Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2765/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1752/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, çəkisi 800 kq olan iribuynuzlu cöngənin xx.xx.2021-ci il tarixə real bazar dəyəri 6800 manat təşkil edir.
2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Şəki X2 Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 21/296 nömrəli məktubdan müəyyən edilir ki, diri çəkisi 800 kq olan iribuynuzlu heyvanın (çöngənin) hazırki bazar dəyəri aşağıdakı kimidir. Yüksək köklükdə-3600 manat, orta köklükdə-3200 manat, aşağı köklükdə-2700 manat. 3. "xxxx" ASC-nin 01 noyabr 2021-ci tarixli, 39 nömrəli məktubun məzmunundan görünür ki, bir baş diri çəkisi 800 kiloqram olan (rus cinsli) iribuynuzlu heyvanın (çöngənin) orta satı ş qiyməti 2800 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı vurulmuş zərərin ödənilməsi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək olaraq 15500 ABŞ dollarının manata məzənnədə 22100 manatın, çəkisi orta hesabla 800 kq olan 20 baş iribuynuzlu cöngənin satış qiyməti olan (orta hesabla hər kq 8 manatdan hesablanmaqla) 128000 manatın və əldən çıxmış faydaya görə 195000 manatın cavabdehlərdən müştərək olaraq alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, 2016-cı ilin ortalarında hazırkı iş üzrə cavabdeh olan Cavabdeh3la tanış olmuş, Tahir ona təklif etmişdir ki, Rusiya Federasiyasına gedərək mal alıb gətirsin, həmin malları Azərbaycanda sataraq pul qazansınlar. Tahir ona bildirmişdir ki, malların saxlanılması üçün Yevlax rayonunda hər bir şəraiti-ferması var. O, Tahirlə razılaşmışdır ki, Rusiyadan malları gətirir və hissə-hissə satır, əldə olunan gəlirin 20 faizini isə Tahirə verir. Rusiyadan mal gətirilməsi işini tezləşdirmək üçün Cavabdeh1 onun yanına tanımadığı bir şəxsi gətirərək, həmin şəxsin ona məxsus əmlaka görə 100000 ABŞ dolları pul verə biləcəyini bildirsə də, o, Siracla razılaşmamış və dostu Faiqdən 40000 ABŞ dolları borc götürmüşdür. 2016-cı ilin oktyabr ayında diri çəkisi ***-**** kq arasında olan 42 baş iribuynuzlu cöngəni Rusiya Federasiyasının Omsk vilayətindən Azərbaycana gətirmişdir. Həmin cöngələri 1 ay müddətində baxmaq üçün Tahir və Sabir qardaşlarına vermişdir. Həmin mallar qardaşlara məxsus fermada yerləşdirilmişdir. Bir ay müddətində, yəni cöngələr hissə-hissə satılana qədər yemlənməsi üçün 1300 manat pulu Sabir və Tahirə vermişdir. Rusiya Federasiyasına getməzdən əvvəl Faiqdən aldığı 40000 ABŞ dollarından 30000 ABŞ dollarını sonradan ona göndərməsi üçün Tahirə vermiş, həmin puldan 4500 ABŞ dollarını Sirac və Tahir, 10000 ABŞ dollarını isə oğlu Əmrah vasitəsilə ona göndərmişlər. Qalan 15500 ABŞ dollar pul isə Sirac və Tahirdə qalmışdır. 42 baş cöngəni Tahirgilə təhvil verdikdən sonra ona məlum olmuşdur ki, cavabdehlər 20 baş cöngəni satıblar. Qalan 22 baş malı isə özü fermadan götürərək Bakı şəhərində satmışdır. Satılmış 20 baş cöngənin pulunu cavabdehlərdən istəyəndə 10-15 gün ə qaytaracaqlarına söz versələr də, hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışlar. Cavabdehlərin hərəkətləri ilə bağlı Yevlax rayon Polis Şöbəsinə müraciət etsə də, ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur.
