Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-277/2023 23.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu, (məruzəçi) Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ba kı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2511/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, MMC tərəfindən Cavabdeh1 aylıq 2,42 faiz, illik 29 faiz dərəcəsi ilə 24 ay müddətinə 6300 ABŞ dolları məbləğində kredit verilmişdir. 2. xx.xx.2015-ci il tarixli "xxxx" MMC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinə əsasən, zaminlər borcalan bankla arasında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icra etməsi üçün məsuliyyəti öz üzəri nə götürmüşlər. 3. 05 fevral 2015-ci il tarixli X1 əsasən, həmin müqavilə 05 fevral 2015-ci il tarixli L-BK-0034615-F saylı kredit müqaviləsi ilə birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 verilən 6300 ABŞ dolları məbləğində kreditə təminat olaraq “Kreditor” qarşısında ailə üzvlərinin götürdüyü borc məbləğinə birlikdə təminat verən birgə borcluların borcluluq və zaminlik öhdəliyini tənzimləyir.
4. Bank olmayan kredit təşkilatı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 05 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə bank olmayan kredit təşkilatına olan əsas borcu 6300 ABŞ dolları, 2655,33 ABŞ dolları faiz olmaqla, ümumilikdə 8955,33 ABŞ dolları borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış 05 fevral 2015-ci il tarixli L-BK0034615-F nömrəli Birgə Borcluluq, Kredit və BK-00017375, BK-00017770, BK-00017773 saylı Zaminlik müqavilələrinə əsasən, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada ödənilməmiş 6300 ABŞ dolları məbləğində əsas borc və 2655,33 ABŞ dolları faiz borcu, cəmi 8955,33 ABŞ dolları məbləğində pulun (ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barə də qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə BOKT "xxxx" MMC-nin Bakı filialına müraciət edərək ailə üzvlərindən ibarət birgə borclular qrupu yaratmaq istəklərini bildirmiş və onlarla təşkilat arasında xx.xx.2015-ci il tarixili LBKQ034615-F nömrəli “X2” bağlanmışdır. Daha sonra X1 əsasən birgə borcluların vəkil edilmiş nümayəndəsi Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli L-BK-0034615-F saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Torpaq alınması” məqsədilə birgə borclulara 24 ay müddətinə, aylıq 2,42 %, illik 29 % olmaqla 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsi nin təminatı olaraq cavabdehin zaminləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ilə müvafiq olaraq BK-00017375, BK00017770, BK-00017773 saylı Zaminlik müqavilələri bağlanmışdır. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2015-ci il tarixdən hal hazıra kimi cavabdehlər heç bir ödəniş etməmişlər. Beləliklə, hal-hazırda cavabdehin təşkilata ödənilməmiş 6300 (altı min üç yüz) ABŞ dolları məbləğində əsas borcu və 2655,33 (iki min altı yüz əlli beş dollar otuz üç sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 8955,33 (səkkiz min doqquz yüz əlli beş dollar otuz üç sent) ABŞ dolları məbləğində borcu qalmış və xx.xx.2015-ci il tarixinə cavabdehin 257 günlük gecikməsi olmuşdur. Təşkilatla cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli L-BK-0034615-F saylı Kredit müqaviləsinin 3.1-ci bəndin ə əsasən ödənişlə əlaqədar öhdəliklər bu müqaviləyə uyğun yerinə yetirilmədikdə kreditorun bu müqaviləyə əsasən hesablanmış lakin ödənilməmiş faizlərlə birlikdə kreditin vaxtından əvvəl tələb etmə hüququ yaranır. Təşkilatla cavabdehin zaminləri arasında bağlanmış xx.xx.2015-ci il tarixli BK-00017375, BK-00017770, BK-00017773 saylı Zaminlik müqavilələrinin 2.1-ci bəndinə əsasən borclu (cavabdeh) müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zaminlər kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdıqlarını öz öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.2-ci bəndinə müvafiq olaraq Zamin, borclu (cavabdeh) tərəfindən müvafiq kredit müqaviləsi üzrə əsas məbləğ və faiz məbləğinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, kom isyon, cərimə, məhkəmə xərcləri və digər xərclərin ödənilməsi üçün borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən zamin öhdəliklər üzrə borcun aylıq hissəsinin və ya bütün borcun tam olaraq akseptsiz qaydada əmək haqqından və ya kredit təşkilatlarında olan hesablarından Kreditorun xeyrinə silinməsinə icazə vermişdir. İddiaçı iddia ərizəsini Mülki Məcəllənin 445.2.1, 500.1, 442, 448.1, 472.1 və 472.2-ci maddələri ilə əsaslandırmışdır.
7. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-555/2016 nömrəli iş üzrə 01 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.N.Abbasova) iddia təmin edilmiş, cavabdehlər Cav abdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 6300 ABŞ dolları məbləğində əsas borc, 2655,33 ABŞ dolları məbləğində faiz borcu, cəmi 8955,33 (səkkiz min doqquz yüz əlli beş dollar otuz üç sent) ABŞ dolları məbləğində pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun BOKT "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 borca zamin durduqlarına görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, cavabdehlərdən müştərək qaydada 6300 ABŞ dolları əsas borc, 2655,33 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlid ir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 739.1, 739.2, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1, 470.1, 472.1, 472.2 və 741-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Cavabdeh5 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sözügedən mübahisə ilə bağlı olaraq məhkəmə tərəfindən məlumatlandırılmamış, işə obyektiv baxılmamışdır.
