Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2767/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu, Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)****/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (hakim H.Mirzəliyev) xx.xx.2019-cu il tаrixli, 2(051)*/2019 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “inzibati orqanın qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdehndən 42497.08 manat pulun alınıb İddiaçı verilməsi, iş üzrə 100 manat məbləğində ekspertiza xərcinin Cavabdehndən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şükürov, A.Eyvazov, R.Əliyev) xx.xx.2019-cu il tarixli, 2(107)-****/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(051)-*/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üz rə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdehnə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “inzibati orqanın qanunsuz hərəkəti nəticəsində vurulmuş zərərə görə kompensasiyanın ödənilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansına verilmiş T ünvanında yerləşən, daxili ölçüləri 203 kv.m, əsas tikili və qurğularının tikintialtı sahəsi 254 kv.m, digər tikili və qurğularının tikintialtı sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsindən ibarət daşınmaz əmla kın tikintisinə çəkmiş olduğu 105560 manat məbləğində pul vəsaitinin - vurulmuş zərərə görə ödənilməsi təmin edilməyən kompensasiyanın ona ödənilməsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili V1oğlu kasasiya şikayətini onunla əsaslandırmışlar ki, apelyasiya kollegiyası qeyd etmişdir ki, guya iddiaçının hazırki tələblə çıxışetməyə subyektiv hüququ olmamışdır. Çünki o, iddia etdiyi işləri görərkən fiziki şəxs yox, hüquqi şəxs, yəni MMC olmaqla, həmin hüquqi şəxsin rəhbəri olmuşdur. Lakin iddiaçının MMC-yə rəhbərlik etməyi qanuni əsaslarla olmuşdur. Eyni zamanda o, MMC-nin rəhbəri kimi fiziki şəxs olaraq Azərbaycan Respubli kasının vətəndaşıdır və ona vurulan zərərə görə təqsirkar şəxslər onun qarşısında məsuliyyət daşımalıdır. Daha sonra apelyasiya kollegiyası göstərmişdir ki, guya cavabdehin iddiaçının qarşısında pul öhdəliklərinin yaranması üçün tərəflər arasında müqavilə olmalı idi. Belə bir müqavilənin olması da iş materiallarında öz əksini tapmır. Bu qeyri-uyğun yanaşmaya münasibət bildirərək qeyd edilməlidir ki, apelyasiya instansiyası işdə olan sübutlara, sənədlərə, işin həqiqi hallarına görməməzliklə yanaşmaqla, kifayətlənməyərək, həm də əlavə sübut kimi müqavilənin olmamasına istinad etməyə çalışmışdır. Amma unutmuşdur ki, iddiaçı cavabdehin qanuni işçisi olmuşdur və tərəflər arasında ən azından əmək münasibətləri və maddi-məsuliyyət haqqında kontrakt olmuşdur. Apelyasiya instansiyasının qətnaməsind ə göstərilir ki, birinci instansiya məhkəməsinin istinad etidiyi 3 qətnamədə mübahisələndirilən əmlakın cavabdehin mülkiyyəti kimi dəyərləndirilmişdir. Lakin apelyasiya instansiyası nəzərə almamışdır ki, hazırki iddia üzrə həmin əmlakın mülkiyyət hüquqları deyil, daşınmaz əmlakın ərsəyə gəlməsi üçün sərf edilən xərcin əvəzinin ödənilməsi mübahisələndirilir. Qətnamədə həmçinin göstərilir ki, iddiaçı cavabdehin hansı qanunsuz hərəkəti ilə ona zərər vurulmasınına dair sübut təqdim edə bilməmişdir. Halbuki iş materiallarında da tədqiq olunub ki, “X4 Xidmət idarəsi” MMC yaradılarkən onun Nizamnamə kapitalı kassaya mədaxil edilməmiş, hesabında heç bir vəsait olmamışdır. İcra hakimiyyəti tərəfindən isə hər il MMC-nin büdcəsinə köçürülən vəsaitlərin xüsusi təyinatı olmuş və həmin vəsaitlər də təyi natına uyğun xərclənmişdir. İş materiallarında cavabdeh heç bir sübut təqdim edə bilməmişdir ki, hazırki mübahisələndirilən əmlakın tikintisi üçün sərf edilən vəsaitə dövlət büdcəsindən hansısa məbləğ ayrılmışdır. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində apelyasiya şikayətinə istinad edərək göstərir ki, “X4 Xidmət idarəsi” MMC qanuna uyğun olaraq ləğv edilmişdir. Lakin bu belə olmamış, MMC qeyri-qanuni ləğv edilməklə bərabər, həm də onun ləğv edilməsi zamanı qanunun tələbləri pozulmuş, kreditorlara çatası məbləğ müəyyənləşdirilməmiş və hazırki iş üzrə iddiaçıya ödənilməmişdir. Apelyasiya məhkəməsinin qətnaməsində deyilir ki,: “rəqəmlərin təhlilindən aydın olur ki, 2007, 2009, 2011-ci illərdə mal-materiala xərclənən vəsait sonrakı illərdə xərclənən vəsaitdən qat-qat çoxdur. Bu da onu təsdiq edir ki, 2007-2011-ci illərdə Cəmiyyətin inzibati binası inşa edildiyi üçün mal-materiala da digər illərdən daha çox vəsait xərclənmişdir”. Göründüyü kimi apelyasiya kollegiyası izahı mümkün olmayan tərzdə “tənzimləmə” yolu müəyyən edərək, həm rəqəmlər və tikinti sahəsində, eləcə də dövlət əmlakının idarə edilməsi sahəsində mütəxəssis kimi çıxış edərək həmin şəxslərin işini icra etmişdir, eyni zamanda da öz səlahiyyət həddini aşaraq, daha doğrusu cavabdehin arzusunu hər vasitə ilə reallaşdırmağa çalışaraq, əsassız bir qətnamə qəbul etmişdir. Halbuki Mülki Prosessual Məcəllənin tələbi ondan ibarətdir ki, məhkəmə işdə olan mötəbər sübutlar əsasında qanuni və əsaslı qərar qəbul etməlidir. İş materiallarında olan mötəbər sübutlardan ekspert rəyi, mübahisələndirilən inzibati binanın ərsəyə gəlməsi barədə mütəxəssis rəyi, kassa mədaxil orderləri və şahid ifadələridir ki, apelyasiya instansiyası məhkəməsində təqdim olunsada, qanuni qətnamə qəbul edilməsinə səbəb olmamışdır.Göstərilənlərə əsasən onlar iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-****/2019 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İddiaçı, vəkili V1oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəb ləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh nümayəndəsi X6 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İddianın təmin edilməməsi qənaətinə gələn apelyasiya kollegiyası qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı tələblə çıxış etməyə subyektiv hüququnun olması ümumiyyətlə sual altındadır. Çün ki, iddiaçı iddia etdiyi işləri görərkən fiziki şəxs yox, hüquqi şəxs, yəni MMC olmaqla, həmin hüquqi şəxsin rəhbəri idi. Hazırda isə həmin hüquqi şəxs ləğv olub. Bundan başqa cavabdehin iddiaçı qarşısında pul öhdəliklərinin yaranması üçün ilk növbədə tərəflər arasında müqavilə olmalı idi ki, belə bir müqavilənin olması da iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən, Cavabdeh iddiaçı qarşısında pul öhdəliyinin yaranması üçün cavabdeh tərəf delikt (əsassız varlanma) törətməli idi. Hansı ki, tədqiq olunan iş materialları ilə bu da öz təsdiqini tapmır. Əksinə, birinci instansiya məhkəməsinin istinad etdiyi hər üç qətnamədə (Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-3093/2017 saylı, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(107)-2402/201 7 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2018-ci il tarixli, 2(102)-2663/2018 saylı qərarı) mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh qeyd şərtsiz müstəsna mülkiyyəti kimi dəyərləndirilmişdir. Həmçinin, İddiaçı Cavabdeh hansı qanunsuz hərəkəti nəticəsində ona ziyan dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. Əksinə təhlil olunan işdən bəlli olur ki, “X4 Xidmət İdarəsi” MMC Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində qeydiyyatdan keçmiş Nizamnaməsinin 1.1 və 1.2ci maddəsində göstərilir ki, cəmiyyətin təsisçisi Azərbaycan Respublikası Cavabdehdir. Cəmiyyətin Nizamnamə kapitalı Mingəçevir şəhər Bağlar təsərrüfatının, fərdi və bağ evlərinin tikinti, istismarı və inkişafı idarəsi nin balansında olan əsas dövriyyə vəsaitləri hesabına yaradılmışdır. Cəmiyyətin ali idarəetmə orqanı iştirakçıların ümumi yığıncağıdır. Cəmiyyətin ümumi yığıncağının səlahiyyətləri Azərbaycan Respublikası Cavabdeh tərəfindən həyata keçirilir. Ümumi yığıncağın səlahiyyətlərinə aid olan məsələlər barəsində qərarlar onun tərəfindən təkbaşına qəbul edilir və yazılı surətdə rəsmiləşdirilir. Əsasnamənin 3.1-ci maddəsində göstərilir ki, Cəmiyyətin təsisçisi Azərbaycan Respublikası Cavabdehdir. Əsasnamənin 9.1.2.8-ci bəndində birmənalı şəkildə göstərilmişdir ki, Cəmiyyətin yenidən təşkili və ya ləğvi haqqında qərar qəbul etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Öz növbəsində Cavabdeh Cəmiyyətin təsisçisi kimi Cəmiyyətin Əsasnaməsində təsbit olunmuş hüququ ndan istifadə edərək Cəmiyyətin ləğv edilməsi barədə qanuni qərar qəbul etmişdir, yəni qanunazidd hərəkət edilməmişdir. Bundan əlavə iddiaçı iddia edir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsini o, öz vəsaiti hesabına inşa etdirmişdir, lakin iddiaçının bu faktı təsdiqi ilə bağlı təqdim etdiyi sübutların (özünün, şahidlərin izahatı) mötəbərliyi şübhə doğurur. Çünki, iddiaçı bir tərəfdən