydiyyat nişanlı «Mercedes S350» markalı nəqliyyat vas itəsinə ziyan vurmuş «xxxx» markalı, ** GS *** dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisidir və həmin avtomobil onun razılığı ilə Cavabdeh2 sahibliyinə verilmişdir. Yəni «xxxx» markalı, ** GS *** dövlət nömrə nişanlı avtomobil digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində Cavabdeh1 sahibliyindən çıxmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097, 1108-ci maddələrinə və MPM -nin 52,191-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7284/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apely asiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında işin bütün faktiki halları araşdırılmamışdır. 05.07.2019-cu il tarixində, saat 22:30 radələrində Sumqayıt şəhəri, C.Cabbarlı küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, sahibinin 3-cü şəxslər qarşısındakı mülki məsuliyyəti icbari sığorta qaydasında “xxxx” ASC-də sığortalanmış, “VAZ-21074” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobillə “xxxx” Tikinti Firmasına məxsus “Mersedec-Benz S350” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı xidməti maşın toqquşmuşdur. Hadisə ilə bağlı dəymiş zərərin qiymətlənirilməsi 12.07.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Avtomobillərin Texniki Xidmət Mərkəzində həyata keçirilmiş və tərtib edilmiş qüsur aktına əsasən d əymiş zərər 1200 manat təşkil etmişdir. Sığortaçı kimi “xxxx” ASC tərəfindən təyin edilmiş qiymətləndirmə ilə zərər məbləği 1200 manat müəyyən edilsə də, sonradan avtomobilin qabaq sol qapısına dəymiş zərər də nəzərə alınmaqla əlavə 300 manat olmaqla, yekun olaraq dəymiş zərər məbləği 1500 manat müəyyən edilmiş və həmin məbləğ PXA 49420 saylı sığorta aktına əsasən 29.07.2019-cu il tarixli, 2689 saylı ödəniş tapşırığı ilə “xxxx” Tikinti Firmasının hesabına köçürülmüşdür. Buna baxmayaraq, “xxxx” Tikinti Firması həmin məbləğdən imtina etmiş, 01.08.2019-cu il tarixdə təkrar “xxxx” ASC-nin hesabına geri qaytarmışdır. Zərərçəkmiş tərəf - “xxxx” Tikinti Firması qiymətləndirmənin nəticəsi ilə razılaşmayaraq, ona 9627,50 manat zərər vurulduğunu bildirmiş və icbari sığorta hadisəsi zamanı maksimum ö dənişin (5000 manat məbləğin) onun bank hesabına ödənilməsini tələb etmişdir. Onun əsassız tələblərinin qanunvericiliyin müddəalarına zidd olması izah edilməklə 22.07.2019-cu il tarixli, 05/01-683 saylı məktubla cavab verilmişdir. Sonradan “xxxx” Tikinti Firması yol nəqliyyat hadisəsinin təqsirkar iştirakçısı olan “VAZ-21074” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh1 və hadisə zamanı həmin avtomobili idarə etmiş sürücü Cavabdeh2 qarşı Sumqayıt Şəhər Məhkəməsində zərərin əvəzinin ödənilməsinə dair iddia qaldırmışdır. Qeyd edilən iddianın qaldırılması ilə “xxxx” Tikinti Firması avtomobilinə dəymiş ziyanın özünün təyin etdiyi, açıq-aşkar şişirdilmiş qiymətləri əks etdirən “qiymətləndirmə” əsasında məhkəmə qətnaməsi qəbul etdirməklə, həmin məbləğin sığorta çıdan alınması üçün əsas yaratmaq məqsədi güdmüşdür. Halbuki, qəbul edilən məhkəmə qətnaməsi bilavasitə “xxxx” ASC-nin hüquq və vəzifələrinə toxunur, çünki qəza törədən avtomobil bu ASC-də sığortalanmışdır. Məhkəmə iclasında isə cavabdeh statusu almış Cavabdeh2 iddianı etiraf etmiş, dəfələrlə şişirdilmiş zərərin məbləğini qəbul etmiş, buna heç bir etiraz etməmiş, dəymiş zərərin hesablanması üçün ekspertiza təyin edilməsinə belə cəhd göstərməmişdir. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə təmin olunmamalıdır. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Abasov - sədrlik edən və məruzəçi, S.Qafari və T.Məmmədov) 20 noyabr 2020-ci il tarixli 2(105)-2737/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Sumqayıt Şəhər Məhkəmə sinin 2(060)-7284/2019 saylı, 17 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1108.1, 1114.1-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçıya zərər vurmuş şəxslərin (cavabdehlərin) zərərin miqdarını qəbul etmələri, zərərin məbləği barədə işdəki mötəbər sübutlar hazırkı halda qətnamədən verilmiş apelyasiya şikayətinin dəlillərinin əsassızlığını təsdiq edir. İşə baxan birinci instansiya məhkəməsi düzgün olaraq yuxarıda qeyd edilən hüquq normalarına istinad edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarmışdır. Qətnamədən işə cəlb edilməyən, lakin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs “xxxx” ASC kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 20 noyabr 2020-ci il tarixli 2(105)-2737/2020 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rəd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edilən iddianın qaldırılması ilə “xxxx” Tikinti Firması avtomobilinə dəymiş ziyanın özünün təyin etdiyi, açıq-aşkar şişirdilmiş qiymətləri əks etdirən “qiymətləndirmə” əsasında məhkəmə qətnaməsi qəbul etdirməklə, həmin məbləğin sığortaçıdan alınması üçün əsas yaratmaq məqsədi güdmüşdür. Halbuki, qəbul edilən məhkəmə qətnaməsi bilavasitə “xxxx” ASC- nin hüquq və vəzifələrinə toxunur. Belə ki, həmin şişirdilmiş ziyan məbləğinin 5000 manat hissəsinin “xxxx” Tikinti Firmasına ödənilməsi vəzifəsi “VAZ-21074” markalı, ** GS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış “xxxx” ASC-nin üzərinə düşür. Apellyasiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi, cavabdeh- sığorta olunan Cavabdeh2 əsassız iddiaya qarşı (həmçinin iddia tələbinin süni surətdə şişirdilməsinə münasibətdə) heç bir etiraz etmədən, zərərin həqiqi məbləğinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsini belə tələb etmədən iddianı “etiraf’ etməsini normal hesab etmiş, bundan əlavə, zərər dəymiş avtomobilin «Mercedes Benz S350» markalı olmasını, buna görə də zərərin məbləğinin “Mercedes-Benz” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distributoru "X5" MMC tərəfindən hesablanması barədə ak tı daha mötəbər hesab etmiş, zərər məbləğinin sığortaçının iştirakı olmadan müəyyən edilməsinə, həmçinin zərərçəkmiş şəxsin sığortaçıdan müstəqil ekspert təyin edilməsini tələb etmədən məhkəməyə müraciət etdiyini də nəzərə almamışdır. İddiaçı “xxxx” Tikinti Firması tərəfindən kassasiya şikayətinin dəlillərinə yazılı etiraz edilərək şikayətin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tət biq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətin də qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübut lar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin zərər məbləğinin sığortaçının iştirakı olmadan müəyyən edilməsinə, həmçinin zərərçəkmiş şəxsin sığortaçıdan müstəqil ekspert təyin edilməsini tələb etmədən məhkəməyə müraciət etməsi ilə bağlı dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir, belə ki, hazırki iddia sığorta şirkətinə qarşı sığorta ödənişinin verilməsi tələbi barədə olmadığından, birbaşa zərərvuran şəxslərə qarşı qaldırıldığından kassasiya şikayətində qeyd edilən maddələrin hazırki iddiaya tətbiqi edilə bilməz. Digər tərəfdən, dəymiş zərərin məbləğinin 1500 manat olmasını iddia edən “xxxx” ASC-nin sığorta ö dənişi kimi zərərçəkənə artıq 5000 manat ödəniş etməsi, bundan başqa, cavabdehlərin zərərin məbləği ilə razılaşdıqları da zərərin məbləği ilə bağlı dəlilin əsassızlığını təsdiq edir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş məbləği “xxxx” ASC subroqasiya qaydasında tələb etmək hüququnu saxlayır. Göstərilənlərə əsasən iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2737/2020 nömrəli iş üzrə 20 noyabr 2020-ci il tarixli qətnamə si dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.