13. Apellyasiya instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 9/3079 nömrəli ekspert rəyinə gör ə Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair çıxarış məlumatları və 05 fevral 2015-ci il tarixli, L-BK-0034615-F №-li kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin sonuna) "xxxx" BOKT MMC-yə olan borcu 9954,00 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 6300,00 ABŞ dolları, faiz borcu üzrə 3654,00 ABŞ dolları. Həmçinin çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2017-ci il tarixdə 17,60 ABŞ dolları ödəniş, xx.xx.2019-cu il tarixdə 3.038,30 ABŞ dolları fərmana əsasən kompensasiya ödənişi və xx.xx.2019-cu il tarixdə 1.783,10 ABŞ dolları fərmana əsasən faizdən silinmə edilmişdir. Bütün bunlar nəzərə alındığı təqdirdə 5115,00 ABŞ dolları (9954,00 - 17,6 - 3038,30 - 1783,10) məbləğind ə borcu qalacaqdır, o cümlədən əsas borc üzrə 3261,70 ABŞ dolları, faiz borcu üzrə 1853, 30 ABŞ dolları.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2511/2022 nömrəli mülki iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilmiş və cavabdehlərdən tutulmalı olan faiz borcunun məbləği 1853,30 ABŞ dolları müəyyən edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilə si bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı (tələbkar) tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, kredit götürən cavabdeh (borclu) isə üzərinə düşən öhdəlikləri lazımı qaydada tam yerinə yetirməmişdir.
16. Apellyasiya məhkəməsi rəy vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliyinin olduğunu və rəydə müəyyən edilmiş məbləğin işin digər halları ilə uyğunluq təşkil etməsini nəzərə alaraq, həmin rəylə razılaşmış və cavabdehlərin iddiaçıya 1853,30 ABŞ dolları faiz borcunun qalmasını işin hallarına uyğun saymışdır.
17. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında kredit müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Qeyd olunan müddəaya əsasən iddiaçı və cavabdeh arasında müqavilə hüququ münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir.
18. Birinci instansiya məhkəməsinin iddiaçının iddia tələbini əsas götürməklə cavabdehlərdən müştərək qaydada 6300 ABŞ dolları məbləğində əsas borcun tutulması barədə qənaəti düzgün olsa da, məhkəmə 2655,33 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Cavabdeh5 nümayəndəsi və vəkilinin vəsatəti əsasında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 9/3079 nömrəli rəyindən görünür ki, çıxarış məlumatlarına əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər tərəfindən banka ödənilməli olan faiz borcu üzrə 1853,30 ABŞ dolları müəyyən edilmişdir. Həmin rəydə cavabdehlərin hal-hazıra olan əsas borc məbləğinin 3261,70 ABŞ dolları təşkil etməsi göstərilsə də, rəyin məzmunundan görünür ki, borcun məbləği qətnamə qəbul edildikdən təxminən 3 il sonra ödənilmiş kompensasiya məbləğinin borcun ödənilməsinə yönəldilməsi nəticəsində azalmışdır. Başqa sözlə, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxıldığı zaman əsas borcun məbləği həqiqətən də, qətnamədə göstərilən həcmdə, yəni 6300 ABŞ dolları təşkil etmişdir.
19. Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həmin vaxt mövcud olmuş həqiqi hallarına uyğun olduğuna görə, göstərilmiş əsas (borc məbləğinin sonradan ödənilmiş kompensasiya hesabına azalması) həmin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bununla yanaşı, apellyasiya məhkəməsi izah etmişdir ki, qeyd edilən kompensasiya məbləğinin əsas borcdan silinməsi qətnamənin icrası mərhələsində nəzərə alınmalı, cavabdehlərdən tutulmalı olan məbləğ həmin kompensasiya məbləğinə müvafiq şəkildə azaldılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh5 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunması hissədə ləğv edilməsi və iddianın tam rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə cavabdeh ümumiyyətlə borclu olmadığından onun tərəfindən hər hansı bir ödənişin olunması yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin hüquqlarını kobud surətdə pozaraq işə baxılmasına birtərəfli yanaşmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən ekspertiza təyin edilsə də, eksper yalnız borclar üzrə faiz məbləğinə münasibət bildirmiş, fərmana əsasən ana məbləği azaltmamış, məhkəmə isə bu səlahiyyəti İcra Şöbəsinin vəzifəsi olduğunu qeyd etmişdir. Bununla sözü gedən vəzifəni İcra Şöbəsinin üzərinə qoyaraq hüquqlarımı pozmuşdur. Belə ki, cavabdehin apellyasiya şikayəti verməkdə məqsədi məhz fərmana əsasən ana məbləğə, eyni zamanda faizə münasibət göstərilməklə fərmanı əhatə etdiyindən azaldılması olmuşdur. Eyni zamanda müştərək qaydada tutulması hissəsində isə cavabde hə aid olan hissədə konkret məbləğin göstərilməsi, cavabdehdən həmin məbləğin tutulmasının qeyd edilməsi xahiş edilmişdir. Məhkəmə isə bu hissəyə ümumiyyətlə münasibət bildirməmişdir. Məhkəmə ekspertiza təyin etsə də, yalnızca borc üzrə faizlər hissəsinə toxunmuş, digər məsələləri isə araşdırmamışdır. Göründüyü kimi məhkəmə işi tam araşdırmaqdan yayınmış, cavabdeh tərəfin hüquqlarını kobud surətdə pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun is ə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır..
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır..
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
27. Maddə
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
30. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
31. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq ola raq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hü quqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayəti dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər, o cümlədən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın tətbiqi ilə bağlı məsələ apellyasiya şikayətində göstərilənlərlə eyni məzmunludur, həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Kassasiya instansiyası məhkəməsi bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
46. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməmə sinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyas ı məhkəməsi yeni sübut qəbul etmir.
47. Beləliklə də, məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə mahiyyəti üzrə düzgündür. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2511/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.