6. Yevlax Rayon Məhkəməsinin (hakim G.İ.Cavadova) (bundan sonra – birinci instansiya məhkəməsi) 8 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, 15500 (on beş min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnə nisbətində manatla və 128000 (bir yüz iyirmi səkkiz min ) manat pul Cavabdeh3 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, dövlət rüsumunun kəsir hissəsi olan 20 manatın Cavabdeh3 dövlət büdcəsi xeyrinə tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında birgə fəaliyyət barədə şifahi razılaşma olmuşdur. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı öz vəsaiti hesabına Rusiya Federasiyasından iribuynuzlu mal-qara alaraq Azərbaycana gətirməyi, sonra isə həmin cöngələri sataraq, satışdan əldə etdiyi gəlir hesabına Cavabdeh3 müəyyən faiz ödəməyi, Cavabdeh3 isə iddiaçının gətirdiyi cöngələri, onlar satılanadək Yevlax rayonunda yerləşən fermasında saxlamağı və onlara baxmağı öhdəsinə götürmüşdür. Qeyd olunan razılaşmanın şərtlərinə əməl edərək, 2016-cı ilin oktyabr ayında 42 baş cöngəni Rusiya Federasiyasından gətirmiş və cöngələri satılanadək Cavabdeh3 təhvil vermişdir. Lakin Cavabdeh3 razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, iddiaçıdan təhvil aldığı 42 baş cöngədən 20 b aşını iddiaçının məlumatı və razılığı olmadan satmış, satışdan əldə etdiyi pulu isə iddiaçıya qaytarmamışdır. Bununla da cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh3 tərəfindən 20 baş cöngənin özbaşına satışı ilə iddiaçıya vurulan maddi zərərin məbləği iddia ərizəsində qeyd edildiyi kimi 128000 manat təşkil edir. Çünki hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM-nin maddə 218.3.). Bu baxımdan hesab edilməlidir ki, bir baş cöngənin qiyməti "xxxx" MMC-nin verdiyi rəydə qeyd edildiyi kimi 6800 manat deyil, iddia ərizəsində qeyd edildiyi kimi 128000 manat: 20 baş cöngə = 6400 manatdan hesablanmalıdır.
8. Birinci instansiya məhkəməsi müəyyən edilmişdir ki, iddiaçı, 2016-cı ilin sentyabr ayında bank vasitəsi ilə ona göndərilməsi üçün Cavabdeh3 30000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin məbləğdən iddiaçıya bank vasitəsi ilə cəmi 14500 ABŞ dolları məbləğində pul göndərilmişdir. İddiaçı həmin qəbzləri Yevlax rayon Polis Şöbəsində araşdırılma aparılarkən polis şöbəsinə təqdim etdiyini bildirmişdir. Həmin araşdırılma materiallarının polis şöbəsindən götürülməsi ilə bağlı məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı müraciəti əsasında araşdırılması aparılmış materialın saxlama müddəti bitdiyi üçün material məhv edilmişdir. Cavabdeh3 qalan 15500 ABŞ dolları məbləğində pulun sonradan iddiaçıya qaytarılmasını təsdiq edən hər hansı sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilmişdir ki, iddiaçıya məxsus 15500 ABŞ dolları məbləğində pulu Cavabdeh3 iddiaçıya qaytarmamışdır. On a görə də 15500 ABŞ dolları məbləğində pul cavabadeh Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə iddia tələbinin “cavabdehlərdən əldən çıxmış faydaya görə 195000 manatın alınaraq İddiaçı ödənilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı göstərdiyi əsasları sübuta yetirə bilməmişdir.
10. İddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilədən irəli gələn tələblər irəli sürülmədiyinə görə hazırkı işdə Mülki Məcəllənin 373.2-ci maddəsində göstərilən iddia müddətlərinin tətbiq edilməsi üçün əsaslar mövcud deyildir. Çünki həmin maddədə müqavilə tələbləri üzrə iddia müddətinin üç il təşkil edilməsi göstərilmişdir. İddiaçının tələbi vurulmuş ziyanın ödənilməsi ilə bağlı olduğundan və bu növ iddialara Mülki Məcəllənin 373.1-ci maddəsində göstərilmiş on illik ümumi iddia müddəti tətbiq edilir və bu əsasla da iddia müddəti ötürülməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 443.3-cü, Mülki Prosessual Məcəllənin 77.1, 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) 2(107)-1752/2021 saylı mülki iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci i nstansiya məhkəməsinin qətnaməsi qismən, yəni “15500 (on beş min beş yüz) ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnə nisbətində manatla və 128000 (bir yüz iyirmi səkkiz min) manat pul Cavabdeh3 İddiaçı xeyrinə tutulması” hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddia bu hissədə qismən təmin edilərək, Cavabdeh3 diri çəkisi 800 kq olan, 20 baş iribuynuzlu heyvanın (cöngənin) dəyərinə (hər biri 3200 manat olmaqla, 20x3200=64000 manat) münasibətdə 64000 (altmış dörd min) manat alınaraq İddiaçı verilməsi, iddia tələbi 15500 ABŞ dolların və heyvanların dəyərinin qalan hissəsinin Cavabdeh3 alınaraq İddiaçı verilməsi hissəsində rədd olunması qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissəsində ləğv edilməsi üçün əsaslı olsa da, iddia tələbinin bu hissədə tam rədd edilməsi üçün əsaslı deyil.
15. Apellyasiya instansiyası məhkəməsi müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında birgə fəaliyyət barədə şifahi razılaşma olmuşdur. Həmin razılaşmanın şərtlərinə görə, iddiaçı öz vəsaiti hesabına Rusiya Federasiyasından iribuynuzlu mal-qara alaraq Azərbaycana gətirməyi, həmin heyvanları cavabdehə məxsus fermada saxlamağı, sonra isə həmin cöngələri sataraq, satışdan əldə etdiyi gəlir hesabına Cavabdeh3 müəyyən faiz ödəməyi, Cavabdeh3 isə iddiaçının gətirdiyi cöngələri, onlar satılanadək Yevlax rayonunda yerləşən fermada saxlamağı və onlara baxmağı öhdəsinə götürmüşdür. İddiaçı yuxarıda qeyd olu nan razılaşmanın şərtlərinə əməl edərək, 2016-cı ilin oktyabr ayında 42 baş cöngəni Rusiya Federasiyasından gətirmiş və cöngələri satılanadək saxlamaq üçün Cavabdeh3 təhvil vermişdir. Lakin Cavabdeh3 razılaşma üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, iddiaçıdan təhvil aldığı 42 baş cöngədən 20 başını iddiaçının məlumatı və razılığı olmadan satmış, satışdan əldə etdiyi pulu isə iddiaçıya qaytarmamışdır. Bununla da cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Kollegiyanın qənaətinə görə Cavabdeh3 tərəfindən 20 baş cöngənin özbaşına satışı ilə iddiaçıya vurulan maddi zərərin məbləği iddia ərizəsində qeyd edildiyi kimi və ya birinci instansiya məhkəməsinin müəyyən etdiyi məbləğdə deyil, məhz apellyasiya icraatı zamanı əldə olunmuş mütəxəssis qiymətləndirməsi əs as götürülməklə təmin edilməlidir. Çünki apellyasiya icraatı zamanı əldə olunmuş qiymətlər, sahəvi mütəxəssis mövqeyinə əsaslanır. Kollegiya bu halda qeyd etməyi zəruri hesab etmişdir ki, tərəflərdən heç biri mübahisəli heyvanların vəziyyəti (kök, orta və ya arıq olması) barədə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, məhkəmə orta köklükdə (3200 manat) qiymətləndirilmiş heyvanın dəyərini əsas götürməyi əsaslı hesab etmişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21, 21.2, 386.1, 386.3, 822, 824.3, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh3 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin xx.xx.20 21-ci il tarixli qətnaməsini Cavabdeh3 diri çəkisi 800 kq olan, 20 baş iribuynuzlu heyvan (cöngənin) dəyərinə (hər biri 3200 manat olmaqla 20x3200=64000 manat) münasibətdə 64000 manat alınaraq İddiaçı verilsin hissəsində ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2 377.1, 425.1, 442 və 443.1-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tərəfləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tərəflərlə üzrə iddia müddəti 6 ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı, şəxsin öz huquqlarının pozulduğunu bildiyi və bilməli olduğu gündən başlanır. İş mate riallarında həm polis şöbəsinin, həm də prokurorluq orqanın qərarları mövcuddur. Həmin qərarlara görə tərəflər arasında münasibətlər xx.xx.2016-cı ildə yaranmış və davam etmişdir. İddiaçının pulu rəsmi istəməsi xx.xx.2017-ci ildə olmuş və məhkəməyə iddia ərizəsi 2021-ci ildə verilmişdir. Bununla da İddiaçı hazırki tələb üzrə 3 ililk iddia müddətini ötürmüşdür. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etsə də, məhkəmə əsassız olaraq nəzərə almamışdır.
19. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsini qətnaməsi MPM-nin 9.1, 9.3, 14.1, 14.2, 77.1 və 88-ci maddələrinin tələbləri pozulması ilə çıxarılmış, məhkəmə tərəfindən işin halları tam və hərtərəfli obyektiv araşdırmamış, cöngələrin qiyməti bazar qiymətinə uyğun olmamış, həddən artı q şişirdilmişdir. İddiaçının özü polis orqanına verdiyi izahatında 22 baş dananın satışından 28000 manat pul əldə etdiyini göstərmişdir. Belə olan halda bir dananın bazar qiymət 3200 manat deyil, 1400 manat olmalı idi. Məhkəmələr iddiaçının izahatı ilə mütəxəssis rəyi arasındakı ziddiyyətlərə əhəmiyyət verməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.
22. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanun da və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər.
26. Maddə
822. Saxlama m üqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür.
27. Maddə 824.3. Tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 109 6.2 Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktik i halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə qismən, yəni iddianın təmin olunması hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam və hərtərəfli olaraq qiymətləndirmişdir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
39. Apellyasiya instansiyası məhkəməsiiddiaçıya vurulmuş zərərin hesablanması zamanı aidiyyatı qurumlardan alınmış məktub və arayışlara, Kənd Təsərrüfatı Nazirliyinin Şəki X2 Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2021-ci il tarixli, 21/296 nömrəli məktubuna əsaslanmış, həmin məktubda göstərilən qiymətlərin şübhə altına alınmasına əsaslar yoxdur.
40. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1752/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.