göstərir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsini o, öz vəsaiti hesabına inşa etdirmiş, digər tərəfdən Cavabdeh başçısı L və Mingəçevir şəhər Bələdiyyəsinin sədri C ünvanladığı xx xxxxxx 2006-cı il tarixli, 159 nömrəli məktubunda isə qeyd edir ki, Bağlar Təsərrüfatı idarəsi 8-ci ildir ki, hüquqi şəxs kimi şəhər İcra Hakimiyyətinin nəzdində 3 otaqlı vaqon tipli binada yerləşmişdir. İdarəyə d aimi yer almaq və işçilərə elementar iş şəraiti yaratmaq üçün müxtəlif illərdə dəfələrlə Şəhər İcra Hakimiyyətinə müraciətlər edilmiş və konkret ünvanlar göstərilmişdir. Maliyyə vəsaitinin azlığından və inzibati bina inşa etmək üçün nəzərdə tutulmuş torpaq sahəsinin digər şəxsə verilməsi səbəbindən məsələnin bu variantla həlli mümkün olmamışdır. Digər məktubunda, yəni Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin rəisi S ünvanladığı xx xxxxxxxx 2015-ci il tarixli, 174 saylı məktubunda isə qeyd edir ki, Cavabdeh xx xxxx 2007ci il tarixli, 65 saylı sərəncamı ilə idarəyə xidməti ərazi kimi ayrılmış torpaq sahəsində daxili imkanlar hesabına inşa olunmuş inzibati binanın texniki pasportunun hazırlanmasına g östəriş verilməsi xahiş edilmişdir. Hansıki, bu məktublar təsdiq edir ki, Cəmiyyətin inzibati binası Cəmiyyətin rəhbəri olmuş İddiaçı vəsaiti hesabına deyil, Cavabdeh tərəfindən Cəmiyyətə ayrılmış vəsait hesabına inşa edilmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi kassa mədaxil orderlərinin qəbzlərinə gəldikdə isə apelyasiya kollegiyası qeyd etmişdir ki, bu qəbzlərə görə qeyri yaşayış binasının tikintisinə sərf edilmiş xərcin bilavasitə iddiaçı tərəfindən qarşılanması nəticəsinə gəlmək olmaz. Çünki, Cavabdeh tərəfindən təqdim olunmuş arayışdan aydın olur ki, Cəmiyyətin yarandığı və fəaliyyətdə olduğu 2007-2016-cı illər ərzində Cəmiyyətin hesabına şəhər büdcəsindən 949556 manat, təxmini bir milyona yaxın pul köçürülmüşdür. Bundan əlavə İcra Hakimiyyətinin təqdim etdiyi digər ara yışdan müəyyən olunur ki, “X4 Xidmət İdarəsi” MMC tərəfindən dövlət büdcəsindən Cəmiyyətə ayrılmış vəsaitdən malmaterial alınmasına ilbəil aşağıdakı məbləğdə vəsait xərclənmişdir: -2007-ci ildə 23986 (iyirmi üç min doqquz yüz səksən altı) manat, 2009-cu ildə 26000 (iyirmi altı min) manat, 2011-ci ildə 29633 (iyirmi doqquz min altı yüz otuz üç) manat, 2012ci ildə 15039 (on beş min otuz doqquz) manat, 2013-cü ildə 4632 (dörd min altı yüz otuz iki) manat, 2014-cü ildə 1073 (min yetmiş üç) manat, 2015-ci ildə 2474 (iki min dörd yüz yetmiş dörd) manat. Rəqəmlərin təhlilindən aydın olur ki, 2007, 2009, 2011-ci illərdə mal-materiala xərclənən vəsait sonrakı illərdə xərclənən vəsaitdən qat-qat çoxdur. Bu da onu təsdiq edir ki, 2007-2011-ci illərdə Cəmiyyətin inzibati binası inşa edildiyi üçün mal- materiala da digər illərdən daha çox vəsait xərclənmişdir. İddianı qismən təmin edən birinci instansiya məhkəməsinin istinad etdiyi şahid ifadələrinə gəldikdə isə apelyasiya kollegiyası qeyd etmişdir ki, həmin ifadələrə görə iddiaçının haqlı olması qənaətinə gəlmək mümkün deyil, çünki şahidlər X7, X8 və X2 Cəmiyyətin faktiki olaraq işçiləri olublar, həqiqətən də Cəmiyyətin inzibati binasının tikintisində iştirak ediblər və əmək haqqı alıblar. Əmək haqqı isə Cavabdeh büdcəsindən ödənilmişdir. Beləliklə apelyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh hansı qanunsuz hərəkəti nəticəsində ona ziyan dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. Kasasiya kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kasasiya şikayətinin dəlillərinə münasibət də qeyd edir ki, kasasiya yoxlaması zamanı müəyyən edilmişdir ki, iddiaçı həqiqətən də cavabdehin hər hansı qanunsuz hərəkəti nəticəsində ona ziyan vurulması barədə hər hansı sübut təqdim edə bilməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən isə qətnamə qəbul edilərkən hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verilməsi halı müəyyən edilməmişdir. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzg ün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, kasasiya kollegiyası belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416- 417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-****/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2767/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2767/2020
30.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver